Hindistan Azərbaycanla bağlı geri addım atdı .....                     Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın .....                     İrəvan Ermənistana necə verildi? .....                     Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü .....                     “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” .....                     Hüquqşünasdan sensasion açıqlama: .....                     Sakinlərlə "Pilot Residence” arasında qalmaqal .....                     “Uğur-2”də yarım milyonluq borc qalmaqalı .....                     Qızıl bazarında kimlər hökmranlıq edir? .....                     Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı .....                     “Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” .....                     “Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” .....                     Ersin Tatarın Azərbaycana səfəri .....                     Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! .....                     Rusiyanın Azərbaycandan üzr istəməməsinin .....                     Ermənistanda sorğu: Sülh istəmirlər .....                     “Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir .....                     Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır .....                     Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır .....                     Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... .....                     Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var .....                     Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı .....                     Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... .....                     58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib .....                     Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı .....                     Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək .....                     Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? .....                     Azərbaycanda ət niyə bahalaşır? .....                     “Dəmirçi ailəsi” niyə susur? .....                     Ermənistan müdafiə nazirinin müavini: .....                     Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... .....                     Nabranda qiymətlər FONTAN VURUR... .....                     Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək .....                     Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib .....                     Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb .....                     Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... .....                     Bir şərəfsiz sürü ilə üz-üzəyik... .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib .....                     `BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... .....                     “Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər .....                 

SAATLI TƏHSİLİNDƏ BAŞ VERƏN ANOMALİYA
Tarix: 17-05-2013, 14:57 | Çap et
SAATLI TƏHSİLİNDƏ BAŞ VERƏN ANOMALİYA
Bir müəllimdən qorxan icra başçısı və ya Gomuşçu kənd məktəbinin Ruslan problemi

DİA.AZ: - Bir qədər əvvəl Saatlı təhsilində baş verən bu maraqlı olay mətbuata çıxanda çoxları təəccübləndi. Sən demə, rayonun icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Saatlı rayonunun Azadkənd kənd məktəbinə yeni direktor təyin edib. Rayon təhsil şöbəsinin müdiri Şamil Nuraliyevdən xəbərsiz. Bu kənd məktəbində yeni direktorun niyə və hansı əsasla icra başçısı tərəfindən təyin edilməsinə isə təhsil şöbəsinin müdirinin cavabı belə olur: В«Mənlik iş yoxdur, direktoru icra başçısı təyin edibВ».

DİA.AZ bildirir ki, bir qədər əvvəl bu rayonda baş vermiş korrupsiya hallarını barədə də mətbuatda xeyli yazılar getdi. Məsələn, yazılırdı ki, kənd məktəblərində dərslər yaxın adamların adına yazılır və 50 faiz şərt ilə maaş bölüşdürülür. Hər müəllimim aldığı maaşın 30 faizi Şamil müəllimə çatır. O, isə daha yuxarılara ötürür.

Əslində Saatlıda təhsilin bərbad vəziyyətdə olması Təhsil Nazirliyinin rəhbərliyinə də məlumdur. Bunu hər il rayondan ali məktəblərə qəbul olunan məzunların sayı da təsdiqləyir.

Rayon Təhsil Şöbəsinin nəzdində guya Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Buradan 40 nəfərdən çox adam guya əmək haqqı alır. Əslində isə bu Mərkəzin yalnız adı var. Bütün sənədlər saxtalaşdırılaraq dövlət vəsaiti mənimsənilir. Mərkəzin heç bir fəaliyyəti yoxdur. Burada kimlərin çalışdığını da bilən yoxdur. Əmək haqlarını Şamil müəllim alıb müəyyən adamlar arasında bölür.

Amma bu gün sizə söz açmaq istədiyimiz birbaşa təhsil şöbəsi ilə, icra başçısı Siraqəddin Cabbarovla bağlıdır. Bəlkə də bu olay sizlərə adidən də adi görünəcək. Amma yox. Söhbət adidən də adi bir müəllimin adidən də adi bir orta məktəbdə çıxardığı hoqqalardan…və icra başçısı, təhsil şöbəsinin müdiri tərəfindən hansısa səbəblərə görə müdafiə olunmasından gedir. Uzatmayaq, qısası belədir.

Saatlı rayonunu o qədər də böyük olmayan bir kəndi var. Gomuşçu kəndi. Bu kəndin də bir orta məktəbi. 125 şagirdin təhsil aldığı, 15-20 pedaqoqun dərs dediyi bir məktəb. İlk baxışdan hər şeyin öz qaydasında getdiyi bu məktəbdə bir müddət öncə bir müəllim peyda olur. Kimya müəllimi Ruslan Əhmədov. Öz yerliləridir, cavan kadrdır. Amma Ruslan müəllim dərsə başladığı ilk gündəncə anormal hərəkətləri ilə məktəbdə qalmaqal yaradır. Əvvəlcə bütün qiymətləri “5” olan bir qıza kimyadan iki yazır. Və maraqlıdır ki, səbəbini də izah eləmir. Ən maraqlısı o deyil. Düzdür, sonradan komissiya bu qiyməti düzəldir. Həmin qız 462 balla ali məktəbə daxil olur. Üstəlik kimyadan 23 suala düzgün cavab yazmaqla.

DİA.AZ-a daxil olan məlumata görə, məktəbin müəllimləri fikirləşirlər ki, cavandır, yəqin nəsə anlaşılmazlıq olub. Amma sən saydığını say, gör Ruslan müəllim nə sayır. Bundan sonra həmin məktəbin 10-cu sinif şagirdi ilə –qız olduğu üçün adını yazmırıq-necə deyərlər özünə məxsus prinsip aparmağa başlayır. Həmin qızı gözüm-çıxdıya salır. Hətta iş o yerə çatır ki, qıza elə beləcə də deyir: В«Kislota atıb, sənin üzünü yandıraramВ». Xəbər qızın atasına çatır. Ata əvvəl məktəbə, sonra isə polisə şikayət edir. Ruslan da dinc dayanmır. Kimlərəsə arxalanaraq bu dəfə müəllimləri təhqir etməyə başlayır. Müəllimlər otağında. Hətta məktəbdə dava da salır. Həmin qıza iki qiymət yazır. Komissiya təşkil olunur. Şagirdə isə bütün suallara cavab verdiyi üçün layiq olduğu qiyməti verirlər.

Amma Ruslan yenə dayanmır, . Müəllimlərin günü göy əskiyə bürünür. Hər gün qalmaqal, hər gün söyüş-dava. Məktəbin direktoru işdən gedir. Onun yerinə təhsil şöbəsindən gəlmiş inspektoru təyin edirlər. Və nəhayət müəllim kollektivi belə qərara gəlirlər ki, bu В«dəcəlВ» müəllimin məsələsini pedaqoji Şuraya çıxarsınlar. Çıxarırlar da. Ruslan Əhmədov əmək kitabçasına yazılmaqla xüsusi maddəylə işdən azad olunur.

Bitdimi? Amma tələsməyin, bitmədi. Ruslan adını bildiyimiz, amma çəkmək istəmədiyimiz-həmin adam rayon mərkəzində idman komplekslərindən birinə rəhbərlik edir-,təhrikiylə rayonun icra başçısından, təhsil şöbəsindən Bakıya müxtəlif instansiyalara teleqramlar vurmağa başlayır; təhsildə korrupsiya baş alıb gedir, attestat satırlar, rayonda özbaşınalıqdır. Yuxarılara vurulan teleqramlar rayon rəhbərliyini narahat etməyə başlayır. Onlar isə məhz bu teleqramların əks-sədasından qorxaraq Ruslan Əhmədovu məktəbə bərpa edirlər. Təsəvvür edin, maddəylə, əmək kitabçasına yazılmaqla işdən qovulmuş birisini yenidən həmin kənd məktəbinə müəllim göndərilər. Təhsil ilinin bitməsinə bir ay qalmış, mayın birində. Əhmədov əmrini alan kimi kəndin içində elə beləcə də bəyan edir: В«İndi məni məktəbdən qovan müəllimlər sıraya düzülsünlər, onlara ayaqqabılarımı təmizlətdirəcəm”.

İş o yerə çatır ki, onun bu sözləri məktəbdə az qala qana səbəb ola bilərmiş. Amma məktəb müəllimləri səbirlərini basırlar. Fikirləşirlər ki, yəqin bir aylıq gəlib. Məlum olur ki, yox, Ruslan gələn ildən də bu məktəbdə dərs deyəcək, aləm qarışır.

İndi müəllimlərin canına qorxu düşüb. Adının səkilməsin istəməyən müəllimlərdən biri deyir ki, bu adamın ciddi müalicəyə ehtiyacı var. “Gör rayon rəhbərliyinin nə qədər işləkləri var ki, nə qədər qanunsuz əməllər törədiblər ki, Bakıya gedən şikayətlərin qarşısını almaq üçün, bir adamın Bakıya göndərdiyi şikayətdən qorxuya düşüb onu yenidən üstümüzə göndərdi. 20 nəfərlik məktəb müəllimin, bu qədər şagirdi nəzərə almadılar. Öz qorxularından bizi qana çalxalayırlar. Kim zəmanət verə bilər ki, Ruslan Əhmədovun bir anormal hərəkəti dözməyən müəllim və ya valideyn onun cavabını sərt şəkildə verməyəcək. Bəs bundan sonra həmin icra başçısı, ya təhsil şöbəsini müdiri nə cavab verəcək?”

Maraqlı sualdır. İcra başçısı öz canını hayına görə, məsələni bu cür anormal həll edir. Təhsil şöbəsinin müdiri Şamil müəllim də eləcə. Zərərçəkən isə Gomuşçu kənd məktəbinin müəllimləri və şagirdləri olacaq.

İndi məktəb müəllimləri cavab aktına hazırlaşır. Onlar bu başabəla müəllimdən qurtulmaq üçün Təhsil Nazirliyinə və daha yuxarı instansiyalara müraciət hazırlayırlar. İcra başçısından isə bir tələbləri var: bu adam barədə ciddi ölçü götürün. Ya ümumiyyətlə pedaqoji fəaliyyətdən uzaqlaşdırın, ya da başqa məktəbə göndərin. Bu adamın bu məktəbdə dərs deməsi qana gətirib çıxaracaq.

Görəsən başçı və təhsil şöbəsi bunun fərqindədirmi?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Bu gün, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Bu gün, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Bu gün, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Bu gün, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Bu gün, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Bu gün, 17:41
“Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Bu gün, 17:33
Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Bu gün, 17:25
Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı - ƏMR
Bu gün, 17:21
“Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” - Tahir Kərimli
Bu gün, 17:13
“Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” - Separatçıdan ilginc açıqlama
Bu gün, 17:04
Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR
Bu gün, 17:02
Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! - ŞƏRH
Bu gün, 16:28
Rusiyanın Azərbaycandan üzr istəməməsinin arxasındakı SƏBƏB
Bu gün, 16:26
Ermənistanda sorğu: Sülh istəmirlər - “Gallup”
Bu gün, 16:24
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO
Bu gün, 16:15
Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:11
Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır - ARAŞDIRMA
Bu gün, 16:09
Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... - deputat
Bu gün, 15:59
Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var - DETALLAR
Bu gün, 15:52
Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:46
Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... - TƏFƏRRÜAT
Bu gün, 15:45
58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib - “Gedib özüm dedim ki, həbs olunmaq istəyirəm”
Bu gün, 15:41
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı - Nişan efirdə olacaq
Bu gün, 15:37
Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək
Bu gün, 15:33
Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? - İLGİNC
Bu gün, 15:30
Azərbaycanda ət niyə bahalaşır? – Xəbərdarlıq edildi
Bu gün, 15:07
“Dəmirçi ailəsi” niyə susur? - BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR
Bu gün, 15:04
Ermənistan müdafiə nazirinin müavini: - Azərbaycan bizdən çox öndədir
Bu gün, 15:02
Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... - ETİRAZ VAR!
Bu gün, 14:27
Nabranda qiymətlər FONTAN VURUR... - "Bunun adı soyğunçuluqdur!"
Bu gün, 14:20
Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan
Bu gün, 14:15
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib - DİPLOMATİK MƏNBƏ
Bu gün, 14:08
Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
Bu gün, 13:35
Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... - DETALLAR
Bu gün, 13:28
Bir şərəfsiz sürü ilə üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:16
“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Bu gün, 13:00
`BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Bu gün, 12:45
“Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər - DETALLAR
Bu gün, 12:35
Rektor özünə köməkçi və müşavirlər təyin etdi - ADLARI
Bu gün, 12:33
Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış - FOTO
Bu gün, 12:32
`Azercell` bizi heyrətləndirir... - GİLEY
Bu gün, 12:27
Rusiya Türk dünyasından asılı vəziyyətə düşür - GƏLİŞMƏ
Bu gün, 12:20
10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... - Nizamnamə kapitalını artırmamaqda məqsəd nədir?
Bu gün, 12:16
Pekində ortadan bölünən DÜNYA... - NƏ BAŞ VERİR?
Bu gün, 12:13
Bağlı qapılar arxasında Zəngəzur danışıqları - "Fars News"
Bu gün, 12:08
Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:07
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Bu gün, 12:04
İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır - KİV
Bu gün, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru