Əsas Səhifə > Güney Press > "DAŞKƏSƏNDƏ ƏHƏD ABIYEVİN KÜRƏYİNİ YERƏ VURUBLAR"

"DAŞKƏSƏNDƏ ƏHƏD ABIYEVİN KÜRƏYİNİ YERƏ VURUBLAR"


24-06-2013, 12:45
"DAŞKƏSƏNDƏ ƏHƏD ABIYEVİN KÜRƏYİNİ YERƏ VURUBLAR"
В«Daşkəsəndə yerli məmurlar icra başçısı Əhəd Abıyevin kürəyini yerə vurublar. Artıq onu rayonda sayan yoxdur və rayonda olan bütün nüfuzunu itiribВ». Bu sözlər PİA.AZ-a Daşkəsəndən daxil olan məlumatda yer alıb.

Daxil olan məlumata əsasən artıq nazirliklər və komitələr Əhəd Abıyevlə razılaşdırmadan rayona öz adamlarını təyin edirlər. Bu ənənəni isə Daşkəsənə DSMF sədri Səlim Müslümov qoyub. Belə ki, Səlim Müslümov Əhəd Abıyevdən xəbərsiz DSMF Daşəkəsən rayon şöbəsinin sədrini dəyişdirib. Yeni gələn DSMF sədri isə rayona gəldikdən sonra icra başçısına aylıq verməkdən imtina edib və bildirib ki, o, yalnız Səlim Müslümovun qarşısında məsuliyyət daşıyır. Bundan sonra isə idarə müdiri rayon şöbəsindəki şöbə müdirlərini Əhəd Abıyevdən icazəsiz işdən çıxararaq və onların yerinə öz adamlarını işə qəbul edərək icra başçısına göz dağı verib.

Mənbənin sözlərinə bu insiddent baş verdikdən sonra bir çox nazirlik və komitələr də Əhəd Abıyevdən xəbərsiz rayondakı şöbələrində dəyişiklik aparıblar və bu dəyişikliklər tamakmilə Əhəd Abıyevin başının üstündən aparılsa da, Daşkəsəninin qalmaqal sevən icra başçısı məsələyə susqunluqla reaksiya verib.

Məlumata görə rayonda xaosun yaranmasına səbəb Əhəd Abıyevin rayona təyinat aldığı üç müddətin tam-tamına 6 ayını rayonda keçirməməsidir. O rayonu tamamilə əvvələr köməkçisi olan, daha sonra isə başçının müavini təyin etdiyi Namiq Süleymanovun ixtiyarına buraxıb. Bakı ilə əlaqə saxlayan rayon məmurları isə Namiq Süleymanova tabe olmaqdan birmənalı olaraq imtina edirlər. Əvvəllər idarə və təşkilat rəhbərləri vaxtlı vaxtında В«aylıqlarınıВ» Namiq Süleymanova çatdırsalar da, indii demək olar ki, В«aylıqВ»verməkdən imtina edirlər. Bunu isə В«aylığıВ» Bakıya, baş idarəyə yollamaları ilə əlaqələndirirlər.

Məlumatda o da bildirilir ki, seçki ərəfəsində Daşkəsəndə xaosun yaranması və icra başçısı Əhəd Abıyevin nüfuzunun ölməsi rayonda dərəbəyliyə yol açır və müxalifətin güclənməsinə səbəb olur.

Mənbə bildirir ki, müxalifəti və В«surətçiləriВ» rayonda öz ətrafına toplayıb Əhəd Abıyevə qarşı gücləndirən isə rayon Qaz İstismar İdarəsinin rəisi Maksim adlı şəxsdir. (Məlumatda Maksimin familyası göstərilmir). Buna səbəb isə artıq uzun müddətdir ki, Əhəd Abıyevlə Daşkəsən Qaz İstismar İdarəsinin rəisi arasında problem yaşanmasıdır. Bildirilir ki, Əhəd Abıyev Daşkəsən Qaz İstismar İdarəsinin rəisini bir neçə dəfə işdən çxararaq rayondan qovub. Lakin hər dəfəsində В«xəstəlik kağızıВ» alan Maksim geri dönərək işinə davam edib. Bu işdə isə ona В«AzəriqazВ» ASC-dəki hamisi kömək olub.

Məlumata əsasən Daşkəsən Qaz İstismar İdarəsinin rəisi İcra Hakimiyyətində keçirilən heçbir tədbirə qatılmır. Namiq Süleymanova isə açıq şəkildə bildirib ki, o, Əhəd Abıyevə В«aylıqВ» verməyəcək. Bundan sonra Əhəd Abıyev Daşkəsən Qaz İstismar İdarəsində yoxlama apardırıb. Külli-miqdarda yeyinti faktları aşkarlansa da, Əhəd Abıyev Maksimi işdən çıxara bilməyib. Nə qədər özündən çıxsa da, В«AzəriqazВ» ASC-dən açıq şəkildə Əhəd Abıyevə bildiriblər ki, Maksim orda işləməkdə davam edəcək.

Məlumatda o da qeyd olunur ki, bu hadisə Əhəd Abıyevin Daşkəsəndəki nüfuzuna ağır zərbə vurub. Bundan sonra isə o, Əhəd Abıyevə hər kəsin başa düşdüyü bir şəkildə göz dağı da verib. Belə ki, Daşkəsən Qaz İstismar İdarəsində məsul vəzifədə çalışan Daşkəsən İcra Hakimiyyətinin başçısının birinci müavini Cavanşir Qocayevin oğlunu işdən qovub və bununla da hər kəsə göstərib ki, sən məni işdən qova bilmədin, amma mən sənin adamını qovdum. Daha sonra isə Daşkəsən Qaz İstismar İdarəsinin rəisi Maksim Əhəd Abıyevə qalib gəldiyinə görə, rayonun sayılan adamlarına ziyaəfət də verib.

Daxil olan məlumatda göstərilir ki, Əhəd Abıyevə qarşı saymamazlıq nümayiş etdirən Daşkəsən Qaz İstismar İdarəsinin rəisi Daşkəsənə çox az hallarda ayaq basır və əsasən gününü yaşadığı Gəncə şəhərində keçirir. Buna baxmayaraq Daşkəsən Qaz İstismar İdarəsinin işlərinə heç kim müdaxilə edə bilmir.

Həmçinin məlumatda o da qeyd olunur ki, Əhəd Abıyevi Bakıda nüfuzdan salmaq üçün Maksim başda olmaqla rayonun bir çox idarə və müəsisiə rəhbərləri rayondakı müxalifətə güc və dəstək verirlər. Məqsəd seçki prossesində rayonda siaysi və sosial çaxnaşma yaratmaqla Əhəd Abıyevin vəzifədən alınmasına nail olmaqdır. Elə buna görə də yaxın zamanlarda Daşkəsəndə sosial və siyasi tələblərlə etirazların keçirilməsi gözlənilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt