Xalq artisti görün, nədə ittiham olunur .....                     Bu bank müştərilərinin DÜŞMƏNİDİR? .....                     'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? .....                     "Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                     "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                 

SƏRHƏD QOŞUNALRI KOMANDANINDAN İRANA MESAJLAR
Tarix: 10-01-2012, 12:46 | Çap et
SƏRHƏD QOŞUNALRI KOMANDANINDAN İRANA MESAJLAR

“HƏR BİR DÖVLƏTİN SƏRHƏDİ ONUN ÜÇÜN MÜQƏDDƏSDİR”

“Xəzərin Azərbaycan sektoruna nəzarətin həyata keçirilməsi üçün ən müasir radar infrastrukturu yaradılıb”

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyevin APA-ya eksklüziv müsahibəsi

- Cənab general, “2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramı başa çatdı. Bu proqramın icrası Dövlət Sərhəd Xidməti (DSX) üçün hansı imkanlar qazandırdı?

- Qeyd etdiyiniz “2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramı uğurla başa çatdı. Proqramın bölmələrində sərhəd mühafizəsinin təmin edilməsi üçün bütün məqamlar nəzərə alınmışdı. Yəni, sərhədçi heyətin yerləşməsindən tutmuş onların zəruri avadanlıqlarla, silahlarla təchiz edilməsinədək bütün məsələlər bu sənəddə nəzərdə tutulmuşdu. Proqramın bütün müddəaları yerinə yetirildi. Sözsüz ki, proqramın yerinə yetirilməsi Azərbaycan sərhəd mühafizəsini çox ciddi səviyyəyə qaldırdı. Amma bu o demək deyil ki, sərhəddə bütün işlər yekunlaşdı və bundan sonra heç bir iş görməməliyik. Əksinə, bu gün dövlətimizin iqtisadi nöqteyi-nəzərdən inkişafı qarşımızda yeni perspektivlər açır. O nöqteyi-nəzərdən ki, sərhəd mühafizəsini dövlətimizin təhlükəsizliyinin onun sərhədlərində təmin edilməsini tamamilə yeni, müasir müstəviyə qaldıraq, sərhəd təhlükəsizliyi sözün əsl mənasında tam təmin edilsin. Bu çox ciddi məsələdir. İqtisadi imkanların artması daha ciddi avadanlıqların və silahların sərhəd mühafizəsinə tətbiqi imkanını artırır. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən bu istiqamətdə xüsusi addımlar atılır.

- Dekabrın sonlarında DSX-nın Rusiyadan aldığı Mi-35M tipli helikopterlərin ilk partiyası ölkəyə gətirildi. Müqavilə çərçivəsində qalan helikopterlərin tam olaraq ölkəyə gətirilməsi nə zamana nəzərdə tutulur?

- Mi-35M tipli helikopterlərin Azərbaycan sərhəd mühafizəsi tərəfindən alınmasını modernləşmə, yeni texnikaların alınması prosesi kontekstində atılmış addımlardan biridir. Bildiyiniz kimi, ərazilərimizin bir hissəsi işğal altındadır. Ali Baş Komandan dəfələrlə vurğulayıb ki, danışıqlar yolu ilə torpaqlarımız işğaldan azad olunmasa, biz bütün yollara əl atacağıq, həmçinin hərbi yola. Ona görə də Silahlı Qüvvələrin tərkib hissəsi olaraq, Müdafiə Nazirliyi ilə yanaşı, digər qoşun növlərinin imkanlarının artırması sözsüz ki, gələcəkdə torpaqlarımızın işğaldan azad olunması imkanlarını artırır. O ki qaldı müqavilədə nəzərdə tutulan helikopterlərin qalan hissəsinin Azərbaycana gətirilməsinə, düşünürəm ki, 2012-ci il ərzində bu müqavilənin icrası başa çatdırılacaq.

- Bu gün artıq inkişafının birinci mərhələsini geridə qoymuş Azərbaycan sərhəd mühafizəsini milli model olaraq necə dəyərləndirmək olar?

- Hər bir dövlət üçün onun sərhəd mühafizəsi modeli individualdır. Yəni, hər bir dövlətin sərhədində olan əməliyyat şəraiti ona məxsusdur və digər dövlətlərdən fərqliliyi var. Ulu öndər Heydər Əliyevin 2002-ci il iyul ayının 31-də Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərarı məhz Azərbaycan şəraitinə uyğun sərhəd modelinin yaranmasına xidmət edirdi. Təbii ki, o zaman bütün məqamlar nəzərə alınaraq belə bir modelin yaradılması məqbul hesab edilmişdi. Azərbaycan sərhəd mühafizəsi modeli milli model olaraq, dövlətimizin sərhəd təhlükəsizliyinin təmin olunmasına yönəlib və bu istiqamətdə atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Bu da tək Azərbaycanın daxilində deyil, Azərbaycandan kənarda, həmçinin NATO institutlarında da birmənalı olaraq yüksək qiymətləndirilir. Belə olmasaydı, NATO Azərbaycana Əfqanıstan və İraq sərhədçilərinin təliminin təşkili üçün müraciət etməzdi. Digər tərəfdən, hazırda Azərbaycan sərhəd mühafizəsinin infrastrukturunun mükəmməlliyi həm də eşalonlaşmış, ardıcıl mühafizə sisteminin tətbiqindən irəli gəlir. Bu istənilən sahəyə aiddir - istər nəzarət buraxılış məntəqələri, istər quru, istər dəniz sərhədlərində olsun. Öz növbəsində, bu eşalonlaşma baş vermiş sərhəd pozmalarının qarşısını alınmasında çox effektivdir və bunun nəticələrini gündəlik fəaliyyətimizdə görürük.

- Gürcüstanla delimitasiya olunmamış sərhəddə sərhəd mühafizəsi necə, hansı prinsiplər əsasında təşkil olunur?

- Delimitasiya sözsüz ki, sərhəd mühafizəsinin təşkili üçün önəmlidir. Delimitasiya olunmamış ərazilərdə də sərhəd mühafizəsini təşkil etmək mümkündür. Bu, həmin istiqamətlərdə sərhəd komissarlarının işidir. Hər iki dövlətin sərhəd nümayəndələri görüşərək şərti əraziləri müəyyən edir və həmin ərazilər ətrafında öz xidmətlərini qururlar. Azərbaycanla Rusiya arasında delimitasiya işlərinin başa çatması müstəqillik tariximizdə çox ciddi bir hadisə oldu. Onu da deyim ki, Rusiya ilə delimitasiya ötən il başa çatdı. Keçən ilədək həmin sərhədlər delimitasiya olunmamışdı, lakin orada sərhəd mühafizəsi aparılırdı. Yəni, delimitasiyanın başa çatmaması sərhəd mühafizəsinin təşkilinə mane olmur.

- 2012-ci ildə Sahil Mühafizəsi sistemində hansı yeniliklər gözlənilir?

- Birmənalı olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin inkişafı bizim üçün önəmli məsələlərdəndir. Azərbaycanın Xəzər dənizində dövlət maraqlarının təmin edilməsi, kəmərlərin və neft-qaz infrastrukturunun mühafizəsi Sahil Mühafizəsinə həvalə edilib. Bu günədək bu tapşırıqlar tərəfimizdən yerinə yetirilir. Deyə bilərəm ki, Xəzər dənizinin Azərbaycan sektoruna zəruri nəzarətin həyata keçirilməsi üçün ən müasir radar infrastrukturu yaradılıb. Biz bu infrastruktur, gəmilərimiz və digər avadanlıqlar vasitəsilə dəniz akvatoriyamıza və oradakı gəmilərə nəzarət edirik. 2012-2013-cü illərdə istər yeni avadanlıqların tətbiqi, istərsə də yeni kater və gəmilərin xidmətimizə qəbulu nöqteyi-nəzərdən imkanlarımız artacaq.

- Bu yaxınlarda bəzi KİV-də Lənkəran rayonunda yerli sakinlər və sərhədçilər arasında problemin yaranması barədə məlumatlar yayıldı. Bu məsələyə münasibət bildirməyinizi istərdik.

- Müəyyən mətbuat orqanları Sahil Mühafizəsinin guya ki, dənizdə balıqçılara qarşı qeyri-qanuni fəaliyyəti barədə məlumatlar yayır. Lakin bunlar qərəzli və böhtan xarakterli məlumatlardır və biz başa düşürük ki o məqalələr kimlər tərəfindən hazırlanır. Onu qeyd etmək istəyirəm ki, Sahil Mühafizəsi brakonyerliyə qarşı mübarizə aparmır. Bu, digər qurumların vəzifələridir və biz bununla məşğul olmuruq. Digər qurumların müraciəti olarsa, yardım göstərə bilərik. Sahil Mühafizəsinin vəzifəsi Xəzərin Azərbaycan sektorunda rejim sularına nəzarətdir. Biz bu vəzifələrimizi yerinə yetirir və bundan sonra da qeyd olunan istiqamətdə imkanlarımızı artıracaq, nəzarəti daha da gücləndirəcəyik. Bir daha deyirəm ki, Sahil Mühafizəsi brakonyerliyə qarşı mübarizə ilə məşğul olmur.

- Bir neçə ay əvvəl Azərbaycanın dövlət sərhədini pozarkən, sərhədçilərin əmrinə tabe olmayan iranlı əsgər öldürüldü. İran tərəfi hələ də bu məsələ ilə bağlı bəyanatlar səsləndirir, rəsmi Bakının İrandan buna görə üzr istəməsini tələb edirlər...

- Qeyd etmək istəyirəm ki, bu kimi məsələlər həmişə prosedur qaydalar əsasında müzakirə olunur. Əvvəlcə yerlərdə sərhəd nümayəndələri görüşür, müzakirələr aparılır. Problem həll olunmazsa, daha yuxarı instansiyalar - hər iki ölkənin Sərhəd Qoşunlarının komandanları səviyyəsində məsələ müzakirə olunur. Bundan bir qədər öncə, iyul ayında Yardımlı rayonu istiqamətində İran sərhədçiləri tərəfindən bizim zabit öldürülmüşdü. Mən bu məsələ ilə bağlı müzakirələr aparmaq üçün İran Sərhəd Qoşunlarının komandanı, general Zülfüqarini sərhəddə görüşə dəvət etdim. Üstündən bir neçə ay keçməsinə baxmayaraq o, hələ də görüşə gələ bilmir. Onun görüşə gələ bilməməsininin səbəbi bizim üçün də aydın deyil. Düşünürəm ki, bu görüş baş tutduqda, Sərhəd Qoşunlarının komandanları üz-üzə, göz gözə bu məsələləri müzakirə etdikdə, hər iki tərəf üçün maraqlı məsələlərə tam aydınlıq gətirilə bilər. Onu da qeyd edim ki, hər bir dövlətin sərhədi onun üçün müqəddəs və pozulması yolverilməzdir.

- Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar qarşısında dəfələrlə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə nəzarətsiz qalmış sərhədlərdən narkotik ticarəti, qaçaqmalçılıq kimi məqsədlərlə istifadə olunmasına dair məsələnin qaldırıldığı bəyan olunur. Bilmək istərdik ki, bu məsələyə beynəlxalq təşkilatların münasibəti necədir?

- Biz iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə, NATO, Beynəlxalq Sərhəd Konfransı, FRONTEX və s. kimi təşkilatlarda dəfələrlə bu məsələni qaldırır və bildiririk ki, nəzarətsiz sərhədlərdən narkotik ticarəti, qaçaqmalçılıq da daxil olmaqla və digər bu kimi məqsədlər üçün istifadə olunur. Onların cavabları isə demək olar ki, eynidir: münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar gedir. Bizim açıqlamalarımız bu prosesə mane ola bilər.

- İşğal olunmuş ərazilərə yaxın sərhəd zastavalarının fəaliyyəti necə təşkil olunur?

- Hərbi qurumun vəzifəsi istənilən halda torpaqların işğaldan azad olunmasına hazır olmaqdır. Bu şərəfli vəzifədir, biz də buna hazırıq. Düşünürəm ki, çox qalmayıb, gec-tez torpaqlarımız işğaldan azad olunacaq. Bu gün işğalda olan həmin ərazilərdə sərhəd infrastrukturu yaradılacaq, üçrəngli bayrağımız həmin sərhəd zastavalarında dalğalanacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Dünən, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Dünən, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Dünən, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Dünən, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Dünən, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Dünən, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Dünən, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Dünən, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Dünən, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Dünən, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Dünən, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Dünən, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Dünən, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Dünən, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Dünən, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Dünən, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru