“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                 

ŞOK: DAYISININ NAZİR OLDUĞUNU DEYƏN "MAVİ"...
Tarix: 14-02-2013, 09:10 | Çap et
ŞOK: DAYISININ NAZİR OLDUĞUNU DEYƏN "MAVİ"...
NABRANDAKI QƏTLİN İLGİNC TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ şəhər sakini Fərzəliyev Sərxan Ceyhun oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ittiham olunurdu. Məhkəmə yolu ilə müəyyən edilib ki, Sərxan Fərzəliyev əvvəllər tanıdığı Ceyhun Xudaverdiyevi (Ad dəyişdirilib - red.) qarət məqsədilə xüsusi amansızlıqla maddi cəhətdən imkanlı, eləcə də "uşaqbazlıq"la məşğul olduğunu bilərək, 30 iyul 2011-ci il tarixdə, saat 23:00 radələrində sonuncunun Xaçmaz rayonu, Nabran kəndi ərazisində idarə etdiyi "Hyundai Santa-Fe" markalı avtomaşınla keçdiyini görüb. O, Ceyhun Xudaverdiyevin avtomaşınını və üstündəki pullarını ələ keçirmək niyyəti ilə qardaşı Orxan Fərzəliyevin işlətdiyi "Qafqaz" istirahət mərkəzinin mətbəxindən bıçaq götürüb. Adıçəkilən şəxsi öldürməyi planlaşdıran S.Fərzəliyev bir neçə dəfə zəng vuraraq uşaqbazlıqla əlaqədar söhbət etmək üçün C.Xudaverdiyevi "Qafqaz" istirahət mərkəzinin qarşısına çağırıb. İyul ayının 31-də gecə saat 02:00 radələrində C.Xudaverdiyev avtomaşınla həmin yerə gəlib. S.Fərzəliyev avtomaşına minərək xəlvəti yerə getmək adı ilə onu Xaçmaz rayonu, Tel kəndi ərazisindəki meşə kənarına aparıb. Hər ikisi avtomaşından yerə düşərkən gözlənilmədən S.Fərzəliyev C.Xudaverdiyevə basqın edib. Əvvəlcə yumruqla, sonra isə bıçaqla onun boynuna, döş qəfəsinə ardıcıl zərbələr endirib. Yaralını yolun kənarındakı meşəyə atıb və sonuncuya məxsus avtomaşına minərək hadisə yerindən uzaqlaşıb. 200 metr aralandıqdan sonra avtomaşın sahibinin ölməsinə tam əmin olmaq üçün geri qayıdıb. C.Xudaverdiyevin ağır vəziyyətdə inildəyərək can verdiyini gördükdə, ona təkrar zərbələr endirib. S.Fərzəliyev C.Xudaverdiyevi xüsusi amansızlıqla qətlə yetirdikdən sonra ona məxsus 23 manat pulu, "Nokia" markalı mobil telefonu, 23.000 manat məbləğində "Hyundai Santa-Fe" markalı avtomaşını ələ keçirərək hadisə yerindən qaçıb.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Fərzəliyev Sərxan Ceyhun oğlu - 1988-ci ildə Qəbələ şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Orta təhsillidir. Qəbələ rayon Nohurqışlaq kəndində yaşayır. AR CM-nin 120.2.4, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Kişiyə belə söhbət yaraşmaz"

Təqsirləndirilən şəxs qismində dindirilən Sərxan Fərzəliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində qətlə yetirdiyi şəxsi əvvəllər tanıdığını göstərib: "Qardaşım Orxan Nabran qəsəbəsində yerləşən "Qafqaz" istirahət mərkəzini başqa şəxslərlə şərikli olaraq icarəyə götürmüşdü. Ötən ilin iyul ayında qardaşıma kömək məqsədilə həmin istirahət mərkəzinə getmişdim. Qardaşımın yerinə inzibati işlərini yerinə yetirirdim. Məhz həmin vaxt ilk dəfə Ceyhun Xudaverdiyevi görmüşəm. Dəqiq tarixi yadımda qalmayıb, 2011-ci ilin iyul ayında gecə saat 24:00 radələrində Ceyhun öz maşını ilə istirahət mərkəzinə gəldi. Yaxın günlərdə tək və yaxud dostları ilə birlikdə gəlib dincəlmək istədiyini, lakin qiymətlərin onu qane etmədiyini dedi. Dedim ki, mövsüm təzə başlayıb, qiymətdə güzəşt edə bilərik. O da dostu ilə bir həftə gəlib qalacağını deyərək, 20 manat beh verdi. Pulu istirahət mərkəzinin əməkdaşı Sərxana verdim. Bu vaxt dostlarım məni Nabrana "Sun-Set" istirahət mərkəzinə çağırdılar. Ceyhun "Həmin istiqamətə gedirəm, səni də apara bilərəm", - dedi. Razılaşıb avtomaşınına əyləşdim, yola düşdük. Əslində, "Qafqaz"dan "Sun-Set"ə qədər məsafə təxminən 400 metrdir. Kaş o yolu piyada gedəydim. Maşında Ceyhun mənə qəbələlilər haqda bir söz dedi (etik normaları nəzərə alaraq bu ifadəni dərc etmirik -red.). Ceyhunun belə danışığından əsəbiləşdim, dedim: "kişiyə belə söhbət yaramaz". Hətta onun danışığını məcazi mənada başa düşdüm. Elə bildim ki, Ceyhun qəbələlilərin imkanlı olmasına işarə edir.

"Söhbət zamanı onun "mavi" olmasına tam əmin oldum"

Bir qədər sonra "Sun-Set"-dən çıxıb "Qafqaz"a qayıtmaq istədim. Bu zaman Ceyhunun maşınının "Sun-Set"in qarşısında dayandığını, özünün də maşının yanında olmasını gördüm. O, mənə dostunu gözlədiyini, lakin gözlədiyi adamın gəlib çıxmadığını söylədi. Ceyhuna "Qafqaz"a qayıtmaq istədiyimi dedim. Ceyhun da maşınla aparmağı təklif etdi. Yolboyu Ceyhun yaxşı işdə işləməsindən, yaxşı qohumları olmasından danışdıqda, bunların mənə heç bir dəxli olmadığını dedim.

"Qafqaz"a qayıtdıqdan sonra mərkəzin işçiləri Zahir və Seymurla, həmçinin Ceyhunla birlikdə çörək yedim, spirtli içki qəbul etdim. Ceyhun mədəsinin xəstə olmasını bildirərək cəmi bir qədəh araq içdi. Söhbət zamanı Ceyhunun "mavi" olmasına tam əmin oldum. Seymura da Ceyhunun "mavi" olduğunu açıqladım. Dedim ki, əgər burada istirahət etsə, diqqət yetirmək lazımdır ki, biabırçılıq olmasın. Həmin vaxt istirahət mərkəzində istirahət edən bir xanım mənə Nabran qəsəbəsinə getmək üçün taksi tutmağı xahiş etdi. Ceyhun təklif etdi ki, xanımı birlikdə qəsəbəyə aparıb qayıdaq. Xanımı qoyub qayıdandan sonra məlum oldu ki, qadının dəniz kənarında, istirahət etdiyi yerdə şalı qalıb. Həmin şalı tapıb qadına qaytardıq.

"Cinsi əlaqədə olmağı təklif etdi"

Birinci görüşümüzdən təxminən bir həftə sonra Ceyhun mənə zəng vurub istirahət mərkəzində qalmaq istədiyini bildirdi. Dedim ki, nə vaxt istəyirsənsə gəl qal. Lakin Ceyhun gəlmədi. Bir qədər sonra yenidən zəng vurub dedi ki, yolun kənarına çıx.

Qardaşım çolpa almışdı, çolpaların ayaqları iplə bir-birinə bağlanmışdı. Mətbəxdən dedilər ki, çolpalardan müştərilər üçün nahar hazırlamaq istəyirlər. Mən də çolpaları kəsmək üçün bıçaq götürdüm. Elə bu zaman Ceyhun öz avtomaşını ilə yanıma gələrək mənə sözü olduğunu dedi və yanında oturmağımı istədi. Ceyhunun maşınına əyləşəndə o, dayısının nazir işlədiyini dedi. Mən də cavabımda bunun mənə dəxli olmadığını söylədim. Bu zaman o, mənə cinsi əlaqədə olmağı təklif etdi. İmtina edərək, onu yaxşı bir oğlan kimi tanıdığımı dedim. "Bir daha gözümə görsənmə, əks təqdirdə səni vuracağam", - dedim. Cavabında Ceyhun məni təhqir etdi.

"Hər dəqiqə nazir dayısından söz salırdı"

Ceyhuna avtomobilini idarə etməyi təklif etsəm də, o, yenə nazirdən söz saldı. Maşında söhbət edə-edə gedən zaman onun niyyətinin yaxşı olmadığını görüb "Geri qayıt, mənə problem yaratma", - dedim. Söhbətarası məndən indiyə qədər kiminləsə yaxınlıq edib-etmədiyimi soruşduqda, ona qadınla olduğumu, kişiylə heç vaxt cinsi əlaqədə olmadığımı bildirdim. O, "meşəliyə çatanda kefini açacağam", - dedi. Ceyhuna maşından düşüb dərindən nəfəs almağı məsləhət gördüm. Maşından düşən kimi ona bir yumruq vurdum. Zərbənin təsirindən yerə yıxıldı.

"Neçə zərbə vurmağımı xatırlamıram"

Bıçağı çıxarıb ilk zərbəni sinəsinə, ikinci zərbəni isə böyrəyinə vurdum. Bundan sonra neçə zərbə və harasından vurmağımı xatırlamıram. Huşsuz vəziyyətdə yerdə uzandığını görüb onu 3-4 metr kənara sürüyüb atdım. Maşına əyləşib sürüb getdim. Yolda olarkən Ceyhunun sağ olmasını və ona kömək lazım olmasını düşünərək geri qayıtdım. Geri qayıtdıqda onun dizi üstə çömbəldiyini gördüm. Yaxınlaşanda ayağımdan yapışdı. Bıçaqla boğaz nahiyəsinə daha bir zərbə endirdim, sonra "Qafqaz" istirahət mərkəzinə qayıtdım.

"Xırıltısı gözümün qabağından getmir"

"Qafqaz"a qayıdıb, Seymuru yuxudan oyadaraq, Ceyhunu öldürdüyümü söylədim. Seymur mənə, "Balalarım var, məni zibilə salma", - dedi. Həmin gün Qəbələdən olan dostum Ramin yanıma istirahət etməyə gəlmişdi. Ramin mənə zəng vurub Xudata çatdığını bildirdi. Mən də Ceyhunun maşını ilə Xudata gedərək Raminlə görüşdüm. Ramin gəldiyi taksidən enib mənim idarə etdiyim maşına əyləşdi. Raminin yanında yol çantası vardı. Həmin çantanı maşının arxa oturacağına qoymuşdu. Yolda Raminə maşının dostuma məxsus olduğunu, müvəqqəti sürməyə götürdüyümü dedim. Yolda olarkən "Ramin, xırıltısı gözümün qabağından getmir", - dedim. Ramin nə olduğunu soruşanda, adam vurduğumu bildirdim. Əvvəl inanmadı, lakin Raminə izah etdim ki, maşın öldürdüyüm adamındır, həmin adam "mavi" olduğu üçün onu meşədə bıçaqla vurub öldürmüşəm.

"Hadisə barədə heç kimə heç nə demədik"

Ramin məni danladı, nə düşündüyümü soruşdu. Dedim ki, Qəbələyə gedib qardaşım Orxanla məsləhətləşməliyəm. Xudatın çıxacağında Ceyhuna məxsus mobil telefonu hissələrə ayıraraq çölə tulladım. Yolda olarkən Ramin maşının bardaçokunda gördüyü mətbəx bıçağını yolun kənarına atdı. Birbaş Raminin anasıgilin Balaxanı qəsəbəsində yerləşən evlərinə gəldik. Baş verənlər barədə evdəkilərə heç nə demədik. Raminin evindən "10-VO" rəqəmləri ilə başlayan başqa avtomaşının nömrəsini götürdük ki, Ceyhunun avtomaşınına taxaq. Bundan başqa Ramin həyətdə özünə məxsus rəngləmək üçün olan avadanlığını da götürüb avtomaşının yük yerinə qoydu. Raminlə mən Ceyhunun maşını ilə Qəbələyə yola düşdük. İsmayıllı rayonuna çatanda Raminə avtomaşına öz nömrələrini vurmasını məsləhət gördüm. İstəmirdim ki, avtomaşının əsl nömrəsini rayonda görsünlər.

"Öldürmüsən, get təslim ol"

Səhər tezdən Qəbələ şəhərinə çatmağa bir qədər qalmış qardaşıma zəng vurub onunla işim olduğunu söylədim, çölə çıxmasını xahiş etdim. Orxanla Tüntül və Yengicə kəndləri arasındakı yolda görüşdük. Qardaşıma bir nəfər "mavi"ni öldürdüyümü, içərisində olduğumuz maşının öldürülən adama aid olduğunu, maşını yandırmaq və onunla məsləhətləşmək istədiyimi bildirdim. Ağır cinayət törətdiyimə görə qardaşım əsəbiləşdi, mənə irad tutdu, hətta üzümə bir sillə də vurdu. Orxan gedib könüllü təslim olmağı, maşını yandırmağın lazımsız olmasını məsləhət görərək "Öldürmüsən, maşını yandırma, get təslim ol," - dedi. Onsuz da bu hadisənin üstünün açılacağını deyən qardaşım "Təslim olmaqdan qorxursansa mənimlə gedək," - dedi. Ona təslim olacağıma söz verdim.

"Səni ondan da pis günə salaram"

Nabrana gəldim, burada Seymuru gördüm. Maşın isə Ramində qaldı. Söhbət zamanı Seymur məndən şikayət edəcəyini bildirdi. "Özümə və ailəmə görə narahatam, get hadisə barədə polisə xəbər ver, mənim adımı hallandırma, yoxsa özüm gedib polisə xəbər verəcəyəm ki, sonradan problem yaranmasın". Ona "Özüm təslim olacam, sən məndən şikayət etsən, səni Ceyhundan da pis günə salaram," - dedim. 2011-ci ilin avqust ayının 4-də polis əməkdaşları məni həmin mərkəzdə tutdular. Əvvəlcə Seymur tərəfindən satıldığımı düşündüm, lakin sonradan məni Seymurun satmadığını, əksinə, dostluq etdiyim Raminin polisə xəbər verdiyini başa düşdüm. Etdiyim əməldən peşmanam"

"Bir nəfər "mavini" öldürmüşəm, maşın da onundur"

Şahid qismində dindirilən Ramin İbrahimov ifadəsində təqsirləndirilən şəxslə yaxın dost olduqlarını göstərib: "Evimin tikintisi ilə məşğul olarkən Qəbələ şəhər sakini Sərxan Fərzəliyevlə tanış olaraq onunla dostluq etməyə başlamışam. Arada mobil telefonla danışıb hal-əhval tutarkən Sərxan məni yanına, Nabrana istirahət etməyə çağırırdı. 31 iyul 2011-ci ildə özümlə paltar, noutbuk və kamera olan idman çantası da götürərək Nabrana yola düşdüm. Gecə saat 03:00 radələrində Sərxan telefonla zəng vurub harada olduğumu soruşdu. Dedi ki, Xudat şəhərində at heykəlinin yanında taksidən düş, orada səni qarşılayacağam. Gecə saat 03:30 radələrində həmin yerdə taksidən düşdüm, gördüm ki, Sərxan "Hyundai Santa Fe" markalı, ağ rəngli avtomaşınla orada dayanıb gözləyir. Sərxanla görüşüb öz idman çantamı onun avtomaşınına qoyub nə məsələ olduğunu soruşdum, Sərxan dedi ki, Bakıya getmək lazımdır, yolda danışarıq. Avtomaşının kimə məxsus olduğunu soruşduqda isə Sərxan dedi ki, dostu olan yaxşı oğlanlardan birinindir. Sərxanın sərxoş olduğunu görüb sükan arxasına oturdum, Sərxan da yanında əyləşdi. Bakı şəhəri istiqamətində hərəkət edərkən Sərxan avtomaşındakı hansısa mobil telefonu pəncərədən çölə atdı. Xızı rayonu ərazisində dedi ki, avtomaşını saxla, ürəyim bulanır. Avtomaşını saxladıqda Sərxan yerə düşüb öyüyüb qusmağa başladı. Dedi ki, bir nəfər "mavi"ni öldürüb, avtomaşın da öldürülən adamındır.

"Qorxdum ki, birdən məni də öldürər"

Əvvəlcə onun sözlərinə inanmadım, lakin Sərxanın maşınla olması məni bərk qorxutdu. Həmin adamı niyə öldürdüyünü soruşduqda, Bakıda hər şeyi danışacağını bildirdi. Sonra başa düşdüm ki, Sərxan məni işə salıb. Sərxanın məni də öldürə biləcəyindən qorxduğum üçün maşını Balaxanı qəsəbəsində yaşayan anamgilə sürdüm. Səhər saatlarında Balaxanıya çatdıq. Hadisə barədə evdəkilərə heç bir söz deməyib özümə məxsus olan "Fiat" markalı avtomaşının bir cüt uzun 10-VO-573 dövlət qeydiyyat nişanlarını götürüb avtomaşına qoydum ki, nömrəni avtomaşının üstünə taxaq, yolda polis saxlamasın. İxtisasca rəssam-heykəltəraş olduğum üçün bəzi əmək alətlərini və Rusiyadan gətirdiyim pulverizatoru götürüb avtomaşına qoydum. Sərxanla Qəbələ rayonuna yola düşdüm, İsmayıllı ərazisində maşının hər iki nömrələrini açıb qarşıya 10-VO-573 dövlət qeydiyyat nişanlarından birini bərkitdim, arxadakı nömrə yeri kvadrat olduğundan ikinci uzun nömrəni oraya bərkidə bilmədim. Səhər saat 08:00 radələrində Sərxan qardaşı Orxana zəng vurub bir nəfəri vurduğunu və onun avtomaşını ilə gəldiyini dedi. Orxan ona Tüntül kəndində qayınatasının evində olduğunu və RLS tərəfə gedən ara yolda bizi gözləyəcəyini bildirdi. Tüntül kəndinə çatdıqda Sərxan maşına əyləşdi. Orxan qardaşını belə bir ağır cinayət törətdiyi üçün danlayaraq sillə ilə vurdu, niyə belə iş gördüyünü soruşdu. Sərxan da "söyüş söydü, mən də vurdum" dedi. O da Sərxana gedib təslim olmağı məsləhət gördü. Sərxan Nabranda təslim olacağını dedi.

QEYD: Məhkəmənin hökmü ilə Sərxan Fərzəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son söz əvəzi:

İnsanlar dərilərinin rənginə görə müxtəlif irqlərə bölünürlər. Cinayətin isə cəmi bir rəngi olur: QARA!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru