`Kontakt Home`a borclu olmaq bir bəla, borcdan qurtulmaq başqa bəla... - `Borclu deyilsən" arayışı üçün PUL İSTƏYİRLƏR
Tarix: 14-04-2023, 08:03 |
Çap et
DİA.AZ: - " "Kontakt Home"-a 9 ay müddətə, ümumi 300 manata yaxın borcum qalmışdı. Bankdan kredit götürməli oldum və bu məndə borc kimi göründüyü üçün bağlamaq məcburiyyətində qaldım". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin səsi" sosial qrupundakı paylaşımıda giley olunur.
Daha sonra narazı vətəndaş yazır: "Borcu tam ödədim, çeki götürdüm. Əlavə olaraq borcu tam ödədiyim haqda arayış xahiş etdim. 10 manat ödəniş tələb etdilər arayışa görə.
Əlaqə nömrəsinə zəng vurdum şirkətin, bildirdim ki, əvvəlcədən borcun hamısını ödəyirəm və buna görə heç bir güzəşt edilmədi ümumi borc məbləğində. Şirkətdən də arayışın ödənişli olduğunu bildirdilər.
Bir arayışın 10 manat olmasını doğru hesab etmirəm, ən azından kiçik məbləğ olmalıdır və yaxud da olmamalıdır..."
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazııq...