"Gecə yatanda televizoru söndürmürdü ki, səsi gəlsin"
Tarix: 25-01-2024, 08:28 | Çap et
 “Arif ölümdən, qaranlıqdan qorxurdu. Gecə yatanda televizoru söndürmürdü ki, səsi gəlsin. Yadımdadır, təxminən 1995-ci il idi. O çarpayıda, divanda yox, yerdə yatırdı. Pişik keçmişdi, nəsə tıqqıltılı bir səs gəlmişdi. Bir də gecə vaxtı gördüm ki, Arif geyimlərini qucağına alıb qaçır. Bir az aralıda bir qohumumuz yaşayırdı. Dedi ki, “burada yatmıram, qorxuram, gedib onlarda yatacam”. Nə illah etsəm də gedib gecəni orada yatdı. İndi təsəvvür edin onun ölümü bir anlıq mənə yuxu kimi gəlir. O anları, o günləri xatırlamaq mənim üçün çox ağırdır, əzab çəkirəm. Xatırlayanda istər-istəməz stress keçirirəm. İndi də qapı döyüləndə elə bilirəm ki, odur gələn. Gözüm hər yerdə onu axtarır. Hər filmdə, hər serialda, həm teatr tamaşasında onu görürəm. Gəncədə qastrolda olanda tamaşaçılar əyləşəndən sonra bizi gəlib özü zala buraxdırırdı. Həmişə də qabaq cərgələrdə otururduq. Camaat da elə bilirdi ki, aktyorlarıq. Əl çalırdılar, bizi hörmətlə qarşılayırdılar”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin bacısı Zərifə Rəhimova deyib. O daha sonra əlavə edib. “Övladları, nəvələri bəzən Gəncəyə gəlib-gedirlər. Yanlarında ataları haqda heç nə danışmıram. Çünki onların atası dünyadan nakam köçdü, həyatda bir gün görmədi. Elə də mən özüm. Biz uşaqlıqdan ayrı düşdük. Çünki nə atamız oldu, nə də anamız. Bu dəqiqə onun həyat yoldaşı Gülzar xanım xəstədir. Uşaqlar bu dəfəki gəlişlərində onu gətirə bilməmişdilər” deyə sənətkarın bacısı bildirib. Sənətkarın bacısı qardaşı Arif Quliyevlə uzun illərdən sonra 1988-ci ildə görüşdüyünü bildirib. “Biz 1988-ci ildə görüşdük, birləşdik. O vaxtdan bu vaxta qədər daha da doğmalaşdıq. Xoşqədəm Baxşəliyevanın “Səni axtarıram” verilişinə gündə bir qadın çıxırdı ki, Arifin anasıyam. Arif mənə təklif etdi ki, gəl verilişə çıxıb, hər şeyə aydınlıq gətirək. Mən buna razılıq vermədim. Çünki efir adamı deyiləm, qətiyyən müsahibə vermirəm. Təkcə sizdən keçə bilmirəm. Ariflə biz doğmadan da doğma idik. Sadəcə olaraq Arifin atasının kim olduğunu, mən anamın kim olduğunu bilmədim. Çünki bizim yaşlılarımız deyirdi ki, “Arif anamın arxasınca gəlib”. Sonra anam ağır xəstə olub, aparıb onu əmimin arvadına verib. Mənim anamı yerbəyer edəndən sonra Arifi aparıb uşaq evinə veriblər. Arifi uşaq evinə atamın birinci həyat yoldaşının bacısı verib. İkinci həyat yoldaşı da mənim anam olub. 11 yaşım olanda atam dünyasını dəyişdi. Sonra əlaqələrimiz kəsildi. İllər sonra görüşdük. 3 gün evimizdə qonaqlıq verdik. O vaxt kamera yox idi. Çətin illər idi. Bircə ona görə heyfsləndi ki, kaş kamera gətirərdim. Evimizə nə qədər sənətkarları gətirmişdi. Nəsibə Zeynalova da bizdə olub. Ən yaxın dostu aktrisa Naibə Əlibəyova ilə bizə gəlirdi” deyə sənətkarın bacısı bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47 |
|
|
|
• Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46 |
|
|
|
• "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30 |
|
|
|
• Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28 |
|
|
|
• Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15 |
|
|
|
• Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08 |
|
|
|
• Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59 |
|
|
|
• Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57 |
|
|
|
• "Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55 |
|
|
|
• Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47 |
|
|
|
• Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40 |
|
|
|
• Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39 |
|
|
|
• Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33 |
|
|
|
• Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20 |
|
|
|
• "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16 |
|
|
|
• "Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14 |
|
|
|
• "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06 |
|
|
|
• ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34 |
|
|
|
• "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31 |
|
|
|
• Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28 |
|
|
|
• Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25 |
|
|
|
• Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23 |
|
|
|
• Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18 |
|
|
|
• “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16 |
|
|
|
• Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13 |
|
|
|
• Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02 |
|
|
|
• Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58 |
|
|
|
• Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52 |
|
|
|
• Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41 |
|
|
|
• "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39 |
|
|
|
• Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36 |
|
|
|
• Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27 |
|
|
|
• Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19 |
|
|
|
• Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26 |
|
|
|
• Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21 |
|
|
|
• "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42 |
|
|
|
• Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29 |
|
|
|
• Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26 |
|
|
|
• Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21 |
|
|
|
• Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19 |
|
|
|
• "İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11 |
|
|
|
• Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09 |
|
|
|
• “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06 |
|
|
|
• Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01 |
|
|
|
• Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48 |
|
|
|
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28 |
|
|
|
|