В«Mənə dedilər ki, boynuma almasam, döyüb boynuma qoyacaqlarВ» - Qobustanda gözdən əlili В«oğruВ» çıxarıblar
Tarix: 5-01-2016, 09:07 | Çap et
 Qobustan rayonunda qəribə hadisə yaşanır. JAM.AZ-a müraciət edən rayonun Təklə Mirzəbaba kənd sakini İbrahim Dərgahov yerli polisin onu heç bir səbəb olmadan oğurluqda ittiham etdiyini bildirir.
Hər iki gözü pis görən və bu səbəbdən də II qrupp gözdən əlil olan Dərgahov günün günorta çağı yolu belə düz-əməlli görmür. Gözünə taxdığı qalın eynək sayəsində hələlik gün işığına həsrət qalmayan Qobustan sakinini heyvan oğurluğunda ittiham edirlər.
O yazır ki, bu yaxınlarda kəndlərində oğurluq hadisəsi baş verib. В«Sabir müəllimin qoyununu oğurlanıb. Kənddən bir neçə adamı polisə aparıb, dindiriblər. Yeni il ərəfəsində bizim evə gəlib, məni soruşublar. Sonra isə Şamaxı rayonunun ərazisindən mülki formada polis Fərid Fətəliyev və daha bir əməkdaş 99 ET 104 dövlət nömrə nişanlı maşina oturdub, Polis Şöbəsinə apardılar. Yolda onlardan günahımın nə olduğunu, hansı səbəbdən polisə aparıldığımı soruşduqda isə dedilər ki, onlar heç nə bilmir, hər şeyi polis rəisinin müavini Ceyhun müəllim izah edəcəkВ».
Qobustan Polis Şöbəsində isə İbrahim Dərgahova verilən suallar isə olduqca В«məntiqliВ» olub. JAM.AZ xəbər verir ki, rəis müavini Ceyhun sözügedən şəxsdən ilk olaraq yaşadığı kəndlərində heyvan oğurluğunun olduğunu soruşub. В«Cavabında bildirdim ki, oğurluq hadisəsi barədə eşitmişəm. Atamın yas yerində eşitdiklərini və evdə danışdıqlarına əsaslandığımı söylədim. Ardından Ceyhun müəllim mənə dedi ki, bəs, guya, mənim Müşfiq qəsəbəsindəki marketlərdən birinə borcum olub. Cavabında qeyd elədim ki, bu məlumat yalandır, çünki mənim heç kimə borcum yoxdur. Bu sözlərimi eşidən kimi rəis müavini əsəbləşib üstümə qışqırdı ki, bəs, əgər boynuma almasam, məni yerdə sürüyəcək. İsrarla kimsəyə borcum olmadığını söylədimВ».
Rəis müavinin daha bir sualı isə İbrahim Dərgahovun В«QazElВ» sürücüsü dostunun olması ilə bağlı olub. В«Mənə bunu deyəndə güman elədim ki, bunlar kimsəylə məni səhv salıblar. Yenə israrla vurğuladım ki, mənim belə bir dostum yoxdur və heç vaxt olmayıb. Ceyhun müəllim bu sözlərimdən də bərk əsəbləşib qışqırmağa başladı ki, bəs, dükana borcunu necə ödəmisən. Yenə də izah elədim ki, mənim kimsəyə borcum yoxdur və olmayıb. Amma təhdidlərin ardı-arası kəsilmirdi. Gah deyirdi səni yerdə sürüyərəm, gah deyirdi oğurluğu boynuna al, yoxsa axırın pis olacaq. Hər dəfəsində də bildirirdim ki, onlara verilən məlumat yanlışdır. Və mən oğurluq etməmişəmВ».
Gözləri çox zəif görən, qaranlıqda isə ümumiyyətlə, küçəyə çıxa bilməyən İbrahim Dərgahov oğurluqda ittiham olunması ilə barışmır və bunu özünə təhqir hesab edir. O bildirir ki, Qobustan polisində ona deyiblər ki, guya, hansısa В«QazelВ» sürücüsü və dükana olan borcumla əlaqədar araşdırma aparırlar və nəticələr əldə ediləndən sonra yenidən çağıracaqlar. В«Bu adamlar nə etdiklərinin fərqində deyillər. Mən ayağımın altını güclə görürəm, necə oğurluq edə bilərəm ki? Üstəlik, qapımıza hay-küylə gələrək xəstə anamın qorxmasına səbəb olublar. Qanunları bu qədər tapdamaq olmazВ».
Qobustan sakini sonda DİN rəhbəri cənab Ramil Usubova müraciət edərək, ondan kömək istəyib. В«Cənab nazir, mən gözdən əlil adamam. Doğru-düzgün əmək qabiliyyətim də yoxdur. Gündüz vaxtı taxdığım eynəyim vasitəsi ilə yolu bir az görə bilirəm. Qobustan polisi isə məni oğurluqda ittiham edir. Bu mənim şəxsiyyətimə həqarət olmaqla yanaşı, həm də mənəvi cəhətdən zərbədir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, başıma gətirilənləri şəxsən araşdıraraq, nəzarətinizə götürəsiniz. Yoxsa, bunlan oğrunu qoyub, mənim kimi günahsız birini şərləyərək həbs edəcəklərВ».
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sübhaninin İrəvandakı missiyası başa çatır: - Həmişə ermənilərin dostu olacağam
Dünən, 17:41 |
|
|
|
• BOKT “International” 50 investordan illik 18% ilə borc götürdü
Dünən, 17:36 |
|
|
|
• Tiktoker “Miray” saxlanıldı - FOTO
Dünən, 17:29 |
|
|
|
• Döyülən uşaqların anası yenə hamilədir... - Video
Dünən, 17:24 |
|
|
|
• DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək
Dünən, 17:09 |
|
|
|
• “Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? – ŞİKAYƏT/VİDEO
Dünən, 17:03 |
|
|
|
• Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi
Dünən, 16:53 |
|
|
|
• İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu – FOTO
Dünən, 16:47 |
|
|
|
• "Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" - Aqil Abbas
Dünən, 16:43 |
|
|
|
• “Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
Dünən, 16:31 |
|
|
|
• Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz - Misir Mərdanov
Dünən, 16:29 |
|
|
|
• Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi - KİV
Dünən, 16:25 |
|
|
|
• “Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Dünən, 16:20 |
|
|
|
• Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
• Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
• Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Dünən, 16:01 |
|
|
|
• Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Dünən, 15:58 |
|
|
|
• Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Dünən, 15:53 |
|
|
|
• Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Dünən, 15:50 |
|
|
|
• "Bəzən sevgi əzaba çevrilir"
Dünən, 15:47 |
|
|
|
• Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Dünən, 15:42 |
|
|
|
• "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Dünən, 15:30 |
|
|
|
• 43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Dünən, 15:15 |
|
|
|
• Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Dünən, 15:03 |
|
|
|
• Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Dünən, 14:48 |
|
|
|
• Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Dünən, 14:44 |
|
|
|
• Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Dünən, 14:26 |
|
|
|
• Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Dünən, 14:06 |
|
|
|
• Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Dünən, 14:04 |
|
|
|
• Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Dünən, 13:59 |
|
|
|
• Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Dünən, 13:56 |
|
|
|
• Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Dünən, 13:54 |
|
|
|
• "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Dünən, 13:50 |
|
|
|
• Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Dünən, 13:41 |
|
|
|
• Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Dünən, 13:37 |
|
|
|
• “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Dünən, 13:32 |
|
|
|
• Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Dünən, 13:29 |
|
|
|
• "Həyatımda unudulmaz bir gündür"
Dünən, 13:26 |
|
|
|
• II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Dünən, 13:20 |
|
|
|
• Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Dünən, 13:16 |
|
|
|
• İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Dünən, 13:09 |
|
|
|
• "Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Dünən, 13:07 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Dünən, 13:04 |
|
|
|
• Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Dünən, 13:02 |
|
|
|
• Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Dünən, 12:54 |
|
|
|
• “Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Dünən, 12:53 |
|
|
|
• Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Dünən, 12:49 |
|
|
|
• "17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Dünən, 12:48 |
|
|
|
• Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Dünən, 12:00 |
|
|
|
• Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Dünən, 11:58 |
|
|
|
|