"Dövlətə müraciət olunmalıdır ki, məmurlar, icra strukturları haqqında ciddi ölçü götürülsün" - ÇAĞIRIŞ
Tarix: 28-05-2022, 09:42 | Çap et
 “Sosial problemləri işıqlandıran verilişlərdə aktiv şəkildə iştirak edirəm və müsahibəmdə də bəhs etdiyim halları, cəmiyyətdəki nöqsanların hər birini sosial problemlərlə əlaqələndirmişəm. İnsanlar isə nədənsə bunu dərk etmirlər. Millətim bunu başa düşmək istəmir. Qızlar, oğlanlar, ailəsindən qaçanlar, arvad-uşağını atanlar nəyə görə hamısı şəhərə üz tutur? Doğulub boya-başa çatdıqları rayonlarda, kəndlərdə işlə təmin olunmadıqlarından, sosial problemləri həll edilməyindən şəhərə gəlirlər. Burada qalırlar əl-ayaq altında. İşsizliyin daha çox hansı rayonlarda qeydə alınması ilə bağlı siyahı hazırlanmalıdır. Dövlətə müraciət olunmalıdır ki, məmurlar, icra strukturları haqqında ciddi ölçü götürülsün. Nədir axı buna səbəb? İnsanlar kütləvi şəkildə işsizlikdən, dolanışığı olmadığından, ailədə ciddi problemləri olduğundan şəhərə üz tuturlar. Şəhər də bədbəxt olur, kənd də. Şəhərə avaralanmağa gələnlər də var, amma bu, kütləvi hal deyil. Kütləvi hal əvvəl də qeyd etdiyim kimi sosial problemlərlə üzləşən insanların hər şeylərini atıb şəhərə pənah gətirməsidir. Bu insanlar yalnız Bakıya deyil, Rusiyaya, Türkiyəyə, Orta Asiya ölkələrinə gedirlər. Müharibədən əvvəl Ukraynaya da gedirdilər. Bu insanların taleyindən, həyat tərzlərindən narahat oluram. İnsanları qaçqın kimi yaşamağa məcbur edən səbəb nədir? Təcili olaraq sosial problemlər dövlət səviyyəsində həll olunmalıdır ki, insanlar doğulduqları mühitdə rahat yaşaya, uşaq böyüdə, işləyə bilsinlər. Nəhəng şəhərdə evləri, işləri, təhsilləri yox, qalırlar küçələrdə... Millətim də olur başıpozuq, pis günə qalan bir millət. Özüm də rayonda doğulub, böyümüşəm. Bu, məgər pis şeydir ki? Azərbaycanı idarə edənlərin 90 faizi rayonlardan gələnlərdir. Millət hələ xeyirini, şərini, onlara qənim kəsilənləri ayıra bilmir. Güzgüyə baxıb fikirləşsinlər ki, zirzəmidə, havasız şəraitdə niyə yaşayırlar, 13-14 saat niyə nökərçilik edirlər? Şəhərdə gəlib 14 saat nökərçilik etmək əvəzinə, kənddə əkib, becərib normal dolana bilərlər. Qazandığım pulu şəhərdə elə kartofa, pomidora verirəm də. Əgər kəndçi gəlib şəhərdə tərəvəzə pul verirsə, bu, dövlətin problemidir, həll olunmalıdır. Yoxsa kəndli belə dedi, şəhərli elə dedi... Bunların hamısının kökündə sosial problemlər dayanır. Şəhərdə yaşayan şəhərlinin ən azından burada öz evi var, kəndlinin isə yoxdur axı. Ona görə də müxtəlif problemlər yaranır. Bir daha qeyd edirəm insanların, şəhər, qəsəbə, kənd adamlarının doğulduğu yerlərdə yaşamağa mənəvi haqqı var. Bu haqq onların əlindən alınmamalıdır. Bir icra başçısı əkinlərə gedən suyun qabağını bağlayır, başqa birisi öz balıqları üçün göl yaradır. Buna görə də əkinlə, tərəvəzçiliklə məşğul olan insanlar məhsullarını suvara bilməyib çıxıb gəlirlər şəhərə. Hamı eyni işlə məşğul ola bilməz. Bax, mal-qarasını, əkini-biçini qoyub gələn adamlar şəhərdə nə edəcəklər? Dünyada yeddi milyarddan çox əhali var, hamısı eyni işlə məşğul ola bilməz axı. Hər kəsin öz taleyi, qisməti var. Hamı özünə şərait yaratmalı və taleyini normal, səlahiyətli bir insan kimi yaşamalıdır. Sosial problemləri yaradan səbəblər aradan qaldırılmalıdır. Kəndə gedib oradakı qohumlarımla görüşəndə məni ağlamaq tutur. Hamısı başlarını salıb aşağı öz işləri, gücləri ilə məşğuldur”. DİA.AZ xəbər verir ki, bunu Pravda.az-a Azərbaycan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.
Xalq artisti qeyd edib ki, Azərbaycanda ciddi şəkildə kadr islahatları aparılmalıdır: “Milli ruhlu, vətənpərvər insanlar rayonlarda, kəndlərdə rəhbərliyə gətirilməlidir. Millətin taleyi, həyat tərzi, dəyərləri ilə oynamaq olmaz. İnsanları mənən sınmağa, pis yola düşməyə, ehtiyaca görə qəddarlaşmağa, pis-pis işlərlə məşğul olmağa məcbur etməsinlər. Hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. Hərənin öz yükgötürmə qabiliyyəti var. Bəzən deyirəm ki, nəyə görə hansısa rayondan heç bir şikayət olmur və heç bir narazılıq olmadığı halda, başqa birisindən çoxlu şikayətlər olur. Bu dövlət səviyyəsində araşdırılmalıdır. Deməli orada pis təşkilat, pis rəhbərlik var ki, rayonda belə sosial problemlər yaranır. Ona görə hər dəfə televiziyalarda verilişlərdə olarkən bu problemlərlə müraciət edən insanlardan soruşuram ki, hansı rayondan gəliblər... Yəni bu problemlərlə müraciət edən rayonlar haqqında ciddi fikirləşmək lazımdır. Ümumiyyətlə, “Kənddən gələnlər”, “Şəhərdə yaşayanlar” tipli müzakirələr düzgün deyil. Kim harada xoşbəxtdir orada da yaşasın. Kimin harada güzaranı varsa, orada da işləyib yaşasın. Kim kimə nə deyir ki?”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40 |
|
|
|
• Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35 |
|
|
|
• Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32 |
|
|
|
• Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30 |
|
|
|
• Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34 |
|
|
|
• Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32 |
|
|
|
• Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28 |
|
|
|
• Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24 |
|
|
|
• Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53 |
|
|
|
• "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51 |
|
|
|
• Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Dünən, 02:49 |
|
|
|
• AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Dünən, 02:45 |
|
|
|
• Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
16-08-2025, 13:17 |
|
|
|
• İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
16-08-2025, 13:12 |
|
|
|
• Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
16-08-2025, 13:03 |
|
|
|
• Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
16-08-2025, 13:00 |
|
|
|
• Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
16-08-2025, 12:41 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
16-08-2025, 12:38 |
|
|
|
• DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
16-08-2025, 12:37 |
|
|
|
• Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
16-08-2025, 12:26 |
|
|
|
• Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
16-08-2025, 12:17 |
|
|
|
• Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
16-08-2025, 12:13 |
|
|
|
• Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
16-08-2025, 12:00 |
|
|
|
• Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
16-08-2025, 11:57 |
|
|
|
• AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
16-08-2025, 11:53 |
|
|
|
• Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
16-08-2025, 11:51 |
|
|
|
• Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
16-08-2025, 11:48 |
|
|
|
• “CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
16-08-2025, 11:43 |
|
|
|
• İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
16-08-2025, 11:33 |
|
|
|
• Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
16-08-2025, 11:29 |
|
|
|
• Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
16-08-2025, 11:25 |
|
|
|
• "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
16-08-2025, 11:23 |
|
|
|
• Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
16-08-2025, 11:17 |
|
|
|
• Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
16-08-2025, 11:14 |
|
|
|
• Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
16-08-2025, 11:08 |
|
|
|
• Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
16-08-2025, 11:03 |
|
|
|
• “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
16-08-2025, 10:56 |
|
|
|
• Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
16-08-2025, 10:43 |
|
|
|
• Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
16-08-2025, 10:36 |
|
|
|
• Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
16-08-2025, 10:01 |
|
|
|
• “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
16-08-2025, 09:59 |
|
|
|
• Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
16-08-2025, 09:47 |
|
|
|
• Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
16-08-2025, 09:33 |
|
|
|
• “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
16-08-2025, 09:30 |
|
|
|
• Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
16-08-2025, 09:27 |
|
|
|
• Ayvazyanın GERİ ZƏKASI...
16-08-2025, 09:19 |
|
|
|
• Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
16-08-2025, 09:13 |
|
|
|
• “Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
16-08-2025, 09:02 |
|
|
|
• Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
16-08-2025, 08:48 |
|
|
|
• Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
16-08-2025, 08:39 |
|
|
|
|