"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                     Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu .....                     İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir .....                     Daha bir ekspert Əmrullayevi TOPA TUTDU .....                     Görün, millətə nə yedirdirlər... .....                     Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək .....                 

Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır... - İTTİHAM
Tarix: 6-01-2018, 11:46 | Çap et
Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır...
Azərbaycanda ötən ildən başlayaraq bahalaşan kərə yağı 2018-ci ildə 1 manata qədər ucuzlaşsa da, onsuz da aylıq xərclərini bu aydan o biri ayın başına qədər güclə çatdıran vətəndaş üçün yenə də əlçatan deyil. Necə deyərlər, kərə yağı “yağlı əppək” olub...

Hələ ötən ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Xatırladaq ki, 2017-ci ilin son aylarında Yeni Zellandiya istehsalı “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manata, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilirdi.
Hazırda bu yağların qiymətində cüzi ucuzlaşma hiss olunsa da, ümumi xərclərə təsir edəcək səviyyədə deyil. Belə bir məqamı fövtə verməyən işbazlar isə yenə iş başındadırlar. Belə ki, sosial şəbəkələrdə, qonum-qonşuda “əsl kənd yağı”, “əsl nehrə yağı” adı altında 7-8 manata yağ təklif edilir. Qiymət ilkin olaraq, cəlbedici görünür. Ta ki, “nehrə yağı”nı əridib qoxusundan “bihuş” olana qədər. 1 kiloqramı 7 manata satılan 5 kiloqram “nehrə yağı”ını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulur. Əvəzində ətrafa elə bir qoxu yayılır ki, onunla xörək belə bişirmək istəmirsən.

Deyilənə görə, hansısa “işbazlar” xaricdən Azərbaycana palma yağı idxal edir ki, həmin yağlar da ölkəboyunca dükan-bazarı cənginə alan “nehrə yağı”nın hazırlanmasında istifadə edilir.

Qeyd edək ki, Azərbaycanda istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti, eyni zamanda idxal zamanı Dövlət Gömrük Komitəsi həyata keçirir.

Yağlarla bağlı məsələni araşdırmaq üçün biz də ilkin olaraq, rəsmi qurumlara müraciət etdik. Aidiyyatı qurumların bir neçəsindən saytımıza bildirildi ki, qida təhlükəsizliyi məsələlərinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub:

“Biz bu məsələ ilə bağlı açıqlama vermək, araşdırma aparmaq səlahiyyətində deyilik”.

Yenicə fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyindən isə hər hansı açıqlama almaq hələ kə ki müşküldür...

Nənələrimiz nehrə yağının hazırlanması zamanı qabaqcadan tədbir görərdilər. Yağın hazırlanması üçün qatıq çalar, sonra həmin qatığı nehrənin içərisinə tökər və çalxalayardılar. Proses uzun sürdüyündən nehrə yağının alınması asan başa gəlmir. Bir müddət çalxalanandan sonra həmin çalxalanan qatıq ayrana və yağa ayrılır.

Uzun illərdir nehrə yağı hazırlayan, əslən Qazax rayonundan olan Əsmər Kərimova Modern.az-a deyib ki, nehrəni çalxalamaq böyük səbir tələb edir:

“Ən azı 1-2 saat qatığı çalxalamaq lazımdır. Yalnız bu müddətdən sonra qatıq ayrana və yağa çevrilir. Ən yaxşı nehrə yağı isə gildən hazırlanan küplərdə düzəldilir. Bu cür qabda həm yağın dadı ləzzətli olur, həm də çıxarı çox çıxmır”.

Müsahibimiz qeyd edir ki, müasir üsulla hazırlanan nehrələr daha tez başa gəlir:

“Onlar xüsusi aparatla hazırlanır. Amma ona əsl nehrə yağı demək olmaz”.

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov Modern.az-a gün ərzində yağlarla bağlı bir neçə şikayət aldığını bildirib:

“İnsanlar daha çox “kənd yağı” ilə satılan məhsulun ekspertizasının keçirilməsini istəyirlər. Məndən də əsasən bunu soruşurlar. Qeyd edim ki, bu, mümkündür. Amma yağların müstəqil laboratoriyada analizdən keçirilməsi 250-300 manata başa gəlir. 6-7 manata yağ alan vətəndaş isə təbii olaraq bu yoxlamadan imtina edir”.

Hüquq müdafiəçisi də təsdiqləyir ki, kərə yağının bahalaşmasından sonra bu cür “kənd yağları”nın istehsalı sürətlə artır:

“Bu bir aksiomadır ki, hansısa mal, məhsul bahalaşanda, onun saxtası bazara ayaq açır. Məlum olur ki, əslində “nehrə yağı” adı altında satılan yağlar heyvanların iç yağı, marqarin, palma yağlarının süd, qatıqla qarışığından hazırlanır. Xüsusi aparat vasitəsilə çalxalandıqdan sonra “nehrə yağı” hazır olur. Əlbəttə, bunu bütün nehrə yağlarına aid etmək doğru deyil. Amma əsl nehrə yağını saxtasından ayırd etmək də çətindir. Bunu əsasən yağın dadından, qoxusundan anlayışı olan adamlar seçə bilir. Amma istəyənlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyalarında ödəniş etməklə yağın analizini apara bilərlər”.
\\moderator.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru