Tehranın “ikinci Ermənistan” planı .....                     Prezidentlə milyarderin qarşıdurması: savaş açıq müstəviyə keçib .....                     Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı .....                     Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır .....                     “Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” .....                     Erməni əsgəri ildırım vurub öldürdü .....                     Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib .....                     Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib .....                     Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu .....                     Paşinyan “Hraparak”ı məhkəməyə verir .....                     Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi .....                     "Şükür Allaha, bu ad günümdə tək deyiləm" .....                     Mirzoyanın arvadına yüksək vəzifə verildi .....                     Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj .....                     Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA .....                     “Niyə haram iş görürsünüz?!” .....                     Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır .....                     Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI .....                     İrəvanda açıq savaş: Kim kimi devirəcək? .....                     “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır .....                     İrəvan Bakını yenə haqlı çıxardı .....                     Berlinlə bundan sonra .....                     “Liseylər sosial status simvoluna çevrilərsə, .....                     2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? .....                     Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi .....                     Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? .....                     "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" .....                     Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər .....                     Matviyenko Ermənistana: .....                     Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                     İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi .....                 

Keçmiş deputatın da universiteti bağlana bilər - İDDİA
Tarix: 30-01-2017, 09:26 | Çap et
Keçmiş deputatın da universiteti bağlana bilər
Son günlərdə Azərbaycanda ard-arda Təfəkkür və Qafqaz Universitetlərinin fəaliyyətini dayandırması digər ali təhsil ocaqlarının da eyni taleyi yaşayacağı məsələsini gündəmə gətirib.

Təhsil eksperti Kamran Əsədov ölkədə ali məktəblərin bağlanması məsələsindən danışıb.
AZXEBER.COM xəbər verir ki, K. Əsədov qafqazinfo-ya açıqlamasında bildirib ki, bu mövzuda zaman böyük rol oynayır: "Bilirsiz, artıq Azərbaycan 90-cı illərdəki ölkə deyil. O zaman müstəqilliyi təzə əldə etmişdik. O dönəmdə elmi dərəcəsi və müəyyən əlaqəsi, maliyyəsi olan biri bina götürüb universitet açırdı. Amma onların, demək olar ki, böyük əksəriyyətinin maddi-texniki bazası yox idi, amma bütün ixtisaslar üzrə kadr hazırlığını həyata keçirirdilər. Lakin son illər ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı üçün ciddi tədbirlər görüldüyünü nəzərə alsaq, daha Azərbaycana rəqabətə davamlı universitetlər lazımdır. Azərbaycan insanı dəfələrlə özəl universitetlərin yaratdığı problemlərlə qarşılaşıb. Onların insanımızın başına açdığı oyunlar hələ çətin ki, uzun müddət unudulsun. Son belə ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Beynəlxalq Universitetin tələbələrə yaratdığı problem hələ də davam edir. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı. Daha sonra bağlanan digər universitetlərin tələbələri başqa özəl universitetlərə köçürüldülər. Bu siyahıya bu gün Təfəkkür Universiteti də daxil oldu. Bu, gözlənilən idi. 2016-ci il ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi. Təsəvvür edin ki, Odlar Yurdu Universitinin 2016-cı ildə elan etdiyi plan yerinin cəmi 11 faizinə tələbə qəbulu apara bildi və 89 faiz yer boş qaldı. Bu o deməkdir ki, həmin ali təhsil müəssisəsinin gəliri rəsmi olaraq tələbələrin təhsil haqqı olduğuna görə onlar bundan məhrum olacaq. Digər Təfəkkür Universitetinin aqibətini gözləyən universitet Kooperasiya Universitetidir".
Ekspert qeyd edib ki, apardığı sorğulardan da məlum olub ki, tələbələrin böyük əksəriyyətinin Odlar Yurdu Universiteti, Təfəkkür Universitetinin və Kooperasiya Universitetinin semestr imtahanlarından böyük narazılığı var: "Demək olar ki, bu ali təhsil müəssisələrində tələbələrin öz savadları ilə imtahandan müsbət qiymətlər alması mümkün deyil. Amma xarici ölkələrdən tələbələrin böyük hissəsinin bu universitetlərə köçürmə alması bunları ayaqda saxlayan amillərdən idi. Bu ildən etibarən Azərbaycan ərazisində tələbə köçürülməsi vahid qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəyinə görə onlar bu gəlirdən də məhrum oldular. Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsini onların ixtiraları təşkil edirsə, bizdə ancaq tələbənin təhsil haqqı təşkil edir. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hesab edirəm ki, hələ bir neçə universitetinin bağlanması o qədər də böyük təsir göstərməyəcək. Bu digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Bilirsiz, özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektorundan tutmuş qapıçısına qədər hamısı qohumdur. Əlbəttə ki, belə mühitdə təhsil inkişaf edə bilməz. Hansısa ali təhsil müəssisəsi bağlanan zaman qarşıya çıxan ilk problem orada təhsil alan tələbələrin aqibəti ilə bağlı olur. Bu universitet bağlanması Azərbaycanda nə ilk, belə görünür ki, nə də sondur. Bundan əvvəl oxşar hadisələr baş verəndə özəl ali təhsil müəssisələrinin tələbələri elə digər özəl universitetlər arasında bölüşdürülürdü. Mən düşünürəm ki, bağlanmış Təfəkkür Universitetinin tələbələri Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin, Kooperasiya Universitetinin aralarında bölüşdürüləcəklər. Burada başqa bir problem çıxacaq, o da təhsil haqları və keçilən fənlər məsələsində. Hesab edirəm ki, bu məsələdə tələbələrə güzəştlər tətbiq olunacaq".
Kamran Əsədov diqqətə çatdırıb ki, fəaliyyəti dayandırılan universitetlər sırasında Qafqaz Universitetinin ləğv olunması tamam fərqli bir nəticəyə səbəb olacaq: "Qafqaz Universitetinin bağlanması cəmiyyət üçün şok effekti verəcək. Tədris ilinin ortasında universitetin bağlanması qanunvericiliyə ziddir. Qafqaz Universitetinin tələbələri əvvəllər aldıqları keyfiyyətli təhsili ala bilməyəcəklər. Yaxşı olardı ki, tədris ilinin sonunda bu addım atılardı. Bilirsiz, Qafqaz Universiteti heç də digər özəl universitetlər kimi aşağı balla tələbə qəbulunu həyata keçirmirdi. Bu təhsil ocağını hətta maksimum 700 bal toplayan abituriyentlər də seçirdilər. Hesab edirəm ki, ali təhsil müəssisələrinin ləğv edilməsi prosesi davam edəcək. Bunu qaçılmaz edən faktlar var. Belə ki, Bakı şəhərinin qəbul edilmiş Baş Planına əsasən, universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi planı var. Bundan əlavə, universitetlərin gəlirləri ciddi şəkildə aşağı düşüb. Düşünürəm ki, tədris ilinin sonuna qədər hətta dövlət universitetlərindən də bağlananlar olacaq. Düşünürəm ki, Slavyan Universiteti ləğv olunub Dillər Universiteinə, Menecment və Turizm Universiteti İqtisad Universitetinə, Texniki Universitet Memarlıq və İnşaat Universitinə, Neft və Sənaye Universiti Ali Neft Məktəbinə birləşəcək. Bizim bir neçə özəl ali təhsil müəssisələri binadan, partadan və tələbədən ibarətdir. Heç bir potensial fəaliyyəti yoxdur. Bu sırada Avrasiya Universiteti də var. Bəlkə də çoxları adını ilk dəfə oxuyacaq, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, bu tipli ali təhsil müəssisələrinin fəaliyyəti ancaq qəbul prosesində iştirak etməkdən ibarətdir. Heç bir elmi tədqiqat işləri aparılmır, ictimai fəaliyyətlə məşğul olmurlar. Sadəcə olaraq, say təşkil edirlər. Hesab edirəm ki, 2017-ci il adlarını çəkdiyim ali təhsil ocaqları üçün son il olacaq. Çünki Azərbaycana ADA, Ali Neft Məktəbi kimi yeni yaranmış və rəqabətə davamlı, beynəlxalq reytinq cədvəlində yer tuta biləcək universitetlər lazımdır".
AZXEBER.COM-un məlumatına görə, bu açıqlamadan sonra "Odlar Yurdu" Universitetinin rəhbərliyi təşvişə düşüb və qısa müddətdə universitetin reklamına başlanıb. Bir neçə televiziyada eyni anda universitetlə bağlı təbliğat materialları işıqlandırılıb.

Ancaq tez-tələsik hazırlanan bu süjetlər universiteti daha da pis vəziyyətdə qoyub. Belə ki, ATV-yə açıqlama verən Qafqaz Universitetinin tələbələrindən birinin sözləri təhrif edilibmiş. Tələbənin sosial şəbəkədə yayılan açıqlaması universiteti pis vəziyyətdə qoyub.
Ceyhun adlı tələbə deyib ki, onun sözləri təhrif edilib.
Bu məlumatdan sonra universitetə onsuz da az olan inam, tamamən sıfıra yaxınlaşıb.
Qeyd edək ki, Qafqaz Universitetinin tələbələri Odlar Yurdu köçürülmə xəbəri çıxandan sonra sosial şəbəkədə qrup yaradıblar və orada oxumaq istəmədiklərini qeyd ediblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehranın “ikinci Ermənistan” planı - NƏ BAŞ VERİR?
Bu gün, 01:20
Prezidentlə milyarderin qarşıdurması: savaş açıq müstəviyə keçib - Görünəni odur ki...
Bu gün, 01:14
Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı
Bu gün, 01:06
Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır - KİV
Bu gün, 00:00
“Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:40
Erməni əsgəri ildırım vurub öldürdü
Dünən, 23:36
Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib - BUNA GÖRƏ
Dünən, 23:34
Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib - KİV
Dünən, 23:32
Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu
Dünən, 18:03
Paşinyan “Hraparak”ı məhkəməyə verir
Dünən, 18:02
Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
Dünən, 17:58
"Şükür Allaha, bu ad günümdə tək deyiləm"
Dünən, 17:39
Mirzoyanın arvadına yüksək vəzifə verildi
Dünən, 17:35
Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj - GƏLİŞMƏ
Dünən, 17:31
Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA - FOTO
Dünən, 17:26
“Niyə haram iş görürsünüz?!” – Xalq artistindən İNANILMAZ SÖZLƏR...
Dünən, 17:21
Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır -AÇIQLAMA
Dünən, 17:16
Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI - Moskva "sxodka"sı
Dünən, 17:14
İrəvanda açıq savaş: Kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:12
“Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır - ŞƏRH
Dünən, 17:09
İrəvan Bakını yenə haqlı çıxardı – Prezident iki ay öncə nə demişdi?..
Dünən, 17:08
Berlinlə bundan sonra NƏ ETMƏLİ?..
Dünən, 17:06
“Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”
Dünən, 17:04
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Dünən, 17:01
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Dünən, 16:59
Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Dünən, 16:57
"Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Dünən, 16:55
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər - İLGİNC
Dünən, 16:52
Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Dünən, 16:49
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Dünən, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Dünən, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Dünən, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Dünən, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Dünən, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Dünən, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Dünən, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Dünən, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Dünən, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Dünən, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Dünən, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Dünən, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Dünən, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Dünən, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Dünən, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Dünən, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Dünən, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Dünən, 11:13
Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Dünən, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru