Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                 

“BU CÜR SPEKULYASİYA İSLAMA ƏN BÖYÜK HÖRMƏTSİZLİKDİR”
Tarix: 11-11-2011, 10:54 | Çap et
“BU CÜR SPEKULYASİYA İSLAMA ƏN BÖYÜK HÖRMƏTSİZLİKDİR”

“BİZİM ÜÇÜN TƏHLÜKƏ İRANDAN GƏLİR”

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafanın APA-ya müsahibəsi

- Azərbaycan Venesiya Komissiyasının xarici vətəndaşların ölkədə partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olması barədə təklifini qəbul etməyib. Siz necə fikirləşirsiniz, Azərbaycan bu təklifi qəbul etməli idimi?

- Məncə bu məsələdə Venesiya Komissiyasının rəyi tövsiyə xarakteri daşıyır. Yəni məcburi deyil. Azərbaycan hökumətinin bu rəyə aludə olaraq özünün düzgün saydığı qanun layihəsindən yayınması yanlış olardı. Xarici ölkə vətəndaşının Azərbaycanda siyasi partiya yaratmaq, yaxud maliyyələşdirməsi məsələsinin mümkünsüzlüyü Azərbaycan tərəfindən daha çox müharibə vəziyyətinin olması ilə izah edilə bilər. Yəni əgər Venesiya Komissiyasının təklifi qəbul olunarsa, hansısa Ermənistan vətəndaşı Azərbaycanda siyasi partiya yarada bilər. Yaxud Azərbaycandakı hansısa siyasi partiyanı Ermənistanın xüsusi xidmət orqanları maliyyələşdirə bilər. Azərbaycan buna necə imkan verə bilər? Ona görə də bu təklifə müsbət cavab verilməsi doğru olmazdı və real deyil.

- Uzun müddətdir siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılması mexanizmləri mövzusunda müzakirələr gedir. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

- Bu məsələ ilə bağlı bizim konkret layihəmiz var. Həmin layihədə maliyyələşmə üçün bir neçə variant nəzərdə tutulub. Partiyalara maliyyə yardımı ilk öncə ona görə edilməlidir ki, partiyaların effektiv fəaliyyət göstərmək imkanları açılsın. Düşünürəm ki, maliyyə məsələsində parametr olaraq sonuncu parlament seçkisinin nəticələri götürülməlidir. Yəni parlamentdə təmsilçilik, sonra isə parlamentdəki təmsilçilərin sayı əsas götürülməlidir. Digər meyar olaraq ölkədə demokratiyanın inkişafı naminə parlamentdə təmsil olunmayan, lakin son seçkilərdə bəlli bir səviyyədə səs toplamış partiya və bloklar maliyyələşmənin subyekti ola bilər. Məsələn, 20-25 min səs toplamış partiyaya maliyyə yardımı ayrılır. Əgər bunlar olarsa, Azərbaycanda yeni dövrün başlandığını elan edə bilərik.

- Bu yaxınlarda Milli Məclisdə dini fəaliyyətlə bağlı qanuna dəyişikliklər layihəsi müzakirə olundu. Öz hesabına xaricdə dini təhsil alan şəxslərin Azərbaycanda din sahəsində çalışmasını qadağan edən bəndə qarşı çıxmağınızı necə izah edərdiniz?

- Bu, sadəcə problemin mahiyyətini dərindən dərk etmədən onu daha çox kriminallaşdırmaq yolu ilə irəli sürülən təşəbbüslərdir. Məsələn, Azərbaycanda narkomaniya ilə bağlı proseslər dərindən öyrənilmədiyi və ona daha çox kriminal hadisə kimi baxıldığına görə narkotik istifadəçilərin, həmçinin onu satanların sayı kütləvi şəkildə artıb. Narkotik istifadəçilərinin müalicəsi barədə düşünmək lazımdır, nəinki onları bir neçə illiyə həbs edərək azadlığa çıxdıqdan sonra yenidən istifadəçiyə çevrilmələrinə şərait yaratmaq. Dini məsələyə vicdan azadlığı kontekstində baxmaq lazımdır. Sanki bizdə bəziləri belə düşünür ki, bir dindən çıxmaq bir partiyadan çıxmaq kimi bir şeydir. Yəni bunu vicdan məsələsi kimi anlaya bilmirlər. Prosesin içinə girib ona sahib çıxmaq, dindarlara da bir vətəndaş kimi yanaşmaq, problemlərini anlayaraq onların daha çox dövlətlə, cəmiyyətlə iç-içə olma yollarını axtarmaq lazımdır. Ancaq əksinə, onları cəmiyyətdən təcridetmə yoluna gedirlər. O qədər absurd yanaşma var ki... Məsələn, xaricdə təhsil alanlar islam ayin və mərasimlərini həyata keçirə bilməzlər. Bu, ancaq islama aiddir. Əslində bu nə deməkdir? Birincisi, keyfiyyətli təhsil almaq hüququna qəsddir. Bu məsələdə bütün xarici təhsilli vətəndaşlarımıza şübhə ilə yanaşmaq yerinə, əgər bu adamların əcnəbi xüsusi xidmət orqanları ilə bağlılığı varsa, bunu müvafiq orqanlarımız araşdırıb ortaya qoysun, hüquqi qiymət verilsin. Amma bütün vətəndaşlarımızın - əgər xaricdə təhsil alıbsa, göndərişlə getməyibsə - hamısından ehtiyat edəriksə, artıq dinin cəhalət tərəfi inkişaf etməyə başlayacaq. Yaxud, kimsə Həcdən qayıdanda kiməsə beş təsbeh bağışlayıbsa, həmin adam artıq inzibati məsuliyyət daşıyır. Bunlar hamısı süni maneələrdir və dindarlarla dövlət arasında uçurum yaradır. Artıq neçənci dəfədir ki, bu cür dəyişikliklər olur. Özü də əsasən islamla bağlı olur bu məhdudiyyətlər. Əgər dinlərə bərabər yanaşılırsa, onda islama niyə məhdudiyyət qoyulur? Ümumilikdə bu cür dəyişikliklər yumşaq desək, xeyirli deyil.

- Azərbaycana din pərdəsi altında gələn təhlükənin miqyası nə qədərdir?

- Açığı, Azərbaycan üçün dinlə bağlı gələn təhlükənin əsas iki mənbəyi var: İran və Səudiyyə Ərəbistanı. Türkiyədən Azərbaycan üçün elə təhlükəli məqam, istiqamət yoxdur. Adını çəkdiyim iki ölkədən gələn təhlükə hətta o qədər irəli gedib ki, İranın səviyyəsiz bir ayətullahı Azərbaycan dövlətini hədələməklə məşğuldur. Buna yol verməmək üçün dindarlara, dinə qarşı bayaq sadaladığım kimi mövqe qoymaq yanlış olar. Əksinə, daha doğru islamın, daha səmimi, savaş içində olmayıb islamı siyasətə alət etməyən bir istiqamətin ölkəmizdə stimullaşdırılması önəmlidir.

- Azərbaycan İslam Partiyasının ölkədə qeydiyyatdan keçmədən fəaliyyət göstərməsinə münasibətiniz necədir?

- Bu məsələyə kriminal olay kimi yanaşmaq, yaxud hüquq-mühafizə orqanlarının üzərinə bu qədər problemi yükləmək əvəzinə daha anlayışlı addımlar atmaq lazımdır. Söhbət maarifçilik addımlarından gedir. Məsələn, islam adında partiyanın olması islama hörmətsizlikdir. Bu, cəmiyyətə təbliğ olunmalıdır. Təsəvvür edin, sabah bu adda partiya hakimiyyətə gəldi, hansısa sosial problemi həll edə bilmədi. Onda hörmətdən düşən islam olmalıdır? Bu adın bu cür spekulyasiya edilməsi islama ən böyük hörmətsizlikdir. Kimlər islam sözündən istifadə etməklə partiya yaradırlar, onlar islamın mənasını dərk eləmirlər.

- Ölkədə müxalifətdaxili inteqrasiya, əməkdaşlığın səviyyəsi sizi qane edirmi? Ümumiyyətlə, belə bir əməkdaşlıq varmı?

- Müxalifətdaxili inteqrasiya üçün çox çətin bir vəziyyət yaranıb. Bunun üçün ilk növbədə dövlətin siyasi partiyalarla bağlı siyasətində korrektələr edilməlidir və siyasi partiyaların rolunun artırılması istiqamətində addımlar atılmalıdır. İkincisi, siyasi partiyaların fəaliyyət müstəvisi hüquqi əsaslara dayanmalıdır. Çox təəssüf ki, Azərbaycanda müxalifətin fəaliyyətinin hüquqi bazası yoxdur. Ancaq odur ki, iqtidarda deyiləmsə, deməli, müxalifətəm, bu cür fəaliyyət göstərirəm. Ona görə də müxalifətin hər hansı şəkildə ölkə protokolunda yeri yoxdur. Ölkənin idarə olunmasında isə heç bir rolundan söhbət gedə bilməz. Bunlar demokratiyanın atamanlığını göstərir. Ona görə də biz çalışmalıyıq ki, ilk növbədə müxalifət fəaliyyətini hüquqi müstəviyə oturdaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru