"DAŞKƏSƏNDƏ ƏHƏD ABIYEVİN KÜRƏYİNİ YERƏ VURUBLAR"
Tarix: 24-06-2013, 12:45 | Çap et
 В«Daşkəsəndə yerli məmurlar icra başçısı Əhəd Abıyevin kürəyini yerə vurublar. Artıq onu rayonda sayan yoxdur və rayonda olan bütün nüfuzunu itiribВ». Bu sözlər PİA.AZ-a Daşkəsəndən daxil olan məlumatda yer alıb. Daxil olan məlumata əsasən artıq nazirliklər və komitələr Əhəd Abıyevlə razılaşdırmadan rayona öz adamlarını təyin edirlər. Bu ənənəni isə Daşkəsənə DSMF sədri Səlim Müslümov qoyub. Belə ki, Səlim Müslümov Əhəd Abıyevdən xəbərsiz DSMF Daşəkəsən rayon şöbəsinin sədrini dəyişdirib. Yeni gələn DSMF sədri isə rayona gəldikdən sonra icra başçısına aylıq verməkdən imtina edib və bildirib ki, o, yalnız Səlim Müslümovun qarşısında məsuliyyət daşıyır. Bundan sonra isə idarə müdiri rayon şöbəsindəki şöbə müdirlərini Əhəd Abıyevdən icazəsiz işdən çıxararaq və onların yerinə öz adamlarını işə qəbul edərək icra başçısına göz dağı verib. Mənbənin sözlərinə bu insiddent baş verdikdən sonra bir çox nazirlik və komitələr də Əhəd Abıyevdən xəbərsiz rayondakı şöbələrində dəyişiklik aparıblar və bu dəyişikliklər tamakmilə Əhəd Abıyevin başının üstündən aparılsa da, Daşkəsəninin qalmaqal sevən icra başçısı məsələyə susqunluqla reaksiya verib. Məlumata görə rayonda xaosun yaranmasına səbəb Əhəd Abıyevin rayona təyinat aldığı üç müddətin tam-tamına 6 ayını rayonda keçirməməsidir. O rayonu tamamilə əvvələr köməkçisi olan, daha sonra isə başçının müavini təyin etdiyi Namiq Süleymanovun ixtiyarına buraxıb. Bakı ilə əlaqə saxlayan rayon məmurları isə Namiq Süleymanova tabe olmaqdan birmənalı olaraq imtina edirlər. Əvvəllər idarə və təşkilat rəhbərləri vaxtlı vaxtında В«aylıqlarınıВ» Namiq Süleymanova çatdırsalar da, indii demək olar ki, В«aylıqВ»verməkdən imtina edirlər. Bunu isə В«aylığıВ» Bakıya, baş idarəyə yollamaları ilə əlaqələndirirlər. Məlumatda o da bildirilir ki, seçki ərəfəsində Daşkəsəndə xaosun yaranması və icra başçısı Əhəd Abıyevin nüfuzunun ölməsi rayonda dərəbəyliyə yol açır və müxalifətin güclənməsinə səbəb olur. Mənbə bildirir ki, müxalifəti və В«surətçiləriВ» rayonda öz ətrafına toplayıb Əhəd Abıyevə qarşı gücləndirən isə rayon Qaz İstismar İdarəsinin rəisi Maksim adlı şəxsdir. (Məlumatda Maksimin familyası göstərilmir). Buna səbəb isə artıq uzun müddətdir ki, Əhəd Abıyevlə Daşkəsən Qaz İstismar İdarəsinin rəisi arasında problem yaşanmasıdır. Bildirilir ki, Əhəd Abıyev Daşkəsən Qaz İstismar İdarəsinin rəisini bir neçə dəfə işdən çxararaq rayondan qovub. Lakin hər dəfəsində В«xəstəlik kağızıВ» alan Maksim geri dönərək işinə davam edib. Bu işdə isə ona В«AzəriqazВ» ASC-dəki hamisi kömək olub. Məlumata əsasən Daşkəsən Qaz İstismar İdarəsinin rəisi İcra Hakimiyyətində keçirilən heçbir tədbirə qatılmır. Namiq Süleymanova isə açıq şəkildə bildirib ki, o, Əhəd Abıyevə В«aylıqВ» verməyəcək. Bundan sonra Əhəd Abıyev Daşkəsən Qaz İstismar İdarəsində yoxlama apardırıb. Külli-miqdarda yeyinti faktları aşkarlansa da, Əhəd Abıyev Maksimi işdən çıxara bilməyib. Nə qədər özündən çıxsa da, В«AzəriqazВ» ASC-dən açıq şəkildə Əhəd Abıyevə bildiriblər ki, Maksim orda işləməkdə davam edəcək. Məlumatda o da qeyd olunur ki, bu hadisə Əhəd Abıyevin Daşkəsəndəki nüfuzuna ağır zərbə vurub. Bundan sonra isə o, Əhəd Abıyevə hər kəsin başa düşdüyü bir şəkildə göz dağı da verib. Belə ki, Daşkəsən Qaz İstismar İdarəsində məsul vəzifədə çalışan Daşkəsən İcra Hakimiyyətinin başçısının birinci müavini Cavanşir Qocayevin oğlunu işdən qovub və bununla da hər kəsə göstərib ki, sən məni işdən qova bilmədin, amma mən sənin adamını qovdum. Daha sonra isə Daşkəsən Qaz İstismar İdarəsinin rəisi Maksim Əhəd Abıyevə qalib gəldiyinə görə, rayonun sayılan adamlarına ziyaəfət də verib. Daxil olan məlumatda göstərilir ki, Əhəd Abıyevə qarşı saymamazlıq nümayiş etdirən Daşkəsən Qaz İstismar İdarəsinin rəisi Daşkəsənə çox az hallarda ayaq basır və əsasən gününü yaşadığı Gəncə şəhərində keçirir. Buna baxmayaraq Daşkəsən Qaz İstismar İdarəsinin işlərinə heç kim müdaxilə edə bilmir. Həmçinin məlumatda o da qeyd olunur ki, Əhəd Abıyevi Bakıda nüfuzdan salmaq üçün Maksim başda olmaqla rayonun bir çox idarə və müəsisiə rəhbərləri rayondakı müxalifətə güc və dəstək verirlər. Məqsəd seçki prossesində rayonda siaysi və sosial çaxnaşma yaratmaqla Əhəd Abıyevin vəzifədən alınmasına nail olmaqdır. Elə buna görə də yaxın zamanlarda Daşkəsəndə sosial və siyasi tələblərlə etirazların keçirilməsi gözlənilir. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Bu gün, 18:40 |
|
|
|
• Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Bu gün, 18:21 |
|
|
|
• Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Bu gün, 18:01 |
|
|
|
• Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Bu gün, 17:59 |
|
|
|
• Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Bu gün, 17:56 |
|
|
|
• Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Bu gün, 17:45 |
|
|
|
• Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:31 |
|
|
|
• Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Bu gün, 17:22 |
|
|
|
• Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Bu gün, 17:16 |
|
|
|
• Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Bu gün, 17:09 |
|
|
|
• Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Bu gün, 16:50 |
|
|
|
• "Həmin müğənnilər "qara siyahı"dadır"
Bu gün, 16:48 |
|
|
|
• “Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Bu gün, 16:42 |
|
|
|
• Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Bu gün, 16:36 |
|
|
|
• Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Bu gün, 16:26 |
|
|
|
• Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Bu gün, 16:22 |
|
|
|
• Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Bu gün, 16:11 |
|
|
|
• Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Bu gün, 16:00 |
|
|
|
• Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Bu gün, 15:42 |
|
|
|
• Nicat Rəhimovun səhhətində problem yaranıb
Bu gün, 15:35 |
|
|
|
• Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Bu gün, 15:33 |
|
|
|
• İzzət Bağırov buna görə çimərlikdən qorxur
Bu gün, 15:30 |
|
|
|
• Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Bu gün, 15:28 |
|
|
|
• Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Bu gün, 15:25 |
|
|
|
• Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Bu gün, 15:22 |
|
|
|
• İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Bu gün, 15:19 |
|
|
|
• İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13 |
|
|
|
• Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07 |
|
|
|
• İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05 |
|
|
|
• 323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58 |
|
|
|
• Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50 |
|
|
|
• Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47 |
|
|
|
• Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13 |
|
|
|
• 55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11 |
|
|
|
• Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08 |
|
|
|
• Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01 |
|
|
|
• Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07 |
|
|
|
• “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59 |
|
|
|
• “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57 |
|
|
|
• Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52 |
|
|
|
• “Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47 |
|
|
|
• Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23 |
|
|
|
• Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
• Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16 |
|
|
|
|