Bakıda cütlük nişan günü ayrıldı .....                     İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: .....                     Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib .....                     Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri .....                     Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb .....                     Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır .....                     Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib .....                     Ağ Evdə Ukrayna müzakirələri: .....                     Azərbaycan Fransaya neft satışını bərpa edib .....                     Tramp həmin görüşdə Azərbaycandan danışdı .....                     “İçinizdə hürün, insanların inancına…” .....                     İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib .....                     Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... .....                     "Onlara “dur” deyən yoxdur..." .....                     Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı .....                     Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək .....                     Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb .....                     İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər .....                     Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır .....                     Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" .....                     ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir .....                     Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb .....                     Yetərsay çatmadı, bir qurumun 2 tenderi .....                     Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır .....                     “Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” .....                     Zaman ermənilərin əleyhinə işləyir .....                     Astarada başçıya söykənən ÖZBAŞINALIQ... .....                     Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? .....                     “Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI .....                     "İbrahim sazişləri" ilə nə etməli?.. .....                     Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... .....                     Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR .....                     Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək .....                     "Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" .....                     “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü .....                     “İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” .....                     Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları .....                     Rəsmən dilənçilik edirlər... .....                     Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü .....                     Ramin Quluzadəyə itki üz verib .....                 

"Parlament seçkilərinə namizədliklə bağlı jurnalistlər durmadan mənə zəng edirlər... - Demək ki, məni orada görmək istəyirlər
Tarix: 10-05-2024, 08:44 | Çap et
"Parlament seçkilərinə namizədliklə bağlı jurnalistlər durmadan mənə zəng edirlər...
“Vaxtilə dahi Qara Qarayev başda olmaqla, Rəşid Behbudov, Arif Məlikov, Zeynəb Xanlarova, Cabir Novruz, Zəlimxan Yaqub xalqımızın incəsənət xadimləri olaraq parlamentdə əyləşiblər. Mənim üçün də çox fəxr, şərəf olar ki, Milli Məclisdə xalqımızı təmsil edim. Onsuz da yaradıcılığım boyu ilk gündən bu günədək hər zaman dövlətin bir əsgəri, xalqımızın fədaisi, sənətinin aşiqi olmuşam. Ömrümün sonuna qədər də belə olacaq. Bu iş insanın öz içindən gəlməlidir, sonra insan həyatda bu missiyanı yerinə yetirir. Sadəcə, millət vəkili seçiləndə isə rəsmi olaraq parlamentdə oturursan. Onsuz da, hər birimiz millət vəkillərimizin yanındayıq. Onlar da tədbirlərimizdə həmişə bizim yanımızdadırlar. Fəxr edirlər ki, bizim kimi sənətkarlar var. Deputatlarımız tədbirlərimizə gələndə bizi yenidən kəşf edirlər. Çünki tədbirlərdə yaradıcılığımızda görmədikləri daha gözəl əsərləri dinləyirlər, sanki bizi daha yaxından tanıyırlar. Bu baxımdan, çox sevinirəm ki, parlament seçkilərinə namizədliklə bağlı jurnalistlər durmadan mənə zəng edirlər. Demək ki, məni orada görmək istəyirlər”.

Bu sözləri Pravda.az-a müsahibəsidə Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib.

O bildirib ki, bəstəkar müğənni kimi onun yaradıcılığı ötən il böyük layihələr, konsertlərlə yadda qalıb: “Xalqımızın maariflənməsi üçün nəzərdə tutulmuş həmin layihələrdə mədəniyyətimizin bizə qoyub getdiyi milli irsi, ənənələri musiqi sənətinə özüməməxsus verdiyim töhvələrlə birləşdirdim. Ara-sıra böyük layihələrlə də məni efirlərdə görümüsünüz. Hazırda da bu yoldayıq. Çox sevinirəm ki, qarşıdan parlament seçkiləri gəlir. Allah Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevi xalqımızın başının tacı olaraq hər zaman var eləsin. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı Allah qorusun. Hörmətli, qayğıkeş, diqqətli millət vəkillərimizi Allah var eləsin. Seçkilərdə onlar seçiləcəklərsə, elə bu missiyanı davam etdirsinlər. Əlbəttə, Allah mənə millət vəkili olmağı qismət edərsə, bəstəkarlığımda, şairliyimdə, müğənniliyimdə, analığımda, balalığımda, dostlar arasında necə qayğıkeş olmuşamsa, parlamentdə də bu cür seçiləcəyəm. Bilinəcək ki, parlamentdə incəsənət xadimlərindən Elza Seyidcahan var. İncəsənət insanlarının hər zaman yanında olmuşam, bundan sonra parlamentdə olsam, mənim üçün şərəf olar. Kaş ki bu, həyata keçəydi. Yaşımın elə bir vaxtıdır ki, nə qocayam, nə də cavanam. Canımın sulu vaxtıdır. Yəni, tez olsaydı, deyərdim ki, bir az cahil olardım. Gec yaşda olsam, qoca olardım, deyərdim ki, məni narahat etməyin, canımla əlləşirəm. Allah göstərməsin. Bəzi millət vəkilləri var, deyirlər ki, xəstəyəm, məni narahat etməyin. Amma mənim indi, doğrudan da, ən güclü vaxtımdır. Enerjim çoxdur. Buna görə istəyərəm ki, enerjimi parlamentdə də millət vəkili kimi sübut edim, necə ki sənətimdə sübut etmişəm”.

E.Seyidcahan qarşıdan gələn parlament seçkilərinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə bunları deyib: “Allahın işidir, bilmək olmaz. Elza Seyidcahan aysberqdir. Birdən görə bilərsiniz ki, suyun içindən aysberq olaraq çıxdı. İnanın, heç özüm də bilmirəm. Yaponların bir sözü var, “Allahı güldürmək istəyirsənsə, gələcək planlarından haqqında danış”. Həyatımda nə varsa, nə görürsünüzsə, sadəcə, çalışıb-vuruşmuşam. Öz yolumda zəhmət çəkmişəm. Hansı xoşbəxtliklərim varsa, onların hamısını Allah mənə oturduğum yerdə qismət edib. Bu gün Əməkdar artistəm, Azərbaycanın və Qırğızıstanın Bəstəkarlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Bunların heç birini mən bilmədim, oturduğum yerdə mənə şad xəbərlər gəlirdi. Əlbəttə, işim çoxdur. Fikirləşsəm, qərar versəm, Allahın köməkliyi ilə bu şərəfli yolu gedərəm. İki dəfə parlament seçkilərində iştirak etdim. Bu, mənim həyatımda ən şərəfli yollardan biridir. Mən seçkilərə qatılaraq bilmişəm ki, dislokasiya, protokol, MSK, qərargah, seçki məntəqəsi, seçicilər, müşahidəçilər, təbliğat-təşviqat kampaniyası nədir, yığıncaqları harada etmək olar, harada olmaz. Onsuz da mənim təcrübəm böyükdür. Çünki mən vaxtilə mərhum millət vəkili Qənirə Paşayeva ilə aylarla addım-addım Türk Dünyasını gəzmişəm. Bu yol Ulu Öndərimizdən bizə qalan böyük diplomatik yoldur. Ulu Öndərimizin qanı hər birimizin iliyindən axır. Musiqilərimdə hər zaman dövlətimizi təmsil etmişəm. Mənə bunu millət vəkillərimiz də həmişə deyiblər ki, “maşaAllah, özün də millət vəkilisən, elə bil kəşfiyyatçı jurnalistsən, Azərbaycanın xəbəri yoxdur ki, belə bir kəşfiyyatçı jurnalist var”. Qənirə xanımla səfərlərə gedəndə yanında iki jurnalist aparırdı ki, xəbərləri anında kompüter vasitəsilə ictimaiyyətə tez çatdırsınlar. Görürdüm ki, Qənirə xanım əsəbləşib. Deyirdi ki, xəbərləri niyə mətbuata tez çatdırmırsınız? Deyirdilər ki, “Qənirə xanım, kompüter, internet donur”. Çünki xəbərlər Qarabağla bağlı tarixi faktların dünyaya çatıdırılması ilə bağlı idi. Mən həmin məlumatları qısa, diplomatik qaydada “İnstaqram” səhifəmdə paylaşırdım. Qənirə xanım görürdü ki, saytlar artıq Bakıda bu haqda yazıblar. Qənirə xanım soruşurdu ki, bəs bu xəbərləri kim yazıb? Deyirdilər ki, Elza xanımın “İnstaqram” səhifəsindən götürüblər. Qənirə xanım da deyirdi ki, baxın, Elza xanımdan öyrənin, Azərbaycanın xəbəri yoxdur ki, kəşfiyyatçı bir jurnalist var – Elza Seyidcahan. Bu baxımdan, mən hər şeyin yerini bilən insanam. Hərdən deyirlər ki, Elza emosional insandır. Emosional olan mənim istedadımdır. Hər zaman Vətənimin tarixi faktlarını yaymağa çalışmışam, insanların könlünü necə almaq lazım olduğunu, onlara qayğı göstərməyi bilirəm. Bu bizə Ulu Öndərimizdən miras olaraq qalıb. Ötən gün 9 May - Qələbə Gününü qeyd etdik. Bizim ailəmizdə babalarımız, analarımızın əmiləri, dayıları Böyük Vətən Müharibəsində vuruşublar. Qayıda bilənlər qayıdıblar, qayıda bilməyənlər qayıtmayıblar. Mənim babam Berlinə qədər getmişdi, amma qayıtdı. Onun iki qardaşı isə qayıtmadı. Babam ölən gününə qədər ağladı, göz yaşı qurumamışdı, qardaşlarını axtarırdı. Hər birinin ruhu şad olsun. Yəni bizə də bu tərbiyə, öyüd-nəsihət elə verilib. Azərbaycan xalqı Ulu Öndərimizin qoyub getdiyi irsi, siyasi, diplomatik yolu dünya durduqca, bəşər durduqca davam etdirəcək. Biz bəstəkarlar da bunları musiqilərimizlə çatdırırıq. Mənim müəllimim Arif Məlikovun son əsəri "Əbədiyyət" simfoniyası Ulu Öndərimizə həsr olunmuşdu. Bizim əvvəlimiz, axırımız, dünənimiz, bu günümüz, sabahımız gözümüzü açandan Ulu Öndərin müdrik siyasəti ilə bağlı olub. İnanıram ki, belə də olacaq. Mənim üçün şərəf olar ki, parlamentdə dövlətimizin yolunu dəstəkləyim. Onsuz da, millət vəkili seçilməsəm də, həmişə bu yolu dəstəkləyəcəyəm. Bu, mənim amalımdır. Seçilsəm, nə xoş. Heç nə dəyişmir, təkcə kağız üzərində nəsə dəyişir. Bu gün necəyəmsə, sabah da belə olacağam. Sadəcə, deputat olsam, bir az səlahiyyətlərim artacaq. Allah özü bilən məsləhətdir. Əlbəttə, deputat olmaq istəyirəm, böyük arzumdur. Arzum olmasaydı, bu şərəfli yolu böyük çətinliklərlə iki dəfə getməzdim. Mənim bu yolda böyük zəhmətim var. Yazıçı Anar Rzayev, Fikrət Qoca da uzun illər millət vəkili olublar. Biz də bu dövrün sənətkarlarıyıq. Bizdən sonra da gənclər gəlirlər. Zeynəb Xanlarova öz sənəti ilə Sovet dövründə böyük əziyyətlərlə Azərbaycanı təmsil edirdi. Zeynəb xanıma millət vəkili kürsüsü də çox yaraşırdı. İndi millət vəkili olmasa da, yenə də başımızın tacıdır, onu çox sevirik. Azərbaycan sənətinə böyük töhfələr verib. Nümunəvi şəxsiyyətdir”.

E.Seyidcahan ümummilli lider Heydər Əliyevi anadan olmasının 101 illiyində belə yad edib: “Bu gün Ulu Öndərimizin anım günüdür. Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının xətti ilə “İthaf” əsərimlə açılış oldu. Solist Əməkdar artist İnarə Babayevanın ifası və Cahangir Cahangirov adına xor kollektivinin, Xalq artistimiz, dirijor Fəxrəddin Kərimovun müşaiyyəti ilə həmin əsər çox bəyənildi. Ötən il - “Heydər Əliyev İli”ndə, Ulu Öndərimizin 100 illiyi ərəfəsində 4 böyük layihə həyata keçirdik. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 19 may Atatürkün anım günüdə, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında solo konsertim oldu. Hamısı Ulu Öndərimizə həsr olunmuşdu. Bu il isə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 8 Martda böyük tədbir keçirdim. Qarşıda yenə də bu illə bağlı tədbirlərim, konsertlərim gözlənilir. Səfərlərimiz də var. Yaxın zamanda səfərlərimiz haqqında da yəqin ki eşidəcəksiniz...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Bu gün, 15:19
İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Bu gün, 15:13
Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Bu gün, 15:04
Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Bu gün, 14:56
Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Bu gün, 14:50
Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Bu gün, 14:45
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 13:38
Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Bu gün, 13:00
Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Bu gün, 12:58
Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Bu gün, 12:55
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Bu gün, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Bu gün, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Bu gün, 12:42
"Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 12:38
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:27
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Bu gün, 12:24
İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Bu gün, 12:22
Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Bu gün, 12:14
Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Bu gün, 12:07
ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Bu gün, 11:58
Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Bu gün, 11:55
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:25
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Bu gün, 11:21
“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Bu gün, 11:17
Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Bu gün, 11:00
Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Bu gün, 10:55
"İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50
Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... - AKTUAL
Bu gün, 10:41
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13
“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51
Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46
40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43
Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? – Borcu 700 min manatı ötüb
Bu gün, 08:30
Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Bu gün, 08:24
“LC Waikiki”-in müştərisi narazılıq edir - Şok faktlar üzə çıxdı
Bu gün, 07:26
Əvvəlcə təmir etdilər, indi də bağlayırlar - AXI NİYƏ?..
Bu gün, 07:14
İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır - GƏLİŞMƏ
Bu gün, 07:10
"Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" - ETİRAZ
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru