Naxçıvan MR-in tikinti nazirinin fermasında qulaq kəsdilər - İlginc iddialar
Tarix: 6-07-2016, 09:23 | Çap et
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının (MR) nazirlərindən birinə məxsus olan müəssisədə cinayət faktı qeydə alınıb. Bu haqda Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, müəssisənin işçiləri arasında baş verən mübahisə qanlı faciə ilə nəticələnib. Qeyd edək ki, bu hadisədən xəbərdar olan sözügedən nazir tərəfindən dərhal cinayət faktının gizlədilməsi haqda göstəriş verilib. Odur ki, hazırda müəssisənin rəhbərliyi zərərçəkəni və yaxınlarını pul gücünə susdurmağa cəhd edirlər. Mənbə deyir ki, bu fakt zərərçəkənin bəzi yaxınları və iş yoldaşları arasında ciddi narazılıq yaratsa da, kimsə nazirə məxsus müəssisədə baş verən cinayət işinin ört-basdır edilməsinə qarşı çıxa bilmir. Ötən həftə məlumat verdiyimiz kimi, Hurriyyet.org saytının əməkdaşı Naxçıvanda baş verən bu cinayət faktının araşdırılması məqsədilə Muxtar Respublikaya ezam olunub. Əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum olub ki, bu hadisə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədovun fermasında baş verib. Bildirilir ki, nazirin Ermənistanla sərhəddə yerləşən fermasında çalışan ferma müdiri ilə çobanlar arasında dava düşüb. Bu zaman ferma müdiri çobanlardan birinin qulağını kəsib. Həmin fakt qısa müddət ərzində nazir Asəf Məmmədova çatdırılıb və o, dərhal bu olayın gizlədilməsi üçün müvafiq göstərişlər verib. Bu haqda Hurriyyet.org-un əməkdaşına açıqlama verən etibarlı mənbənin sözlərinə görə, Asəf Məmmədovun fermasında baş verən bu cinayət faktını gizlətməyə çalışması heç də təsadüfi deyil. Birincisi, nazir onun adı ilə bağlı olan bu biabırçılığı ört-basdır etməklə ölkədə rüsvay olmamağa çalışır. İkincisi isə, o, bu xəbərin Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova çatacağından ehtiyat edir. Çünki bu halda öz postunu itirəcəyini çox yaxşı bilir. Mənbənin sözlərinə görə, onsuz da son vaxtlar Naxçıvanda tikinti naziri haqda bir çox xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, rəsmi dairələrdə nazir Asəf Məmmədovun Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Ələsgərovla yaxın dost olduğu bildirilir. Mənbənin sözlərinə görə, bu dostluq hər iki məmurun Azərbaycan MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun komandasının üzvü olması ilə bağlı olub. Hansı ki, E.Mahmudov vəzifədə olduğu müddətdə istər Vəli Ələsgərov, istər də Asəf Məmmədov hər yerdə MTN “şefi”nin adamı olmaları ilə fəxr ediblər və zaman-zaman bu informasiyanı məqsədli şəkildə gündəmə ötürməklə, öz rəqiblərini basqı altında saxlamağa çalışıblar. Mənbə deyir ki, Eldar Mahmudov vəzifədən azad ediləndən, Vəli Ələsgərov isə çoxsaylı cinayət əməllərinə görə həbsə atıldıqdan sonra Asəf Məmmədov “tikan üstündə” gəzir. Deyilənə görə, o, öz yaxın adamlarına da etiraf edib ki, həbs olunmamasının qarşılığında öz vəzifəsindən dərhal istefa verməyə hazırdır. Çünki A.Məmmədov hazırda həbsdə olan V.Ələsgərovla qaranlıq əlaqələrinin MR rəhbərliyində çoxlarına bəlli olduğunu yaxşı bilir. Bütün bunlardan sonra nazirin qulaqkəsən müdirinin cinayət əməlini gizlətməsi tam anlaşılandır. Çünki bu fakt yayılarsa, onun tükdən asılı olan vəzifəsindən aşırılacağı şübhəsizdir. Bu baxımdan, Asəf Məmmədov son günlər öz “səxavət kisəsi”nin ağzını açaraq, bu məlumatdan agah olan hər kəsi pul gücünə susdurmağa çalışır. Ən dəhşətlisi isə odur ki, boğazadək bataqlığın “içində” olan nazir A.Məmmədov özünü sudan quru çıxarmaq üçün dövlətimizin maraqlarını belə, təhlükəyə atmaqdan çəkinməyib. Belə ki, mənbənin dediyinə görə, Asəf Məmmədov fermasında dalaşanlardan birinin digərinin qulağını kəsdiyi haqda xəbəri eşidər-eşitməz bu hadisəyə siyasi don geyindirməyə çalışıb. O, fermada çalışan və hadisədən xəbərdar olan bütün şəxslərə tapşırıb ki, soruşan olarsa, hər kəs çobanın qulağının ermənilər tərəfindən kəsildiyini desin. O cümlədən qulağı kəsilən çobana da rəsmi şəxslərə qulağının sərhədə yaxın ərazidə erməni hərbçiləri tərəfindən kəsildiyi haqda məlumat verməsini tapşırıb. Bundan sonra isə nazir öz adamlarına göstəriş verib ki, Naxçıvan MR Müdafiə Nazirliyinə zəng açaraq, “ermənilərin nazirin fermasında çalışan çobanın qulağını kəsdiyi” haqda məlumat versinlər. Hansı ki, A.Məmmədov bununla, səbəbsiz yerə sərhəddə atışma yaratmaqla, bütün diqqətləri öz üzərindən yayındırmağa cəhd edib. Lakin görünür, Müdafiə Nazirlyinin rəhbərliyi üçün bu “operativ informasiya” inandırıcı olmadığından, sözügedən məlumata o qədər də ciddi əhəmiyyət verilməyib... Yeri gəlmişkən, hazırda Naxçıvan tikinti nazirinin MR-də hörmətdən düşməsinin başqa bir səbəbi də var. Belə ki, Eldar Mahmudovun adamı olan Asəf Məmmədovun keçmiş MTN “şefi” vəzifədən alındıqdan sonra, onun atası Əhməd Mahmudovun Naxçıvandakı heykəlinin sökülməsinə başçılıq etməsi çoxları tərəfindən kinayə ilə qarşılanıb. Ən azı ona görə ki, vaxtilə E.Mahmudovun qarşısında ikiqat əyilən A.Məmmədovun, vəzifədən getdikdən sonra nümayişkəranə şəkildə keçmiş MTN rəhbərinin atasının heykəlini sökməsi və bu zaman mətbuata “poz” verməsi heç də etik olmayıb. Ancaq görünür, A.Məmmədov “siyasətdə dostluqlar əbədi olmur” prinsipi ilə hərəkət edərək, bu söküntü ilə öz vəzifəsini qorumağa çalışıb. Təbii ki, Muxtar Respublika rəhbərliyində də çoxları onun bu niyyətini yaxşı anlayır. Odur ki, son vaxtlar MR-də hər kəsin A.Məmmədova güvənilməz bir məmur kimi baxması heç də təsadüfi deyil...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12 |
|
|
|
• Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56 |
|
|
|
• "Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı" - deputat
Bu gün, 06:34 |
|
|
|
• Öcalanla görüşlərin pərdə arxası: Terror bitir? - ŞƏRH
Bu gün, 06:27 |
|
|
|
• Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09 |
|
|
|
• Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07 |
|
|
|
• Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04 |
|
|
|
• Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58 |
|
|
|
• "Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55 |
|
|
|
• “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51 |
|
|
|
• Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48 |
|
|
|
• Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44 |
|
|
|
• Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42 |
|
|
|
• “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39 |
|
|
|
• Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35 |
|
|
|
• Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58 |
|
|
|
• Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21 |
|
|
|
• Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Dünən, 18:00 |
|
|
|
• Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa "ortaq maraqlarımız var" DEDİ
Dünən, 17:57 |
|
|
|
• "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" - MƏHKƏMƏ
Dünən, 17:55 |
|
|
|
• Lukaşenkodan seçkilər haqqında: - “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”
Dünən, 17:51 |
|
|
|
• "Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" - ŞƏRH
Dünən, 17:43 |
|
|
|
• İranın Azərbaycana son hücumunda Rusiya izi? – Bakıdan Tehranı şoka salan addım
Dünən, 17:33 |
|
|
|
• AĞ BAYRAQ qaldırmağa hazır ukraynalıların SAYLARI ARTIB
Dünən, 17:31 |
|
|
|
• “İndi ayda bir dəfə telefonla danışırıq”
Dünən, 17:30 |
|
|
|
• "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
Dünən, 17:10 |
|
|
|
• "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
Dünən, 17:07 |
|
|
|
• "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... - Bunu da daimi etmək lazımdır"
Dünən, 17:06 |
|
|
|
• "Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür"
Dünən, 16:56 |
|
|
|
• Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək - “RBK Ukrayna”
Dünən, 16:53 |
|
|
|
• Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Dünən, 16:51 |
|
|
|
• Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Dünən, 16:49 |
|
|
|
• Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Dünən, 16:46 |
|
|
|
• Ermənistan bu halda yox ola bilər – İrəvanda narahatlıq artdı
Dünən, 15:47 |
|
|
|
• "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" - Akif Nağı BELƏ HESAB EDİR...
Dünən, 15:45 |
|
|
|
• Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır - ŞƏRH
Dünən, 15:43 |
|
|
|
• “Tesla” avtomobillərinin istehsalı azaldı
Dünən, 15:40 |
|
|
|
• İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” – Bakı daha “xilas kəməri” atmayacaq
Dünən, 15:35 |
|
|
|
• Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? - İNCƏLƏMƏ
Dünən, 15:32 |
|
|
|
• Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Dünən, 14:02 |
|
|
|
• Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Dünən, 14:00 |
|
|
|
• Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Dünən, 13:58 |
|
|
|
• Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Dünən, 13:49 |
|
|
|
• Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Dünən, 13:45 |
|
|
|
• Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Dünən, 13:15 |
|
|
|
• Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Dünən, 13:14 |
|
|
|
• Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
|