“ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” .....                     Bir generalın təhdidi, yüz generalın cavabı .....                     Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı .....                     Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir .....                     Məhbus jurnalistdən məktub var: .....                     “20 Yanvar” keçidinin qaranlıq taleyi .....                     Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib .....                     Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq .....                     Donetskdə şiddətli döyüş: .....                     Barəsində cinayət işi açılan Aytən Səfərovadan AÇIQLAMA: .....                     Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək .....                     Paşinyan da “türk Pezeşkian”ı deyir .....                     Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir .....                     Paşinyan məzuniyyətə getdi .....                     "Hər cür insanları çox görmüşəm" .....                     “Sea Breeze” Ağdam və Füzulidə 2 kəndin tikintisi üçün 112 milyon manat alacaq .....                     İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub .....                     İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil .....                     Övladının sinif yoldaşına qarşı əxlaqsızlıq edərək fotoları .....                     "Bozqurd" işarəsi göstərdiyi üçün konsertləri ləğv edildi .....                     İTM-in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb? .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə .....                     Ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU... oğurluq üstündə YAXALANDI! .....                     475 min manatlıq satınalma yarımçıq qaldı .....                     Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub .....                     Aİ liderləri Ukraynanı dəstəkləyən bəyanat qəbul edib .....                     BU NƏDİ BELƏ: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı .....                     Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma... .....                     “Aztelekom”un Qarabağ Regional Filialına rəhbər təyin edilib .....                     İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır .....                     AHİK-in “elektron yollayış” dələduzluğu .....                     “Aqroservis”in sədrinə yeni müavin təyin edilib .....                     Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” .....                     “Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm, amma xalq artisti mahnı oxuyur, savadı yoxdur” .....                     Məhkəmə Gömrük Komitəsinin eks-əməkdaşı ilə bağlı qərar verdi .....                     Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub .....                     Aytən Səfərovaya cinayət işi açıldı .....                     Zaur Mikayılovun işçiləri olmayan ünvana vətəndaşa külli miqdarda BORC YAZIB... .....                     Ukraynadan açıqlama: Moskva artıq Bakıya diktə edə bilmir .....                     Norveç şirkəti Azərbaycan bazarından gedir .....                 

"GÖBƏYİNİ ÇÖLDƏ QOYANLARA FƏXRİ ADLAR VERİRLƏR"
Tarix: 11-03-2013, 11:27 | Çap et
"GÖBƏYİNİ ÇÖLDƏ QOYANLARA FƏXRİ ADLAR VERİRLƏR"
Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Novruzun əsas atributları olan Kosa ilə Keçəl isə bayram əhval-ruhiyyəsində deyil. Haqsızlıqla üzləşən Kosa, dövlət başçısına müraciət edərək, ondak kömək istəyib. Tamaşaçıların Kosa kimi tanıdığı aktyor Qafar Novruzlu ilə söhbətimizə elə bu mövzu ilə başladıq:

- Mən uzun illərdir ki, "İRS" Folklor Ansamblında işləyirəm. Əvvəllər ansamblın yeri-yurdu yox idi. Sonradan necə oldusa, bizə Folklor İnistitutunun zirzəmisində balaca bir otaq ayırdılar. Böyük bir ansambl həmin otaqda məskunlaşdı. Kollektivin üzvü çox olsa da, ştatda cəmi 5-6 nəfər var. Ştatda olmayan digər əməkdaşlar mənim kimi küçələrdə sürünürlər.
Artıq xeyli vaxtdır ki, Azərbaycanda Novruz bayramı dövlət səviyyəsində keçirilir. "İRS" ansamblı isə ildə bir dəfə yada düşür. Ancaq Novruz bayramı gələndə bizi yada salırlar. Dörd çərşənbə arasında bütün televiziyalardan bizə dəvət gəlir. Azərbaycanın milli bayramı olan Novruz şənlikləri hər il İçərişəhərdən başlayır. Əgər yadınızdadırsa, 1997-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən bu işin təməli qoyuldu. İlk dəfə olaraq, bayramda mən Heydər Əliyevlə yumurta döyüşdürdüm. Bu mərasim əvvəlcədən planlaşdırılmamışdı. Mən həmin gün özümdə cəsarət tapıb Heydər Əliyevi yumurta döyüşdürməyə dəvət etdim. Rəhmətlik məmnuniyyətlə mənim təklifimi qəbul elədi. Bu hadisədən sonra Kosanın prezidentlə yumurta döyüşdürməsi ənənə halını aldı. Hər il mənə tapşırıq verildi ki, Prezidentlə yumurta döyüşdür. Heydər Əliyev rəhmətə gedənə kimi bu işi mən yerinə yetirirdim.
Yumurta döyüşü meydan oyunu sayılır. Mən bu oyunda mərhum Prezidenti çox sevdim. Həmişə çalışırdım ki, Ulu öndər kimi səmimi olum. Heydər Əliyev dünyasını dəyişəndən sonra bir əlimdə qərənfil, bir əlimdə yumurta onun qəbrini ziyarət etməyə getdim. Bir vətəndaş, bir aktyor kimi bu, mənim borcum idi.
- Sizcə, Azərbaycanda Novruz adət-ənənələrinə lazımi səviyyədə əməl olunurmu?
- Azərbaycanda Novruz adət-ənənələrini mənim kimi bilən ikinci adam yoxdur. Mənim Ziyadxan Vəliyev kimi müəllimim olub. Ziyadxan müəllim Musiqili Komediya Teatrının aktyoru idi. Ziyadxan Vəliyev əsl Kosa idi. Rəhmətlik yaşlananda Kosanın paltarını mənə verdi. Həmişə deyirdi ki, bu sənəti öyrən, məndən sonra Novruzun Kosası sən olacaqsan. Dəvətlər gəldi, hər yerə məni çağırdılar. Mən Novruz bayramının atributu olan Kosanı Azərbaycan folklor sənətindən kənarda təsəvvür edə bilmirəm. Mən Kosanı klon kimi görmürəm. Kosa Novruz bayramının personajıdır. Biz bunu mədəni şəkildə dərk etməliyik. Amma təəssüflər olsun ki, bəzi ünsürlər Kosanı klona çeviriblər. Məni incidən də budur.
Tale elə gətirdi ki, Heydər Əliyevdən sonra İlham Əliyevlə görüşdüm. Məni görəndə çox sevindi. Biz Novruz adət-ənənələri ilə bağlı xeyli söhbət etdik. Amma 2009-cu ildə kiminsə göstərişi ilə məni Novruz bayramı ilə əlaqədar keçirilən dövlət tədbirlərindən uzaqlaşdırdılar.
- Necə düşünürsünüz, Sizi dövlət tədbirlərindən kim uzaqlaşdırdı?
- Məni Novruz şənliklərindən kimin uzaqlaşdırdığını bilirəm. Həmin şəxs məmur olduğu üçün onun adını çəkmək istəmirəm. Bu adam məni Novruz bayramı ilə əlaqədar keçirilən bütün tədbirlərdən qovdu.
- Sizi bayram tədbirindən uzaqlaşdırmaqda məqsəd nə idi?
- Həmin məmurun bir məqsədi vardı. Rəfaellə Coşqunu Prezidentə göstərmək. Düzdür, onlar mənim aktyor dostlarımdı. Hər ikisi şou aləmində öz sözlərini deyib, möhürlərini vurublar. Onlar sevilən aktyorlardır. Adamın Allahı var, onlar pis aktyor deyillər.
Amma folklor ayrı sahədir, şou tamam başqa bir şeydir. Bunları qarışdırmaq olmaz. Mən onlardan soruşsam ki, "Novruz" sözünün mənası nədir, cavab verə bilməyəcəklər. Novruz - yeni ruzi, yeni gün deməkdir. Bunu nə Rəafel bilir, nə də Coşqun. Onlar heç Novruzun tarixini də bilmirlər. Mən deyim, qoy onlar da bilsin. Novruz min illər bundan əvvəl yaranıb, Qobustan qayalarında Günəşi qarşılamaq və s. atributlar həkk olunub. Anlaya bilmirəm ki, Rəfaellə Coşqun Azərbaycanın milli bayramı olan Novruzu niyə cılızlaşdırmaq istəyirlər? Onlardan soruşmaq istəyirəm: sizin səhnənizə çıxsam, çörəyinizi yesəm, bu sizə necə təsir edər? Başqasının çörəyini yeməyə sizə kim haqq verib?
- Rəfaellə Coşqun Kosa və Keçəl obrazını dolğun yarada bildilərmi?
- Prezident İlham Əliyev 2009-cu ildəki tədbirdə Rəfaellə Coşquna etinasız yanaşdı. Bunu hamı gördü. Namiq Mənaya dedi ki, bizim öz Kosa ilə Keçəlimiz hardadır? Orda olan adamlar həmin vaxt yalan danışdılar. Prezident də yumurtasını döyüşdürüb getdi. Axı, təkcə yumurta döyüşdürməklə iş bitmir. Novruz YUNESKO-nun bayramlar siyahısına düşüb. Buna görə də biz Novruz adət-ənənələrini yaşatmalıyıq. Novruz şənliyini Kosa və Keçəlsiz təsəvvür etmək mümkün deyil. Kosa və Keçəli xalqın gözündə cılızlaşdırmaq olmaz. Hər şey təbii olmalıdır.
- Rəfael və Coşqunun bayram tədbirində iştirakını kim təşkil edib?
- Rəfaellə Coşqunun ağzından eşitmişəm ki, bayram tədbirlərinə getmək onlara sərf eləmir. Deyirlər ki, orda vaxt itirirlər, nəticədə məşqləri yarımçıq qalır. Bu işə başdansovdu yanaşmaq olmaz. Soruşurlar ki, ay Kosa, harda idin? Deyir ki, yollar "probka" idi, gəlib çıxa bilmədim. Kosa da "probka" sözü işlədər? "Probka" sözünün folklora nə aidiyyatı var? Ayıbdır!
- Görünür, Azərbaycan folklor sənətini də şou-biznesə çevirmək istəyirlər...
- Onlar bunu başa düşmək istəmirlər. Xalqın keçmiş adət-ənənəsini bu cür ələ salmaq olmaz. Bayram tədbirlərini Bakı Şəhər İcra Hakimiyyəti təşkil etmir. Bu işin məsuliyyəti Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşür. Kiminsə qohumu gedib nazirdən xahiş edib ki, qoy Kosa və Keçəli Rəfaellə Coşqun oynasın. Mədəniyyətin, folklorun taleyini bir zənglə həll edirlər. Bu, direktor vəzifəsi deyil ki, zəng vurub deyəsən filankəsi işə götür. Bu folklordur, sənətdir, mənəvi məsələdir.
Bir dəfə nazirlə görüşdüm. Mənə dil-ağız elədi. Dedi ki, 2011-ci ilin bayram tədbiri sənlikdir. Nazirə dedim ki, məni bu tədbirdən kim uzaqlaşdırıbsa, onu gətirin Kosa ilə Keçəli oynasın. Dedi ki, Prezident Administrasiyasından səni istəyiblər. Dedim ki, çox yaxşı, amma de görək, məni kim ixtisara salmışdı? Bir nəfərin adını dedi. Amma inanmıram ki, o adam mənə pislik etsin. Bu xəmir hələ çox su aparacaq. Nazir mənə dedi ki, paltarın da tikiləcək, maaşın da yazılacaq. 15 ilə yaxındır sənətdəsən. Sənə fəxri ad da veriləcək. Əlini üzümə vurub dedi ki, sən öl, bu rolu səndən başqa heç kim oynaya bilmir. Mən də nazirdən xahiş etdim ki, bir də belə ədalətsizliyə yol verilməsin.
Mən fəxri ad həvəskarı deyiləm. Mən fəxri addan ötrü ölsəydim, başqaları kimi Prezidentlə görüşəndə deyərdim ki, mənim evim, maşınım yoxdur. Yoxsul adamlar nə istəyibsə, Prezident onu əsirgəməyib. Dəfələrlə bunun şahidi olmuşam. Amma mən heç bir vaxtı efir mədəniyyətini pozub kimdənsə nəsə istəməmişəm. Prezident özü bilir ki, kimin nəyi yoxdur, kimə nə vermək lazımdır.
Bəzi məmurlar işlərinin öhdəsindən gələ bilmirlər. Mənə söz verdiniz, paltar tikdirdiniz, bəs 2012-ci ilin tədbirinə niyə çağırmadınız? Nazir söz versə də, bu günə kimi fəxri ad almamışam. Amma bir qız səhnəyə çıxıb göbəyini çöldə qoyan kimi ona fəxri ad verirlər. Həmin fəxri adı o qızın sənətinə deyil, göbəyinə verirlər.
Böyük sənətkarımız Zeynəb Xanlarova dedi ki, fəxri adları yığışdırın. Düz deyir. Şövkət Ələkbərova da xalq artistidir, özünü çöldə qoyanlar da... Belə olmaz axı. Dünyanın hər yerində yaxşı sənətkara yüksək qiymət verirlər. Mən istəmirəm siyasətə keçəm. Amma mən yolumu kəsən məmurdan haqqımı tələb edirəm. Sən mənim paltarımı yoldan keçənə geyindirə bilərsən, amma o, heç vaxt yerişimi yeriyə bilməz. Siz biabırçılığa baxın. Kosa deyir ki, cənab prezident, deyəsən, bu il soyuq olacaq. Bu nə ssenaridir? Kim yazıb bunu? Rəfaellə Coşqun bacarmadı, yerinə başqa aktyor tapdılar. Amma Prezidentin arzuladığı yeganə Kosa mən olmuşam. Mən Kosa obrazı yaratmaqla Azərbaycan milli folklor sənətinə xidmət etmişəm. Bu dəfə Prezidentin qarşısına başqa heyət çıxacaq. Onlar məni aldatdılar. Buna görə də Prezidentə məktub göndərdim.
- Prezidentə etdiyiniz müraciətin nəticəsi varmı?
- Prezidentə bir neçə gün öncə müraciət etmişəm. Mən bu məsələni ictimailəşdirəcəm. Mənə izahat verməlidirlər ki, rahat olum. Əgər Prezident məni istəməsəydi, sonuncu görüşümüzdə soruşmazdı ki, iki ildir haradasan? Mən də efir mədəniyyətini nəzərə alıb, həqiqəti söyləmədim. Həmin vaxt Əbülfəs Qarayev mənə işarə etdi ki, danışmayım. Amma istəsəydim deyərdim ki, cənab prezident, görünməməyimin səbəbini bu adamlardan soruşun. Orada hər şeyi deyə bilərdim. Amma mən onlar kimi etmədim. Dedim ki, Keçəlim qotur qızı axtarmaq üçün dünya səyahətinə çıxıb. Respublikada bir dənə də olsa keçəl qız yoxdur. Mən də onsuz gələ bilmədim.
Mən bu adamların özbaşınalığını ört-basdır etmək üçün Prezidentə yalan dedim. Təəsüflər olsun ki, mən bu cür hərəkət etdim. Amma mənə qarşı edilən haqsızlığı bağışlamayacam. Prezidentə ünvanladığım müraciəti bütün telekanallara göndərmişəm. ATV-nin əməkdaşı Nanədən başqa heç kim deməyib ki, ay Kosa, sənin dərdin nədir? Niyə səni incidirlər?
Mən haqq səsimi ucaldacağam. Lazım gəlsə, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara da müraciət edəcəyəm. Təklif edirəm ki, Kosaların müsabiqəsi keçirilsin. Kim qalib gəlsə, dövlət tədbirlərində Kosa rolunu həmin adam oynasın. Xahiş edirəm ki, Kosanı cılızlaşdırmayın. Kosanı klona çevirməyin!
\ reytinqinfo.az \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” – “Qazaxıstan, Qırğızıstan diri heyvan ixracını dayandırıb”
Bu gün, 13:06
Bir generalın təhdidi, yüz generalın cavabı – NATO və Kreml arasında “Kalininqrad döyüşü”
Bu gün, 13:00
Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı
Bu gün, 12:56
Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir – Regionu hansı təhlükələr gözləyir?
Bu gün, 12:48
Məhbus jurnalistdən məktub var: -"Cənab Prezidentlə fəxr edirik"
Bu gün, 12:44
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar
Bu gün, 12:42
Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib - “Kommersant”
Bu gün, 12:37
Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq - TENDERLƏR QAZANDI
Bu gün, 12:28
Donetskdə şiddətli döyüş: - “Azov” hücuma keçdi
Bu gün, 12:26
Barəsində cinayət işi açılan Aytən Səfərovadan AÇIQLAMA: - “Bunun arxasında hansısa qüvvələr dayanıb”
Bu gün, 12:24
Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək - TENDERİN QALİBİ AÇIQLANDI
Bu gün, 12:20
Paşinyan da “türk Pezeşkian”ı deyir - ŞƏRH
Bu gün, 12:18
Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir – Azərbaycanda “Aİ-95” istehsal edilib?
Bu gün, 12:14
Paşinyan məzuniyyətə getdi
Bu gün, 12:11
"Hər cür insanları çox görmüşəm" - FOTO
Bu gün, 12:08
“Sea Breeze” Ağdam və Füzulidə 2 kəndin tikintisi üçün 112 milyon manat alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:05
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub - İran mediası
Bu gün, 11:58
İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil – Hökumət sözçüsü
Bu gün, 11:56
Övladının sinif yoldaşına qarşı əxlaqsızlıq edərək fotoları “Tik-Tok”da paylaşan kişiyə AĞIR CƏZA
Bu gün, 11:41
"Bozqurd" işarəsi göstərdiyi üçün konsertləri ləğv edildi - FOTO
Bu gün, 11:36
İTM-in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb? - AXI NİYƏ?
Bu gün, 11:29
Azərbaycan Zəngəzur dəhlizi ilə Ermənistana qaz VERƏ BİLƏR
Bu gün, 11:25
Ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU... oğurluq üstündə YAXALANDI! - Üzr istəməli oldular və...
Bu gün, 11:19
475 min manatlıq satınalma yarımçıq qaldı - DETALLAR
Bu gün, 11:13
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub - onunla bərabər...
Bu gün, 11:03
Aİ liderləri Ukraynanı dəstəkləyən bəyanat qəbul edib - Macarıstan bu dəfə də...
Bu gün, 11:01
BU NƏDİ BELƏ: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var
Bu gün, 11:00
Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma... - TƏFƏRRÜAT
Bu gün, 10:54
“Aztelekom”un Qarabağ Regional Filialına rəhbər təyin edilib - ƏMR
Bu gün, 10:51
İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır - Donald Tramp
Bu gün, 10:46
AHİK-in “elektron yollayış” dələduzluğu - FOTOFAKT
Bu gün, 10:30
“Aqroservis”in sədrinə yeni müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:23
Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” - TƏFƏRRÜAT
Bu gün, 10:22
“Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm, amma xalq artisti mahnı oxuyur, savadı yoxdur” - Elarizdən SƏRT AÇIQLAMA
Bu gün, 10:11
Məhkəmə Gömrük Komitəsinin eks-əməkdaşı ilə bağlı qərar verdi
Bu gün, 10:09
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub - MƏQALƏ
Bu gün, 10:04
Aytən Səfərovaya cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:55
Zaur Mikayılovun işçiləri olmayan ünvana vətəndaşa külli miqdarda BORC YAZIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:47
Ukraynadan açıqlama: Moskva artıq Bakıya diktə edə bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:39
Norveç şirkəti Azərbaycan bazarından gedir - DETALLAR
Bu gün, 09:38
Papikyanın müşaviri həbs edildi
Bu gün, 09:36
Ötən ay yaradılmış şirkətin nizamnamə kapitalından 48 min manat - GERİ GÖTÜRÜLÜR
Bu gün, 09:31
İndi sülhün əsas qarant rolunu ABŞ oynayır - ŞƏRH
Bu gün, 09:28
Sülhə Dəvət - İlahi və Tarixi Zərurət
Bu gün, 09:26
“Bu qərar ATƏT tarixində ilk və nadir hadisə kimi yadda qalacaq” - deputat
Bu gün, 09:18
"Neçə aydır boş-boşuna aylıq kredit ödəyirik..." - GİLEY
Bu gün, 09:15
`Lukoyl`un işçiləri fırıldağa vərdiş edib... - Hər fürsətdə aldadırlar...
Bu gün, 09:08
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 08:57
Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri... - Ekspert danışır...
Bu gün, 08:55
“Təhlükəsizliklə bağlı məsuliyyət ABŞ-la Ermənistanın üzərinə düşür” - ONA GÖRƏ Kİ...
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru