Alimpaşa Məmmədov qanunlardan daha alidir?
Tarix: 21-07-2020, 10:13 | Çap et
 Şəmkir icra başçısı Alimpaşa Məmmədov rayonun tanınmış iş adamı Hafiz İbrahimovu Apellyasiya Məhkəməsinə şikayət edib. Ovqat.com-a bu barədə məlumat iş adamı tərəfindən verilib. Şəmkir Şampan zavodunun direktoru olan Hafiz İbrahimov deyib ki, bu ayın əvvəlində Səbail rayon məhkəməsi Şəmkir icra başçısının eyni şikayətinə baxıb və iş adamının lehinə hökm çıxarıb. Görünür, məhkəmənin hökmüylə razılaşmayan icra başçısı işə yenidən baxması üçün Bakı şəhər Apellyasiya Məhkəməsinə müraciət edib. Maraqlıdır ki, Apellyasiya Məhkəməsi bu barədə iş adamını prosesin başlamasına bir neçə saat qalmış xəbərdar edib. Belə ki, məhkəmə prosesi bu gün saat 12.15-də başlayacaq. İş adamına bunun xəbəri isə dünən axşam saatlarında göndərilən mesajla çatdırılıb. Mesajda yazılıb: “Hormetli IBRAHIMOV HAFIZ MEMMED! Sizin 21.07.2020 tarixde, saat 12:15 da, Baki Apelyasiya Mehkemesi, Zal 3-de baresinde xususi ittiham qaydasinda shikayet verilen shexs IBRAHIMOV HAFIZ MEMMED ile bagli 1(103)-678/2020 sayli cinayet ishi uzre baresinde xususi ittiham qaydasinda shikayet verilen shexs qisminde mehkeme iclasinda ishtirak etmeyiniz zeruridir. Bildirish no: 1(103)-678/2020-002 Tel: Hakim: Mirzeli Abbasov”. İş adamının sözlərinə görə, prosesin bu dərəcədə tələsik keçirilməsi heç də yaxşı əlamətə oxşamır: “Faktiki bir neçə saat müddətində mən məhkəməyə hazılaşmalı, vəkil tutmalıyam. Vəkil işlə tanış olmalıdır ki, məni effektli müdafiə edə bilsin. Mənə verilən bir neçə saatlıq müddət ərzində bunu reallaşdırmaq üçün gərək Herkules qüdrətində adam olasan. Mən isə bu qədər böyük qüdrətə malik olmayan sadə bir iş adamıyam. Məhkəmənin bu tələsikliyi məni vəkilsiz yaxalamaq, müdafiə hüququmu məhdudlaşdırmaq deməkdir”. İş adamının bu sözləri istər-istəməz ölkə başçısının bir müddət əvvəl məhkəmə-hüquq sistemində aparılacaq islahatlarla bağlı vədini yada salır. Xatırladaq ki, yeni Baş Prokuror Kamran Əliyevlə video-söhbətində Prezident İlham Əliyev demişdi: “Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”. Görünür, ölkə başçısının “qanunun aliliyi”nin təminatı ilə bağlı hüquq-məhkəmə sisteminə tapşırıqları Bakı Apellyasiya Məhkəməsində baş-ayaq başa düşülüb. Vətəndaşa özünümüdafiə üçün bir gün belə, zaman verilməməsini başqa cür izah etmək mümkün deyil. Ovqat.com


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03 |
|
|
|
• Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02 |
|
|
|
• Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59 |
|
|
|
• Litva Rusiyaya nota verib
Dünən, 17:58 |
|
|
|
• Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55 |
|
|
|
• “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53 |
|
|
|
• Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50 |
|
|
|
• Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
• Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43 |
|
|
|
• Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28 |
|
|
|
• Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19 |
|
|
|
• Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16 |
|
|
|
• Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08 |
|
|
|
• Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55 |
|
|
|
• Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53 |
|
|
|
• Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
• Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42 |
|
|
|
• LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38 |
|
|
|
• Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35 |
|
|
|
• Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27 |
|
|
|
• “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26 |
|
|
|
• Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23 |
|
|
|
• Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19 |
|
|
|
• TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04 |
|
|
|
• "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59 |
|
|
|
• “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48 |
|
|
|
• Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45 |
|
|
|
• Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Dünən, 15:41 |
|
|
|
• Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Dünən, 15:34 |
|
|
|
• Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Dünən, 15:21 |
|
|
|
• Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Dünən, 15:19 |
|
|
|
• Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Dünən, 15:08 |
|
|
|
• Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 15:02 |
|
|
|
• “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Dünən, 15:00 |
|
|
|
• Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Dünən, 14:55 |
|
|
|
• Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Dünən, 14:52 |
|
|
|
• Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Dünən, 14:46 |
|
|
|
• Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Dünən, 14:44 |
|
|
|
• Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Dünən, 14:42 |
|
|
|
• Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Dünən, 14:33 |
|
|
|
• Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Dünən, 14:27 |
|
|
|
• Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Dünən, 13:10 |
|
|
|
• Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Dünən, 13:08 |
|
|
|
• Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Dünən, 13:06 |
|
|
|
• "Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• "Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Dünən, 13:03 |
|
|
|
• Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Dünən, 12:58 |
|
|
|
• Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Dünən, 12:53 |
|
|
|
|