"Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                     "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                     Yeni inqilab “silah”ı işə düşdü .....                     Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq .....                     Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi .....                 

Yasamal RİH vətəndaşın yerinə etibarnaməsiz qardaşından imza alıb - QALMAQAL
Tarix: 17-10-2016, 09:19 | Çap et
Yasamal RİH vətəndaşın yerinə etibarnaməsiz qardaşından imza alıb
“Öncə 435 min manat veriləcəyi rəsmi olaraq, bildirildi. Ancaq daha sonra deyirlər ki, evin birinci mərtəbəsində yerləşən yerlə bağlı texniki səhvə yol veriblər. Belə çıxır ki, 15 nəfər texniki səhvə yol verib. Əslində isə qərarı verən həmin 15 nəfərin hamısı texniki səhv edə bilməz. İki ildir ki, mənə evimin pulunu vermirlər. Onlar mənə 435 min manat təklif edərkən, 1 ABŞ dollar 78 qəpik idi, bu gün isə 1 manat 60 qəpik. Manat iki dəfə devalvasiyaya uğrayıb, ancaq mən dövlətimizin iqtisadi problemlərini bildiyim üçün artıq pul da istəmirəm, özlərinin yazdığı rəqəmi tələb edirəm. Onlar isə israrla, 397 min manatdan artıq verməyəcəklərini bildirirlər. Almalı olduğum 38 min manatı nəyin əsasında kəsirlər? Halbuki “yalnış” dediklərində heç bir qanun pozuntusu yoxdur. Onlar sırf o pulu kəsmək üçün bildirirlər ki, orada qarajın var. Halbuki həmin yer evimin içidir, qaraj isə evdən kənarda olur”. Bu sözlər “Sovetski” ərazisindən çıxmayan Şükürov Vüqara aiddir.

Bir həftə öncə Yenicag.az-a açıqlama verən vətəndaşın sözlərinə Yasamal rayon İcra Hakimiyyəti anında reaksiya verdi. Vətəndaşın evinin 435 min manat olaraq qiymətləndirilməsi ilə bağlı sənəddə imzası olan Yasamal rayon İcra Hakimiyyətinin Birinci müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov tərəfindən redaksiyamıza göndərilən sənəddə göstərilir ki, “Köçürülməsi məqsədilə nəzərdə tutulan ərazidə dövlət əhəmiyyətli yolların və ko1mmunikasiya xəttlərinin çəkilməsi nəzərdə tutulsa da, paytaxtımız üçün son dərəcə əhəmiyyətli olan bu layihənin yerinə yetirilməsi zamanı 2015-ci ilin ortalarında köçürülmə tədbirlərinin başa çatdırılmasında bir sıra çətinliklər yarandı.

Belə ki, boşalmış ərazidə köçməmiş çox az sayda mənzil sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsi nəticəsində başa çatdırılması nəzərdə tutulan layihənin gecikdirilməsilə yanaşı, ətraf sakinlərin mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xəttlərindən istifadə və ərazinin sanitar normalarının təmin edilməsində həlli mümkün olmayan problemlər yaratdı.

Məqalədə qeyd etdiyiniz Ə.Hüseynzadə küçəsi 2 ünvanda yaşayan Vüqar Şükürovun rayon İcra Hakimiyyətinin ünvanına öz maddi maraqları naminə irəli sürdüyü ittihamlar tam əsassızdır. Biz dəfələrlə qeyd etmişik ki, çox təəssüflər olsun ki, köçürmə zamanı sakinlər arasında elələrinə rast gəlirik ki, artıq vəsait əldə etmək naminə hər bir qanunsuzluğa, yalana, iftiraya əl atırlar. Əfsuslar olsun ki, Şükürov Vüqar da özünü belələrinin siyahısına daxil etdi”.

Yasamal İH-dən göndərilən yazılı açıqlamada qeyd olunur ki, “Belə ki, 2014-cü ilin may ayında ərazidə ölçü işləri aparılarkən, komissiyaya məlumat daxil oldu ki, Ə.Hüseynzadə küçəsi mənzil 2 ünvanında ölçü işlərinin aparılmasına imkan verilmir. Araşdırma zamanı məlum oldu ki, köçürmə ərazisində hər hansı tikinti işlərinə qadağa qoyulduğu halda , Vüqar Şükürov gizli şəkildə qarajda yenidənqurma işləri apararaq, onu yaşayış sahəsinə çevirmək niyyətindədir. Bununla əlaqədar 2014-cü ilin mayın 17-də qanunsuz tikinti işlərinin foto şəkilləri çəkildi və rəsmi sənədləşdirildi.

Bununla əlaqədar ev sahibi xəbərdar edildi ki, qanunsuz gördüyü işlərin əhəmiyyəti yoxdur və onun qarajı yaşayış sahəsi kimi qiymətləndirilməyəcək”.

V.Şükürovun təqdim etdiyi bildiriş formasının sakinlərə göndərilən ekspertlərin hazırladığı ilkin qiymətləndirmə forması olduğunu bildirən Yasamal İH “qeyd edilən qiymətə komissiyanın yekun araşdırmalarının nəticələrinə uyğun dəyişiklik edilə bilər” deyə, açıqlayır: “13 may 2015-ci ildə komissiyanın növbəti iclasında Vüqar Şükürovun qardaşı qeyd edilən mənzilin pay sahibi və rəsmi etibarnamə ilə çıxış edən Mehti Şükürova faktlarla sübut olundu ki, 1m.90 sm. hündürlüyü olan qarajın yaşayış sahəsi kimi təqdim etmələri əbəsdir. Deyilənlərlə razılaşaraq Mehti Şükürov mənzilə hesablanmış 397370 manat vəsaitlə razılaşmış və razılaşma protokoluna imza atmışdır”.

Yasamal RİH vətəndaşın yerinə etibarnaməsiz qardaşından imza alıb

Yasamal İcra Hakimiyyəti tərəfindən Mehti Şükürovun imzaladığı akt da cavab yazısı ilə birlikdə Yenicag.az-a daxil olub. Fəqət Səməd İslamovun tərəfindən təqdim olunan sənədlər vəziyyəti daha da qəlizləşdirib və sualları artırıb.

Yasamal RİH vətəndaşın yerinə etibarnaməsiz qardaşından imza alıb

Belə ki, Vüqar Şükürov S.İslamovun cavab yazısında göstərilən faktların ciddi bir saxtakarlıq nümunəsi olduğunu belə açıqlayıb: “Səməd İslamov “Vüqar Şükürovun qardaşı qeyd edilən mənzilin pay sahibi və rəsmi etibarnamə ilə çıxış edən Mehti Şükürov”dan bəhs edir. Mehdi Şükürovun etibarnaməsini göstərə bilərlərmi? Evin sahibi mənəm, bütün sənədlər mənim adımadır və nə qardaşıma, nə də digərinə etibarnamə verməmişəm. Belə olan halda Mehti Şükürovun rəsmi etibarnamə ilə çıxış etdiyini iddia etmələri növbəti qanun pozuntusudur. Savadsız qardaşımı çağırıb, iclasda iştirak etdiyinə dair imza alırlar adı ilə öz istədikləri kağıza imza atdırmaları Yasamal rayon İcra Hakimiyyətinin növbəti qanun pozuntusudur. Deməli, kimsə bunlarla razılaşmadıqda, onlar qardaşı, bacını, əmioğlunu, dayıoğlunu çağırıb, onların imzası ilə işlərini “həll edəcəklər”. Dediyim kimi, Mehtinin hansı etibarnamə ilə çıxış etdiyini ortaya qoysunlar, mən iddiamdan əl çəkməyə hazıram. Yoxdur elə bir etibarnamə!”

Yasamal RİH vətəndaşın yerinə etibarnaməsiz qardaşından imza alıb

V.Şükürovun diqqət çəkdiyi ikinci məqam isə İcra Hakimiyyətinin 2014-cü ildə olan tikinti ilə bağlı ittihamıdır: “Madam ki, 2014-cü ildə inşaat ilə məşğul olmuşuq, o zaman niyə ev 2015-ci ildə 435 min manat dəyərində qiymətləndirilirdi? Bu Yasamal İcra Hakimiyyətinin növbəti manipulyasiya cəhdidir. Əgər tikinti onların qiymətləndirməsindən sonra olsaydı, o zaman onlar haqlı idilər. Fəqət qiymətləndirmə bitib, 15 nəfər rəy verib, sənədi bizə təqdim ediblər. Ondan sonra isə nə baş veribsə, icra hakimiyyəti 435 mindən 397 min manata düşüb və bizim halal haqqımıza əl qoymaq istəyir”.

V.Şükürov onu da qeyd edir ki, evi ilə birlikdə ona məxsus 3 sota qədər torpaq ərazisi Yasamal rayon icra hakimiyyətinin təzyiqi ilə Dövlət Əmlak Komitəsi tərəfindən qeydə alınmır.

Yenicag.az da Yasamal rayon İcra Hakimiyyətinin Birinci müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov ilə əlaqə saxlayaraq, məsələni bir daha ondan dinləyib. Etibarnamənin olduğunu bildirən S.İslamov onu təqdim etməkdən isə “o qədər sənədin içərisindən tapmaq çətindir” deyərək, yayınıb. Daha sonra isə hər iki bildirişin formal xarakter daşıdığını, Mehti Şükürovun imzasının o qədər əhəmiyyət daşımadığını bildirib.

S.İslamov həmçinin məhkəməyə müraciət etdiklərini də bildirib.

Maraqlıdır ki, vətəndaşların evlərinin qiymətinin müəyyənləşdirildiyi və elan edildiyi bildiriş Yasamal rayon icra hakimiyyəti tərəfindən “formal kağız” elan edilməkdədir.

Qeyd edək ki, V.Şükürovun şikayəti bu mövzuda ilk deyil. “Sovetski”nin sökülməsi başlayandan bəri, bu yöndə xeyli sayda şikayət olub. Görünən odur ki, Azərbaycan prezidenti İlham Əliyev bu ərazidəki insanların haqqının tapdanılmaması yönündəki tapşırığı kiçik məmurlar tərəfindən dəqiq anlaşılmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Bu gün, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Bu gün, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Bu gün, 17:59
Litva Rusiyaya nota verib
Bu gün, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Bu gün, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Bu gün, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Bu gün, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Bu gün, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Bu gün, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Bu gün, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Bu gün, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Bu gün, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Bu gün, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Bu gün, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Bu gün, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Bu gün, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Bu gün, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Bu gün, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Bu gün, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Bu gün, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Bu gün, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Bu gün, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Bu gün, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Bu gün, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Bu gün, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Bu gün, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Bu gün, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Bu gün, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Bu gün, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Bu gün, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Bu gün, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Bu gün, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Bu gün, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Bu gün, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Bu gün, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Bu gün, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Bu gün, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Bu gün, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Bu gün, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Bu gün, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Bu gün, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Bu gün, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Bu gün, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Bu gün, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Bu gün, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Bu gün, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru