"Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər" .....                     Naxçıvanda 10 manatlıq şirkətlə maraqlı "alış-veriş" .....                     Qaz və işıq limiti ləğv olunur: YENİ QİYMƏTLƏR .....                     Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik .....                     Aqrar Xidmətlər Agentliyi “Toyota Camry Hybrid” Avtomobili Alır .....                     Söküntüdə böyük problem: Verilən pula ev almaq olmur .....                     "Əminəm ki, Rusiya bunu nəzərə alacaq..." .....                     Adil Əliyevin əcaib-qəraib işləri... .....                     Şahin Bağırov "Azercell"ə 84 min manat köçürüb .....                     Qazax səhiyyəsi acınacaqlı durumda .....                     Göygöl peşə məktəbində AÇIQ BAZAR .....                     "Jurnalistlərin binası"nda ÜSYAN HƏDDİ... .....                     “Müqəddəs taxt” uğrunda siyasi döyüş: Paşinyana qarşı yeni alyans .....                     "Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib" .....                     " Bəlkə bu söz-söhbətləri ümumiyyətlə, aparcılar yığışdırsın?" .....                     Moskva Krım tələbini niyə məhz Bakıya qarşı irəli sürür? .....                     Paşinyanla qarşıdurmada məğlubiyyəti .....                     Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat .....                     "Ermənistan baş nazirinin kilsəyə hücumu: səbəb nədir?" .....                     Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir .....                     Keçmiş dostlar necə və niyə düşmən oldular? .....                     İran şahının nəvəsi yəhudi biznesmenə ərə gedib .....                     Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb .....                     BDU-nun “Məzun Günü” tenderində gözlənilməz endirim .....                     Paşinyan İrəvanda hücuma hazırlaşır .....                     AMB 314 minlik qablaşdırma mallarını .....                     Pirşağıda şagirdlərin ağzını "skoç"layan müəllimə xəbərdarlıq edildi .....                     Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv edilir .....                     Bakıda 12 hektarlıq yeni park salınır, 2,3 milyonluq tenderi .....                     Problemli kreditlər silinəcəkmi? .....                     Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi .....                     Erməni deputatdan iddia: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb .....                     Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar .....                     Səkkiz yaşlı oğlana təcavüz edən həbs olunmadı .....                     "Yoldaşımı xəstəxanaya aparmışdım" .....                     İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? .....                     Ermənistanda vətəndaş müharibəsi təhlükəsini görürəm .....                     "Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" .....                     Tevanyan erməniləri Paşinyana qarşı üsyana çağırdı: .....                     Rahib Qəribi döyüb ayağını sındırdılar .....                 

Biznesi qorumaq üçün “deputat qalxanı” - Deputat qadının belə pulunu mənimsəyib...
Tarix: 19-01-2016, 09:35 | Çap et
Biznesi qorumaq üçün “deputat qalxanı”
Son günlər baş verənlər Azərbaycan parlamentində mandat sahibi olanları bir daha saf-çürük etməyə əsas verir. Belə ki, bir tərəfdə məsələn “Azərsun” kimi nəhənglə baş-başa gələn, həddini aşan məmurlar haqda sərt ifadələr işlədən Zahid Oruc varsa digər tərəfdə “seçildiyi” bölgələrdə xalq etirazlarını xəbər portallarından izləyən, öz biznesinin inkişafından başqa heç bir fəaliyyəti olmayan deputatlar var. Biz də Azərbaycanın Ali Qanunverici Orqanında təmsil olunanlar haqda birbəbir araşdırma apardıq. Beləliklə, cumhuriyyet.az olaraq mandat sahibləri haqda silsilə yazılarımız ilk olaraq 46 saylı Şirvan şəhər Seçki Dairəsindən qalib elan olunaraq mandat almış Rafael Cəbrayılov haqdadır. Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb və cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız sayənsində əldə etdiyimiz faktları sizin də diqqətinizə çatdırmağı vacib bildik. Gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə qısa
Tərcümeyi-hal:
Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır).
III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir.
Ailəlidir, iki övladı var. Bu yalnız rəsmi məlumatdır. Amma cumhuriyyet.az olaraq mediadan topladığımız məlumatlarda maraqlı və ilginc faktlar yer alır.

Biznesi qorumaq üçün “deputat qalxanı”

Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur. Belə ki, cumhuriyyet.az media üzərindən araşdırmalar zamanı o məlumatı da əldə edib ki, Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib.

“Prorab” namizədin başıbəlalı platforması

R.Cəbrayılov ötən seçki platformasını də təkrar açıqlayıb. Hərçənd, köhnə vədlər və yerinə yetirilməyən məsələlər yenə də bu platformada yer alıb. Bu azmış kimi, deputat savadsızlığını nümayiş etdirib. Demək olar ki, platformanın hər cümləsində səhvlər var. Millət vəkili olan bir siyasətçinin geniş həcmli olmayan yazıda ardıcıl səhvlər buraxması sadəcə, biabırçılıq adlana bilər. Seçkini başlı-başına buraxmış Rəfael Cəbrayılovun əhali ilə görüşləri də bərbad səviyyədə keçirdi. Belə ki, verilən məlumata görə, sözügedən şəxs əslən Şirvanlı olsa da, əhalinin heç də rəğbətini qazana bilməyib. Elə bu səbəbdəndir ki, deputat seçiciləri ilə görüşü inzibati qurumların imkanlarından yararlanmaqla təşkil edir. Bəzi iddialara görə isə Cəbrayılov bu zaman maddi imkanlarından da yararlanır.
Onun seçki kampaniyasındakı digər bir biabırçı cəhəti yazdığı platformasında qəribə iddialar irəli sürməsidir. Məsələn, həmin platformada yazılıb: “Sovet dövründə inşa edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması da məqsədimdir”. Əvvəla bir deputatın vəzifəsi tikinti işləri ilə məşğul olmaq deyil. Həmçinin millət vəkili yol çəkmək, qaz xəttinin çəkilməsini təmin etmək və digər bu kimi işlərlər məşğul olan şəxs deyil. Bunlarla dövlət qurumları məşğul olmalıdır və onların bilavasitə vəzifələridir. Görünür, Rəfael Cəbrayılov həqiqətən də “prorab”lıqla deputatlığı səhv salıb.
Geniş biznes şəbəkəsinə sahib Rəfael Cəbrayılovla bağlı qalmaqallar bununla yekunlaşmır. Belə ki, cumhuriyyet.az olaraq R.Cəbrayılovla bağlı son dövrlərdə üç С…oşagəlməz С…əbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur.

“Sinəsində gəzdirdiyi deputat nişana hörmət”, yaxud ev fırıldağı

Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M. Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb. Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: “İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov.Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”.

Məhkəmə deputat, iki qardaşını və yeznəsini sökə-sökə pul ödətdirib

Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, cumhuriyyet.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi.

Deputat qadının belə pulunu mənimsəyib?

İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır. M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil.

Eldar Mahmudovdan Əli Həsənova gedən yol

Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və “Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır.

*** *** ***

Azərbaycan Prezidenti dəfələrlə sahibkarlara dəstək verilməsinin vacibliyini vurğulayıb və iş adamlarının incidilməsini bu cümlələrlə ifadə edib: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”. Prezidentin bu çıxışından örnək götürməyən Cəbrayılov isə təkcə iş adamlarını deyil, adi vətəndaşları da incitməkdədir. Qeyd edək ki, Azərbaycan vətəndaşlarına qarşı bu şəkildə amansız olan Rafael Cəbrayılovun eyni qəddarlığı düşmən ermənilərə qarşı sərgiləmədiyi vurğulanır. Tam əksinə, erməni ilə ailə qurmuş baldızının oğlunu belə oğulluğa götürməkdən çəkinməyib(Hər halda ölkə mətbuatında səslənən və R.Cəbrayılovun bu günə qədər təkzib etmədiyi xəbərlər bu yöndədir”. Elə onun milliyyətcə təmiz türk olan baş prokuror Zakir Qaralovun əleyhinə yazılar yazdırması da bu yöndə şübhələri daha da artırır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər" - döyülən jurnalist DANIŞDI
Bu gün, 01:20
Naxçıvanda 10 manatlıq şirkətlə maraqlı "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 01:14
Qaz və işıq limiti ləğv olunur: YENİ QİYMƏTLƏR - BUNDAN SONRA...
Bu gün, 01:11
Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik - Makron
Bu gün, 01:08
Aqrar Xidmətlər Agentliyi “Toyota Camry Hybrid” Avtomobili Alır - BU QİYMƏTƏ...
Bu gün, 01:04
Söküntüdə böyük problem: Verilən pula ev almaq olmur - AKTUAL
Bu gün, 01:02
"Əminəm ki, Rusiya bunu nəzərə alacaq..." - deputat
Bu gün, 01:00
Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
Bu gün, 00:56
Şahin Bağırov "Azercell"ə 84 min manat köçürüb - SƏBƏB
Bu gün, 00:52
Qazax səhiyyəsi acınacaqlı durumda - İTTİHAM VAR...
Bu gün, 00:48
Göygöl peşə məktəbində AÇIQ BAZAR - BU NƏDİ BELƏ?
Bu gün, 00:28
"Jurnalistlərin binası"nda ÜSYAN HƏDDİ... - Şirkət abunəçilərinə necə fırıldaq gəlib?
Bu gün, 00:09
“Müqəddəs taxt” uğrunda siyasi döyüş: Paşinyana qarşı yeni alyans - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib"
Bu gün, 00:00
" Bəlkə bu söz-söhbətləri ümumiyyətlə, aparcılar yığışdırsın?"
Dünən, 23:55
Moskva Krım tələbini niyə məhz Bakıya qarşı irəli sürür? – Təxribatlar gözləniləndir
Dünən, 23:51
Paşinyanla qarşıdurmada məğlubiyyəti erməni kilsəsinin siyasətini dəyişə bilərmi?
Dünən, 18:14
Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
Dünən, 18:10
"Ermənistan baş nazirinin kilsəyə hücumu: səbəb nədir?" - "Deutsche Welle"
Dünən, 18:07
Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
Dünən, 18:04
Keçmiş dostlar necə və niyə düşmən oldular? - AKTUAL
Dünən, 18:00
İran şahının nəvəsi yəhudi biznesmenə ərə gedib - VİDEO
Dünən, 17:59
Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb
Dünən, 17:56
BDU-nun “Məzun Günü” tenderində gözlənilməz endirim - TENDER NƏTİCƏSİ
Dünən, 17:54
Paşinyan İrəvanda hücuma hazırlaşır – Bu dəfə qalib gələcək!
Dünən, 17:53
AMB 314 minlik qablaşdırma mallarını - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:50
Pirşağıda şagirdlərin ağzını "skoç"layan müəllimə xəbərdarlıq edildi - RƏSMİ
Dünən, 17:47
Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv edilir
Dünən, 17:46
Bakıda 12 hektarlıq yeni park salınır, 2,3 milyonluq tenderi - BU ŞİRKƏT UDDU
Dünən, 17:45
Problemli kreditlər silinəcəkmi? - “Müəyyən addımlar atmaq olar”
Dünən, 17:32
Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi
Dünən, 17:30
Erməni deputatdan iddia: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb
Dünən, 17:22
Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
Dünən, 17:13
Səkkiz yaşlı oğlana təcavüz edən həbs olunmadı
Dünən, 17:07
"Yoldaşımı xəstəxanaya aparmışdım" - Misir Mərdanov TƏKZİB ETDİ
Dünən, 17:05
İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
Dünən, 17:01
Ermənistanda vətəndaş müharibəsi təhlükəsini görürəm - Erməni deputat
Dünən, 17:00
"Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" - "Yasamal Hospital"dan ŞİKAYƏT
Dünən, 16:58
Tevanyan erməniləri Paşinyana qarşı üsyana çağırdı: - Gözə göz, dişə diş
Dünən, 16:52
Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO
Dünən, 16:33
Məmmədovun xeyrinə qanunları pozan qadın hakim kimdir? - NƏ BAŞ VERİR?
Dünən, 15:32
Əcnəbi turist Bakıdakı qızları "ələ saldı": - "Hamısı..."
Dünən, 15:29
Durov niyə Fransanı tərk edə bilmir? - Özü açıqladı
Dünən, 13:06
Rusiya gedib öz problemləri ilə məşğul olsun! - Sabiq nazirdən REAKSİYA
Dünən, 13:03
Fransa məhkəməsi Azərbaycan səfirliyinə hücumla bağlı apellyasiya şikayətinə baxacaq
Dünən, 13:00
Moskva vilayətində bazara silahı hücum olub, azərbaycanlı miqrantlar hədələnib
Dünən, 12:59
Paşinyanın Azərbaycan xalqına mesajının sirri – “Hadisələri tezləşdirmək istəyir”
Dünən, 12:56
Rusiyadan növbəti Qarabağ təxribatı: - Putin də Medinski kimi düşünür
Dünən, 12:53
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Dünən, 12:47
Sabunçuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru