Sinif yoldaşlarından, dost-tanışlarından komanda quran nazir təhsilimizə nə verə bilər – Mikayıl Cabbarovun fiaskosu
Tarix: 6-11-2014, 10:22 | Çap et
 DİA.AZ: - Redaksiyamızın electron poçtuna təhsil sistemindəki böhranlı durum, kadr çatışmamazlığı və ümumiyyətlə təhsil naziri Mikayıl Cabbarovun yarıtmaz kadr siyasətini hədəfə alan tənqidi material daxil olub.
Məqalənin DİA.AZ oxucularına da maraqlı olacağını güman edib, bəzi ixtisarlarla diqqətinizə təqdim edirik:
“Artıq bir il yarımdan bir qədər çox müddət keçməsinə baxmayaraq Təhsil Nazirliyinin hələ də strukturu formalaşmamış və ölkə ictimaiətinə təqdim olunmamışdır. Hər dəfə Təhsil Nazirliyinin saytına nəzər saldıqda struktur bölməsində nazirliyin aparatının strukturu “hazırlanır” ifadəsinə rast gəlinir. Misir Mərdanov vəzifədən götürüldükdən sonra hamı düşünürdü ki, yeni nazir daha mütərəqqi metodlarla iş rejimi yaradacaq, təhsil sisitemini idarə edəcək bir çevik mexanizim quracaq və yeni qəbul olunmuş təhsil strategiyasına uğun bir struktur formalaşdıracaqdır.
Mikayıl Cabbarov isə bunun əvəzinə öz sinif yoldaşlarını tələbə dostlarını nazirliyin aparatına işə gətirmək üçün aparatın ştat cədvəlinə və strukturuna bir neçə nazir müşaviri və nazir köməkçisi vəzifəsini çoxlu sayda şöbə müdir mavinləri vəzifəsi və sektor müdir vəzifələrini struktura daxil etdi. Nazirlikdən olan mənbəmiz iddiya edir ki, hazırda heç prezidentin o qədər müşavir və köməkçi vəzifələri yoxdur, nəinki Mikayıl Cabbarovun o qədər müşavir və köməkçi vəzifələrində işləyən işçiləri vardır.
Bu yaxınlarda Prezident Administarsiyasının rəhbəri akademik Ramiz Mehdiyev tərəfindən təhsil sahəsində kadr böhranı əbəs yerə ölkə ictimaiətinin diqqətinə çatdırılmamışdır. Hörmətli Ramiz müəllim bu acınacaqlı vəziyyəti əslində hamıdan yaxşı görür və həyacan təbili çalmışdır.
Necə olur ki, bu günə qədər Təhsil Nazirliyinin aparatına işə qəbul oluan işçilərin heç biri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsabiqə və müsahibəsindən keçmiyərək Təhsil Nazirliyində işə qəbul olunublar. Belə çıxır ki, nazir Mikayıl Cabbarov nazirliyin aparatının strukturuna dövlətin normativ sənədlərinə əməl etmədən istədiyi vəzifəni müəyyənləşdirir, dövlətin qanunlarını pozaraq işçiləri işə qəbul edir. Hələ bu azmış o qəbul etdiyi dostları tələbə və sinif yoldaşlarının biliyi hec bilinmir hansı səviyyədədir.
Biz hesab edirik ki, Təhsil Nazirliyində öyrədənlərin öyrədəni vəzifə tutmalıdır. Yoxsa orta məktəbi bir cür- birtəhər bitirən, ali məktəblərə fırıldaqlıq yolu ilə qəbul olub, əmi, dayı, xala və rüşvət hesabına ali təhsil alanlar Təhsil Nazirliyində vəzifə tuturlar. Sonra da gözləyirik ki yeni nazir təhsil sisteminə yeniliklər gətirəcək, şəffalıq və düzgünlük olacaq və təhsildə islahatlar həyata keçirəcək. Gəlin barışaq ki, təhsil sisteminə rəhbərlik etmək bu Mikayıl Cabbarovun işi deyil, bu vəzifə onun üçün həddindən artıq böyükdür. Həm də nəzrə almaq lazımdır ki, artıq Mikayıl Cabbarovun bir neçə təklifləri təhsildəki düşüncələri, ideyaları baxışları iflasa uğrayıb. Sivil cəmiyyətdə belə olduğu halda bu şəxslər istefa verirlər, əlbəttə bunu Mikayıl Cabbarova aid etmək olmaz, çünki…
Burda xalqımızın gözəl bir atalar sözü yadımıza düşür “Nə gedir bağdan gedir, Bağbandan nə gedir ki”. Mikayıl Cabbarovun təkliflərindən iflasa uğrayan ən başlıcası rayon, şəhər təhsil şöbələrini ləğv edib əvəzində respublikanın ayrı-ayrı rayonlarında zona təhsil idarələrinin yaradılması oldu. Sən demə hamı axmaq imiş bir ağıllı Mikayıl Cabbarovdur. Dünyanın heç bir ölkəsində təhsilin belə bir idarəetmə metodu yoxdur. Mikayıl Cabbarov “şto, qde, koqda” verlişində də kor-korana oynayırmış. Hamı yaxşı bilir ki, Mikayıl Cabbarovun bu zona təhsil idarələrinin yaradılamsında məqsədi təhsilin çevik idarəedilməsi mexanizmi yox, təhsilə dövlət tərəfindən ayrılan vəsaitlərin “çevik” mənimsənilməsi məqsədi olmuşdur. Hələ utanmadan da durub ictimaiətə bildirir ki, güya dövlət tərəfindən vəsait ayrılmadığından təhsilin zona idarələrinin yaradılması mümkün olmamışdır”.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29 |
|
|
|
• “Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22 |
|
|
|
• İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12 |
|
|
|
• "Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08 |
|
|
|
• Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57 |
|
|
|
• “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52 |
|
|
|
• AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48 |
|
|
|
• Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40 |
|
|
|
• Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35 |
|
|
|
• Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32 |
|
|
|
• Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40 |
|
|
|
• “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32 |
|
|
|
• “Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28 |
|
|
|
• Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24 |
|
|
|
• AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22 |
|
|
|
• Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15 |
|
|
|
• Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02 |
|
|
|
• “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09 |
|
|
|
• Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04 |
|
|
|
• TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57 |
|
|
|
• Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53 |
|
|
|
• Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47 |
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54 |
|
|
|
• Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52 |
|
|
|
• “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38 |
|
|
|
• Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20 |
|
|
|
• "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14 |
|
|
|
• 5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09 |
|
|
|
• Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58 |
|
|
|
• Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56 |
|
|
|
• Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48 |
|
|
|
• 102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41 |
|
|
|
• “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40 |
|
|
|
• “Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37 |
|
|
|
• "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27 |
|
|
|
• Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25 |
|
|
|
• Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
|