İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                     Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... .....                     Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var .....                     “Almet Baku” kiçilib .....                     "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" .....                     İsrailin 5 dollarlıq yeni silahı .....                     "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" .....                     Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında .....                     “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” .....                     Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? .....                     3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri .....                     Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər .....                     Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem .....                     `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... .....                     Dələduzluq edən qadınla bağlı qərar açıqlandı .....                     Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? .....                     Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir .....                     Anri “Qarabağ”a niyə inanırdı? .....                     Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir .....                     "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz" .....                     Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı .....                     Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı .....                     Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                     “Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                 

Muğamdan qorxanlar üçün... antidepressant - replika
Tarix: 11-10-2023, 16:17 | Çap et
Muğamdan qorxanlar üçün... antidepressant
Əslində muğam - geniş anlayışdır. Necə deyərlər, orqanik olaraq, bütöv, harmonik bir sistemdir. Muğamın depressiya yaratması fikri ilə razı deyiləm. Bu cür fikirlər xeyli yayğın olduğuna görə ayrıca bir yazı ilə öz mülahizələrimi bölüşmək istədim.

Əvvəla, baxır ifaya. Soruşuram: hansı Azərbaycanlı Seyid Şuşinskinin "Arazbarı"sını dinləyən kimi dərhal gedib, özünü Xəzər dənizində boğub?! Alim Qasımovun "Rahab"ından sonra kim özünü "Alov qüllələri"dən yerə atıb?! Kim Yaqub Məmmədovun "Rast" dəstgahına qulaq asanda o qədər əfkara qapılıb ki, otağa çəkilib, qapını bağlayıb və... balışa ağlayıb?! Arif Babayevin "Segah"ından təsirlənib xarakiri edən çoxmudur?!

İkincisi, muğamın içində müxtəlif ritmlər, çalarlar - təsniflər, rənglər, diringələr var. Ayrıca zərb muğamları da var axı. Ağzımızda "zərb muğamı" deyirik!

Amma əsas muğamların - Segah, Bayatı-Şiraz, Rast, Çahargah, Hümayun, Şur, Şüştər dəstgahlarının içində də ritmik hissələr var. Bayaq sadaladım. Ona qalsa, gərək aşıq musiqisinə də qulaq asmayaq. İndi neyləyək?! "Ruhani" havasını qadağan edək?!

Muğam başqa klassik sənət örnəklərimiz kimi bizi birləşdirən dəyərlərdəndir. Ana dilimiz, Vətən torpağı, istiqlalçılıq təfəkkürü, "Dədə Qorqud" dastanı, Qobustan rəsmləri... bizi necə bir nöqtədə birləşdirir, identikləşdirirsə, muğamın Azərbaycan versiyası da eləcə. Bizi birləşdirən dəyərlərə niyə hücum edirik?! Anlamıram.

Bir zamanlar postmodernist yazarlar bu fənddən erkən məşhurluq üçün çox istifadə edirdi. İndi yenə də dirçəlir bu "ənənə". Belə görünür.

Azərbaycanın dünyaya səs salmış alimləri, şairləri, filosofları, sənətçiləri muğamın xiridarları, vurğunları olub. Nəsimini, Füzulini, Nəbatini, Seyid Əzimi, Sabiri, Vahidi... daha çox muğamla tanımamışıqmı?! Muğamda tapmamışıqmı?!

Biri yazır ki, muğam milləti yatızdırır?! Muğam milləti yatızdırsaydı, intonasiya yaddaşı muğamata köklənmiş Qarabağdan Rafiq Əliyev, Xudu Məmmədov, Məmməd Xələfov kimi alimlər çıxmazdı. Onları şəxsən tanıdığım üçün adlarını çəkdim və bilirəm ki, muğamı sevən, dinləyən insanlardır. Muğam bizi yuxuya versəydi, onlar da yatardı. Belə böyük elm xadimləri yetişməzdi. Şirvanda da yetişməzdi, Gəncədə də, Bakıda da, Şəkidə də...

Deyirsən ki, muğam yatızdırır.

Adama deyərlər: sən muğam dinləmirsən, bəs niyə yatmısan?! Ətrafında baş verən taleyüklü hadisələrə, ölkədəki, dünyadakı vəziyyətə dair bir dişə dəyən paylaşımı olmayanlar - fil qulağında istirahət edənlər də deyir ki, muğam milləti yuxuya verib?!

Hamıya aid deyil, təbii ki.

Muğam millətə zərərli olsaydı, Üzeyir bəy Hacıbəyli kimi milli qeyrətli düha gözünün nurunu töküb, o boyda musiqi xəzinəsini nota köçürməzdi?! Üzeyir bəyin operaları muğam üstündə deyilmi?! Niyə sevilib bu qədər?! Sevilməzdi də.

Yaxud meydanlarda yüzminlərlə insan "Koroğlu" operasının üvertürası ilə bir yumruğa dönürdü. Muğam üstündə deyilmi bu?! Milli-azadlıq hərəkatı zamanı insanları ayağa qaldırıb nümayişlərə çıxaran, ruhunu bədənində cövlan etdirən marşı "Heyratı" zərb muğamının melodiyası ilə hayqıran biz deyildikmi?! Qarabağı unutdurmayan və bizi torpaqlarımızın azad olunmasına onillər boyu çağıran "Qarabağ şikəstəsi" deyildi ki?! Ən ümidsiz - Şuşasız günlərimizdə belə konsertlərin lap sonunda "Qarabağ şikəstəsi" oxunanda hamı ayağa qalxıb alqışlamırdı?! Yaxud "Qarabağ bülbülləri"nin ifasında - uşaq səsində "Bayatı-Şiraz" səslənəndə, itirdiyimiz torpaqlar, arxada buraxıb gəldiyimiz xatirələr üçün ürəyimiz titrəmirdimi?! Göz yaşı axıtmırdıqmı?! İşğalçıya qəzəbimiz körüklənmirdimi?! Qanımız damarımızda oynamırdımı?! 44 günlük müharibənin melodik rəmzinə çevrilən "Xudayar" təsnifinə nə deyirsiniz?! Bu ki caz, rok, pop... deyil.

Caz demişkən, Vaqif Mustafazadə cazı muğamla sintez edib, bizi dünyaya mədəni millətlərdən biri kimi tanıtmamışdımı?!

Adama deyərlər, muğamı sevmirsən, dinləmirsən, onda niyə yuxulayırsan?! Niyə depressiyadan əziyyət çəkirsən?!

Kimsə yuxulamaq üçün muğamı bəhanə edirsə, o başqa. Yaxud öz depressiv ruh halına səbəb göstərmək üçün muğamı seçirsə...

Dələduzluğa görə yatıb çıxmış və... TV kanalına çıxmış falabaxan aparıcını dinləyəndə, bəstəkar-müğənni "şairə"sinin başındakı çalağan yuvasını görəndə, efirlərdən sosial ağlaşma proqramlarını izləyəndə, hərşeyşünasların və vətənşüvənlərin meydan suladığına baxanda, adını "politoloq" qoymuş və milləti loxlayan politoloxları seyr edəndə... depressiyaya düşmürüksə, narahat olmayın, muğam eşidəndə də düşmərik. Tüğyan edən korrupsiyadan, pozulan hüquqlardan, yeyilən haqlardan, məmur özbaşınalığından, ceyran belinə qalxmış dükan-bazar qiymətlərindən... depressiyaya düşüb ölməmişiksə, deməli, muğamatdan heç qorxmağa dəyməz!

Ayrıca muğamdan çox qorxanlar istəsələr, bu mətni antidepressant kimi də qəbul edə bilərlər.

...Mən musiqiçi deyiləm. Muğam bilicisi heç deyiləm. Sadəcə, Qarabağda muğamın sədaları altında böyümüşəm. Milliyyətcə Azərbaycan türkü, coğrafiyaca Azərbaycanlıyam. Bu yazdıqlarım mənim şəxsi düşüncələrimdir. Yanlış şərh etmiş ola bilərəm; fikirlərim mübahisəyə, təbqidə, təbii ki, açıqdır. Ancaq bir fikrimi təkrarlayaraq bu yazını yekunlaşdırıram: muğam da bizi birləşdirən dəyərlərdən biridir. Bizi birləşdirən dəyərləri zədələməyək. Əgər biz... bizdən qopmaq istəmiriksə.

Məncə, bunu istəmirik və istəmərik də.

Elə deyilmi?!

Bahəddin Həzi, Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03
`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00
Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52
Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru