“Min manata görə qaladan aşağı düşdüm, Yuli Qusman isə məni aldadıb, pulumu vermədi...”
Tarix: 25-04-2022, 08:23 | Çap et
 “Yaş kompleksim yoxdur, heç vaxt da olmayıb. İnsan cavan olanda yaşının üstünə yaş qoyur, məsələn 20 yaşı varsa deyir ki, 25 yaşım var. Amma 30 yaşdan sonra yaşını azaldır. Mən heç vaxt yaşımı gizlətməmişəm, 65 yaşım olur, yubiley doğum günüdür. Bir dəfə Eldar Quliyevin “Burulğan” filminin çəkilişində idik. Orada baş rolda Litvalı aktrisa Eqle Qabrenayte çəkilirdi. O zaman 35 yaşı var idi. Operator ona dedi ki, Eqle, ağ saçlarını gizlət! O da pərt oldu, dedi ki, mən bu ağ saçlara illərimi vermişəm, onu zəhmətim hesabına qazanmışam”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Həmidə Ömərova deyib. O daha sonra əlavə edib.
“Keçdiyim ömür yoluna, sənət yoluna yuxu kimi baxıram. Hərdən düşünürəm ki, həqiqətən də bunlar yaşanıb? Həyat anlardan ibarətdir, hər anımızı yuxu kimi xatırlayırıq. Təki yaxşı yuxu kimi xatırlayacağımız anlar çox olsun. Təbii ki, pis anlar da olub. O anlara tez-tez qayıtmıram. Əgər sənətim olmasaydı yəqin ki, həyata tez təslim olardım. Xatirələr insanı yaşadır. Mənim kinoda yəqin ki, bəxtim gətirib. Soruşsanız ki, ilk filmin hansı olub? Deyərəm ki, "Anlamaq istəyirəm" və "Qızıl uçurum" filmləri. Çünki bir ildə, eyni vaxtda iki filmdə çəkilirdim” deyə aktrisa bildirib. Xalq artisti filmlərdəki təhlükəli səhnələrdən də danışıb.
“"Qorxma mən səninləyəm" filmində hər birimizin öz kaskadyoru var idi. Amma mənim kaskadyorum son anda çəkilməkdən imtina etmişdi. Filmin rejissoru Yuli Qusman mənə dedi ki, sən filmdəki roluna görə nə qədər qonorar alacaqsan? Dedim ki, min manat. Dedi ki, mən sənə min manat artıq verirəm, sən iplə bu qaladan aşağı düşərsən. Min manata görə 11 metr hündürlüyündəki qaladan aşağı düşdüm, əvəzində isə aldandım (gülür). Biz o vaxt kinoya canımızı qoyurduq, həqiqi mənada kino fədailəri idik. Kino canlı tarixdir, lentdə həmişəlik qalır. Vaxt gələcək biz olmayacağıq, amma bizim çəkildiyimiz filmlər efirdə göstəriləcək” deyə xalq artisti bildirib. Həmidə Ömərova oynamaq istədiyi rollardan da danışıb.
“Biz 44 günlük müharibədə qalib gəlmiş ölkəyik. Düzdü bu müharibəni biz asanlıqla qazanmadıq, şəhidlər verdik, qazilərimiz oldu. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə şəfa versin. Biz elə bir dənə Şuşanın alınması haqda film çəkə bilərik. Görün qəhrəman övladlarımız oranı necə azad etdilər.. Canları, qanları hesabına, əlbəyaxa döyüşərək. Çox istərdim ki, oğlunu müharibəyə yola salıb, onu qarşılayan, gözü yolda qalan ana obrazları oynayım. Əsas odur ki, bu mövzuda maraqlı ssenarilər yazılsın” deyə xalq artisti bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa lider böhranı ilə üzləşib - Professor
Bu gün, 18:11 |
|
|
|
• İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Bu gün, 18:06 |
|
|
|
• Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Bu gün, 18:02 |
|
|
|
• Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Bu gün, 17:56 |
|
|
|
• Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Bu gün, 17:53 |
|
|
|
• Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Bu gün, 17:51 |
|
|
|
• "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 17:50 |
|
|
|
• Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Bu gün, 17:16 |
|
|
|
• Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Bu gün, 17:12 |
|
|
|
• Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Bu gün, 17:07 |
|
|
|
• Ermənistanda köhnələr HOQQA VERİR
Bu gün, 16:07 |
|
|
|
• Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Bu gün, 15:51 |
|
|
|
• Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Bu gün, 15:46 |
|
|
|
• Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 15:44 |
|
|
|
• "Vasmoy" bazarında ÖLÜM
Bu gün, 15:39 |
|
|
|
• Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Bu gün, 13:02 |
|
|
|
• "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58 |
|
|
|
• “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57 |
|
|
|
• “Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50 |
|
|
|
• Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48 |
|
|
|
• “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40 |
|
|
|
• 38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36 |
|
|
|
• Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25 |
|
|
|
• "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18 |
|
|
|
• Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11 |
|
|
|
• Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00 |
|
|
|
• London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58 |
|
|
|
• Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56 |
|
|
|
• Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54 |
|
|
|
• İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52 |
|
|
|
• Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38 |
|
|
|
• Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30 |
|
|
|
• “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24 |
|
|
|
• Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21 |
|
|
|
• Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16 |
|
|
|
• Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10 |
|
|
|
• "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06 |
|
|
|
• Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43 |
|
|
|
• Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41 |
|
|
|
• Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
|