"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                     Qızıl üzüklü müəllimə QALMAQALI... .....                     “Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu .....                     Nazirlər bir ayda neçə kilo ət ala bilər? .....                     "Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin" .....                     Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb .....                     “ƏDV geri al”anların nəzərinə .....                     “Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” .....                     ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli .....                     “Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır .....                     Yeni Roma Papası Azərbaycan üçün dua edib .....                     Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... .....                     “Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir .....                     Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib .....                     Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb .....                     Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ... .....                     BU NƏDİR BELƏ: Kəlbəcərdə PKK simpatizanları PUL QAZANIR! .....                     Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur .....                     “AST Telman”ın killerinin məhkəməsi .....                     AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb .....                     Xoşqədəm Hidayətqızının atası da vəfat etdi .....                     Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilər .....                     Ordubadda 38 yaşlı kişi kafedə dava saldı: meyxanaçıya söz atdı, pivə bakalını... .....                 

"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır" - ŞİKAYƏT VAR
Tarix: 26-11-2016, 10:24 | Çap et
"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır"
Bayıl qəsəbəsi 6-cı mədəndə yaşayan Qəzənfər Davud oğlu Qəzənfərov Hurriyyet.org-a müraciət edərək bildirir ki, bu ilin 6 avqustunda Mirəddin Mirdilavər oğlu Ağayev ad-soyadlı şəxslə tanış olub. Deyir ki, oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında test imtahanlarından keçib, qabiliyyət imtahanından keçmək üçün rüşvət tələb olunduğuna görə, bu ali məktəblə əlaqəsi olan şəxs axtarıb.

Ağ xalat geyib, özünü həkim kimi təqdim etdi

Taksi sürücüsü olan Q.Qəzənfərov Bayıl qəsəbəsində diş həkimi işləyən Şahin adlı şəxs vasitəsilə M.Ağayevlə tanış olduğunu deyir: “Mənə dedilər ki, Mirəddin “Semaşko”-da həkim işləyir. Diş həkimilə getdik Mirəddinlə görüşdük, əynində ağ xalat vardı. Mən də inandım ki, bu həkimdi, hər yerlə əlaqələri var. Sən demə, həkim deyilmiş, diş həkiminin xalatını alıb, geyib əyninə, dayanıb, xəstəxananın qapısında.
Mirəddinlə tanış olduqdan sonra dedi ki, İdman Akademiyasının böyüyüylə ailəvi dostdular. Zəng etdi, kimləsə danışdı, tapşırdı ki, bu ad-soyadda uşağı instituta düzəlt. Sonra mənə dedi ki, 2 min manat pul verməliyəm, avqustun 6-dək. Getdim qeydiyyatda olduğum Qobustan rayonuna, bankdan kredit götürüm. Ala bilmədim. Qohum-əqrəba, dost-tanışı da aradım, borc tapa bilmədim”.

“Qurban kəsdirib, yeyib-içib, ata-anamı da aldatdı”

Q.Qəzənfərovun sözlərinə görə, diş həkimi tez-tez zəng edib onu tələsdirib ki, Mirəddin deyir vaxtı bitir, oğlunun işi düzəlməyə bilər: “Məcbur olub ailəmin qır-qızılını Mərkəzi Univermaqda dəyər-dəyməzə satdım, gətirib pulu verdim. 5-6 saat keçəndən sonra Mirəddin zəng edib, dedi, gözün aydın oğlun ali məktəbə qəbul oldu. Nəsə şübhələndim. Zəng etdim, üzbəüz görüşdük. Dedim, həkim, nə tez qəbul oldu, heç uşaqla görüşmədiniz. O da dedi ki, ocağım haqqı, mən ağır seyidəm, hacıyam, özü də Mirşahinin qardaşıyam, get bir qurban da kəs. Mən də bisavad adamam. Hardan bilim mənə kələk qurublar. Şamaxıda atamgildə qurban kəsdik, qonaqlıq elədik. Diş həkimi Şahin Şamaxıya getməkdən çəkindi, amma Mirəddin gedib, yeyib-içib, ağsaqqal atamı, ağbirçək anamı da aldatdı ki, arxayın olun, nəvəniz ali məktəbə girib”.

“Dilindən kağız da verdi ki, pulu çatdıracaq”

Taksi sürücüsü deyir ki, sentyabrın 15-i həmin şəxslə əlaqə saxlayıb, oğlunun dərsə nə vaxt gedəcəyi ilə maraqlanıb, adam da ona deyib ki, ayın sonunda: “Nə vaxt zəng etdim, məni get-gələ saldı. Bayılda 20-ci sahədə ev ünvanını tapdım. Qonum-qonşusundan öyrəndim ki, Bayılda hamı onu maşennik kimi tanıyır. Bu adam həkim-zad deyil. Qardaşı Mirşahinin adından istifadə eləyib dəllalıqla, onu-bunu aldatmaqla məşğuldur, oğlu Turalı da tutub basıblar dama. Atam-anam, ailəmlə birgə gedib qapısının ağzını kəsdirdik. Həyat yoldaşı ailəmə deyib ki, əri onnan-bunnan borc alıb, verməklə məşğuldur. Mirəddin zənglərimə cavab vermədi. Diş həkimi vasitəsilə danışırdıq. Oktyabrın 30-u dilindən kağız verdi ki, noyabrın 1-i günorta saat 2-də pulu çatdıracaq. Axşam düşdü, gəlib çıxmadı”.

Polisi də aldatdı...

Q.Qəzənfərov Səbayel rayon 8-ci polis şöbəsinə şikayət edib: “Polis kapitanı, tədqiqatçı Mahir müəllim çağırdı, Mirəddin gəldi, təsdiqlədi ki, pulu məndən alıb. Kapitan dedi ki, pulu gətirib verməsən, işini istintaqa verəcəm. O da söz verdi ki, qaytaracaq. Noyabrın 18-dən də telefonlarını bağlayıb. Polis kapitanı da deyir ki, işi istintaq verib”.
Q.Qəzənfərov bizə Mirəddin Ağayevin və diş həkiminin bir neçə nömrəsini təqdim etdi. Həmin telefonlara cavab verən şəxslər cavab verdilər ki, səhv düşmüsüz. Sonra isə bütün nömrələr daxil olan zənglərə cavab vermədi.
Polis tədqiqatçısı Mahir Feyzullayev: “Ya tutulacaq, ya da pulu qaytarılacaq”
Məsələ ilə əlaqədar Səbayel rayon 8-ci polis bölməsinin tədqiqatçısı Mahir Feyzullayevlə əlaqə saxladıq. O, Q.Qəzənfərovun dediklərini təsdiq etdi və bildirdi ki, iş istintaqa verilib.
"Zərərçəkənin pulu qaytarılacaqmı?" polis kapitanı belə cavab verdi: “Ya Mirəddin Ağayev həbs olunacaq, ya da o adamın pulunu qaytaracaq”.
"Həbs olunacağı halda, pul qaytarılmayacaq?" M.Feyzullayev cavab verdi ki, bu haqda heç nə deyə bilməz: “Hazırda iş istintaqdadır. Qaytarılacaq, qaytarılmayacaq, bu məsələnin artıq mənə aidiyyəti yoxdur”.

“Pulumu verin!..”

Q.Qəzənfərov isə pulunun qaytarılmasına daha çox israrlıdı: “Mirəddin qardaşının şöhrətindən istifadə edib mənim kimi nə qədər ailələrə belə zərbə vurub. Əlbəttə həbs olunsa, daha yaxşıdır ki, innən sonra başqalarını da aldatmasın. Amma onu həbs etmək polisin, məhkəmənin işidir. Mən pulumu istəyirəm. Ərizəmdə də yazmışam ki, ailəmin 5 min manat dəyərində olan qızılını 2 min manata satmışam, mənə dəymiş ziyandan 2 min manat qaytarılsın. Bir dələduzun dalınca düşüb, işimi itirmişəm, naəlac qalıb ailəmin yeganə qazanc yeri olan maşınmı satmışam, ac-yalavac qalmışıq. O, məni ailəmin yanında başıaşağı edib. Pulumu qaytarmayınca, mən əl çəkən deyiləm”.

Hüquqşünas rəyi: “Zərərçəkən dələduzun əmlakına həbs qoydura bilər”

Qeyd edək ki, bu cür faktlara tez-tez rast gəlinir. Dələduzluq edən şəxs həbs olunur, zərərçəkənə dəymiş zərər ödənmir. Hüquqşünas İradə Cavadova Hurriyyet.org-a bildirdi ki, bu hal vətəndaşların hüquqi savadsızlığı üzündən baş verir: “Dələduzluq faktı o halda olur ki, insanların etibarından sui-istifadə edilib, aldadılır. Şikayətçiyə dəymiş zərər ödənərsə, şikayət geri götürülər, barşışıq əldə olunar və iş xitama getməz. Amma pul az miqdarda oduqda bu mümkündür. Şəxs cinayət məsuliyyətinə əməlinə görə cəlb olunur. Pulun qaytarılması yüngülləşdirici hal hesab olunur. Pul qaytarılmırsa, şəxs həbs olunubsa, zərərçəkmiş şəxs tanınır və o, mülki iddia ilə müraciət edib, həmin şəxsin əmlakına həbs qoydura bilər.

“Vətəndaş rəsmi olaraq özünü zərərçəkmiş şəxs qismində tanıtmasa...”

İradə Cavadova deyir ki, çox hallarda zərərçəkənlər hüquqlarını bilmirlər, vəkil aramırlar və hüquq-mühafizə orqanları onları aldadır: “Vətəndaş özünü zərərçəkmiş şəxs qismində tanıtmaq üçün ərizə yazmalıdır ki, filan hüquq-mühafizə orqanı məni zərərçəkmiş şəxs qismində tanıdı. Ona dəymiş zərəri məbləğlə rəsmi təsdiqlətməlidir. Bəzi hallarda hüquq-mühafizə orqanları vətəndaşı aldadır, ona ərizə yazdırmırlar. Vətəndaş çox vaxt bu ərizəni yazmadan, mətbuata, radioyaya, televiziyaya şikayət edər, nazirə, prezidentə teleqram vurar, amma vəkilə müraciət etməz ki, ona hüququ anlayış verilsin. İş materiallarında bu hallara bir vəkil olaraq çox rast gəlirəm. Polis orqanları da bundan istifadə edib vəkili aldadırlar. Vətəndaşa təzyiq edirlər ki, bu vəkillə müqavilə bağlama, onunla bağla və sair. “Münasib” vəkil də polisə necə maraqlıdı, onu icra edir. Ona görə də vətəndaşların dəymiş ziyanla bağlı ərizəni təsdiqlətməsi mütləqdir ki, onlar sonrakı prosesdə öz haqlarını tələb edə bilsinlər”.

"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır"
"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır"
"Mirşahin Ağayevin qardaşı məni aldadıb, pulumu qaytarmır"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02
Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... - GƏLİŞMƏ
Dünən, 10:58
“Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir
Dünən, 10:54
Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib - KİV
Dünən, 10:41
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünən, 10:39
Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ... - NƏ ETMƏLİ?
Dünən, 10:27
BU NƏDİR BELƏ: Kəlbəcərdə PKK simpatizanları PUL QAZANIR! - MALƏSƏF...
Dünən, 10:24
Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur - “Armenpress”
Dünən, 10:12
“AST Telman”ın killerinin məhkəməsi BAŞLADI
Dünən, 10:10
AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb - DİQQƏT!
Dünən, 10:00
Xoşqədəm Hidayətqızının atası da vəfat etdi - bir neçə həftə əvvəl isə...
Dünən, 09:58
Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilər - NƏ BAŞ VERİR?
Dünən, 09:54
Ordubadda 38 yaşlı kişi kafedə dava saldı: meyxanaçıya söz atdı, pivə bakalını... - TƏFƏRRÜAT
Dünən, 09:53
`QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
Dünən, 09:47
"Məhkəməyə müraciət etsəm, udmaq şansım nə qədər realdır?" - ÇARƏSİZLİK...
Dünən, 09:39
Tramp Maskın davranışının narkotiklə əlaqəli olub-olmadığı ilə maraqlanıb - "İnterfaks"
Dünən, 09:33
“Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
Dünən, 09:28
Dövlət qurumunun 2,2 milyon manatlıq icarə tenderinin QALİBİ BƏLLİ OLDU - TƏFƏRRÜAT
Dünən, 09:23
"Pezeşkiana ümid Güneydə arxayınlıq yaradıb, amma..." - ŞƏRH
Dünən, 09:20
İcra başçısından Prezidentə ŞİKAYƏT - BAŞÇINI DURDURUN...
Dünən, 09:16
Tanınmış müğənni `Azparkinq`ə ÜSYAN ETDİ - "Bu nə səmimiyyətsiz davranışdır ki?"
Dünən, 09:07
Paşinyan üçün ÇIXIŞ YOLU RESEPTİ... - O GƏRƏK...
Dünən, 08:57
Paşinyanın təbriki o vaxt effektiv olar ki... - AKTUAL
Dünən, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru