Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? .....                     “Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” .....                     Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır .....                     Gilas məsələsi... .....                     "Bizi dəvət edəndə bir məclisi doldura bilirik" .....                     Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ .....                     Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir .....                     Zakir Qaralovun vergi borcu iki qat artıb .....                     Ukrayna bu şəhəri itirsə... .....                     Paşinyanın ordu ilə bağlı PLANI... .....                     ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var .....                     Burda müştəri məmnuniyyəti: SIFIR! .....                     SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! .....                     Prezidentin göstərişinə belə əməl edirsə... .....                     Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? .....                     ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib .....                     Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır .....                     Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... .....                     İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Yeni il ərəfəsində əfv gözlənilir? .....                     "Gözlərimin içinə baxan o deyil" .....                     Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? .....                     Tanınmış müğənninin toyda biabırçı canlı İFASI .....                     İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? .....                     ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib .....                     "Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur .....                     “Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb .....                     Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? .....                     "Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." .....                     Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                     Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir .....                     Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU .....                     Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı .....                     Şəbnəm buna görə 30 min dollar qonorar alıb .....                     İcra başçıları toya nə qədər pul yazdırır? .....                     Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək .....                     Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi .....                     Qəzetlərin KİTABI BAĞLANIR... .....                 

PROFESSORDAN MEHRİBAN ƏLİYEVAYA ŞOK ŞİKAYƏT
Tarix: 5-12-2012, 08:55 | Çap et
PROFESSORDAN MEHRİBAN ƏLİYEVAYA ŞOK ŞİKAYƏT
"KÜÇƏLƏRDƏ DİLƏNMƏLİYƏM?"

DİA.AZ: - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya olduqca maraqlı və acı faktların zəngin olduğu məktubla müraciət edib.

DİA.AZ olaraq millət vəkili Mehriban Əliyevaya göndərilmiş həmin məktubu olduğu kimi dərc edir: "Çox hörmətli millət vəkili Mehriban Əliyeva! Bilirəm ki, çox gərgin qrafikdə işləyir, Azərbaycanımıza çox böyük töhvələr verməkdəsiniz. Belə bir şəraitdə Sizi narahat etmək məcburiyyətində qaldığım üçün bir professor, iqtisad elmləri doktoru, Dövlət Mükafatı laureatı, Respublikada yeni elmi istiqamətin - Iqtisadi Kibernetikanın yaradıcısı və təşkilatçısı, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, 20 ildən çox Təhsil Nazirliyində “İqtisad” bölməsinə rəhbərlik edən, Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, 8 guşəli qızıl ulduz medalına layiq görülən, Respublikanın “100 görkəmli alimləri”, Respublikanın iqtisadi inkişafında rolu olan “100 persona”, XXI əsrin görkəmli ziyalıları və s.i külliyatlarda adı keçən əlaçı təhsil işçisi olaraq, çox təəssüflənir və məni anlayışla qarşılayacağınıza səmimi qəlbdən inanıram.

Əminəm ki, ölkəmizin beynəlxalq aləmdə təbliğində, onun mədəni irsinin, tarixi ənənəsini və digər özəlliklərinin yüksək səviyyədə tanınmasında müstəsna rolu olan Azərbaycanın birinci xanımı kimi, mənə qısa müddət ərzində qəbul edib, dinləyəcəksiniz.

Çox hörmətli Mehriban xanım, bu gün bir professor olaraq, ömrümün 60 ilini həsr etdiyim Dövlət İqtisad Universitetində üzləşdiyim haqsızlıq məni Sizə müraciət edib, qəbulunuza düşməyə məcbur edir.

Məlumat üçün diqqətinizə çatdırıram ki, İqtisad Universitetində rektorun müşaviri və kafedra müdiri kimi vəzifə borcumdan irəli gələn və eyni zamanda, möhtərəm cənab Prezidentimiz İlham Əliyevə kömək etmək məqsədi ilə Universitetdə baş alıb gedən cinayət xarakterli əməllərin aradan qaldırılması üçün rektora təkliflərimi təqdim etdim. Bu isə Şəmsəddin Hacıyevə xoş gəlmədi. Və bundan sonra mənə qarşı heç bir əxlaq normalarına və qanunlara uyğun olmayan hücum planı işə salındı. Məcbur qalıb cənab prezidentimizə müraciət etdim. Ş.Hacıyev bundan bir həftə sonra məni “İqtisadi Kibernetika” kafedrasının müdiri və rektorun müşaviri vəzifələrindən azad etməklə yetmədi, hətta prezidentimizə müraciətimdən sonra 60 il can qoyduğum Universitet binasına daxil olmağa və həmkarlarımla görüşməyi də qadağan etdi. O, bir ildən çoxdur ki, millət vəkili toxunulmazlığından istifadə edərək, məni həbsxana şəraitində yaşamağa məcbur edibdir. Vəzifəsinə, millət vəkilliyinə uyğun olmayan şəkildə əl-altıları vasitəsi ilə məni təhqir və təhdid də etdirir.
Çox hörmətli Mehriban xanım! Tarixdə elə hadisələr olub ki, padşah sərkərdəni şücaətinə görə mükafatlandırıb, məsuliyyətsizliyinə görə isə başını vurubdur. Şəmsəddin Hacıyevin universitetin simasında yol verdiyi qanunsuzluqlar, rüşvət və korrupsiya halları, həmçinin bu təhsil ocağını diplom satan mağazaya çevirməsi ilə bərabər, kollektiv arasında sağalmaz münasibətlər yaratması çox ciddi narazılıq mənbəyi formalaşdırıb. Artıq kollektiv cana doyub, sadəcə işlərini itirmək, bəzi dövlət qurumlarının Ş.Hacıyevə В«gözün üstə qaşın varВ» deməməsi, professor və müəllim heyətini müvəqqəti susqunluğa sövq edib. Amma inanın ki, bir gün universitetdəki bu ab-hava böyük bir narazılığı alovlandıracaq. Mən ömrümün 60 ilini həsr etdiyim bir təhsil ocağında belə bir vəziyyətin yaranmasına əsla razı olmaram. İstəmərəm ki, Şəmsəddin Hacıyev və onun korrupsiya şəbəkəsində yer alan 3-5 nəfərə görə universitetin simasında xoşagəlməz hadisələr baş versin. Çox təəssüf ki, bəzi məmurların və xüsusi ilə məhkəmə sistemindəki ədalətsizliklər də Şəmsəddin Hacıyevin qanunsuz əməllərinə В«çiçəklənməsiВ»nə zəmin yaradır. Bəli, tam əminliklə deyə bilərəm ki, Ş.Hacıyev mandatın və pulun gücü ilə bu gün qanunları adi kağız parçası səviyyəsinə endirib. Bunu qəbulda Sizə təqdim edəcəyim onlarla rəsmi sənəd və sübutlarla təsdiq edəcəyəm.
Ş.Hacıyev akademik, akademiyanın müxbir üzvlərini, Dövlət Mükafatı laureatı, Türk Dünyası Akademiyasının akademikləri və digər səviyyəli əməkdaşların hamısını universitetdən uzaqlaşdırdı. Nümunə üçün bir nəfər səviyyəli, səriştəli, savadlı, obyektiv adam qalmayıbdır. Ona görə də Universitet kütbeyinlər Universitetinə çevrilibdir.

Çox hörmətli Mehriban xanım!Bu gün Ş.Hacıyev cinayətlərindən yaxa qurtarmaq, özünü sığortalamaq və intiqam almaq məqsədilə məni 1987-ci ildə institutun bağlanmasında günahlandırır. Hətta vəzifəsinə yaraşmayan şəkildə yaxın tarixi saxtalaşdırmaq və Ulu öndər Heydər Əliyevin çıxışlarını təhrif etməkdən də çəkinmir. Hər şeyi pulda, vəzifənin verdiyi üstünlükdə görən Ş.Hacıyev utanmadan bəzi dairələrə mənim barəmdə tamamilə yalan və böhtan məlumatlar verir. Amma bu adam unudur ki, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra universitetdə yeni prorektor ştatı açdırıb məni həmin vəzifəyə təyin edib. Daha sonra isə 7 il rektorun müşaviri vəzifəsində işləmişəm. Ötən ilin noyabr ayında isə möhtərəm prezidentimizə rəsmi müraciət etdikdən sonra isə çox nümayişkaranə şəkildə В«İndi get, onlara (yəni möhtərəm prezidentimizə və Sizə) de, görüm səni necə burada saxlaya biləcəklərВ» deyərək, qanunsuz əmrləri ilə vəzifələrimdən azad etdi. Özü də əmrində əmək funksiyamı yerinə yetirə bilməmək və səhhətimi əsas gətirən bu adam bu qərarından xeyli sonra poliklinikadan arayış alıb. Hansı ki, o, arayışda mənim xəstəliyim haqda heç bir məlumat yoxdur. Mənim səhhətimin qaydasında olduğunu aldığım arayışlar təsdiqləyir. Digər yandan, işdən azad olunana qədər nə bir xəbərdarlıq, nə töhmət almamışam. Tabel sənədlərinə də imza etmişəm. Elə isə məni necə əmək funksiyasını yerinə yetirə bilməməkdə ittiham edə və bunu əmrləşdirə bilərlər?

Çox hörmətli Mehriban xanım! Şəmsəddin Hacıyevin mənə qarşı belə ədalətsiz davranmasının səbəbi prezidentimizə müraciətdə universitetdə baş alıb gedən qanunsuzluqlar, həmçinin şəxsən mənim rəhbərliyimlə keçirilən imtahanlar zamanı 199 tələbənin bilik səviyyəsinin sıfır olması və digər bu kimi faktlar sənədlərlə təsdiqləndiyi üçün mənə qarşı şər-böhtan, məhkəmə hakimləri vasitəsiylə əsassız cəza tədbirlərini işə salmağa başladılar.

Çox hörmətli Mehriban xanım! Mən bu cür milli xəyanətə, rüşvətxorluğa və i.a. dözülməz hallara qarşı mübarizə aparmışam və indi də aparıram. Sadaladığım faktların sənədlərini təqdim edə bilərəm.

Ş. Hacıyevin cinayətlərini gizlətmək üçün Ulu Öndər H.Əliyevin adından, onun şəfəqdən saçan nuruna istinad etməyə mənəvi haqqı yoxdur. Çünki, vaxtı ilə şəxsən Ulu Öndərimiz universitetdəki tənqidi çıxışının əksər hissəsini Bakıda Aqanbekyana 50 illik yubiley təşkil edən Hacıyevlər və onların vəzifəyə qoyduğu adamların naxələfliyinə, özlərini Andropovun maşınının altına atmağa cəhd göstərənlərə və i.a. həsr etməklə, həmin vaxtı kafedra müdiri olan Şəmsəddin Hacıyevə lazımi qiyməti verib.

Çox hörmətli Mehriban xanım! Universitetin saflığı uğrunda mübarizəmə görə 20 yaşlı oğlumu evimdə qətlə yetiriblər, həyat yoldaşım mənə verilən əzab və iztirablara tab gətirməyib vəfat etmişdir, elmlər doktoru, 4 xarici dil bilən, İngiltərənin Notengem Universitetini bitirən qızıma da təzyiqlər etməyə cəhd göstərirlər. Universitetdə dözülməz şərait yaratdıqlarına görə 0,5 ştata keçməyə icazə də vermirlər. Mənə maddi və mənəvi təsir göstərib Allah verən ömrü vaxtından əvvəl tərk etməyə sövq edirlər. Hörmətli Mehriban xanım bunlara kim dözə bilər?

Belə bir mənəviyyatın sahibi sənədləri saxtalaşdırmaq yolu ilə məni məhkəməyə vermiş və Ali Məhkəmənin sədr müavini Hikmət Mirzəyevin vasitəsilə məni 400 və 500 manat cərimə etdirmişdir. Cəriməyə görə pensiyamın yarısını tuturlar. Mən heç kəsin köməyi və yardımı ilə yaşamağı özümə rəva bilməmişəm. Və indi də bilmirəm.

Çox hörmətli Mehriban xanım! Rusların bir kəlamını diqqətinizə çatdırmaq istəyirəm: “Hər şeyin sərhədi olmalıdır, hətta nifrətin də. Sərhədi keçdikdə dəhşətli xəta törənməsi ehtimalından heç kəs sığortalanmayıb”.
Ş. Hacıyev və Hikmət Mirzəyev tərəfindən nifrət səddini mən artıq çoxdan keçmişəm. Ş. Hacıyev və Hikmət Mirzəyev bu yaşımda, özü də sadaladığım elmi titullarıma rəğmən, məni dəhşətli xəta törətməyə sövq edirlər. Qarşısının alınmasını xahiş edirəm.

Çox hörmətli Mehriban xanım!Artıq mən nə etməliyəm? Titullarımı boynuma bağlayıb küçələrdə dilənçilikmi etməliyəm? Və yaxud xarici ölkə səfirləri və ya dövlət başçılarından mənə yardım etmələrinimi xahiş etməliyəm?

Prezident cənab İlham Əliyev demişdir: “Mən Azərbaycan xalqının prezidenti olacağam”. Mən də Azərbaycan xalqının ən yüksək titula malik olan ziyalılarından biriyəm. Mən rüşvətxorluğa qarşı fəal mübarizə aparan ziyalılardan birisi olmuşam və indi də fəaliyyətimi davam etdirirəm. Ş.Hacıyev və Hikmət Mirzəyev isə rüşvətə rəhbərlik edən anti-azərbaycanlılardır. Onların məni məhv etməyə müvafiq orqanlar nə üçün imkan verməlidir? Mənim müraciətimi cənab Prezidentə çatdırmırlar. Səlahiyyət sahibləri saxtakarlıq edirlər, məni qəbul etməkdən imtina edirlər.

Çox hörmətli Mehriban xanım! Onların səviyyəsinə enib xaricə müraciət etməyi özümə rəva bilmirəm. Respublikanın birinci xanımı kimi xahiş edirəm mənə yol göstərəsiniz! Mən nə etməliyəm?...".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib - TƏFƏRRÜAT
Bu gün, 10:00
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq - TƏFƏRRÜAT
Bu gün, 09:55
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir - Tramp
Bu gün, 09:00
Zakir Qaralovun vergi borcu iki qat artıb - TƏFƏRRÜAT
Bu gün, 08:57
Ukrayna bu şəhəri itirsə... - Jmaylodan xəbərdarlıq
Bu gün, 08:55
Paşinyanın ordu ilə bağlı PLANI... VARMI?
Bu gün, 08:37
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52
İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42
Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33
"Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22
Tanınmış müğənninin toyda biabırçı canlı İFASI - VİDEO
Bu gün, 06:20
İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:17
ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib - KİV
Bu gün, 06:12
"Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur - AKTUAL
Bu gün, 06:08
“Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb - TƏFƏRRÜAT
Bu gün, 06:05
Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? - NƏ BAŞ VERİR?
Bu gün, 06:02
"Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." - REAKSİYA
Bu gün, 05:57
Ermənistanda "Honq Konq qripi" aşkarlandı
Dünən, 18:02
Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Dünən, 18:00
Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Dünən, 17:48
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Dünən, 17:46
Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Dünən, 17:32
İcra başçıları toya nə qədər pul yazdırır?
Dünən, 17:30
Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək - KİV
Dünən, 17:28
Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi - Bunu yalnız o bacardı
Dünən, 17:19
Qəzetlərin KİTABI BAĞLANIR... - BÜDCƏ YÜKÜ?
Dünən, 17:17
Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı
Dünən, 16:45
"Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..."
Dünən, 16:43
Putinin kinayəsi və yumoru - VİDEO
Dünən, 16:39
"Robert De Niro mənim dostumdur" - Emin Ağalarov
Dünən, 16:34
10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Dünən, 16:27
Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib
Dünən, 16:16
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib - FOTO
Dünən, 16:13
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT!
Dünən, 16:10
"Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir
Dünən, 15:40
Bu, Astana üçün əhəmiyyətlidir... - GƏLİŞMƏ...
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru