OLİQARXLARIN BAYIL BAZARI UĞRUNDA DAVASI
Tarix: 17-11-2011, 12:02 | Çap et
RÖVNƏQ ABDULLAYEVLƏ HACIBALA ABUTALIBOV TOQQUŞDU
DİA.AZ: - Son zamanlar ölkə paytaxtının yenidən qurulması prosesi getdiyindən Bakıda hər gün şahidi olduğumuz yeniliklərin özü belə kimsənin təəccübünə səbəb olmur. Yəni artıq paytaxt sakinləri hətta günlərin birində öz yaşadıqları mənzillərin belə plana düşməsinə bir növ adət etdiyindən, bu baxımdan hər kəs sanki səksəkəli həyat yaşamaqdadır.
Bayıl isə tam tikinti meydançasıdır. Artıq iki gündür bu qəsəbənin sakinləri evlərinə getməyə yol da tapmırlar. Hər iki giriş yolu başlanıb. Sakinlər hətta rəsmi dairələrin bu addımını yumor hissi ilə qarşılayırlar: Hökumət yolları bağlayıb, əcəb edib, hərəyə bir cüt də qanad versinlər ki, işə gedib-gələ bilək.
Bir sözlə, artıq Bayıl sakinləri bütün növ dəyişikliklərə vərdiş edilmiş duruma salınıb. Növbəti dəyişiklik isə Səbayel rayonun ərazsində baş verə bilər. В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına məlumat verən Səbayel rayonu Bayıl qəsəbəsində yerləşən və В«BayılВ» bazarı kimi tanınan keçmiş 3 saylı kolxoz bazarının işçilərindən birinin sözlərinə görə, artıq onların da çalışdığı məkan plana düşüb. Bildirək ki, hal-hazırda sözügedən ərazidə fəaliyyət göstərən bazar əsasən Bayıl və 20-ci sahəd yaşayanların alış-veriş yeri kimi tanınmaqdadır və bu ticarət mərkəzində təxminən 500-ə yaxın işçi çalışaraq ailəsinin dolanışığını təmin etməkdədir.
Şikayətçinin sözlərinə görə, artıq Səbayel rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən onlara çalışdıqları iş yerlərinin plana düşməsi haqda məlumatlar verilib və yaxın bir ay ərzində həmin bazarın söküləcəyi bildirilir. Bazarın bundan sonra hansı ərazidə fəaliyyət göstərəcəyinə gəlincə isə, bu barədə danışan şikayətçi söylədi ki, artıq bir aydır, ARDNŞ-ın ərazisi hesab olunan əhali arasında В«AkapenВ» kimi tanınan yerdəki gölməçə qurudulmaqdadır və çox ehtimal Bayıl bazarı da həmin əraziyə köçürüləcək. Bizimlə söhbətində şikayətçi sözügedən ərazinin bazar üçün əlverişsiz olduğunu vurğulamaqla yanaşı, onu da bildirdi ki, hələ bunlar bir yana, ümumiyyətlə, bir ay işləmələrinə baxmayaraq köhnə neft gölməçəsini qurutmaq mümkün olmur: В«Ora maşın-maşın torpaq daşıyırlar, amma neft gölməçəsi daşınıb gətirilən torpağı elə udur ki, oraya torpağın tökülüb-tökülmədiyini müəyyən etmək olmurВ».
Onu da bildirək ki, В«BayılВ» bazarının ARDNŞ-ə məxsus В«AkapenВ» deyilən əraziyə köçürülməsi nəzərdə tutulsa da, bu baş tutmaya bilər. Artıq bu istiqamətdə çox ciddi məlumatlar almışıq. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərindən belə məlum olur ki, burada əsas maneə rolunda çıxış edəni ARDNŞ prezidenti Rövnəq Abdullayevin bir neçə gün öncə verdiyi bəyanatdır.
Xatırladaq ki, üç gün əvvəl Rövnəq Abdullayev qanunsuz tikililərin sənədləşdirilməsi prosesinə münasibət bildirərkən bəyan etmişdi ki, ARDNŞ-nin ərazisində ev tikərək yaşayan sakinlər sevinməyə tələsməsinlər. Çünki yeni qanun ARDNŞ-nin balansında tikilən evlərə şamil olunmayacaq. Bu barədə danışan baş neftçi onu da bildirib ki, son günlər ARDNŞ-ə məxsus torpaq sahələrində kütləvi şəkildə inşaat işlərinin həyata keçirildiyi haqda siqnallar alırlar və onların əməkdaşları davamlı olaraq reydə çıxaraq həmin tikinti işlərinin qarşısını almaqla məşğuldurlar: В«O ki qaldı ARDNŞ-nin balansında olan torpaqlarda tikilmiş evlərin qanuniləşdirilməsinə, buna ümid etməyə dəyməzВ».
Məlumatlı mənbələr bildirir ki, belə bir bəyanatla çıxış edən Rövnəq Abdullayev indi də В«BayılВ» bazarının ARDNŞ-ə məxsus olan В«AkapenВ» adlanan əraziyə köçürülməsinə qarşı sərt formada çıxış edib: В«Hətta bu məsələ ilə bağlı Rövnəq Abdullayev həm Bakışəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və həm də Səbayel İH başçısına xəbərdarlıq da ünvanlayıbВ».
Mənbə bildirir ki, В«BayılВ» bazarının qeyd olunan ünvana köçürülməsi əslində, şəhərin baş planında yoxdur və bu qərarın özü belə müvəqqəti xarakter daşıyır: В«Bakı şəhər İH başçısının yuxarılarla əldə etdiyi anlaşmaya görə, bazar müəyyən müddətə В«AkapenВ»ə köçürülür və sonra Bibiheybət ərazisində daha böyük bazarın inşasına start verilirВ».
Amma Rövnəq Abdullayev hətta bu müvəqqəti qərarla belə razı deyil. Mənbənin sözlərinə görə, ARDNŞ prezidenti sözügedən ərazidə neftçilər üçün şəhərciyin salınmasını planlaşdırır: В«Həmin şəhərcik hətta baş plana da daxil edilib. Şəhərciyin inşa işlərinə isə bu ilin sonlarından start verilməlidirВ».


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21 |
|
|
|
• Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12 |
|
|
|
• Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10 |
|
|
|
• İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56 |
|
|
|
• Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55 |
|
|
|
• “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47 |
|
|
|
• Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44 |
|
|
|
• Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41 |
|
|
|
• “Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Dünən, 17:33 |
|
|
|
• Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Dünən, 17:25 |
|
|
|
• Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı - ƏMR
Dünən, 17:21 |
|
|
|
• “Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” - Tahir Kərimli
Dünən, 17:13 |
|
|
|
• “Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” - Separatçıdan ilginc açıqlama
Dünən, 17:04 |
|
|
|
• Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR
Dünən, 17:02 |
|
|
|
• Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! - ŞƏRH
Dünən, 16:28 |
|
|
|
• Rusiyanın Azərbaycandan üzr istəməməsinin arxasındakı SƏBƏB
Dünən, 16:26 |
|
|
|
• Ermənistanda sorğu: Sülh istəmirlər - “Gallup”
Dünən, 16:24 |
|
|
|
• “Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO
Dünən, 16:15 |
|
|
|
• Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:11 |
|
|
|
• Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır - ARAŞDIRMA
Dünən, 16:09 |
|
|
|
• Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... - deputat
Dünən, 15:59 |
|
|
|
• Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var - DETALLAR
Dünən, 15:52 |
|
|
|
• Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:46 |
|
|
|
• Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... - TƏFƏRRÜAT
Dünən, 15:45 |
|
|
|
• 58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib - “Gedib özüm dedim ki, həbs olunmaq istəyirəm”
Dünən, 15:41 |
|
|
|
• Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı - Nişan efirdə olacaq
Dünən, 15:37 |
|
|
|
• Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək
Dünən, 15:33 |
|
|
|
• Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? - İLGİNC
Dünən, 15:30 |
|
|
|
• Azərbaycanda ət niyə bahalaşır? – Xəbərdarlıq edildi
Dünən, 15:07 |
|
|
|
• “Dəmirçi ailəsi” niyə susur? - BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR
Dünən, 15:04 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müavini: - Azərbaycan bizdən çox öndədir
Dünən, 15:02 |
|
|
|
• Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... - ETİRAZ VAR!
Dünən, 14:27 |
|
|
|
• Nabranda qiymətlər FONTAN VURUR... - "Bunun adı soyğunçuluqdur!"
Dünən, 14:20 |
|
|
|
• Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan
Dünən, 14:15 |
|
|
|
• Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib - DİPLOMATİK MƏNBƏ
Dünən, 14:08 |
|
|
|
• Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
Dünən, 13:35 |
|
|
|
• Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... - DETALLAR
Dünən, 13:28 |
|
|
|
• Bir şərəfsiz sürü ilə üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:16 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Dünən, 13:00 |
|
|
|
• `BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Dünən, 12:45 |
|
|
|
• “Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər - DETALLAR
Dünən, 12:35 |
|
|
|
• Rektor özünə köməkçi və müşavirlər təyin etdi - ADLARI
Dünən, 12:33 |
|
|
|
• Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış - FOTO
Dünən, 12:32 |
|
|
|
• `Azercell` bizi heyrətləndirir... - GİLEY
Dünən, 12:27 |
|
|
|
• Rusiya Türk dünyasından asılı vəziyyətə düşür - GƏLİŞMƏ
Dünən, 12:20 |
|
|
|
• 10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... - Nizamnamə kapitalını artırmamaqda məqsəd nədir?
Dünən, 12:16 |
|
|
|
• Pekində ortadan bölünən DÜNYA... - NƏ BAŞ VERİR?
Dünən, 12:13 |
|
|
|
• Bağlı qapılar arxasında Zəngəzur danışıqları - "Fars News"
Dünən, 12:08 |
|
|
|
• Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:07 |
|
|
|
• Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Dünən, 12:04 |
|
|
|
|