Döyülən uşaqların anası yenə hamilədir... .....                     DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək .....                     “Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? .....                     Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi .....                     İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu .....                     "Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" .....                     “Dövlətin dəstəyi olmasa, .....                     Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz .....                     Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi .....                     “Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu .....                     Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... .....                     Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar .....                     Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib .....                     Ağdamda körpəni ölümcül hala salan valideynlərə .....                     Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı .....                     "Bəzən sevgi əzaba çevrilir" .....                     Rusiya Avropa İttifaqının ofisini vurdu .....                     "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" .....                     43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... .....                     Ramiz Mehdiyevin olduğu deyilən villa satılır .....                     Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                     Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb .....                 

"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Tarix: 14-09-2013, 13:25 | Çap et
"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Azərbaycanda bankların əksəriyyətinin müştəriləri aldatması artıq adi hal alıb. Çünki dəfələrlə ölkədə fəaliyyət göstərən bəzi bankların müxtəlif vasitələrlə necə fırıldaqlar etdiyini, vətəndaşları aldatmaları barədə araşdırma yazıları dərc etmişik. Araşdırmalar zamanı faktlarla təsdiq olunurdu ki, banklar çox vaxt insanları aldatmaqla məşğuldur. Lakin banklardan şikayət bitmir. Nədən ki, vətəndaşların hüquqları pozulsa da, həmin banklara qarşı heç bir tədbir görülmür. Bu səbəbdən də redaksiyamıza banklar haqqında yenə də şikayət dolu məktublar daxil olur.

“Bank of Baku” tərəfindən hüququnun pozulduğunu bildirən məcburi köçkün Ə.Məmmədov bankın aldadıcı kampaniyaya start verdiyini söylədi. Onun sözlərinə görə, “Bank of Baku” yeni qazanc yolu tapıb, indi də paytaxtın marketlərində “Box'ça” satdırır.

Yəqin bəzi oxucular üçün maraqlı olar ki, bu “Box'ça” nədir? Bu kampaniyanın nə qədər cəlbedici olduğunu bildirmək üçün “Box'ça”nın nə olduğunu elə bankın öz şərtləri ilə təqdim edəcəyik. “Bank of Baku”nun sözügedən kampaniyasında bildirilir ki, “”Box'ça” - sizlərin gündəlik ehtiyaclarını qarşılamaq və rahatlığınızı təmin etmək məqsədilə “Bank of Baku” tərəfindən təqdim olunan yeni məhsuldur. 20 yaşı tamam olmuş hər bir şəxs cəmi 1 AZN ödəməklə “Box`ça” adlı xüsusi qutu ala biləcək”.

“Box'ça”nın daha cəlbedici olması üçün üzərində yazılıb: “Cəmi 1 manata 500 AZN-i cibinizə qoyun”.

“Box'ça”nın içində nə var?

“Box'ça”da hələlik aktiv olmayan Bolkart hissə-hissə ödəniş kartı və ya Pul kredit kartı, kartların aktivləşdirmə şərtləri və aktivləşdirmək üçün ünvanlar var.

“Box'ça”da hansı güzəştlər var?

“Box'ça”nı təqdim edən şəxs nağd pul kreditinə - 2%-lik endirim əldə edir.

Kartı necə aktivləşdirmək olar?

Kartı aktivləşdirmək üçün bankın filiallarına yalnız şəxsiyyət vəsiqəsilə müraciət olunmalıdır.

“Box'ça”nın içindəki məlumatda bildirilir ki, 500 AZN “Box'ça”sı sizə 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 AZN məbləğli kredit kartı təqdim edir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə (5000 AZN-dək) pul kredit kartı əldə edə bilər. Kreditdən imtina olunarsa, karta görə ödədiyiniz 1 AZN-i ödəniş etdiyiniz məntəqədən ödəniş çekini təqdim etməklə 14 gün (! - red.) ərzində geri ala bilərsiniz.

Mətləbə keçməzdən öncə qeyd edək ki, arayışsız (guya - red.) bolkart və nağd pul krediti “Səbət”, “Bizim Market”, “Fresco”, “Marko Market”, “Əminə Market”, “Bolmart Market”, həmçinin “Computex” və “Ev Elektronics” mağazalarında satılır...

“Bank of Baku”nun “Marko Market”də satdırdığı 500 AZN-lik “Box'ça”nı alan Ə.Məmmədov səhərisi günü bankın Atatürk pr.42 ünvanındakı Baş ofisinə yollanıb: “Bankdakı məlumat bürosuna yaxınlaşıb Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Bankın xanım işçisi dedi ki, Pul kredit kartını aktivləşdirmək üçün Bakıda daimi qeydiyyatda olan vətəndaşlar yalnız şəxsiyyət vəsiqəsini, məcburi köçkünlər isə “Qaçqınkom”dan arayış təqdim etməlidir. Dilxor halda evə qayıtdım. Həftənin şənbə günü olsa da, yaşadığım ərazinin Mənzil-Kommunal İstismar Səhəsində arayışların verilmə günü idi. Odur ki, vaxt itirmədən MKİS-ə yollandım. Ancaq burda da bəxtim gətirmədi. MKİS rəisinin ərazidə olduğunu dedilər. MKİS bazar günü işləmədiyi üçün daha bir gün də gözləməli oldum. İki gündən sonra arayışı əldə edib, nəhayət, ehtiyaclarımı ödəyəcək pulu almaq həvəsilə banka gəldim. Növbəyə durmaq üçün bilet götürüb və 1 saatdan artıq gözləməli oldum. Nəhayət, növbəm çatdı. Sevinclə tabloda stol nömrəsi göstərilən bank mütəxssisinə yaxınlaşıb, 500 AZN-lik “Box'ça”nın Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Və şəxsiyyət vəsiqəsini, MKİS-dən aldığım arayışı (qeyd edək ki, arayışda Ə.Məmmədovun həqiqətən yaşadığı ünvanda müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşdığı təsdiq edilib - red.) və Pul kredit kartını bank mütəxəssisinə təqdim etdim. Bank mütəxəssisi qarşısındakı sənədləri nəzərdən keçirdikdən sonra sorğu-suala keçdi. Məndən soruşduğu ilk sual “harada işləyirsiniz” oldu. Harada işlədiyimi, ev telefonunun öz adıma olduğunu, ailə üzvlərimin sayını və “Bank of Baku”dan indiyədək kredit götürmədiyimi dedim. Bu sorğu-sualdan sonra qarşısındakı kompüterdə araşdırma aparan bank mütəxəssisi bildirdi ki, bu kampaniya çərçivəsində mənə kredit verə bilməyəcək. Səbəbini soruşanda bank mütəxəssisi qayıtdı ki, vaxtilə həyat yoldaşınız bizdən götürdüyü kreditin ödənişində gecikmələr edib. Bu adamı başa salmağa çalışdım ki, “həyat yoldaşımın vaxtilə kredit ödənişindəki gecikmənin bu məsələyə nə aidiyyəti var axı?! Həmin kredit çox-çox öncə ödənilib qurtarıb. Bir də ki, mən bu müstəqil ölkənin bir vətəndaşıyam. Belə çıxır ki, mənim vətəndaşlıq hüquqlarımı “Bank of Baku” müəyyənləşdirir? Lap deyək ki, ailəmdən kimsə vaxtilə bu bankdan kredit götürüb və ödənişində gecikmələr edib. Onun mənim vətəndaşlıq hüquqlarıma nə dəxli var? Bu gün vaxtilə hansısa bir cinayəti törədən və uzun müddət həbsdə cəzasını çəkərək, azadlığa çıxmış adamın yenidən cəmiyyətdə bir vətəndaş olaraq yer tutmasına çalışıldığı bir ölkədə siz bir bank işçisi kimi mənim hüquqlarımı məhdudlaşdırırsınız ki, kredit verə bilmərik. Bu barədə niyə reklamımızda qeyd etmirsiniz ki, bu krediti kimlər ala bilər, kimlər yox. Reklamınızda bu məlumatı yazsaydınız, vaxtımı sizin yalançı reklamınıza sərf etməzdim... Nə isə... Mən çox dedim, o, az eşitdi. İki ayağını bir başmağa dirədi ki, yox, sizə kredit vermək mümkün deyil. Əlacsız qalıb, əsəblərim tarıma çəkilmiş halda bankı tərk etdim... Onu da deyim ki, bu yalançı reklama aldanan tək mən deyildim. Məndən əvvəlki digər müştəri də bankın “Box'ça” kampaniyası ilə onu aldatdığından şikayətlənirdi ki, bankda müştərilərə arayışsız kredit verildiyini reklam etsələr də, indi məndən işlədiyimi təsdiqləyən sənəd göstərməyimi tələb edirlər, reklamda bütün şərtləri yazsaydılar işimizi bilərdik...”

Əcəba, bəlkə Ə.Məmmədov, elə digər vətəndaşlar da iradlarında haqsızdırlar?

Ancaq müraciət etdiyimiz ekspertlər bankların müştəriləri yalançı reklam kampaniyaları ilə aldatdığını təsdiqlədilər. Ekspertlərin sözlərinə görə, bu gün bankların mütləq əksəriyyəti reklamlarında ya düzgün məlumat yazmırlar, yaxud da natamam məlumat verirlər: “Bu isə istehlakçı hüququnun pozulmasıdır. Çünki reklamı oxuyan müştəri həmin reklama inanıb banka yollanır. Bankda isə məlum olur ki, bu, sadəcə, reklamdır. Çünki bankların həyata keçirdiyi kredit siyasətinin əsasında müştəri yığmaq üçün hazırlanan cəlbedici səslənən reklamlar dayanır. Paytaxt küçələrində, ictimai nəqliyyatda və televiziya vasitələrində “sərfəli kredit” reklamlarına tez-tez rast gəlmək olar. Ancaq bu reklamlardakı qeyd olunanlarla reallıq arasında olduqca böyük fərq var”.

Halbuki bank bir qəpiyini belə, itirməmək üçün müştərilərini seçərkən onları süzgəcdən keçirir, özü də çox xırda gözlüsündən. Ancaq vətəndaşların hüquqlarına gələndə... Sabir demişkən, “qoy mən tox olum, özgələr ilə nədi karim, dünyavü cahan ac olur olsun, nə işim var?!”

İndi yazıq Ə.Məmmədov marketdən aldığı 500 AZN-lik “Box'ça”nı qaytardıqdan sonra 14 gün gözləməlidir ki, 1 manatını geri ala bilsin. Bəs”Bank of Baku”nun 500 AZN-lik “Box'ça”sına sahib olmaq üçün Ə.Məmmədovun arayışa verdiyi 1 manatı, sərf etdiyi zamanı, gərilən əsəblərini, sağlamlığını kim geri qaytaracaq?! Bu barədə pulunuzu sayıb qurtarandan sonra da düşünməyə dəyər, cənablar!..
\ tezadlar \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Döyülən uşaqların anası yenə hamilədir... - Video
Bu gün, 17:24
DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək
Bu gün, 17:09
“Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? – ŞİKAYƏT/VİDEO
Bu gün, 17:03
Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi
Bu gün, 16:53
İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu – FOTO
Bu gün, 16:47
"Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" - Aqil Abbas
Bu gün, 16:43
“Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
Bu gün, 16:31
Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz - Misir Mərdanov
Bu gün, 16:29
Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi - KİV
Bu gün, 16:25
“Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Bu gün, 16:20
Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Bu gün, 16:16
Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Bu gün, 16:11
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Bu gün, 16:01
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 15:58
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 15:53
Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Bu gün, 15:50
"Bəzən sevgi əzaba çevrilir"
Bu gün, 15:47
Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Bu gün, 15:42
"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Bu gün, 15:30
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Bu gün, 15:15
Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Bu gün, 15:03
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru