
Ard-arda çıxardığı layihələri ilə gündəm olan ölkənin ən çalışqan super ulduzu Dilarə Kazımova yeni fotosessiya etdirib.
"DİA-AZ" xəbər verir ki, çalışqan pop ulduz bu dəfə də fərqlənməyi bacarıb. D.Kazımova paytaxtımızdakı məşhur “bit bazarı”nda lentə alınan yeni layihəsinin ilk görüntülərini təqdim edib.
Estrada ulduzu 90-cı illər dəbini “modadan çıxmış moda” dövrü adlandırıb.
“1990-cı illərin stilini “o qədər də təəccüblü olmayan” hesab edənlər də az deyil. 90-cı illərin əsas əşyalarından bəzilərinin fotolarını təqdim edirəm”.
Qeyd edək ki, “Bit bazarı”nın alıcıları elə də çox deyil. Bura əsasən köhnə əşyaların həvəskarları gəlir. Bir də keçmişimizlə bağlı filmlərin çəkilişləri üçün kinostudiya işçiləri.
Odur ki, keçmişi xatırlamaq istəyənlər hansısa filmdə bir vaxtlar öz evində olmuş əşyanı görərkən təəccüblənməsin.



