Naxçıvan şəhərinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilərin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:
"Biz, Naxçıvan şəhər sakinləri, yazaraq bildiririk ki, şəhərdə vaxtilə əkilən ağaclar susuzluqdan ölür. Heç bir qurum bu ağaclara baxmır.
Naxçıvan Muxtar Respublikasının icra başçısı Cabbar Musayevin işi ancaq ondan-bundan 50 min, 100 min pul alıb, həmin insanlara obyekt üçün icazə verməkdir.
Naxçıvan şəhər Bələdiyyəsinə təyin olunan, icra başçısı Cabbar Musayevin qonşusu Seymur Talıbovun dostu və o ailəyə yaxın olan Həsənin xalası oğlu Tahir Hüseynovdur. Adını çəkdiyim şəxs vaxtilə Culfa Gömrüyündə, daha sonra hava limanında rəis olub. Talıbovların bütün çirkli əməllərinin şəxsən iştirakçısı olub. Hazırda isə şəhərə qənim kəsilib. Gömrük İdarəsindən 3 min manata yaxın pensiya alır, 2-5 min manata arası isə Bələdiyyədən maaş alır.
Bu qədər yeyintinin qabağında quruyan ağacları yada salmırlar. Şəkillərdən də görəcəksiniz ki, ağaclar necə yanır. Ancaq yol qırağında görünən, üzdə olan ağaclara su verirlər.
Eşitdiyimizə görə, Tahir Bələdiyyəyə seçilmək üçün 50 min manatdan çox pul verib.
Sizdən xahiş edirik, müraciətimizi ictimailəşdirin, bəlkə quruyan ağacların həyatı xilas edilə".