Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı .....                     Deputatın qızı şikayətləndi .....                     Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                     Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ .....                     Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir .....                     10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq? .....                     Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib .....                     Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir .....                     Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi .....                     Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub .....                     Əmrullayevin əmrindəki təhsilimiz... .....                     Zəfərin mübarək, Azərbaycan .....                     Həmin təyyarə ikinci əl imiş... .....                     "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" .....                     Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu .....                     “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub .....                     “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” .....                     “İndi meydanı veriblər Manafa” .....                     Nizami Rəmzinin qızına iş kəsildi .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb .....                 

"Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz?" - NARAZILIQ VAR...
Tarix: 14-01-2025, 09:53 | Çap et
"Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz?"
Bakının Suraxanı rayon Hərbi Komissarlığı deyəsən, "əhd" edib ki, sağlam olmayan şəxsi əsgərliyə göndərəcək. Bu qərəzin və hikkənin səbəbi məlum olmasa da, fakt budur ki, həm "B14" diaqnozu qoyulmuş, həm ürək problemi olan bir gəncin tibbi müayinəsinin nəticələrinə məhəl qoymadan onu süründürür, hərbi xidmətə göndərmək üçün müxtəlif bəhanələr gəzirlər. Söhbət Talıbov Turan Azər oğlundan gedir. Bu barədə Anaxeber.info-ya Talıbov Turanın atası danışıb, övladının başına gələn son məsələləri açıqlayıb.
Saytın baş redaktoru olan Azər Talıbov bildirib ki, oğlunun üzləşdiyi problemi ictimailəşdirdikdən sonra Suraxanı rayon Hərbi Komissarlığı əlaqə saxlayıb və övladı Turan Talıbovu çağırıb. "Mən Prezidentə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova müraciətimdə bu məsələnin həllini xahiş etmişdim. Bildirmişdim ki, oğluma " B 14" diaqnozu qoyulub, üstəlik, yanaşı ürək problemi də var. Demişdim ki, bütün müayinələrdən keçmişik və Turan Talıbovun problemləri təsdiq olunub, əlimizdə müayinənin nəticələri var. Amma Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul sayılmır, bizdən təkrar müayinə tələb edilir. Xidmətin əməkdaşı vəfat edib deyə niyə müayinənin nəticələri qəbul edilməməlidir?
Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib. "Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar.

Halbuki Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də onların sənədinə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım. Dediyim bu məsələlər ötən həftə mediada yayıldı, sosial şəbəkələrdə paylaşıldı, şikayətimi çatdırdım. Ondan sonra Suraxanı hərbi komissarlığı mənimlə əlaqə saxladı və deyildi ki, uşağı göndərin. Mən də həmin saat özüm vaxt edə bilmədim deyə uşağı dayısı ilə komissarlığa yolladım".
Azər Talıbovun sözlərinə görə, Suraxanı hərbi komissarı ilə görüş olub və deyib ki, bir anlaşılmazlıq yaranıb, göndəriş verəcək: "Onun yanından çıxandan sonra şöbənin Zahir adlı əməkdaşı, özü mülki formada olan şəxs yaxınlaşıb və məsələni öyrənib. Məlum olub ki, həmin Zahir adlı şəxsdən şikayət etdiyimə görə acığa düşüb, prinsip aparmağa başlayıb, Turanın işini yenə dolaşığa salıb. Halbuki şöbənin komissarı anlaşılmazlıq olduğunu deyərək göndəriş verəcəyini bildirmişdi. Ancaq Zahir komissarın otağına girib, çıxdıqdan sonra Turana və dayısına deyib ki, sizə göndəriş verilməlidir, həm 2 saylı psixiatriya xəstəxanasından, həm Sabunçu xəstəxanasından keçəsən. Sonra deyib ki, biz psixiatriya xəstəxanasına çağırışçının yanında öz əməkdaşımızı göndəririk, amma hazırda getməyə adamımız yoxdur".
Azər Talıbov şikayətində qeyd edir ki, Zahir adlı şəxsin dediyi qanunsuzdur və komissarlıq komissiyadan keçməli olan hər çağırışçıya heç də öz əməkdaşını qoşmur: "Gün ərzində onlarla insan müayinədən keçir. Onlara bu qədər əməkdaş tapıb göndərmək olar? Əlbəttə ki, Zahirin qərəzi, hikkəsi obyektiv olmağa imkan verməyib. Onun məqsədi bu idi ki, kimisə Turanla göndərsin, 2 saylı psixiatriya xəstəxanasında sağlam olduğu haqda yalan rəy yazdırsın. Çünki Sabunçu xəstəxanasında ürəklə bağlı müayinəyə komissarlıq işçisi göndərmək lazım gəldiyini deməyib. Çünki ürək problemi yandaş xəstəlikdir, əsas Turanın "B 14" diaqnozudur ki, komissiya bu rəyi birinci götürür. Qanunla bizə göndəriş verməliydi, biz də gedib 2 saylı psixiatriyada keçməliydik. Ancaq Turanla guya əməkdaşlıq getməli imiş və guya işçi tapılmayıb. Yenə deyirəm, qanunsuz məsələdir, göndərişi verməliydi ki, gedək. Sadəcə, adının hallanması, ondan şikayət etməyimə görə acığa düşüb və komissarın yanına gedərək işimizə əngəl olub".
Azər Talıbov bildirir ki, bundan sonra oğlu və onun dayısı komissarlıqdan evə qayıdıb: "Mən bu məsələni ictimailəşdirmək məcburiyyətində qaldım. Çünki oğlum hərbi xidmətə yararsız, sağlam olmadığı halda, bu cür süründürməçiliyə yol verirlər, keçdiyimiz müayinənin nəticələrini tanımırlar ki, komissarlığın rəhmətə gedən işçisi Namiq Orucovun vaxtında olubmuş. Yəni ilk gündən bəhanələr, əsassız tələblər irəli sürülür. Ona görə də mən bir daha dövlət rəhbərliyindən və Mürsəl İbrahimovdan xahiş edirəm ki, bu iş nəzarətə götürülsün. Artıq başqa yol qoymurlar və hər dəfə problem yaradırlar. O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri də hazırdır, ümumiyyətlə, təkrar müayinə tələbi qanunsuzdur.
mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün, bizə mane olan komissarlıq işçiləri ilə bağlı məsələ araşdırılsın".
Onu da qeyd edək ki, bu Xidmətdə belə əməkdaşların sayı az deyil. Bunu qurumun açıqladığı rəqəmlər sübut edir. Təkcə 2024-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə SHÇDX-nin yaydığı məlumatda bildirilir. Vurğulanır ki, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Dünən, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Dünən, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Dünən, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Dünən, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Dünən, 15:48
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 15:44
“Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:39
“Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Dünən, 15:28
“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Dünən, 15:22
“İndi meydanı veriblər Manafa” - Xalq artisti
Dünən, 15:21
Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Dünən, 15:10
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Dünən, 15:08
“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Dünən, 14:50
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 14:47
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Dünən, 14:34
Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Dünən, 14:28
Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Dünən, 14:27
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Dünən, 14:24
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Dünən, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Dünən, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Dünən, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Dünən, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Dünən, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Dünən, 13:54
"Əməliyyatdan sonra qorxulu görünürdüm"
Dünən, 13:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru