Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                 

“Ya sponsorun olmalıdır, ya da atanın pulu, əks halda…”
Tarix: 11-04-2022, 08:29 | Çap et
“Ya sponsorun olmalıdır, ya da atanın pulu, əks halda…”
Texnologiyanın günü-gündən inkişaf etməsi radionun fəaliyyətinə necə təsir edir? Bu gün ölkəmizdə yerli radio kanallarının durumu hansı səviyyədədir? diaaz.space xəbər verir ki, AYNA-nın bu istiqamətdə suallarını uzun illərin radio aparıcısı Elgün Hüseynov cavablandırıb.

- Elgün bəy, bu gün tənqid olunan peşə sahiblərindən biri də radio aparıcılardır. Bir çox dilçilər, mütəxəssislər irad bildirirlər ki, radioaparıcılar dilimizdə düzgün danışmır, sözləri düzgün ifadə etmirlər. Onları haqlı sayırsınız?

- Bəzi hallarda dilçilərə haqq qazandırıram, bəzi hallarda isə yox. Bəzi şəxslər yuxudan oyanıb qərara alırlar ki, mən radio aparıcısı olmaq istəyirəm. Əgər sponsor dostlarım varsa, deməli, veriliş açıb aparıcı ola bilərəm. Mən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Aktyorluq fakültəsində təhsil almışam. Efirdə, səhnədə hansı formada danışmaq olar - onun dərsini keçmişəm. Düzdür, mən demək olar, həmişə şou xarakterli verilişlərdə aparıcı olmuşam. Şivə və ləhcələrlə də verilişdə danışıram. Bilmirəm, bunu istedad və ya nöqsan kimi qəbul edirlər. Əsas odur, dinləyici bunu sevir və istəyir. Amma şivəsiz danışan zaman çalışıram ki, qüsursuz danışım.

Tənqid olunan məqamlardan biri rus sözlərindən istifadə etməyimdir. Bunu anlayışla qarşılayıram. Çalışıram, illərlə işlətdiyimiz rus sözləri dilimizdən ayrılsın. Biz aparıcıların üzərinə düşən vəzifə odur ki, Azərbaycan dilində səlis danışıb, dinləyicilərə də həmin rus dilində işlətdiyimiz sözün Azərbaycan dilindəki qarşılığını öyrədək.

- Azərbaycanda radio dalğaları get-gedə çoxalır. Bu da rəqabətin güclənməsi deməkdir. Dinləyici itirməkdən qorxmursunuz?

- Radio dalğalarının çoxalması sevindirici haldır. Amma dinləyicilərin azalması riski təbii ki, var. Amma bir məsələ var ki, dinləyici məni illərlə sevərək dinləyirsə, o, məni başqa dalğada veriliş aparacaq radio aparıcıya dəyişməz. Ona görə qorxum yoxdur. Mənim üçün yeni dalğaların açılması sevindirici haldır ki, işsiz olan, radioya marağı olan şəxslərin işləməsi üçün iş imkanları yaranır. Bundan gözəl nə ola bilər?! Ona görə də bu, məni narahat etmir.

- Bu günə kimi ən sadiq dinləyiciniz kimdir, tanıyırsınız?

- Sadiq dinləyicimiz yox, dinləyicilərimiz deyərdim. Həmin dinləyicilərimizin bəziləri radio qarşısına gəlib şəkil çəkdiriblər, evlərinə qonaq dəvət ediblər. Doğmalaşmışıq. Bu gün də ünsiyyətimiz var. Hətta dövlət qulluğunda çalışan bəzi dostlarım var ki, onlar öncə məni dinləyib, mənə qarşı simpatiyaları yaranıb və daha sonra mənimlə dostluğa başlayıblar. Bu günə kimi də dostluğumuz davam edir. Bütün izləyicilərimiz bizim üçün doğmadır. Sosial şəbəkələrdə post yazaraq haqqımızda gözəl sözləri demələri bizə stimul verir.

- Verilişdə hər zaman dinləyicilər ilə zarafatlar edirsiniz. Heç olub ki, çıxılmaz vəziyyətə düşəsiniz, dinləyici sizi "nokaut" edə?

- Bəli, dinləyicilər ilə zarafat edirəm. Onu deyim ki, bizi dinləyənlərin zarafatı başa düşən şəxslər olması sevindiricidir. Amma bəzən olur ki, bəzi insanlar zarafatı başa düşmürlər və ya yuxulu vaxtlarına düşür. Onların da məni “nokaut” edən vaxtları olur. Bizi dinləyənləri sevindirirəmsə, bu, mənim üçün önəmlidir. Bütün bunlar kimisə təhqir etmək, aşağılamaq üçün deyil. Həm zarafat etdiyim həmin şəxsdə, həm bizi dinləyən digər dinləyicilərin üzündə təbəssüm yarada biliriksə, nə xoş bizə!

- Radio aparıcılığı ilə yanaşı sizin həm də gözəl səsiniz var. Müğənni kimi fəaliyyətiniz nə yerdədir?

- Mən həm də müğənniyəm. Amma son zamanlar ürəyimcə mahnı tapa bilmirəm. Bəyəndiyim mahnılar üçün isə böyük məbləğdə maddi vəsait tələb olunur. Mahnı böyük kütlənin eşitməsi üçün radiolarda səslənməlidir, klipi çəkilməlidir və s. Ona da imkan yoxdur. Onu da bildirim ki, mənə bəstəkarlar tez-tez mahnılar göndərirlər ki, oxuyum. İndi mahnı seçmək çox çətindir. İnsanların zövqünü tutmaq mümkün deyil. Bilmirsən ki, oxuyacağın mahnı kütlə tərəfindən seviləcək, ya yox. Mahnıya reaksiya gəlməyəndə müğənnidə ruh düşkünlüyü olur. Hazırda əlimdə 2 mahnı var. İsti havalarda mahnıları dinləyicilərə təqdim edəcəm. Ritmik mahnılar olduğundan yay aylarına uyğun mahnıdır.

- Daha çox aparıcı, yoxsa müğənni kimi tədbirlərə dəvət alırsınız?

- Daha çox müğənni kimi dəvət alıram. Aparıcı kimi də dəvət edənlər olur. Aparıcı kimi dəvət alanda mahnılarımdan da oxuyuram. Müğənni kimi dəvət olanda da çalışıram ki, aparıcılıq tərəfimi göstərim.

- Bu gün səhnədə olmaq üçün mütləq sponsor olmalıdır?

- Ya sponsor olmalıdır, ya da atan pullu olmalıdır. Bir sözlə, dayday olmalıdır ki, maddi yardım etsin sənə və yaxşı mahnı alıb səhnəyə çıxasan, özünü tanıdasan. Tək müğənnilikdə yox, hər sahədə ilkin addımlar atmaq üçün pul lazımdır.

- Ya da çıxıb kiməsə şər atıb, dava etməlisən?

- Bu metod da var. Təəssüf ki, mənim xarakterimə yad hərəkətdir. Bizim müğənnilər əksərən kiminsə bostanına daş atmaqla popularlaşırlar. Baxırsan ki, repertuarında normal mahnı yoxdur, amma hər davada öndədir. Mənim də xarakterimdə o yoxdur ki, gedim kiməsə şər atım, dava edim. Rusların bir məsəli var: “Heç vaxt “heç vaxt” demə”. Heç nədən sığortalanmamışıq. Sabah bir müğənni çıxıb efirdən mənə söz atar və bildirər ki, mən səninlə nə görüşürəm, nə də zənglərinə cavab verəcəm. Sözünü efirdən de. Hə, onda ciddi bir məsələ olar və məcbur efirdən cavab verməli olaram. Hər şey ola bilər. Amma deyim ki, mən şəxsi münasibətləri kamera qarşısında həll etməyi sevən biri deyiləm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus ordusu Zaryanı ələ keçirdi
Bu gün, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Bu gün, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Bu gün, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Bu gün, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Bu gün, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Bu gün, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Bu gün, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Bu gün, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Bu gün, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Bu gün, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Bu gün, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Bu gün, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Bu gün, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Bu gün, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Bu gün, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Bu gün, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Bu gün, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Bu gün, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Bu gün, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru