Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI
Tarix: 3-07-2020, 11:16 | Çap et
 İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə iqtisadiyyatının durumu ilə bağlı bugünlərdə keçirdiyi mətbuat konfransda bildirdi ki, hazırda əmlak və kapital amnistiyası İşçi qrup səviyyəsində müzakirə edilir: “Buna sahibkarlar və bank sektoru tərəfindən maraq göstərilir. Beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”. Sözügedən amnistiya məsələsini AYNA-ya şərh edən iqtisadçı-ekspet Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda qeyri-leqal kapital və əmlak daha çox məmurların əlində cəmləşib: “Hər şey məmurların bu prosesə nə qədər inanmasından asılıdır. Bu inam əsasında məmurlar və onların himayəsində olan sahibkarlar öz bizneslərini, gəlirlərini, əmlaklarını leqallaşdırmaqla bağlı qərar verəcəklər. Bu da müəyyən bir mexanizm çərçivəsində tənzimlənməlidir”. “Biz 7 il bundan əvvəl kapitalın və əmlakın amnistiyasının qəbul edilməsi təklifi ilə çıxış etmişdik. Ölkədə ağ səhifədən iqtisadi münasibətlərin tənzimlənməsi ilə bağlı addımların atılmasının vacibliyini vurğulamışdıq. Burada problem ondan ibarətdir ki, maliyyə amnistiyası və əmlak amnistiyası etibar və etimad ortamı olmadan mümkün deyil. Məlumdur ki, Azərbaycanda qeyri-leqal kapital və əmlak daha çox məmurların əlindədir və amnistiya, əsasən məmur iqtisadiyyatı ilə bağlı məsələdir və məmur sahibkarlığını əhatə edəcək. Ona görə də hər şey məmurların bu prosesə nə qədər inanmasından asılıdır. Bu inam əsasında məmurlar və onların himayəsində olan sahibkarlar öz bizneslərini, gəlirlərini, əmlaklarını leqallaşdırmaqla bağlı qərar verəcəklər. Bu da müəyyən bir mexanizm çərçivəsində tənzimlənməlidir. Yəqin ki, həmin kapitalın, əmlakın böyük hissəsi vergi şəkilində onlardan alınmalıdır. Hesab edirəm ki, bu amnistiya elə-belə verilmir”, - ekspert deyib. “Amnistiya o ölkələrdə effekt verib ki, orada inam ortamı, ədalətli məhkəmə sistemi olub. Həmçinin də hökumətin verəcəyi sözü tutacağı, həmin insanlarla bağlı daha heç bir cinayət əməlinin olmayacağı ilə bağlı sərt qanunlar qəbul olunub. Belə bir praktika olsa, bunun Azərbaycan üçün böyük xeyri olar. Məsələn, Rusiyada 2 il bundan öncə belə addım atıldı. Amma heç bir effekt vermədi. Çünki heç bir məmur biznesinin tam leqallaşması ilə bağlı qərar vermədi. Səbəb isə aydın idi - heç bir məmur və oliqarx amnistiya verilən sərvətinin təhlükəsizliyi üçün hökumətin vədlərinə inanmadı”, - Cəfərli bildirib. Müsahibimiz hesab edir ki, Azərbaycanda bu addımın atılması vacibdir: “Çünki bu, iqtisadi və siyasi münasibətlərin tənzimlənməsi, yeni səhifənin açılması deməkdir. Bunun üçün ciddi etimad ortamı olmalıdır. Bu praktikadan, əsasən Şərqi Avropa ölkələri istifadə edib və uğur qazanıblar. Buradan belə nəticə çıxarmaq olar ki, ən yaxşı halda bu, koalision hökumətlər və yaxud da texniki hökumətlər dönəmində olub. Azərbaycanda da maliyyə amnistiyasının qarantı kimi koalisiya yaxud da texniki hökumət çıxış edəcəksə və heç bir siyasi təqiblərin, sonradan cinayət təqiblərinin olmayacağı ilə bağlı insanlara güvən verəcəksə, bu zaman bunun effekti ola bilər”. İqtisadçı digər məqamlara da toxunub: “Bizim təkliflərimiz həm də ondan ibarət olub ki, kapital və mülkiyyət amnistiyasından əldə olunacaq vergi şəkilində gəlir dövlət büdcəsinə getməsin. Bunun üçün ayrıca ciddi ictimai nəzarət altında Tərəqqi Fondu yaradılmalıdır. Ola bilməz ki, Fonda yığılan vəsaiti hökumət büdcənin formalaşdırılmasında istifadə etsin. Bu Tərəqqi Fondundan hökumətə yalnız iki istiqamətdə istifadə etməyə icazə verilməlidir: 1. Vətəndaşların sosial təminatının gücləndirilməsi. Çünki o vəsait xalqdan oğurlanıb və bir hissəsi xalqa qaytarılmalıdır; 2. Kiçik və orta sahibkarlığa aşağı faizlə və uzunmüddətli kreditlərin verilməsi Sosial vəziyyətin güclənməsinə həm tibb, həm təhsil sahəsi daxil olmalıdır. Məsələn, ali təhsil pulsuz olmalıdır. Aztəminatlı ailələrin icbari tibbi sığorta ödənişləri tamamilə dövlət tərəfindən ödənilməlidir. Yəni sosial paketin içində müxtəlif istiqamətlər var. Amma ikinci istiqamət daha konkretdir. Əgər qlobal olaraq belə bir model fikirləşilibsə, bu zaman uğur qazanmaq olacaq. Hətta Tərəqqi Fonduna milyardlarla vəsaitin yığılması mümkündür”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
• Simonyan arvadından boşandı
Bu gün, 13:58 |
|
|
|
• ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56 |
|
|
|
• Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00 |
|
|
|
• Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59 |
|
|
|
• Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54 |
|
|
|
• UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50 |
|
|
|
• CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39 |
|
|
|
• Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30 |
|
|
|
• Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23 |
|
|
|
• Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19 |
|
|
|
• Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14 |
|
|
|
• Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11 |
|
|
|
• Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06 |
|
|
|
• “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03 |
|
|
|
• Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58 |
|
|
|
• Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56 |
|
|
|
• ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51 |
|
|
|
• İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43 |
|
|
|
• Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40 |
|
|
|
• Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22 |
|
|
|
• Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17 |
|
|
|
• Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11 |
|
|
|
• Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08 |
|
|
|
• “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00 |
|
|
|
• Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53 |
|
|
|
• Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50 |
|
|
|
• “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45 |
|
|
|
• Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42 |
|
|
|
• Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40 |
|
|
|
• Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38 |
|
|
|
• Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35 |
|
|
|
• İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18 |
|
|
|
• “Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03 |
|
|
|
• “Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58 |
|
|
|
• Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50 |
|
|
|
• Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44 |
|
|
|
• 434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39 |
|
|
|
• 6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32 |
|
|
|
• Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22 |
|
|
|
• Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13 |
|
|
|
|