ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? .....                     Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib .....                     Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib .....                     DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb .....                     Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... .....                     "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." .....                     Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır .....                     İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub? .....                     Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir .....                     Azərbaycan rusiyalı aparıcılardan .....                     DSX generalı vəzifədən azad edilib? .....                     Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub .....                     “Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” .....                     Tramp əslində istəyir ki... .....                     “Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı .....                     Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında .....                     Naxçıvanda sahibkarların bank hesabları kəskin azaldı .....                     Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı .....                     Masallı, Astara və Lerikdə nevroloq yoxdur, insult xəstələri çarəsiz qalıb .....                     Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: .....                     Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb .....                     İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi .....                     Hacı Vəliyevin DURUMU AĞIRDIR... .....                     Baba Vəziroğlu nazirə nə hədiyyə edib? .....                     Su kanallarında boğulmalar artır .....                     Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... .....                     Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib .....                     “Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” .....                     Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... .....                     Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu .....                     Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur .....                     Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... .....                     Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib .....                     Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı .....                     Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... .....                     Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı .....                     Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU .....                     Boksçumuz erməniyə qalib gəlib çempion oldu .....                     Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi .....                     KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? .....                 

"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib? - İTTİHAM
Tarix: 16-07-2020, 10:39 | Çap et
"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib?
Gəncədə fəaliyyət göstərən "VEGO” Otel şəhərin XVII əsrə aid olan tarixi abidəsini illərdir "işğal"a məruz qoyub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğu təsbit edilən, lakin 2013-cü ildən maddi maraqların güdazına gedən "Çökək Hamam" (inv в„–-3870) tarixi-mədəniyyət abidəsi bütün ziyarətçilərinin üzünə bağlanıb.
"Tarixi abidə şəhərin mərkəzində - Cavab Xan küçəsi 48 ünvanında yerləşir.
"Demokratik.Az" saytının məlumatına görə, tarixi abidəni əhatə edən bütün giriş qapılarına qıfıllar vurulub. Nə əcnəbi turistlər, nə də yerli sakinlər əvvəllər olduğu kimi məkanın qədimi arxitektur gözəlliyindən zövq ala, klassik hamam şəraitinə tamaşa edə bilmir. Bu hal artıq illərdir ki, haqlı kütləvi narazılıqlar doğurur.
Hamamın bir neçə metrliyində - eyni həyətdə olan “Şah Abbas” cümə məscidində namaz qılan möminlər isə bu duruma özəlliklə lənət oxuyurlar. Dindarlar hesab edirlər ki, hamamın otel tərəfindən istifadəsi həm dini, həm də mədəni əxlaqa sığmır.
Bu barədə şikayətlərini ifadə edən Gəncə sakinləri hesab edirlər ki, sözügedən tarixi hamam kimlərinsə kommersiya-qazanc məqsədlərinə xidmət etməklə bir otelin inhisarında deyil, öz əvvəlki müstəqilliyini qazanaraq məhz sadə insanların ixtiyarında olmalıdır.
Əldə etdiyimiz məlumatlara əsasən, sözügedən "Çökək Hamam" 2014-cü ildən bəri üzbəüz yerləşən məşhur "V&GO" otelin hamamı kimi istifadə edilir. Bura xarici görünüşünə görə və sənədlərdə tarixi abidə olan hamam kimidirsə, otel müştəriləri üçün əsl "Məşədi İbad" və ya pullu cütlüklərin sevişməsinə qapılarını açan hotel hamamıdır.
“V&GO” otelin özəl müştəriləri hamama girişi yeraltı tunel vasitəsilə həyata keçirirlər. Hələ 2013-cü ildən otelin içindən hamama uzanan, dərinliyi 4 metr olan xüsusi keçid inşa edilib.
Otel qanunsuz olaraq abidənin tarixi statusunu heç bir qanuni əsaslar olmadan tamamilə mənimsəyib və illərdir qeyri yollara baş vuraraq buradan özünə pul-qazanc üçün istifadə edir.
"Demokratik.Az"-a verilən özəl məlumata görə, tarixi abidənin otelin istifadəsinə verilməsi sabiq icra başçısı Elmar Vəliyevlə "V&GO" otelin sahibi Hacı Etibar Həsənov arasındakı sövdələşmə ilə baş tutub. Amma, zəruri və ilkin razılıq sənədləşməsinin Mədəniyyət və Turizm Nazirliyində də imzalanması, gizlin istifadəyə şəraitin məhz nazirlik rəsmilərinin xeyir-duasıyla yaradılması faktı artıq ortaya çıxıb.
Hələ ötən il saytımızın bu barədə müraciətinə aldığımız cavab hiddət doğururdu.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “araşdırması” zamanı rəsmən etiraf olunmuşdu ki, 2013-cü ildə "Vego" otelinin sahibkarı tərəfindən adı gedən hamamda (inv.N 3870) təmir-rekonstruksiya işləri aparılıb.
Və dövlət qurumu qeyd edirdi ki, guya sonradan hamam ilkin vəziyyətə gətirilərək təyinatı üzrə fəaliyyətinə davam edib. Halbuki, mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin müdiri Etibar Axundovun imzaladığı həmin “cavab”da “ÇÖKƏK hamam”ın otel tərəfindən inhisarı məsələsinə məqsədli şəkildə toxunmayıb, faktı gizlətməyə səy göstərib.
Vikipedik məlumatlarda da hamam barədə oxşar və yanıldıcı bilgilər yer alır. Bildirilir ki, guya həmin ünvanda dekorativ sənət mərkəzi yerləşir ki, bu da ağ yalandır. ( mənbə - https://az.wikipedia.org/wiki/Çökək_hamam )
Bugünlərdə aldığımız yeni bilgiyə görə, Gəncə “ÇÖKƏK HAMAM” kompleksinin “V&GO” otelə qanunsuz “istifadə”yə verilməsində cari il mayın 8-da DTX əməliyyatında həbs edilən Zakir Sultanovun müstəsna rolu olub.

"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib?
ŞƏKİLDƏKİ - Zakir Sultanov

Mənbəmizin iddialarından aydın olur ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov adıkeçən otelin sahibi Hacı Etibar Həsənovla razılaşaraq tarixi mədəniyyət qoruğunu rüşvət müqabilində sonuncunun tamamilə ixtiyarına verib. Sonuncu da heç bir məsuliyyət hiss etmədən “işğalçılıq” həyata keçirib və təəssüf ki, öz mədəni cinayət əməlini hələ də davam etdirir.
Bildirək ki, hamamı işğal edən otelin sahibi Etibar Həsənov uzun illərdir Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən "Aviasiya təmiri Zavodu"nun direktorudur. O, Gəncədə ən varlı məmurlardan biri kimi tanınır, rəhbərlik etdiyi zavodda baş tutan küllü miqdarda yeyinti və milyonlarla ölçülən korrupsiya hesabına varlandığı bildirilir.
Maraqlı daha bir məqam isə odur ki, Hacı Etibar təkcə tarixi abidəni yox, elə otel binasını da dolayı yolla əldə edib. Belə ki, otel binası əvvəllər dövlət balansında olan bir ATS binası olub və sabiq rabitə naziri Əli Abbasovun icazəsilə Hacı Etibarın mülkiyyətinə - Otelə çevrilib.
Maraqlıdır, görəsən Mədəniyyət və Turizm Nazirliyi tarixi binanı "V&GO" otelin istifadəsinə (icarəyə) verərkən daha hansı məcburiyyətləri nəzərə alıb ki, qanunvericiliyi ayaqlar altına alıb?
Ümumiyyətlə, bu tarixi abidəyə büdcədən təmirpulu ayrılıbmı, və ya niyə ayrılmayıb ki, hotelin maddi dəstəyinə umacaq olub?
Əgər, nazirliyin Bərpa idarəsi bu kimi tarixi abidələri restovrasiya və təmir etməkdən, belə tarixi-mədəni binaların saxlanma öhdəliyindən bezibsə, onda "Çökək Hamam"ı bir işbazın (otelin-O.N) əlindən almaq gələcəkdə müşkülə, hətta mümkünsüzə çevrilməyəcəkmi?
İnanırıq ki, bu məsələyə dövlət başçısı səviyyəsində reaksiya veriləcək, Gəncə şəhərinin nadir tarixi incilərindən biri olan “ÇÖKƏK HAMAM” kompleksi tezliklə "işğal"dan azad ediləcək...
Demokratik.Az adıçəkilən otelin və rəhbərinin də cavab haqqına sayğısını ifadə edir...

"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib?
"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib?
"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib?
"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib?
"V&GO" Hotel və milyonçu sahibi Gəncədə tarixi abidəni necə işğal edib?












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Bu gün, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Bu gün, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Bu gün, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Bu gün, 12:40
"Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Bu gün, 12:31
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Bu gün, 12:26
İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Bu gün, 12:24
Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Bu gün, 12:21
Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Bu gün, 12:16
DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Bu gün, 12:13
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Bu gün, 12:11
“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Bu gün, 12:09
Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Bu gün, 12:05
“Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Bu gün, 11:59
Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Bu gün, 11:55
Naxçıvanda sahibkarların bank hesabları kəskin azaldı – Talıbovdan sonrakı bir ayda nə baş verib?
Bu gün, 11:52
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı
Bu gün, 11:50
Masallı, Astara və Lerikdə nevroloq yoxdur, insult xəstələri çarəsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 11:43
Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: - rəsmi ittiham aktında polisin əzilməsi, zorakılıq və açıq təfərrüatlar
Bu gün, 11:39
Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb - KİV
Bu gün, 11:37
İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi - "Ölkədə hər büdcəyə uyğun yaltaq var"
Bu gün, 11:36
Hacı Vəliyevin DURUMU AĞIRDIR... - Aclıq aksiyası keçirir...
Bu gün, 11:34
Baba Vəziroğlu nazirə nə hədiyyə edib? - "Mən olacağam"
Bu gün, 11:32
Su kanallarında boğulmalar artır – Deputatdan qurumlara VACİB ÇAĞIRIŞ
Bu gün, 11:29
Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... - ŞOK FAKTLAR...
Bu gün, 11:19
Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib - 4 ildən artıqdır ki...
Bu gün, 11:10
“Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” - Vahid Əliyev kimlərdən gileyləndi?
Bu gün, 11:06
Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... -“Johovurd”
Bu gün, 10:31
Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29
Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26
Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:24
Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib
Bu gün, 10:19
Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı - AÇIQLAMA
Bu gün, 10:17
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... - İTTİHAM VAR...
Bu gün, 10:13
Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
Bu gün, 10:04
Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU - Rosselxoznadzor İŞ BAŞINDA
Bu gün, 09:59
Boksçumuz erməniyə qalib gəlib çempion oldu - FOTO
Bu gün, 09:55
Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:53
KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? - BU DA FAKT!
Bu gün, 09:47
“Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... - ETİRAZ VAR...
Bu gün, 09:41
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 09:31
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:27
Müəyyən səbəbdən iş yerində olmayan işçinin... - ekspert danışır...
Bu gün, 09:22
Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17
Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07
"İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04
Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55
Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52
Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru