“Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur .....                     Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub .....                     ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti .....                     İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? .....                     "Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" .....                     Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm .....                     Azərbaycan MDB-dən çıxa bilər .....                     Donbası Putinə verməyəcəm .....                     Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır .....                     Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? .....                     Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? .....                     Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı .....                     Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı .....                     "Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." .....                     Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır .....                     65 yaşlı direktora "stop" qoyuldu .....                     FHN-nin "kapitan Əliyev"i həbs edildi .....                     BQXK-nin də SONU ÇATDI .....                     Valeh Kərimov teatrı tərk etdi: .....                     “Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” .....                     AYNA-nın bəlaya saldığı Sumqayıt... .....                     Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? .....                     Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu .....                     Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? .....                     Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? .....                     Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir .....                     Azərbaycan radiosunun binası söküləcək, .....                     Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub .....                     Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? .....                     “Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” .....                     Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib .....                     İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... .....                     Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı .....                     Gürcüstan Kremlin əlində oyuncağa çevrildi .....                     "Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb .....                     Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                 

Mikayıl Cabbarovun avtoritar idarəetmə üsulu... - Nazirin yeni qaydaları nəyə xidmət edir?
Tarix: 24-03-2016, 10:08 | Çap et
Mikayıl Cabbarovun avtoritar idarəetmə üsulu...
DİA.AZ: - Təhsil Naziri Mikayıl Cabbarovun təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində səriştəli namizədlərdən seçilib təyin edilməsi məqsədilə verdiyi yeni əmrə əsasən "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib. Əmrin müvafiq maddələri ilə müsabiqədə iştirak üçün elektron ərizə qəbulunu 18.03.16 - 31.03.16 tarixlərində, mərkəzləşdirilmiş qaydada test imtahanlarını 04.04.16 - 10.04.16 tarixlərində, müsahibələrin 11.04.16 - 29.04.16 tarixlərində keçirilməsinin, bu əmrin yerli təhsili idarəetmə orqanlarına çatdırılmasının, müsabiqədə iştirak edəcək namizədlər üçün nəzərdə tutulmuş məlumatların və müsabiqənin nəticələrinin Nazirliyin internet saytında yerləşdirilməsinin təmin edilməsinə dair tapşırıqlar verilib.

Əmrin verilməsi üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli yeni idarəetmə sisteminin formalaşdırılmasının əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulmasının hədəf kimi qarşıya qoyulması vəzifəsi əsas götürülüb. Həmçinin o da bildirilir ki, məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulur. Qaydalar təsdiq edildikdən sonra bu bazanın yaradılması istiqamətində işlərə başlanacaq. Onu da xatırlatmaq yerinə düşər ki, bu istiqamətdə ilk addım məktəb direktoru olmaq arzusunda olan şəxslər üçün müasir peşə standartları əsasında təlimlərin təşkili olmuşdur.

Hazırda təlimləri uğurla bitirən və imtahanda yüksək nəticə göstərərək keyfiyyət sertifikatı alan şəxslərin məktəb direktoru təyin olunması imkanlarına baxılacaq. Qeyd edək ki, direktor vəzifəsinə qəbul olmaq istəyən namizədin sənədləri nazirliyə təqdim olunur, ekspertizadan keçirilir. Sonra isə namizəd imtahan verir. Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarıı cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur. Təlimləri uğurla başa vuran “ehtiyat kadrların” müasir idarəetmə bilik və bacarıqlarına nə dərəcədə yiyələnibib-yiyələnmədiklərini zaman göstərəcək. Bununla belə yeni qaydalara görə direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik olan hər bir şəxs iştirak edə bilər.
Deyilənlərə və yazılanlara görə hazırda direktor vəzifəsi üzrə 500-dən artıq vakant yer var. Vakant yerlər rayonlarda çox, şəhərlərdə, azdır. Bakıda isə ümumiyyətlə vakansiya elan olunmayıb. Paradoks yaranır. Müsabiqəyə çıxarılan 586 vakansiyadan vakant yerlər məsələn, Goranboy, Ağdam, Sabirabad rayonları üzrə müvafiq olaraq 30, 28, 20 civarında olduğu halda Sumqayıt şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 3, Şirvan şəhəri üzrə isə 1-dir. Paytaxtda isə bircə yerin belə müsabiqəyə çıxarılmaması müəyyən maraq və təəccüb doğurmaqla yanaşı, həm də maraqlananları bir sıra suallara cavab axtarmaq zərurəti qarşısında qoyur. İstər-istəməz belə nəticəyə gəlmək olur ki, ya şəhər məktəblərinin direktorları “arxalı” olduqları üçün vəziflərindən bərk- bərk yapışdıqlarından onları tutduqları postdan “qoparmaq” mümkünsüz dərəcədə çətindir, ya da ki, vakant yerlər boşaldığı kimi dərhal tutulur ki, sonradan elan edilən müsabiqə sadəcə olaraq namizədi rəsmiləşdirmək üçün formal prosedur rolunu oynayır.

Sözümün canı başqadır. Təsdiq olunan yeni qaydalara əsasən, artıq direktor olmaq istəyənlər rayon və şəhər təhsil şöbələrinin təqdimatı əsasında deyil, özləri könüllü olaraq sənəd verə biləcək. Əgər sənədvermə prosesində olduğu kimi təyinat zamanı da təqdimat nəzərə alınmayacaqsa bu dəyişiklik Nazirlik üçün məqbul sayılsa belə, “təhsil sahəsinin hüquqi tənzimlənməsi”, “idarəetmənin demokratikləşməsi”, ”təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyaların yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” və digər bu kimi prinsiplərlə daban-dabana ziddiyət təşkil edir və təhsilin demokratikləşməsindən daha çox avtoritar idarəetmə rejiminə keçidi şərtləndirmiş olur.

Yeri gəlmişkən qeyd edim ki, uzun illərdən bəri səssiz-küysüz ötüşən məktəb direrektorluğu məsələsini “yeni aspektdə” dəbə mindirərək, gündəmə gətirilməsi, məhz 90-cı illərin sonlarına təsadüf edir.Təhsillə bu və ya digər bağlılığı olanlar xatırlamamış olmazlar ki, 2000-ci ilədək təhsil sistemindəki rəhbər və pedaqoji kadrların vəzifəyə təyinolunma və azadedilmə prosedurlarını Bakıda, şəhərin Baş Təhsil İdarəsi, regionlarda isə, yerli İcra hakimiyyəti orqanı kimi şəhər təhsil idarələri və rayon təhsil şöbələri həyata keçirirdi.

Lakin, elə həmin ilin aprel ayında, “Təhsil Nazirliyi sisteminə daxil olan təlim-tərbiyə müəssisələrində, idarə və təşkilatlarında, rəhbər kadrların seçilib yerləşdirilməsi işini təkmilləşdirmək,onlarla əmək münasibətlərinin yaradılması və prosesi tənzimləmək məqsədi” əsas götürülərək, sabiq nazirin “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 279 в„–-li əmri ilə, Nazirliyin 18 mart, 1994-cü il tarixli Kollegiya qərarı güvvədən düşmüş hesab edildi və orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirin əmri ilə təyin edilən nomenklatur vəzifələr sırasına daxil edildi.

Əlbəttə ki, məsələnin ciddiliyi “problemə” yenidən baxılmasını zəruriləşdirdi .Təhsil Nazirliyinin 03 sentyabr, 2002-ci il tarixli, 857 в„–-li əmri ilə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi, yenidən yerli təhsil şöbələrinin nomenklaturasina verildi. Bir müddət keçdikdən, başqa sözlə ara sakitləşdikdən sonra Təhsil Nazirliyinin17 oktyabr, 2006-cı il tarixli,752 в„–-li əmri ilə nomenklaturada “qismən” dəyişiklik aparılması nəticəsində, orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edildi. Nomenklaturada edilən yeni dəyişıkliyə görə, yerlərdən verilən təqdimata əsasən, Təhsil nazirliyinin müvafiq razılıq məktubu alındıqdan sonra, orta ümumtəhsil məktəbi direktorunun vəzifəyə təyin və vəzifədən azad olunmasının yerlərdə rəsmiləşdirilməsi nəzərdə tutulurdu.

Bundan sonra, artıq sadalamağa ehtiyac duyulmayan daha neçə-neçə məlum və naməlum əmrlər, təlimatlar, göstərişlər verilib.Bununla belə, Nazirlik bütün bu bəhs edilən dövr ərzində təyinolma və azad edilmə prosedurlarına yersiz müdaxilələr edib, lazım gələndə özünü işə götürən kimi təqdim edib, sərf etməyəndə isə məsuliyyəti yerli icra hakimiyyəti orqanlarının üzərinə atıb. Məktəb direktorunun vəzifəyə təyin olunması ilə əlaqədar bütün bu ardıcıllığı xatırlarmaqda məqsədim heç də bu funksiyanı kim və ya hansı orqan tərəfindən icra olunub, olunmamasına müdaxilə etmək deyil. Deməyim odur ki, təkcə son 15 ildə “Qaydalar” 15 dəfədən artıq dəyişdirilib.

Proseslərin belə “köndələn” istiqamət almasında heç şübhəsiz ki,Təhsil Qanunvericiliyimizdə olan boşluqlar da az əhəmiyyətli rol oynamır.Təhsil müəssisəsinin idarə olunmasını tənzimləyən “Təhsil haqqında” Qanunun 30.2 maddəsinə əsasən “dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri həyata keçirir.”“Azərbaycan Respublıkasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də isə göstərilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi “... təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”

“Qanun”un tələbindən göründüyü kimi, təyinat məsələsi “mərkəzi icra hakimiyyəti orqanı” tərəfindən deyil, “müvafiq icra hakimiyyəti orqanı” tərəfindən həyata keçirilir.Elə isə, şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində olan yerli təhsil idarələri və şöbələri də müvafiq icra hakimiyyətləri orqanlarıdir.Təəsüf ki, bir çox halda icra hakimiyyəti dedikdə böyük əksəriyyət tərəfindən, məhz İcra Hakimiyyətinin başçısı nəzərdə tutulur.Yəni “Qanun”da sadəcə “müvafiq icra hakimiyyəti orqanı” ifadəsini, “mərkəzi icra hakimiyyəti orqanı” ifadəsi ilə əvəzləməklə, bütün bu mübahisə və münaqişələrə son qoymaq olardı.

Bir də ki, məsələ təkcə məktəb direktorunun kim və ya hansı orqan tərəfindən təyin olunmasında deyil.Sadəcə, söhbət prosedurlara həddən artıq “rəng qatılmasından”, reklamçılığa qapılıb, adi bir məsələni əndazədən çıxararaq, onun ətrafında ajiotaj yaratmaqdan gedir.Kim təminat verə bilər ki ölçüyə gələ bilməyən meyarlar əsasında keçirilən müsabiqə və imtahanların nəticəsinə əsasən təyinat alanların içərisində, yenə də səviyyəsiz səriştəsiz və təsadüfi direktorlar olmayacaq. Bir də ki, əgər hansısa məktəbə müəllim göndərərkən məktəb direktorunun, hansısa rayona, şəhərə məktəb direktoru təyin edərkən yerli təhsil şöbələrinin rəyi öyrənilməyəcəksə, onların təqdimatı nəzərə alınmayacaqsa, təhsilin keyfiyyəti ilə bağlı yerli idarəetmə orqanları rəhbərlərindən nəsə tələb etməyə haqqımız çatırmı, məsuliyyəti onlarla bölüşmək məntiqə sığırmı?

Nəhayət, elan olunan yerlər həqiqətən vakantdırsa, görəsən bu yerlər nə vaxtdan vakantdır və 500 yeri rəhbərsiz saxlayıb, nə vaxtsa müsabiqə keçiriləcəyini gözləmək nə dərəcədə optimal yol sayıla bilər? Ümid edək ki,“Qaydalar”da növbəti dəyişıklik aparıldığı halda yerli təhsil idarəetmə orqanlarının da müəyyən səlahiyyətləri nəzərə alınacaq.

Nadir İSRAFİLOV - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur
Dünən, 23:51
Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub - ADLAR
Dünən, 23:48
ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti NƏDİR?
Dünən, 18:03
İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasındakı təmir işləri nə vaxt bitir? - “Bunlar nəzərə alınmayıb, ona görə də...”
Dünən, 18:01
"Əfsuslar olsun ki, AYNA-nın rəhbərliyi efirə çıxmır" - ETİRAZ!
Dünən, 17:59
Zelenski ilə görüşü heç vaxt istisna etməmişəm - Putin
Dünən, 17:56
Azərbaycan MDB-dən çıxa bilər - AKTUAL
Dünən, 17:54
Donbası Putinə verməyəcəm - Zelenski
Dünən, 17:50
Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır -ŞƏRH
Dünən, 17:46
Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? - TƏFSİLAT
Dünən, 17:38
Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? - SENSASİON DETALLAR
Dünən, 17:26
Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB
Dünən, 17:21
Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı - SƏN DEMƏ...
Dünən, 17:10
"Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." - ŞƏRH
Dünən, 17:01
Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır - Britaniya kəşfiyyatı
Dünən, 16:58
65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Dünən, 16:45
FHN-nin "kapitan Əliyev"i həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
BQXK-nin də SONU ÇATDI – Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?
Dünən, 16:41
Valeh Kərimov teatrı tərk etdi: - “Borcum deyildi, bunları etməli deyildim”
Dünən, 16:36
“Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” - deputat
Dünən, 16:34
AYNA-nın bəlaya saldığı Sumqayıt... - NARAZILIQ VAR...
Dünən, 16:29
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Dünən, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Dünən, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Dünən, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Dünən, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Dünən, 15:52
Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub - BUNDAN SONRA...
Dünən, 15:38
Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:32
“Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” - AÇIQLAMA
Dünən, 15:18
Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib
Dünən, 15:16
İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... - BU DA FAKT
Dünən, 15:07
Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı - Noxudu tərifləyir, dil öyrənirlər
Dünən, 14:59
Gürcüstan Kremlin əlində oyuncağa çevrildi – Tiflis Cənubi Qafqazdan təcrid olunur
Dünən, 14:58
"Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb - Çempionlar Liqası
Dünən, 14:54
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Dünən, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Dünən, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Dünən, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Dünən, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Dünən, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Dünən, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Dünən, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Dünən, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Dünən, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Dünən, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Dünən, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 13:00
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru