Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                     Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... .....                     Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? .....                     Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb .....                     Rəhbərsiz qalan nazirlik... .....                     8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... .....                     Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? .....                     ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb .....                     Jurnalistlər NECƏ DOLANACAQ? .....                     Narazı işçi SOCAR şefinə ÜZ TUTDU .....                     “Vahid Qafqaz evi” layihəsi... .....                     Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" .....                     Uşağa görə boşanmamaq: .....                     “Leş Tofiq”lər hərəkətə keçdi .....                     “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” .....                     Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, .....                     Təhsildə ikitirəlik yaranır .....                     Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                 

İRANLI PARLAMENTARİ YENƏ MEYDAN SULADI
Tarix: 14-01-2013, 11:28 | Çap et
İRANLI PARLAMENTARİ YENƏ MEYDAN SULADI
YAP-ÇI DEPUTATI DEBATA ÇAĞIRAN MƏNSUR HƏQİQƏTPURUN SAYIQLAMALARI

DİA.AZ: - Məlum olduğu kimi, İran parlamentinin deputatı Mənsur Həqiqətpur Azərbaycan Milli Məclisinin üzvü Siyavuş Novruzovu debata çağırmışdı və YAP-çı deputat iranlı parlamentarinin bu çağırışlarına müsbət reaksiya vermişdi. Onu da bildirək ki, Həqiqətpur debat fikrində yenidən qaldığını bəyan etməklə yanaşı, Azərbaycana qarşı İranın ərazi iddiası kimi qəbul ediləcək yeni açıqlama ilə də çıxış edib.

DİA.AZ olaraq В«ArannyusВ» portalında yer almış həmin açıqlamanı olduğu kimi diqqətinizə təqdim edirik:

В«Doktor Həqiqətpurun Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, xüsusilə də Siyavuş Novruzova xitab olaraq ünvanladığı üçüncü məktubunda azərbaycanlı həmkarlarına daha dərin mövzular təklif edilir.

Azərbaycan Parlamentinin deputatının açıqlamasına cavab olan məktubun tam mətni aşağıdakı kimidir:

Cənab Siyavuş Novruzov

Azərbaycan Respublikasının Milli Məclisinin hörmətli nümayəndəsi

Salam!

Cənab alinin münazirə və müzakirəyə hazır olması məni sevindirdi. İnanıram ki, Allahın lütfü ilə belə yazışmalar və hüzuri müzakirələr baş tutacaq, nəticədə hər iki dost və qonşu ölkənin xeyrinə olacaq.

Bir daha xatırladıram ki, insanlığın əsas sərmayəsi ədəbdir. Amma təəssüf olsun ki, bu günkü dünyada çox da qarşılanmır. Ona görə də ümid edirəm, siz bu insani sərmayəyə riayət etməkdə daha çox çalışacaqsınız ki, müzakirələr müsbət nəticələr versin.

Öncəki məktubların və sizin cavablarınızın məzmununa diqqət etməklə bir neçə mövzuya toxunmağı lazım bilirəm:

1. "Siyavuş" və "novruz" kimi iki gözəl sözün mənası və kökü barədə tədqiq etməyiniz nəzərdə tutulmuşdu. Tarix sahəsində bilginiz və üstünlüyünüzü təkid etmənizə rəğmən hələ indiyə qədər bu barədə bir söz deməmisiniz? Əgər tarixi qaynaqları tapmaq sizin üçün çətindirsə, yaxud əlifba dəyişildiyindən qədim sənədləri oxumaq mümkün deyilsə, bunu deyin və biz gücümüz çatan qədər kömək edək.

2. Cənab ali Azərbaycan Parlamentinin "Qarabağın azadlığı" və "İranla münasibətlərin möhkəmlənməsi və genişlənməsi" barədəki qərarlarının, əsasən də sizin təklifinizlə qəbul edlimiş qərarların siyahısını təqdim etməli idiniz. Hələ də gözləyirik.

3. Siz medianın ixtiyarında qoydyğunuz cavabınızda ölkələr arasındakı viza rejimini beynəlxalq standart və insanların şəxsiyyət və kimliyinin əlaməti adlandırmısınız. Onda belə sual çıxır ki, İran və Türkiyə, ya Almaniya və Fransa və s. avropa ölkələri kimi vizanı birtərəfli, yaxud ikitərfli ləğv etmiş bir çox ölkələr beynəlxalq standartları pozublarmı? Yaxud sizin nəzərinizcə insanların şəxsiyyət və kimliklərini təhqir ediblər?

Cənab Novruzov! Dünyanın qloballaşdığı bir dövrdə sərhədlər öz mənasını itirmişdir. Artıq kommunistlər kimi dəmir sərhədlər qurmaq olmaz.

Mən, sizin əksinizə olaraq belə düşünürəm ki, dövlətlər vasitəsilə viza rejiminin ləğvi onların insanlıq kəramətinə hörməti və öz xalqına və qonşu ölkələrin xalqlarına etimad əlaməti, həmçinin dövlətin digər ölkələrə məhəbbət, dostluq və qardaşlığın bəyan etməsidir. Bunun əksinə olaraq dövlət tərəfindən viza rejiminin qoyulması, bundan da pis (bizim məktublaşmağımıza səbəb olan) sərhədi asan keçilmənin ləğvi həmin dövlətin öz və qarşı ölkənin xalqına etimadsızlığı mənasınadır. Bir ölkədə hökumət edənlər ilə hökumət olunanlar arasında qarşılıqlı etimad olmasa, onu hansı aqibət gözlədiyi məlumdur.

Bundan əlavə, biz İslam ölkələrinin parlamentlərinin nümayəndələri sizin beynəlxalq standartlar adlandırdığınız qaydalar qarşısında sırf mütiyə çevrilməməli və öz beynəlxalq münasibətlərimizi tənzimlədikdə – həqiqət yox, sizin iddia etdiyiniz – standartlardan əlavə öz dini və milli dəyərlərimizi də nəzərə almalıyıq. Bizim islami dəyərlərimiz insani yaxınlaşmaya dəvət edir, ayrılıq və uzaqlaşmaya yox.

Əlbəttə, bu barədə izah etməyi lazım bilirəm ki, viza rejimi xarici siyasətin nəzarət vasitəsidir və özünə məxsus funksiyası vardır. Ondan düzgün istifadə etmək dövlətin beynəlxalq hüquqlarının bir hissəsi hesab edilir.

4. Cənab Siyavuş Novruzov! Öz cavabınızda "azəri türkləri"ndən söz açmısınız. İstəyirəm ki, elmi-tarixi faktlar əsasında bu barədə daha çox izah verəsiniz. Onların mənşəsini, tarixi və soy xüsusiyyətlərini, coğrafi mövqelərini və s. şərh edəsiniz.

5. Cənab Novruzov! Öz cavabınızda tarix mövzusunda tarixlə bərk maraqlandığınızı demisiniz və özünüzü tarix müəllimi kimi tanıdaraq, mənə tarixdən dərs verməyə hazır olduğunuzu bildirmisiniz. Bu mənim sizə marağımı artırdı. Elmi və universitet səviyyəsində tarixi mövzuda müzakirələrə hazıram.

Cənab Novruzov! Bu günləri strateji region olan Qafqazda bəzi problemlərin kökü, hətta Qarabağ münaqişəsi kimi bir problemin tarixdə mənbəsi yaradılmışdır. Hansı zülmlər, hansı xəyanətlər məntəqənin tarixi barədə rəva görülməmişdir? Bunu yüz dəfələrlə təəssüflə deyirəm ki, hazırkı rabitələr və danışıqlar əsrində yaşadığımız bir şəraitdə də bu təhriflər davam edir və sui-istifadlər üçün bir vasitəyə çevrilib. Bu təhriflərə son qoymaq olarmı? Bu məntəqənin günahsız övladlarına düzgün tarixi öyrətmək mümkündürmü? Öz keçmişini lazımınca öyrənmək olarmı? Və ...

Mənim konkret təklifim budur ki, yavaş-yavaş Novruza yaxınlaşdığımız bir vaxtda Novruzun ilk günündə sir və rəmzlə dolu Arazın sahilinə gələk və tarixi bir də gözdən keçirək. Bəlkə Arazdan duruluq və şəffaflıq öyrənək və biz də Araz kimi olaq, sadiqanə danışaq. Gəlin Arazın sahilində vətən yolunda canını belə əsirgəməyən öz ortaq əcdadlarımız Abbas Mirzənini, Cavad xanı və digərlərini xatırlayaq. Düşmənlərin xəyanətlərindən, yadların hiylələrindən, Arazın sənlə mənim aramda necə sərhədə çevrilməsindən söhbət açaq. Gülüstan və Türkmənçaya bir daha Araz güzgüsündə baxaq.

6. Təklif edirəm ki, Araz sahilində simvolik görüşdən sonra qarşılıqlı surətdə İran və Azərbaycan Respublikası universitetlərində bir araya gələk, iki ölkə müəllimlərin, tələbələrin və mediasının iştirakı ilə regionun tarixi barədə elmi danışıqlar aparaq. Belə olduqda bir çox məsələlərin aydınlaşacağına əminəm. Mən bu barədə öz qətiyyətimi göstərmək məqsədilə bir neçə mövzu təklif edirəm, siz də öz mövzularınızı qeyd edə bilərsiniz.

Təbiidir ki, tərtiblə gələcək bu və digər mövzuların hərtərəfli araşdırılması üçün iki tərəfli elmi komitənin təşkilinə ehtiyacı vardır. Mən sonrakı məktublarımda komitənin üzvlərini adını təqdim edəcəyəm. Onlar və sizin tərəfinizdən təqdim edilmiş komitə üzvləri birlikdə qarşıya çıxmış müxtəlif mövzuları elmi tədqiq etsinlər və onun nəticələrini hamının istifadə etməsi məqsədilə nəşr etsinlər.

Müzakirə üçün təklif etdiyim mövzular bunlardan ibarətdir:

- İslamın bu məntəqəyə gəlməsindən qabaq və sonra ta Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasına qədər Arazın şimal və cənub sakinlərinin mədəni, ictimai, dini bağlılıqlarının araşdırılması.

- Həmin dövrlərdən vəzifəyə təyin edilmə, vəzifədən azad edilmə, Qafqaz məntəqəsinin yerli məsullarından maliyyət almaya aid qalmış sənədlərin araşdırılması.

- Gülüstan və Türkmənçay müqavilələrinin zəminələri, dəlilləri, məzmunu və nəticələrinin araşıdırılması.

- Arazın şimal və cənubunda coğrafi məkanların adının sənədlərdə, tarixi xəritələr, səfərnamələr, "Möcəmül-büldan", "Asarul-bilad və əxbarul ibad", "Hududul-aləm minəl-məşriq iləl-məğrib", "Nəzhətul-qulub" kimi tarixi və coğrafi kitablarda araşdırılması.

- Rusiya Ensiklopediyası və ustad Bartolidin əsərləri kimi rus dairələrinin və şəxsiyyətlərinin əsərlərinin mövzu üzrə araşdırılması.

- Arazın şimalında yaşamış Nizami Gəncəvi və s. kimi şəxsiyyətlərin əsərlərinin mövzu üzrə araşdırılması.

- Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasından qabaq və sonra şiə alimlərinin elmi əsərləri və ictimai davranışlarının araşdırılması.

- Azərbaycan Respublikasının "Ata Yurdu" kimi dərslik kitablarının araşdırılması və onun Arazın şimalında yaşamış keçmiş və müasir alimlərin mötəbər kitabları, o cümlədən Gülüstan müqaviləsinin şahidi olmuş Mirzə Abbasqulu Qüdsinin (Abbasqulu Ağa Bakıxanov) "Gülüstani-irəm", Mirzə Zeynəlabidin Şirvaninin "Riyazüs-səyahə", professor İqrar Əliyevin "Atropatların tarixi" və s. kitabları ilə uyğunlaşdırılması.

- 1918-ci ildə Azərbaycan Respublikasının bünövrəsini qoymuş Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan Respublikası, onun necə formalaşması və hazırkı durumu" əsəri, həmçinin, İranlı şəxsiyyətlərə yazdığı məktublarının araşdırılması.

- Məntəqədəki memarlıq üslub və yazıları, İran və Qafqazdakı mövcud memarlıq əsərlərinin uyğunluğunun səbəblərinin öyrənilməsi.

- Qafqazın tarixi əlifbası və təqvimi və onda əsaslı dəyişikliklərin edilməsinin səbəblərinin araşdırılması.

- Azərbaycanın 1918-ci ildə ilk dövlətçiliyinin necə formalaşması, müxtəlif ölkə və şəxslərin burada rolu, qonşu ölkələrin əhalisinin münasibəti və s. mövzuların araşdırılması.

- Bu mövzulardan əlavə mədəni, ictimai, dini, söz azadlığı, müxtəlif etnik tayfaların vəziyyəti, Qarabağ qaçqınlarının vəziyyəti, siyasi münasibətlərin artırılmasında əməkdaşlıq, dini azadlığın durumu, dini tolerantlıq və digər mövzularda da müzakirələr aparmaq mümkündür.

Bəzi dairələrin qeyri-düzgün təbliğatının qarşısını almaq məqsədilə lazım bilirəm, aşkar elan edim ki, mən, İran İslam Respublikasının İslami Şura Məclisinin digər nümayəndələri və bütün İran xalqı kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi surətdə tanıyır, bu ölkənin müstəqilliyinin möhkəmlənməsi və işğal olunmuş ərazisinin azadlığını İranın xarici siyasətinin ən önəmli mövzularından bilirəm və Heydər Əliyevin ölkə başçısı olduğu dövrdə Qarabağın erməni işğalından azad olunmasına çalışdığım kimi indi də Azərbaycanın Milli Məclisindəki həmkarlarım ilə bu mövzuda fikir mübadiləsi aparmağa hazıram. Mən, Qarabağı təkcə Azərbaycanın problemi bilmirəm, Qarabağ həm də İslam dünyasının problemidir. (Qarabağ bizim birgə müzakirələrimizin ayrıca mövzusu ola bilər.)

Həmçinin, mənim Azərbaycan Parlementinin nümayəndələrini səmimi və dostcasına müzakirəyə dəvətimi hansı dəlillər əsasında qətiyyətlə məhkum etməsini bilmədiyim cənab deputat Çingiz Qənizadəyə də təşəkkür etməyi lazım bilirəm.

Sonda imam Əlinin (ə) kalamını Azərbaycanın Milli Məclisindəki deputat dostlarıma, xüsusilə də cənab Siyavuş Novruzova xaıtrlayıram: "Qurtuluş doğruçuluqdadır".

Qarabağın azadlığını, Azərbaycan Respublikası xalqının bütün daxili və xarici ərsələrdə uğurlarını Allahdan diləyirəm.

Mənsur Həqiqətpur, İslami Şura Məclisinin nümayəndəsiВ»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Dünən, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Dünən, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Dünən, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Dünən, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Dünən, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Dünən, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Dünən, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Dünən, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Dünən, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Dünən, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Dünən, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Dünən, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Dünən, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Dünən, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Dünən, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Dünən, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru