16 illik inhisarın ŞOK TƏFƏRRÜATLARI - ARAŞDIRMA
Tarix: 2-02-2017, 09:39 | Çap et
Bir müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdırmaqla bağlı qanun layihəsi ilə əlaqadar hazırlanan bir məlumatda parlamentin iqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyevin “EUROPEAN TOBACCO Baku” fabrikinin rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı məqam getdi.
Səhərisi gün xəbəri dərc edən sayt dərhal düzəliş verdi ki, bəs, məlumat yanlışdır – R.Quliyev “EUROPEAN TOBACCO Baku”nun rəhbərliyindən uzaqlaşdırılmayıb, qurumun İdarə Heyətinə sədrliyini davam etdirir. Aydın məsələdir ki, bu düzəlişin getməsi bilavasitə R.Quliyevin təşəbbüsü ilə baş tutub. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyi Milli Məclis üzvlərinin bizneslə məşğul olmasını qadağan edir, cənab Quliyev neçə illərdir həm deputat, həm də ölkənin inhisarçı siqaret istehsalçısının ali rəhbəri kreslolarını əlində saxlamağı bacarıb. Böyük qalmaqallarla Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC Azərbaycanda ən böyük siqaret istehsalçısıdır – R.Quliyevin öz etirafına görə, bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbəmizin dediyinə görə, bu rəqəm minimum 50 faizin üstündədir: “Xüsusilə son 2 ildə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır. Ümumiyyətlə, yalnız siqaretin deyil, əksər məhsulların real satış həcmi qeydiyyata alınmır”.
Son iki ilin statistikası açıqlanmır
Deputatın rəhbərlik etdiyi şirkətin istehsal göstəricilərinə dair ən son məlumatlar 2 il əvvələ 2014-cü ilə aiddir – ildə 2 milyard ədəd. Hansı ki, R.Quliyev bu həcmin ümumi bazarın 25-27 faizi olduğunu bildirib(Trend). Bu hesabla götürdükdə, Azərbaycanda illik siqaret istehlakının 8 milyard ədədə çatmadığı görünür. Lakin istehlakın hətta 15 milyard ədəd səviyyəsində olduğunu iddia edənlər də var.
Rəsmi rəqəmlərə nəzər yetirdikdə də R.Quliyevin açıqladığı statistikanın reallığı əks etdirmədiyi aydın olur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə respublikaya 1779,04 ton tütün xammalı, ondan əlavə isə 11 milyard 522,84 milyon ədəd (?!) siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər, həmçinin 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib. Siqaretdən qat-qat bahalı olan siqarın Azərbaycanda satış həcminin dəfələrlə məhdud olduğunu nəzərə aldıqda, idxalda adı keçən 11,5 milyard ədəd siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlərin ən azı 9-10 milyardının siqaret olduğunu söyləmək mümkündür. R.Quliyevin rəhbəri olduğu “Europian Tabacco Baku”nun istehsal etdiyi 2 milyard siqareti də əlavə etsək, 11-12 milyardlıq istehlak həcmi olduğunu görərik.
O boyda şirkətin internet saytı da yoxdur
Öz fəaliyyətinə dair heç bir hesabat açıqlamaması, hətta İnternet saytının belə olmaması rəhbəri deputat olan inhisarçı şirkətin şəffaflıq və açıqlıq prinsiplərindən nə qədər uzaq olduğunu bir daha sübut edir. Bu gizlilik deputata imkan verir ki, siqaretin qiymətini istədiyi kimi artırıb, insanların onsuz da kasıb büdcəsindən maksimum gəlir əldə etsin.
Son 2 ildə R.Quliyevin siqaretin qiymətinin artmasına dair açıqlamaları diqqətçəkicidir. Məsələn, 2014-cü ildə - ölkədə iqtisadi böhran olmadığı dövrdə R.Quliyev dünya bazarında tütünün qiymətinin artmasını əsas gətirməklə Azərbaycanda da siqaretin bahalaşmasını “izah” etməyə çalışırdı. Daha sonra tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı Azərbaycanda bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını qiymətlərin bahalaşmasının qaçılmazlığını sübut edən fakt kimi əlində bayraq etdi. Ötən ildən başlanan artımların isə izahı hazırdır – siqaret istehsalı üçün tütün xammalının az qala hamısı xarici ölkələrdən dollarla alınır.
Yerli xammal istehsalı niyə diqqətdən kənarda qalıb?
Bu halda ortaya sual çıxır: 16 ildir Azərbaycanda siqaret istehsal etməklə yüz milyonlarla dollar gəlir əldə edən inhisarçı şirkət nədən yerli xammal istehsalına diqqət yetirməyib? Axı təkcə 2015-ci il ərzində ölkəyə tütün xammalı və hazır tütün məmulatlarının idxalına 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub. Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan xammal daşımaqdansa, R.Quliyev daxildə tütün istehsalını stimullaşdırıb yerli xammaldan istifadəyə diqqət ayıra bilməzdimi? Yalnız ötən il - dövlət başçısı istehsalçılara yerli xammaldan istifadəylə bağlı çağırış edib, tütün istehsalçılarına subsidiya ayırandan sonra R.Quliyev ayılıb və Zaqatalaya gedərək tütün istehsalçıları ilə görüşüb. Halbuki bu işə vaxtında başlansaydı, indi daxili istehsal ölkədə siqaretə olan tələbatı təmin etməyə imkan verərdi. Və nəinki yüz milyonlarla dollar kənara axardı, əksinə, xaricə ixrac nəticəsində ölkə iqtisadiyyatının kəskin ehtiyac duyduğu valyutanın Azərbaycana axını baş tutardı.
“Təxribatçı” səhmdarlar...
Qeyd edək ki, 2015-ci ildə Azərbaycandan kənara tütün və tütün məmulatlarının ixracı cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. İxrac əməliyyatları Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılıb. 2016-cı ildə isə ixrac həcmi 8 milyon dollara düşüb.
2016-cı ilin rəsmi statistikasına görə, ötən il ölkədə tütün məmulatlarının istehsalı 13,4 faiz azalıb. Qiymətləri isə 52.1 faiz bahalaşıb. Maraqlıdır ki, son 2 ildə qiymətlərin kəskin bahalaşması Azərbaycanda siqaret istehlakını azaltmayıb - Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəmizdə siqaret çəkənlər adambaşına 53 qutu siqaret istehlak edirlər. Dünya üzrə orta göstərici isə adambaşına 40 qutudur. Bu qədər böyük bazarın 90 faizindən çoxunun idxal xammalı əsasında təmin edilməsinə görə məsuliyyət daşıyanlardan biri, bəlkə də birincisi R.Quliyevdir. Deputat gəlir azaldıqca işdən çıxardığı səhmdarları “təxribatçı” adlandırır, onların haqlı etirazlarını zor gücünə yatırtmağa çalışır. Halbuki ölkədə dollar qıtlığının yaranmasında özünün “rolu” heç də az deyil. AFN.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07 |
|
|
|
• Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04 |
|
|
|
• Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58 |
|
|
|
• Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55 |
|
|
|
• NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54 |
|
|
|
• Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40 |
|
|
|
• Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32 |
|
|
|
• Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28 |
|
|
|
• "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21 |
|
|
|
• Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18 |
|
|
|
• ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16 |
|
|
|
• Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15 |
|
|
|
• Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14 |
|
|
|
• Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02 |
|
|
|
• “Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59 |
|
|
|
• “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55 |
|
|
|
• Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46 |
|
|
|
• Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• “Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36 |
|
|
|
• Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29 |
|
|
|
• İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24 |
|
|
|
• Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12 |
|
|
|
• Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55 |
|
|
|
• Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46 |
|
|
|
• Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41 |
|
|
|
• 20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30 |
|
|
|
• "Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06 |
|
|
|
• Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04 |
|
|
|
• MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01 |
|
|
|
• Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51 |
|
|
|
• Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49 |
|
|
|
• Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44 |
|
|
|
• Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40 |
|
|
|
• Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32 |
|
|
|
• Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25 |
|
|
|
• "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22 |
|
|
|
• Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15 |
|
|
|
• Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13 |
|
|
|
• Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10 |
|
|
|
• Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08 |
|
|
|
• İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06 |
|
|
|
• Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02 |
|
|
|
• "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00 |
|
|
|
• "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45 |
|
|
|
|