Qaxda yolsuzluq dərdə çevrilib... - GİLEY
Tarix: 11-01-2018, 09:00 | Çap et
 Deyirlər, yol mədəniyyətdir. Amma Qax rayonunun Xələftala kənd sakinləri üçün bu məfhum yaddır. Adıçəkilən kəndin sakinlərinin sözlərinə görə, bu yol onlara hələ ki, problem, dərd-sərdən başqa heç nə verməyib.
Məsələn, Sofi Quloşvili adlı sakin kəndin yol probleminə görə həmin kəndi ailəsi ilə birlikdə tərk edib. O, yaşadıqları çətinlikləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə anladır: "Kəndimiz çox səfalıdır. Hər tərəf meşədir. Lap cənnəti xatırladır. Amma bu "cənnət"in yol problemi imkan vermədi ki, mən ömrümün axırına qədər orada yaşayım".
"O kənddə mənim uşaqlığım keçib, orada torpaqlarımız var. Xəstəliyimlə əlaqədar rayon mərkəzinə tez-tez gedib-gəlməliydim. Lakin yolsuzluq üzündən mümkün deyildi. Nəticədə məcbur olub ailəmizlə birlikdə başqa bir kəndə köçdük. Xələftalada artıq çox az adam yaşayır. Onlar imkansızlıqdan kənddən köçə bilmirlər" — Quloşvili danışır.
Yaşlı Sofi xanımın sözlərinə görə, taksi sifariş edəndə sürücü onlardan beşqat pul alır: "Həyat yoldaşım xəstə idi. Təcili yardım çağırdıq, yol probleminə görə ambulans gəlib çatmadı, yoldaşım can verdi. Kənd sakinləri də avtomobil almırlar, çünki bu yolla ancaq bir-iki dəfə gedib-gələ bilərlər. Taksi sürücüləri də kəndin adını eşidəndə ya yüksək qiymət deyirlər, ya da ora getməkdən imtina edirlər".
Bənzər problem rayonun Qımır kəndində də hökm sürür. Kənd sakini İsa İsayev bildirir ki, kənddə nə yol var, nə də tibb məntəqəsi: "Yaşlı adamam, bəzən gecənin bir aləmi halım pisləşir, evdəkilər bilmir nə etsinlər. Təcili yardım çağıranda da həkim gəlib çıxınca, əksər hallarda iş-işdən keçmiş olur".
"Nə qədər insan tanıyıram ki, təcili yardım gəlib çatmayıb, maşınla rayon xəstəxanasına aparılarkən yolda keçinib. Axı biz də insanıq, biz də bu ölkənin vətəndaşıyıq. Məgər biz yoldan ötrü əziyyət çəkməliyik, hansı dövrdə yaşayırıq?" — deyə İ.İsayev gileylənir.
Digər kənd sakini Mehman Abdurrahmanov isə məlum problemlə bağlı rayon icra hakimiyyətinə məlumat verdiyini deyir: "Mən bir dəfə icra başçısından xahiş etdim, o da texnika göndərdi, yolu bir az genişləndirdilər. Amma yol asfaltlanmadığından dizə qədər palçığa batırıq. Yayda bataqlığa dönmüş yoldakı üfunətdən boğuluruq, qışda isə gediş-gəliş xeyli çətinləşir".
Yəqin ki, müvafiq qurumlar yolun olmaması səbəbindən əhalinin kəndləri tərk etməsinin, regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanın adına yaraşmadığını başa düşürlər. Və yəqin ki, onlar ümummilli lider Heydər Əliyevin məşhur kəlamını da unutmayıblar: "Yol — iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir".



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
• "Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38 |
|
|
|
• Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35 |
|
|
|
• Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32 |
|
|
|
• Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47 |
|
|
|
• “Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44 |
|
|
|
• Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40 |
|
|
|
|