“Deyirdim ki, musiqiçi ilə evlənəcəyəm ki, müğənni olmağıma mane olmasın”
Tarix: 11-04-2022, 10:07 | Çap et
 “Həyat yoldaşım, əməkdar artist, mahir kamança ifaçısı Eldar Abdullayev bütün ömrünü Gəncə Dövlət Filarmoniyasının, Göy Göl Dövlət Mahnı və Rəqs ansamblının inkişafına həsr edib. O dünyanın bir çox ölkələrində öz sənətinin təbliğatçısı olub, böyük sənətkarlarımızı müşayiət edib. Aprel ayının 17-də Eldar müəllimin 75 yaşı tamam olacaq. Hal-hazırda bu istiqamətdə işlər gedir, yubileyə hazırlaşırıq”. diaaz.space xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Şahnaz Haşımova deyib. O daha sonra əlavə edib. “Eldar müəllim hər zaman mənə dayaq olub. Mənim inkişafım, sənətim üçün çalışıb. Bilirsiniz ki, konsertlər, televiziyalar, çəkilişlər hamısı Bakıdadır. Bakıdan dəvət alan kimi tez məni ora çatdırırdı. Demək olar ki, bütün ömrünü mənim sənətimə həsr edib. Bir-birimizi başa düşürük, böyük hörmətlə yanaşırıq. Bilirəm ki, onun konserti var, evdə sakitçilik olmalıdır. Gənc qız olanda düşünürdüm ki, mütləq musiqiçi ilə ailə həyatı quracam ki, mənim ifaçılığıma mane olmasın. Təkcə sənətkar olmaq azdır, sən gərək həm də böyük insan olasan. Davranışına, hərəkətinə, sənətinə hörmət qoymalısan. Eldar müəllim hamıdan çox çalışar, amma hər dəfə arxada durar. Qabağa keçib “mən, mən” deməyi yoxdur. Heç istəmir ki, sənət camiyəsində yubileyini qeyd edək. Deyir ki, ailə daxilində keçirək, bəsdir” deyə sənətkar bildirib. Şahnaz Haşımova sənət fəaliyyətindən də danışıb.
“Bu gün Gəncədə 8-ci Televiziya Muğam Müsabiqəsinin seçim turları idi. Bakıdan gözəl, dəyərli sənətkarlarımız Mənsum İbrahimov, Nəzakət Teymurova, Fərqanə xanım və s. insanlar gəlmişdi. İki tələbəm, Səxavət Məmmədovla Nəriman Məmmədov seçim turundan keçib, müsabiqəyə vəsiqə aldılar. Bu həm də bir müəllim kimi mənim uğurum, nailiyyətimdir. Bu il həm də mənim 65 illik yubileyimdir. Bu münasibətlə konsert proqramı hazırlayıram, may ayında sevənlərimə təqdim edəcəyəm” deyə Şahnaz Haşımova bildirib. Şahnaz Haşımova deyib ki, Bakıda yaşaması üçün ona çox təkliflər gəlib.
“Bu günə qədər Gəncədə yaşayıb, sənətimi təbliğ etmişəm. Gəncədən getmədim, daha doğrusu gedə, ayrıla bilmədim. Gəncə Musiqi kollecində muğam üzrə dərs deyirəm, tələbələrimlə məşğulam. Gəncə Dövlət Filarmoniyasında əsas solistəm. Hamı məni orada öz anası, ağbirçəyi bilir. Bilmirəm ki, gələcəkdə Bakıya köçəcəm yoxsa yox?! Bunu zaman göstərəcək. Əvvəllər Bakıya gəlməyimlə bağlı çox dəvətlər olub, amma getməmişəm. Hətta o illərdə Opera və Balet Teatrına da dəvət almışdım, amma getmədim. “Leyli və Məcnun” əsərini 80-ci ildə Gəncədə hazırlayıb, Leyli obrazında səhnəyə çıxdım” deyə xanəndə bildirib. Şahnaz Haşımova sonda gənc sənətçilərə tövsiyyələrini də verib.
“Bu gün muğam sənətinə dövlət tərəfindən böyük diqqət və qayğı var. Bəzi ifaçılar, asan yolla gündəmə gəlmək istəyirlər. Görürlər ki, filankəs ağlına, ağzına gələni oxuyur, yaxşı toylara gedib pul qazanır, bəziləri də o yolla getməyə meylli olurlar. Muğamımıza yad olan boğazlar, nəfəslər edirlər. Lazım deyil, etməyin belə! Bu mənim heç xoşuma gəlmir. Çünki muğamın öz yolu var. Düz yolla getmək lazımdır. Ataların bir sözü var, deyir ki, “Min yol var, amma ən gözəl yol düz yoldur”. Düz yolla gedən adamın həmişə qiyməti üstündədir” deyə xalq artisti bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa lider böhranı ilə üzləşib - Professor
Bu gün, 18:11 |
|
|
|
• İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Bu gün, 18:06 |
|
|
|
• Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Bu gün, 18:02 |
|
|
|
• Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Bu gün, 17:56 |
|
|
|
• Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Bu gün, 17:53 |
|
|
|
• Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Bu gün, 17:51 |
|
|
|
• "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 17:50 |
|
|
|
• Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Bu gün, 17:16 |
|
|
|
• Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Bu gün, 17:12 |
|
|
|
• Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Bu gün, 17:07 |
|
|
|
• Ermənistanda köhnələr HOQQA VERİR
Bu gün, 16:07 |
|
|
|
• Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Bu gün, 15:51 |
|
|
|
• Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Bu gün, 15:46 |
|
|
|
• Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 15:44 |
|
|
|
• "Vasmoy" bazarında ÖLÜM
Bu gün, 15:39 |
|
|
|
• Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Bu gün, 13:02 |
|
|
|
• "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58 |
|
|
|
• “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57 |
|
|
|
• “Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50 |
|
|
|
• Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48 |
|
|
|
• “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40 |
|
|
|
• 38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36 |
|
|
|
• Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25 |
|
|
|
• "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18 |
|
|
|
• Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11 |
|
|
|
• Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00 |
|
|
|
• London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58 |
|
|
|
• Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56 |
|
|
|
• Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54 |
|
|
|
• İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52 |
|
|
|
• Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38 |
|
|
|
• Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30 |
|
|
|
• “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24 |
|
|
|
• Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21 |
|
|
|
• Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16 |
|
|
|
• Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10 |
|
|
|
• "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06 |
|
|
|
• Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43 |
|
|
|
• Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41 |
|
|
|
• Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
|