İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? .....                     Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ .....                     Revanşistlər son oyunlarını oynayır .....                     Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. .....                     SOS: İrəvan süni intellekt fabriki yaradır .....                     İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? .....                     İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində .....                     Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                     Energetika sanatoriyasında enerji problemi .....                     Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? .....                     “Aparıcı da onların səviyyəsindədir” .....                     Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                     "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" .....                     Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik .....                     Putin İsrailin İrana hücumunu şərh edib .....                     İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər .....                     Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir .....                     Xalq artistindən rep deyən Alim Qasımova .....                     Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? .....                     Azərbaycan İrandan təxliyələrə .....                     Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? .....                     Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub .....                     Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, .....                     Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək .....                     Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     İsrailli ekspertdən qalmaqallı açıqlama .....                     İsrail elə hazırlaşıb ki... .....                     Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır .....                     Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu .....                     Bir manata görə "parkovşik"lər dalaşdı: .....                     Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi .....                     Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. .....                     Ermənistanın “balans oyunu”: .....                     “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… .....                     Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi .....                     Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı .....                 

Ağcabədidə 2 metrlik torpaq sahəsi davası bir ailənin faciəsinə çevrilib... - Özbaşınalıq...
Tarix: 21-11-2015, 09:52 | Çap et
Ağcabədidə 2 metrlik torpaq sahəsi davası bir ailənin faciəsinə çevrilib...
Artıq bir neçə dəfədir ki, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğlu redaksiyamıza üz tutur, üzləşdiyi problemlərin mahiyyətindən bəhs edir. Amma, nə qədər çalışsa da, üzləşdiyi problemlərin mahiyyətini ictimailəşdirsə də, o, hələ də haqqına qovuşa bilməyib. Bu dəfə isə, onun üzləşdiyi problemin mahiyyəti sırf sosial xarakterlidir.
Nuşirəvan Məmmədov redaksiyamıza ünvanladığı müraciətində yazır ki, “qızım Mətanət, həyat yoldaşım Əhmədova Nazilə Əhməd qızı və öldürülən oğlum Elnur Məmmədov vaxtilə Üzeyir Hacıbəyov adına kolxozda işlədiyimizə görə, 1984-cü ildə ailəmizə sovxozun qərarı ilə 6 sot həyətyanı torpaq sahəsi verilmişdir. Və həmin torpaq sahəsinə aid qərar, şəhər sovetindən verilmiş lazımi sənəd, dövlət aktı, torpaq sahəsinin kupçası və.s bizdə olduğu halda, qonşum Zeliyev Zeni Süleyman oğlunun torpaq sahəsi olduğu halda, o, bizim ailəyə məxsus torpaq sahəsində bu günə qədər də yaşamayıb və həmin torpaq sahəsini Moskva şəhər sakini, kifayət qədər də var-dövlətə sahib olan Nəsirov Yaşar Səfər oğluna satmışdır.
Torpaq sahəsinin alqı-satqısı haqda məlumatlardan xəbər tutduqdan sonra, problemin varlığına aydınlıq gətirməyə çalışdım. Həmin vaxt Ağcabədidə vəzifə daşıyan bəzi şəxslər mənə bildirdilər ki, “baxmayaraq bildirmisiniz ki, biz onları tanımırıq, amma siz onları mütləq tanımalısınız” dedikdə, bizi təəccüb bürüdü. Necə bəyəm, kimsə kimi məcbur tanımalıdır?
Bu gün həmin torpaq sahəsində bir kimsə yaşamır. Onu da deyim ki, satılan torpaq sahəsindəki tikintiyə aid heç bir sənəd də yoxdur desəm, yəqin ki, yanılmaram. Amma, bütün bunlara baxmayaraq, 15 aprel 2009-cu il tarixdə Ağcabədi rayon Məhkəməsinin hakimləri Fərhadov Xanlar Zalı oğlu və İbrahimov Zamin Vəliyəddin oğlu tərəfindən qanunsuz, ədalətsiz, bir qədər də ötkəm desəm Allahsız qərar çıxarılır ki, bu da 158 bənddən ibarət Konstitusiyamızla birbaşa ziddiyyət təşkil edir. Qərarda göstərilir: Zeniyev Zeni Süleyman oğlunun yeddi sot, Zeniyev Bəhruzun isə 6 sot həyətyanı torpaq sahəsi var. 15 aprel 2015-ci il tarixdə çıxarılmış qərarda qeyd olunur ki, hər ikisinin evi də var, hər ikisi də evində də yaşayırlar. Onların ailələrinə, övladlarına, itlərinə, hətta pişiklərinə belə bu azad ölkədə yaşamağa, guya Nuşirəvan Məmmədovun ailəsi imkan belə vermir. Təəssüf doğuran hal odur ki, 15 aprel 2009-cu il tarixdə Ağcabədi rayon Məhkəməsinin hakimi Zamin İbrahimovun çıxartdığı qərar qanunsuz olduğu üçün, məhkəmə qərarından Şirvan Apeliyasiya Məhkəməsinə şikayət etsək də, sənədlərimizə heç bir baxış keçirilmədən, sorğu məktubu ünvanlanıb cavab məktubu alınmadan, lazımınca araşdırma işi aparılmadan çıxarılmış məhkəmə qərarı qüvvədə saxlandı. Biz bunula da razılaşmadıq və təkrar Ali Məhkəməyə müraciət etməyə məcbur olduq. Müraciətimizdə bildirdik ki, bizə aid 16 aprel 2010-cu il tarixdə 515 nömrə ilə uçota alınan A N-266453 nömrəli, 1469,42 kvm sahəsi olan mülkiyyətimizi, hakim Zamin İbrahimov hansısa maraqları çərçivəsində bizdən alınması haqda qərar çıxarıb.
Hörmətli redaksiya və çoxsaylı oxucular! Çıxarılmış qərarda o da göstərilir ki, Moskva şəhər sakini, milyonçu, hansı ki, sifətini görmədiyimiz Nəsirov Yaşar Səfər oğlu tərəfindən zəbt olunmuş torpağımız 2 metr açılmalı idi. Mülkiyyətimdə olan torpaq sahəmdə 1984-cü ildə quraşdırdığım darvazamı da özüm sökməli olduğum halda, onu məhkəmə icraçıları polislərin köməkliyi ilə darmadağın etdilər. Bildirim ki, həmin vaxt hadisə yerində Müşfiq adlı sahə müvəkkili də iştirak edirdi. Biz 2 metr torpaq sahəmizin açılmasını tələb etdikdə, məhkəmə icraçısı Alıyev Gəray Seyrəddin oğlu həyat yoldaşımı yerə yıxıb təpiklədi. Vurulmuş zədə ilə bağlı həyat yoldaşımın həkim arayışı da var. Məni isə, Yaşar Nəsirovun nümayəndəsi və qardaşı İslam adlı şəxs yumruqla vurdu. Məni eyni zamanda Yaşarın qardaşıoğlu da təpiklə vurub yerə yıxdı. Baş verənləri polis əməkdaşları öz gözləri ilə gördülər və bunlarla bağlı 23 iyun 2012-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinə şikayət etdikdə, şöbədən məni müayinədən keçmək üçün həkim yanına göndərdilər. Müayinə olunduğum zaman həkimlər də bitərəfli mövqe tutdular və xəsarət almamağım haqda arayış da yazdılar. Ağcabədili həkimlərin bu cür addımlarına baxmayaraq, 25 iyun 2012-ci il tarixdə təkrar həkim müayinəsindən keçmək məqsədilə Mingəçevirə getdim. Bir qədər müalicə olunduqdan sonra, baş verənlərlə bağlı polis şöbəsində qeydiyyata da alındım. O halda sual oluna bilər ki, görəsən Ağcabədidə polis əməkdaşları, həkim kollektivi yox idimi ki, müayinə olunmaq mən Mingəçevirə üz tutdum?
Onu da qeyd edim ki, bu gün də mülkiyyətimdə olan eni 8 m 78 sm, uzunluğu isə 38 m, 48 sm-lik torpaq sahəm açılmayıb. Hal-hazırda eni 5m 30 sm olan torpaq sahəsi istifadəmizdədir. Görəsən səbəb nədir ki, icraçılar icranı yerinə yetirərkən darvazamı darmadağın etdilər, bir hissəsini oğurladılar, bir hissəsini isə əzib pis hala saldılar. Ağcabədidə məhkəmə qərarları bu cür icra olunur.
Başımıza gətirilən olaylardan biri də, digər oğlum Elsevər Məmmədovu 7 nəfərin oğurlayıb meşədə döymələri və döydükdən sonra da, onu darvazamızın ağzına atıb getmələri oldu. Hadisə 26 noyabr 2012-ci tarixdə bir qrup şəxslər tərəfindən törədilir. Həmin şəxslər Camal Məmmədov, Tofiq Soltanov, Soltanov Səbuhi Tofiq oğlu, Soltanov Surxay Tofiq oğlu, Allahverdiyev Müşfiq Məhəmməd oğlu, Qasımov Xəlil Zamin oğlu, Qasımov Sadiq Sahib oğlu oğlumun belinə, sifətinə, çənəsinə, gözünə ağır bədən xəsarətləri yetirirlər. Baş verən hadisədən sonra oğlum 22 gün Ağcabədi rayon Xəstəxanasında müalicə olundu. Rayonun əksər vəzifə sahibləri hadisədən dəqiq məlumatlı olsalar da, son anda baş verənləri ört-basdır etməyə çalışdılar. Baş verənlərlə bağlı ayrı-ayrı məhkəmə instansiyalarında baxış keçirilsə də, heç bir halda haqq-ədalət öz yerini tapa bilmədi.
13 sentyabr 2013-cü il tarixdə Baş Prokuror cənab Zakir Qaralov Ağcabədidə, 15 may 2015-ci ildə Ədliyyə Naziri cənab Fikrət Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində olarkən, başımıza gətirilən müsibətləri onlara bildirsəm də, bu günədək heç bir nəticə yoxdur. 30 may 2015-ci il tarixdə isə, Daxili İşlər Naziri cənab Ramil Usubov Bərdə şəhərində olarkən ona teleqram vursam da, bir qrup Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları onunla görüşümə imkan vermədilər.
Axı, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman bildirir ki, “Azərbaycan vətəndaşlarına hər yerdə hörmət olunmalıdır, dövlət qurumları tərəfindən normal rəftar olmalıdır, onlar təhqir edilməməlidirlər, incidilməməlidirlər. Amma, belə hallar bu gün də var. Kim bunları edir? Əlbəttə ki, dövlət məmurları? Kim vətəndaşları incidə bilər? Dövlət məmurları? Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını vəzifəyə təyin edərkən, yaxud da onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə deyirəm ki, hörmət edin insanlara. Amma, əksər hallarda mən bunları görürəm. Görəndə də dərhal tədbirlərimi görürəm. Məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu kimi hallar var, bunlar da aradan qaldırılmalıdır”. Cənab Prezident bu kimi müdrik sözlər Sizin dilinizdən çıxsa da, bunlar Ağcabədinin icra başçısı Şahin Məmmədova sanki aid deyil.
Hörmətli media təmsilçiləri! “Mən və həyat yoldaşım bu gün düşünürük ki, bizi fiziki cəhətdən də aradan götürə bilərlər. Odur ki, ailəmizin təhlükəsizliyinin təmin olunmasını, bizim adımızdan ölkə rəhbəri cənab İlham Əliyevə çatdırasınız. Odur ki, bizim Konstitusiya ilə təmin olunan hüquqlarımız pozulduğuna, həyat yoldaşımın qanunsuz olaraq 1 il müddətinə islah işlərinə cəlb olunduğuna, üzləşdiyimiz problemlərlə bağlı çıxarılmış məhkəmə qərarlarının 6 il ərzində yerinə yetirilmədiyinə və məhkəmə qərarlarına hörmətsizlik edənlərin cəzalandırılmadığına görə, ailəmizlə birlikdə başqa bir dövlətdə yaşamaq haqda düşünürük. Biz istəyirik ki, ömrümüzün qalan hissəsini rahat yaşaya bilək. Mən bu günə qədər dövlətimizin ayrı-ayrı qurumlarına, xarici ölkələrin diplomatik korpuslarına, bəzi beynəlxalq təşkilatlara, insan haqları müdafiə komitələrinə, əksər televiziya kanallarına və.s üst-üstə 878 ərizə və müraciətlər ünvanlamışam. Bütün bunların qarşılığında isə, hələ də haqqıma qovuşa bilmirəm. İstəyirəm ki, mənim haqq səsimi hər kəsə, ən əsası ölkə rəhbəri cənab İlham Əliyevə çatdırasınız”.
Bəli, bütün bunlar bir ağsaçlı valideyinin fəryadı, haqq-ədalətə qovuşmaq arzusuyla apardığı mübarizəsidir. Amma, nə etmək olar! Bu gün bu məmləkətdə elə vəzifə sahibləri var ki, onlar qanunların aliliyinə məhəl qoymurlar, verilmiş tapşırıqlara biganə yanaşırlar, daşıdıqları vəzifəyə isə, sanki gəlir mənbəyi kimi də yanaşırlar. Amma, bir həqiqəti də unutmaq olmaz ki, kimsə öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurursa, çox zaman onların sonrakı taleyi acı sonluqla da nəticələnir. Odur ki, bir qədər düşünmək, düşündükcə də götür-qoy etmək gərəkdir.
P.S. Məqalədə adları çəkilən hər bir şəxslə bağlı səslənən ittihamlar, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğluna məxsusdur. Belə bir səbəb üzündən də, kimlərinsə səslənən iradlarla bağlı barışmadığı anlar olarsa, mövqeyini redaksiyamıza çatdıra bilər. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? - Görünəni odur ki...
Bu gün, 08:54
Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ - Ekspert danışır...
Bu gün, 08:51
Revanşistlər son oyunlarını oynayır - Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Bu gün, 08:48
Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
SOS: İrəvan süni intellekt fabriki yaradır - Azərbaycana TƏHDİD
Bu gün, 08:43
İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? - NƏ ETMƏLİ?
Bu gün, 08:41
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb
Bu gün, 08:37
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47
İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45
İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29
Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25
Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24
Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20
Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19
Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11
“Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01
Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56
İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55
“FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52
Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49
Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43
Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40
SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25
Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32
Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29
İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru