Rektorun oğlu baş idarəyə necə yol tapa bildi? - İDDİA
Tarix: 24-06-2016, 11:26 | Çap et
 Azərbaycan Texniki Universitetində (AzTU) baş verənlər artıq əndazə tanımır. Vəziyyət o həddə çatıb ki, tələbələr nə edəcəklərini belə bilmirlər. Onlar hal hazırda dekanların təlimatına uyğun olaraq pul yığaraq, verməklə məşğuldurlar. Rektor Havar Məmmədovu isə semestrin axırı ona veriləcək hesabat maraqlandırır. Çünki həmin hesabatdan sonra hər bir dekanın ayrıca В«hədiyyəВ»ləri də olacaq. JAM.AZ xəbər verir ki, AzTU-nun rektorunun MTN-lə sıx əlaqəli olması hələ xeyli əvvəldən məlum idi. Onun Akif Çovdarovla yollarının kəsişdiyi və bunun Havar Məmmədova 3 milyon dollara başa gəldiyi də bəlli məsələlərdəndir. Amma Çovdarovla Məmmədov arasındakı münasibətlər sonradan tərəflərin bir birlərinə yardımçı olmalarına da yol açıb. Belə ki, Havar Məmmədovun oğlu hazırda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində məsul vəzifələrdən birini tutur. Onun belə bir yerdə işləməsinin təmin olunmasına isə birbaşa Akif Çovdarovun yardımçı olduğu deyilir. JAM.AZ-a çatan məlumatlara görə, oğul Məmmədov bir müddət əvvəl keçmiş MTN generalının kimlərəsə xahişiylə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində işə düzəlir. Ardından isə onun yüksəldilməsi üçün bütün addımlar atılır. Amma MTN olaylarının partlaması nəticəsində plan yarımçıq qalır. Və Havar Məmmədovun oğlu hazırkı rəis Rəfael İbrahimovun yerinə keçə bilmir. Qeyd edək ki, rektorun oğlu hospitalda uzunmüddətdir işləməməsinə baxmayaraq, onun adı artıq bir dəfə qalmaqala qarışıb. Həmin qalmaqalın dərman pereparatları ilə bağlı olduğuna dair ilkin məlumatlar var və hazırda məsələni araşdırmaqla məşğuluq. Yaxın günlərdə bununla bağlı geniş məlumat verəcəyik. JAM.AZ xəbər verir ki, bu ərəfədə Havar Məmmədovun daha bir В«çörək zavoduВ» öz işlərini В«uğurlaВ» həyata keçirir. Belə ki, AzTU-nun rektoru Bakı Texniki Kollecinə də nəzarəti əlinə alıb. Məlumatlarda vurğulanır ki, Fərrux adlı şəxsi ora direktor təyin etdirən rektor, görüdüyü hər işə görə nəzarəti üzərinə götürüb. Hətta iş o yerə çatıb ki, AzTU-da əyləşib, Kollecdəki işlərə müdaxilə edir, qiymət müəyyənləşdirir, təlimat verir. Əldə etdiyimiz məlumata görə, hal hazırda Bakı Texniki Kollecində (bunu tələbələr Havar Məmmədovun çörək zavodu kimi təqdim edirlər-red.) tələbələrdən imtahanlar üçün 300-400 manat tələb olunur. Onlar həmin pulu verməyəcəkləri təqdirdə kursdan kursa keçə bilməyəcəkləri barədə xəbərdar olunublar. JAM.AZ-a danışan mənbələrin bildirdiyinə görə, kollecin direktoru Fərrux müəllim açıq şəkildə tələbələrin qarşısında etiraf edib ki, bu yığımın səbəbkarı və ideya müəllifi o deyil, AzTU-nun rektorudur. Belə ki, Havar Məmmədovun qəti göstərişinə əsasən hər bir tələbə dekanın ondan tələb etdiyi məbləği gətirməlidir. Əks təqdirdə, imtahandan keçə bilməməklə bərabər, kollecdən qovula da bilər. Bu əsnada, AzTU-nun rektoru Havar Məmmədov dekanlarına da bəzi təlimatlar verib. Həmin təlimatlara əsasən tələbələrdən pulu müəllimlər və ya dekanlar deyil, elə qruplar üzrə seçilmiş tələbələr yığmalıdırlar. Bunu etməkdə məqsəd isə alınan pullar üzrə hər hansı bir ittiham irəli sürülərsə, dekan və müəllimlər məsuliyyəti üzərlərindən ata bilsinlər. Həmçinin belə bir təlimat da verilib ki, yığılan pullar dekanlar tərəfindən universitetin daxilində götürülməməlidir. Bunun üçün pul yığan tələbəylə kənarda görüşmək tələbi qoyulub. Burada da başlıca məqsəd AzTU rektorunun özünü qorumasıdır. Yəni, həmin dekan hətta yaxalansa belə, rektor bunun özünə aidiyyatı olmadığını deyə biləcək. Qarşı tərəfi də dinləməyə hazırıq.
P.S. Yaxın günlərdə AzTU-nun rektorunun hansı şəkildə bu yerlərə gəlib çıxdığı, kimin dəstəyinə arxalandığı, habelə oğlunun Ədliyyə Nazirliyini Hospitalında hansı skandala qarışdığı barədə geniş məlumat verəcəyik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NHMT ailəsinə ağır itki - "Uzaqdayam, vidalaşa da bilmədim..."
Bu gün, 01:30 |
|
|
|
• Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - GƏLİŞMƏ
Bu gün, 00:48 |
|
|
|
• Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Bu gün, 00:40 |
|
|
|
• Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb - KİV
Bu gün, 00:35 |
|
|
|
• Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia
Dünən, 20:19 |
|
|
|
• Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Dünən, 17:50 |
|
|
|
• Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Dünən, 16:33 |
|
|
|
• SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Dünən, 16:29 |
|
|
|
• Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Dünən, 16:27 |
|
|
|
• Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Dünən, 16:24 |
|
|
|
• Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Dünən, 16:21 |
|
|
|
• Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Dünən, 16:19 |
|
|
|
• “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Dünən, 16:01 |
|
|
|
• Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Dünən, 16:00 |
|
|
|
• Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Dünən, 15:55 |
|
|
|
• Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Dünən, 15:53 |
|
|
|
• Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 15:50 |
|
|
|
• Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Dünən, 15:48 |
|
|
|
• Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Dünən, 15:41 |
|
|
|
• Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 15:35 |
|
|
|
• Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Dünən, 15:30 |
|
|
|
• “Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Dünən, 15:26 |
|
|
|
• Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Dünən, 15:16 |
|
|
|
• Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Dünən, 15:14 |
|
|
|
• Fernandu Santuş Azərbaycana təşəkkür edib
Dünən, 15:12 |
|
|
|
• Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Dünən, 15:04 |
|
|
|
• Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Dünən, 14:55 |
|
|
|
• Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Dünən, 13:53 |
|
|
|
• Pezeşkian ABŞ-yə səfər edəcək
Dünən, 13:09 |
|
|
|
• Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Dünən, 13:07 |
|
|
|
• AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Dünən, 13:02 |
|
|
|
• “İnqilab olmayacaq” - Kaxa Kaladze
Dünən, 12:58 |
|
|
|
• Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Dünən, 12:54 |
|
|
|
• “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 12:52 |
|
|
|
• Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Dünən, 12:47 |
|
|
|
• Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Dünən, 12:45 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Dünən, 12:35 |
|
|
|
• Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Dünən, 12:29 |
|
|
|
• “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Dünən, 12:16 |
|
|
|
• “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Dünən, 12:12 |
|
|
|
• "Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Dünən, 12:08 |
|
|
|
• Əhəd Abıyev HARALARDADI...
Dünən, 12:05 |
|
|
|
• 201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Dünən, 12:00 |
|
|
|
• Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Dünən, 11:54 |
|
|
|
• Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Dünən, 11:42 |
|
|
|
• "Belə absurd qərar olar?" - ETİRAZ
Dünən, 11:40 |
|
|
|
• Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Dünən, 11:27 |
|
|
|
• ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Dünən, 11:18 |
|
|
|
• Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Dünən, 11:15 |
|
|
|
|