Tramp səbrini itirib, Putin isə qorxmur... .....                     “Rüşvət vermədim, obyektimi sökdülər!” .....                     Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib .....                     Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz .....                     Quru sərhədlər haqda müzakirələr başladı .....                     "Perfect Smile Dental Klinika"ya cərimə kəsilib .....                     İşçinin maaşını verməyən deputat görün, nə etdi... .....                     "Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" .....                     Əmircan qəsəbəsi susuz səhraya dönüb .....                     Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR .....                     Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? .....                     “Zəngəzur düyünü”nü kim açacaq? .....                     Trampın vədləri: daha iki ay fasiləsiz müharibə .....                     "Paşinyan tamamilə düzgün mövqe seçib" .....                     “Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” .....                     "Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır" .....                     Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                 

7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR? - Prezidentə müraciətdə ŞOK İDDİALAR...
Tarix: 12-06-2020, 09:43 | Çap et
7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR?
“Cəzaçəkmə Müəssisəsi buradakı rəhbərlik tərəfindən “bölüşdürülüb”. Müəssisə rəhbərliyi və şöbə rəisləri müəssisənin ərazisində əsl biznes qurublar. Məhkumları ərazidəki öz bostanlarında və quşçuluq təsərrüfatlarında işlədirlər. Müəssisə rəhbərliyi üçün tərəvəz əkib qulluq edən də, ev quşlarını yemləyib təsərrüfatı çoxaldan da, onları müəssisə rəhbərliyindən baha qiymətə almağa məcbur qalan da elə məhkumlardır”.

DİA.AZ bildirir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan ikinci qrup əlil Əli Səmədov ailəsi vasitəsilə Prezidentə və güc nazirliklərinə müraciət edib. Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini Əli Səmədov 4 il əvvəl 12 illik həbsə məhkum edilib. Cəzasını 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkməkdədir. Məhkum müraciətində cəza çəkdiyi müəssisədə qanun pozuntuları olduğunu iddia edir.

“Bildiyiniz kimi, məhbuslar müəssisəyə daxil olanda ilk olaraq karantin dövrü keçirlər. Karantin dövrü məhbusların saxlandığı ümumi yerdən kənarda, yəni müəssisədəki ayrıca binada keçilir. Karantinə alınan məhbusa elə ilk gündə təklif olunur ki, əgər karantin dövrünü keçmək istəmirsə, 500-1500 arası məbləğdə rüşvət hesabına baraka (məhkumların yaşadıqları ümumi yer) keçirilə bilər. Karantində qalmaq istəməyən imkanlı məhkumların ailələri o pulu müəssisə rəhbərliyinə ödəyən kimi məhkumu karantinə alındığı binadan çıxarıb dustaqların yaşadıqları yerə götürürlər”, - məhbus yazır.

Məhkum yazır ki, bu Cəzaçəkmə Müəssisəsində ən çox əzilənlər maddi imkanı olmayan məhbuslardır. Onlara şiddət elə karantinə alındıqları binadan başlayır. Ağır işlərə cəlb olunurlar. İşləməyə taqəti olmayan xəstə məhbuslar nəzarətçilər tərəfindən döyülür, karsa salınırlar. Bir həftə sonra yenə karantinə alındıqları yerə qaytarılırlar.

Əli Səmədov ölkə başçısına 7 saylı Cəzaçəkmə Müəssisəsindəki tibbi-sanitariya hissəsindəki durumdan da yazır. Qeyd edir ki, tibbi-sanitariya hissəsi xəstə məhkumlara xidmət etməli olsa da, maddi imkanı olmayan xəstə məhkum oranın qapısına yaxın düşə bilmir. İlin, ayın, günün istənilən vaxtı orada yalnız imkanlı və sağlamların istirahət etdiyini görmək olar: “Cənab Prezident! Müəssisənin tibbi-sanitariya hissəsində iki nəfərlik otaqların aylıq qiyməti 300, 3 nəfərlik otaqların aylıq qiyməti 250, 4 və 5 nəfərlik otaqların aylıq qiyməti 200 manatdır. Xəstə məhkumlarsa elə dustaqların ümumi yerində canıyla çəkişir, o dustağın yoluxucu xəstəliyi varsa, digər dustaqlar da yoluxur”.

Məhkum yazır ki, bununla da iş bitmir. Cəzaçəkmə Müəssisələri əsl gəlir, biznes yeridir. Müəssisə rəhbərliyi müəssisənin daxilindəki marketdən 15 min, çay evindən 3 min, kafedən 2 min, xəstələr üçün xüsusi hamamdan 1500, dustaqların telefon danışıqlarından 5 min manat aylıq qazanc əldə edir. Məhkumların yaşadıqları “barakların” istiliyi kəsilərək müəssisənin ərazisində rəhbərliyə məxsus pomidor parnikinə yönləndirilir. Məhsul 8-ci kilometr bazarına çıxarılır, müəssisə rəhbərliyi təkcə pomidordan mövsümdə 30 min manatdan çox qazanc əldə edir.

Məhkum daha sonra qeyd edir: “Cəzaçəkmə Müəssisəsi buradakı rəhbərlik tərəfindən “bölüşdürülüb”. Rejim şöbəsinin rəisi Elçin Yəhyayev müəssisə ərazisində 1000 ədəd qaz və ördək saxlayır. İmkanlı məhkumlara biri 30 manata satılır. Saçının qırxılmasını istəməyən məhkumlar buna görə hər ayın sonunda ona 5 manat ödəyirlər. Bu da aylıq təqribən 2500 manat edir. Əməliyyat şöbəsinin Yaşar adlı rəisi isə öz əlaltısına çevirdiyi məhkumların əli ilə digər məhkumlara “torba” tikir. Nəticədə dava-dalaşa düşən məhkumlar qandallanaraq kars salınırlar, cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələnirlər, cəzalarının üzərinə daha bir ağır cəza gəlməsindən ehtiyat edən məhkumlar rəis müavininə 500-1000 manat verərək necə deyərlər, canlarını qurtarırlar. Pul verməyən məhbusları isə 10-15 gün ərzində davamlı olaraq müəssisədəki hovuza aparıb, başlarını suya salır, dəqiqələrlə o vəziyyətdə saxlamaqla işgəncə verirlər”.

Məhkum ölkə başçısına müraciətində qeyd edir ki, cəzanın yüngülləşdirilməsi, qalan cəzadan azad edilməsi, cəzanın dəyişdirilməsi ilə bağlı qanuni şəkildə məhkəməyə müraciət etmək istəyən məhkum buna görə də müəssisə rəhbərliyinə rüşvət verməli olur.

Əli Səmədov yazır ki, hazırda səhhəti ilə əlaqədar Müalicə Müəssisəsində müalicə olunur. O, ölkə başçısından və güc strukturlarından qeyd etdiyi faktların araşdırılaraq hüquqi qiymət verilməsini, özünün isə təhlükəsizliyinin təmin olunmasını istəyir.

***

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyilənləri həqiqətəuyğun hesab etmir:

“SSRİ dağılandan sonra müəssisələrimizin bir çoxunun istehsalat sahələri də dağılmışdı. İllərdir çalışırıq nələrisə bərpa edək. Birində mebel, digərində tikiş məhsulları istehsal edirik və s. Bir çox müəssisədə təsərrüfat yaratmışıq, parniklər var. Məhkumların çoxu orada könüllü işləmək istəyirlər. Buna görə ərizə də yazıb xahiş edirlər. Heç kimi zorla işlətmirlər. O parniklərin məhsullarının bazarlarda satılması məsələsi isə tamamilə absurd söhbətdir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp səbrini itirib, Putin isə qorxmur... - “Skay Nyus”
Bu gün, 07:05
“Rüşvət vermədim, obyektimi sökdülər!” – Qazidən Füzuli İcra Hakimiyyətinə sensasion ittiham
Bu gün, 06:47
Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib - MÜRACİƏT
Bu gün, 06:43
Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz - İNCƏLƏMƏ
Bu gün, 06:36
Quru sərhədlər haqda müzakirələr başladı – Gözlənilən qərar verilir?
Bu gün, 06:34
"Perfect Smile Dental Klinika"ya cərimə kəsilib
Bu gün, 05:24
İşçinin maaşını verməyən deputat görün, nə etdi... - QALMAQAL
Bu gün, 05:13
"Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" - AXI NİYƏ?..
Bu gün, 05:05
Əmircan qəsəbəsi susuz səhraya dönüb - sakinlər HARAY ÇƏKİR
Bu gün, 05:01
Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR - həyat yoldaşı ilə əlbir olaraq...
Bu gün, 04:56
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
Bu gün, 04:43
“Zəngəzur düyünü”nü kim açacaq? - AKTUAL
Bu gün, 04:41
Trampın vədləri: daha iki ay fasiləsiz müharibə - GƏLİŞMƏ
Bu gün, 04:39
"Paşinyan tamamilə düzgün mövqe seçib" - partiya sədri
Bu gün, 04:31
“Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 04:26
"Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır"
Bu gün, 04:23
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Dünən, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Dünən, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Dünən, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Dünən, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Dünən, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Dünən, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Dünən, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Dünən, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Dünən, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Dünən, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Dünən, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Dünən, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Dünən, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Dünən, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Dünən, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Dünən, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Dünən, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Dünən, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Dünən, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Dünən, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Dünən, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Dünən, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Dünən, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Dünən, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Dünən, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Dünən, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Dünən, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Dünən, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Dünən, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Dünən, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Dünən, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Dünən, 14:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru