RAFİQ TAĞININ İŞİ HAVADAN ASILI QALIB
Tarix: 8-12-2011, 15:27 | Çap et
HAKİMİYYƏT YALNIZ İRADLA KİFAYƏTLƏNİB
Yazıçı-publisist Rafiq Tağıya sui-qəsddən xeyli vaxt keçsə də, hüquq-mühafizə orqanları heç kəsi saxlamayıblar və cinayətin mümkün versiyalarını şərh etmirlər.
İranın Azərbaycandakı səfirliyi bu cinayətdən yaxasını qırağa çəkib. İranlı ayətullah Məhəmməd Lənkərani – 2006-cı ildə “Avropa və biz” məqaləsinə görə Rafiq Tağının ölümünə fətva verən ayətullah Uzma Lənkəraninin oğlu isə yazıçının qətlini alqışlayıb (www.fazellankarani.com/persian/news/4878/).
Bu bəyanat Rafiq Tağının qətlinin sifaişinin Tehrandan gəlməsinə, Azərbaycanda siyasi qətl və terror aktları keçirməyə qadir olan İran agenturasının varlığı ehtimalına dolayı sübutdur. Azərbaycan hakimiyyəti bu qətli şərh etmir. Yalnız Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iradla kifayətlənib: "İranda Azərbaycan-İran münasibətlərində problem yaratmağa cəhd edən müəyyən dairələr var".
Onun fikrincə, bu qətlin İran rəhbərliyinə dəxli yoxdur. "Rafiq Tağı sui-qəsd nəticəsində öldürülüb. Cinayətin motivləri, iştirakçıları və məqsədi təhqiq edilib müəyyən olunmalıdır. Bir çox hallarda İranda bu və ya digər şəxsin adından yayılna məlumat əsassız olur. Bu cür informasiyalar çox vaxt mövcud münasibətləri korlamaq məqsədi daşıyır. Ona görə belə məsələlər dövlətlərarası münasibətləri tənzimləmir. İranda Azərbaycan-İran münasibətlərində problem yaratmağa cəhd edən müəyyən dairələr var. Onların aparıcı qüvvə olduğuna inanmıram. İranın dövlət və dini hakimiyyəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu istiqamətdə işləri davam etdirəcəyik", - deyə Həsənov bildirib.
Amma o, jurnalistlərin ünvanına “daş atmaq” imkanını əldən verməyib. В«Rafiq Tağıya qarşı cinayət jurnalistlərdən kiminsə qisası ola bilər və ya başqa səbəblər də mümkündür. Bütün bunları istintaqın sonunda biləcəyik", deyə Həsənov bildirib.
Azərbaycan hakimiyyətinin Rafiq Tağının işində “İran izi”nə diqqət cəmləməməsini o da göstərir ki, bu günlərdə XİN rəhbərinin müavini Xələf Xələfov Azərbaycan-Türkiyə-İran üçtərəli iqtisadi komissiyasının işində iştirak üçün Tehrana səfər edib. Səfər zamanı Xələfov İranın XİN başçısı Əliəkbər Salehi ilə Azərbaycanla İran arasında ikitərəfli münasibətləri müzakirə edib.
Təəccüblü deyil ki, Rafiq Tağıya sui-qəsdin ilk günlərində dövlət strukturları, rəsmi və hökumətyönlü KİV inadla bu gurultulu cinayəti "sezmirdi". Hökumətyönlü elektron KİV-də bu qətldən başqa nəyə desən yer ayrılırdı. Hətta Rafiq Tağının xəstəxanada ölməsindən sonra bu hadisəni adi cinayət hadisəsi kimi qələmə verməyə çalışırdılar.
Amma bu cinayətin ictimai rezonansı elə yüksək oldu ki, hakimiyyət onun ictimai əhəmiyyətini etiraf etmək məcburiyyətində qaldı. Beləliklə, Rafiq Tağının qətlinin istintaqı prezidentin şəxsi nəzarətinə, Baş Prokurorluq və DİN-in rəhbərliyinin xüsusi nəzarətinə götürüldü.
Amma bu cinayətin üstünün açılması perspektivi dumanlıdır. Hadisədən xeyli vaxt keçsə də, istintaqda irəliləyiş yoxdur. Bir qayda olaraq, cinayət “isti izlərlə” açılmırsa, onun açılması ehtimalı günbəgün azalır. Ehtimal ki, bu işin də üstü açılmayacaq.
Turan Analitik Xidməti


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46 |
|
|
|
• "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44 |
|
|
|
• İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41 |
|
|
|
• İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11 |
|
|
|
• Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05 |
|
|
|
• “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01 |
|
|
|
• Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48 |
|
|
|
• Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15 |
|
|
|
• Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10 |
|
|
|
• Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57 |
|
|
|
• Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54 |
|
|
|
• Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37 |
|
|
|
• "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34 |
|
|
|
• “Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18 |
|
|
|
• "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11 |
|
|
|
• AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09 |
|
|
|
• Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06 |
|
|
|
• "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
• Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52 |
|
|
|
• Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50 |
|
|
|
• Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49 |
|
|
|
• “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45 |
|
|
|
• ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39 |
|
|
|
• Xalq artisti yatağa düşdü
Bu gün, 10:31 |
|
|
|
• “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27 |
|
|
|
• “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17 |
|
|
|
• 7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12 |
|
|
|
• Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02 |
|
|
|
• Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55 |
|
|
|
• Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41 |
|
|
|
• Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29 |
|
|
|
• "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19 |
|
|
|
• ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06 |
|
|
|
• Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02 |
|
|
|
• ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59 |
|
|
|
• "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52 |
|
|
|
• Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45 |
|
|
|
• İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37 |
|
|
|
• Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31 |
|
|
|
• Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31 |
|
|
|
• İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30 |
|
|
|
|