Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı .....                     Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər .....                     “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” .....                     Sərxoş kişi yarışda idmançıları geridə qoydu .....                     "Buna susa, göz yuma bilmərəm" .....                     Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı .....                     İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? .....                     İş adamı Süleyman Babayev həbs edilib .....                     Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq .....                     Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? .....                     “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” .....                     Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb .....                     Zakir İbrahimov nazir təyin olunur? .....                     Şərtlərə cavab verən təklif tapılmadı .....                     Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? .....                     Azərbaycanlı turist bir meyvəyə görə .....                     Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: .....                     "Razin"dəki "Akkord"un binasında FACİƏ: .....                     Qaro Paylan Ərdoğana müraciət etdi .....                     Doğrudanmı, sülh sazişi gecikib? .....                     Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? .....                     Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir .....                     Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı .....                     Pezeşkianın sözləri SEPAH-ı silkələdi: .....                     İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi .....                     Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? .....                     Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub .....                     Bakı 127 illik plana razılaşdı: şifrələr açılır .....                     İrəvana 2 “ev tapşırığı”: .....                     Bahalı təhsil, şəffaf olmayan hesablar .....                     Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? .....                     Saleh Məmmədov rəisi işdən çıxardı .....                     Onlayn xidmət budursa... .....                     Paşinyan Antonio Koşta ilə Minsk qrupunun ləğvini .....                     “ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” .....                     Bir generalın təhdidi, yüz generalın cavabı .....                     Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı .....                     Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir .....                 

Baba Vəziroğlu “Poz, qazan”a ÜSYAN ETDİ - “Lotereya qadağan deyil, amma belə yox, “ağ eləməyin””
Tarix: 29-09-2022, 09:25 | Çap et
Baba Vəziroğlu “Poz, qazan”a ÜSYAN ETDİ
“Təbii ki, “Poz, qazan” kimi lotereyalar insanı yoluxduran oyunlar sayılır. Aydındır ki, həmişə möcüzələrə atlanan kasıblar olur. Möcüzə gözləyən kasıbdır ki, bəlkə, göydən bir torba pul düşər, problemimi həll edərəm. Zənginlərə göydən düşən pul lazım deyil ki. Onların yerdə pulları çoxdur. Lotereyaya pis baxmıram. Reklamlarda da verirlər, kiminsə bəxti gətirir, gedib evini təmir etdirir. Lotereyanı ona görə icad ediblər ki, oyunu təşkil edənlər daha çox qazansınlar, nəinki millət. Bəxtəbəxt bir şeydir. Yüzü uduzur, biri-ikisi qazanır. Amma ən çox qazanan, təbii ki, lotereyanı təşkil edən şirkətdir. Dövlətə də müəyyən faiz gedir, aydındır. Əleyhinə deyiləm. Amma belə lotereyaların bilavasitə məktəblərin, mədəniyyət ocaqlarının yaxınlığında satılması məni də narahat edir. Şagirdi təhsildən heç nə ayırmamalıdır. Belə şirnikləndirici oyunlar məktəbləri elmdən, təhsildən yayındıra bilir. Bakı Şəhər İcra Hakimiyyətinin başına yer qəhət deyil ki…”

DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O bildirib ki, “Poz, qazan” kimi lotereyaların satışı üçün məktəblərdən, mədəniyyət ocaqlarından daha əlverişli yerlər var: “O lotereya masalarını düzməyə Bakıda yer çoxdur. Restoranların, kafelərin qabağında satsınlar. Lotereyaya meyillilik daha çox belə yerlərə girən insanlardadır. Belə insanların vaxtları daha çoxdur. Buna ictimaiyyət öz səsini qaldırmalıdır. Amma məktəblərin, mədəniyyət ocaqlarının yaxınlığında belə satışların həyata keçirilməsi ilə bağlı məsələni əsas Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi qaldırmalıdır. Belə yerlərdə lotereyaların satışı ürəkaçan deyil. Uşaqlarımız belə oyunlara, telefonla göndərilən əxlaq pozucu videolara çox meyillidirlər. Hansısa qüvvələr çalışırlar ki, uşaqlarımız savadsız, təhsilsiz, mədəniyyətsiz qalsınlar. Bunu istəyən qüvvələr çoxdur. Onlar, təbii ki, dost yox, düşməndirlər. Bunu biz anlayırıq. Onlardan qorunmağa çalışırıq. Bir də var, öz doğma qurumlarımız, yaxud sapı özümüzdən olan baltalar buna şərait yaradanda, əlbəttə, bizə toxunur. Bizim yüz dəfə bunu deməyimizlə əmələ gəlmir. Azərbaycanda əsas işləyən dövlət rıçaqlarıdır. Hətta dinin də rıçaqları işləmir. Din deyəndə ki, bunu edən cəhənnəmə gedəcək, deyəcəklər “əşi, cənnəti elə mən burda gördüm, cəhənnəm bilmirik var, ya yoxdur”. Amma dövlətin rıçaqları möhkəmdir, onlar hərəkətə keçməlidir. Dövlətin həbsxanası, təhdidləri, cəzası var. Dövlət deyir “cəhənnəmdə yox, elə indi cəzalandıracağam”. Dövlətin üstünlüyü də bundadır. Mən təsadüfən Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin adını çəkmədim. Onlar mütləq etiraz səslərini rəsmi şəkildə qaldırmalıdırlar. Bakı Şəhər İcra Hakimiyyətinə gücləri çatmırsa, daha böyük yuxarı instansiyalara müraciət etməlidirlər. “Lotereya satırsınız, çox sağ olun, amma bizdən bunu uzaq edin” deməlidirlər. Lotereya oyunu bizdə qadağan deyil ki. Edin, amma belə yox, loru dildə desək, “ağ eləməyin””.

Baba Vəziroğlu Bakının mərkəzi yerlərində qumar xarakterli lotereyaların satışına icazə verildiyi halda, kitab satışının, sərgisinin təşkilinə icazə verilməməsinə də münasibət bildirib: “Kitab satışına heç bir məhdudiyyət olmamalıdır. Hətta yazıçı Kəramət Böyükçöl kitablarını satır. Mən alqışlayıram ki, ona maneə olan yoxdur. Küçə musiqiçiləri kimi hər bir müəllif öz kitablarını qarşısına qoyub sata bilər. Düzdür, mötəbər mənbədən eşitmişəm ki, küçə musiqiçilərindən də “haqq” alırlar. Fərqi yoxdur, kitabımı satıramsa, mən də müəyyən qədər “haqq” verim, razıyam. Təki məhdudiyyət olmasın. İctimai qaydaları pozmamaq şərtilə. Kitab satışı “Quran” satışı kimi bir şeydir. “Quran” da kitab adlanır”.

B.Vəziroğlu oxuduğu kitablardan da söz açıb: “Ən son oxuduğum kitab elə öz kitabımdır. İki gün qabaq çapdan çıxıb. “Qalanı xatirədir” adlı kitabdır. Ona görə oxuyuram ki, görüm nə səhvlər gedib. Bundan əlavə, əlbəttə, hər gün oxuduğum kitablar var. Azərbaycan, rus, dünya ədəbiyyatı… Tez-tez oxuduğum rus klassikasından Çexov, bizdən isə Rafiq Tağıdır. Tez-tez onlara qayıdıram. Əlbəttə, dostum Ramiz Rövşəni oxuyuram. Əslində oxumaq deməyək, tez-tez onlara qayıdıram. Çünki yaxşı təzə kitab artıq möcüzə kimi bir şeyə çevrilib, həmişə yoxdur axı. Ona görə də dəfələrlə, təkrar-təkrar sevdiyim yazıçılara qayıdıram, Dostayevski, Markes, Çexov, Rafiq Tağı, Ramiz Rövşən… Bu gün oxuduğum yazıçılardan biri də Şərif Ağayardır. Mübariz Örən də. Əsasən nəsir daha çox oxuyuram. Kəramətin isə bütün statuslarını oxuyuram. Düzdür, yazılarını oxumuram. Amma Kəramət statusları ilə insanı hər hala sala bilir. Həm ağladır, həm güldürür, düşündürür. Hərdən oxuyanda, ümumiyyətlə, dünyadan bezar olub, çıxıb getmək istəyirsən. Elə olur, az qala getmək ərəfəsində olduğun halda, başqa statusunu oxuyub geri qayıtmaq istəyirsən ki, dünya gözəldir. Hər mənada Kəramət Böyükçölün yazdıqları mənə çox xoşdur, mənim üçün öz yeri var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Dünən, 17:07
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Dünən, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Dünən, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Dünən, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Dünən, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Dünən, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Dünən, 15:18
İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Dünən, 15:12
Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Dünən, 15:08
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Dünən, 15:05
Bakı 127 illik plana razılaşdı: şifrələr açılır – Türk dünyasında həyəcan
Dünən, 14:47
İrəvana 2 “ev tapşırığı”: - Müşahidə Missiyası gəldiyi yerə qayıdır
Dünən, 14:43
Bahalı təhsil, şəffaf olmayan hesablar - Universitetlərdə narazılıq böyüyür
Dünən, 14:37
Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? - TƏFƏRRÜAT
Dünən, 14:31
Saleh Məmmədov rəisi işdən çıxardı - ƏMR
Dünən, 14:28
Onlayn xidmət budursa... - GİLEY
Dünən, 14:20
Paşinyan Antonio Koşta ilə Minsk qrupunun ləğvini MÜZAKİRƏ ETDİ
Dünən, 14:09
“ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” – “Qazaxıstan, Qırğızıstan diri heyvan ixracını dayandırıb”
Dünən, 13:06
Bir generalın təhdidi, yüz generalın cavabı – NATO və Kreml arasında “Kalininqrad döyüşü”
Dünən, 13:00
Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı
Dünən, 12:56
Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir – Regionu hansı təhlükələr gözləyir?
Dünən, 12:48
Məhbus jurnalistdən məktub var: -"Cənab Prezidentlə fəxr edirik"
Dünən, 12:44
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar
Dünən, 12:42
Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib - “Kommersant”
Dünən, 12:37
Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq - TENDERLƏR QAZANDI
Dünən, 12:28
Donetskdə şiddətli döyüş: - “Azov” hücuma keçdi
Dünən, 12:26
Barəsində cinayət işi açılan Aytən Səfərovadan AÇIQLAMA: - “Bunun arxasında hansısa qüvvələr dayanıb”
Dünən, 12:24
Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək - TENDERİN QALİBİ AÇIQLANDI
Dünən, 12:20
Paşinyan da “türk Pezeşkian”ı deyir - ŞƏRH
Dünən, 12:18
Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir – Azərbaycanda “Aİ-95” istehsal edilib?
Dünən, 12:14
Paşinyan məzuniyyətə getdi
Dünən, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru