Bank of Baku-nun İdarə Heyətinə .....                     Nifrət mərkəzi .....                     Adil Əliyev HƏBS OLUNA BİLƏR .....                     260 manat aliment ödəməyənə cəza, .....                     Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb .....                     Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi .....                     Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib .....                     Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb .....                     Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: .....                     Dövlət Xidməti avtomobillər aldı .....                     Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı .....                     Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır .....                     Atanın qətlini gizlətmək üçün bu planı qurublar .....                     "Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" .....                     Paşinyan erməni cəmiyyətinə deyir ki... .....                     Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ .....                     28 günlük paketi necə "aylıq" adlandırmaq olar? .....                     Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” .....                     Paşinyandan II Qaregini növbəti ifşa .....                     Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB .....                     Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar .....                     Məhkəmə binasında insident .....                     "Hədlərini aşırlar, yerlərini bilsinlər" .....                     Məlahət İbrahimqızı: “QHT biznesi lideri” .....                     Bakı sözünü dedi: .....                     BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib .....                     Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... .....                     Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir .....                     Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     "Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" .....                     Arxivdən Bakıya material ötürülüb? .....                     "Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" .....                     Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı .....                     Rusiya üzərindəki “Hörümçək toru” .....                     Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik .....                     "The British Council" Rusiyada arzuolunmaz elan edilib .....                     Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... .....                     BOKT sistemi İFLAS HƏDDİNDƏ... .....                 

"İş var ki, necəsə də getsin, yenə də işsizəm"
Tarix: 7-02-2022, 07:34 | Çap et
"İş var ki, necəsə də getsin, yenə də işsizəm"
“Film sənayesinə baxanda teatrlarda nisbətən yaradıcılıq qalıb. O da paytaxt teatrlarında. Əyalət teatrlarında durum qənaətbəxş deyil. Səbəb isə peşəkar aktyor və rejissorların olmamasıdır. Ən əsası isə, bəzi əyalət teatrlarına rəhbərlik edənlər teatr işindən xəbərsizdirlər. Buna görə də, teatrları “zavod”, “fabrik” kimi işlədirlər”. DİA.AZ ktyor, prodüsser İbrahim Türksoyun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- İşləriniz necə gedir, nə işlə məşğulsunuz, belə deyək, dolanışıq haradan çıxır?

- İş var ki, necəsə də getsin, yenə də işsizəm. Məni bir il işə götürəndə, iki il də “pauza”da saxlayırlar - növbəli əkin torpağı kimi (gülür). Təbii ki, belə bir durumda da dolanışıq ürəkaçan deyil. Ayda bir-iki şənlik təşkil edərəm, ya yox, ordan əldə etdiyim gəlir də bir həftəlik bəs edir. Sağ olsunlar, bacı-qardaş, bir-neçə dost-tanış hesabına birtəhər yola verirəm. Bir sözlə, durum acınacaqlıdır, özümə ölüm arzulayıram. Şair demiş, deyəsən, onun da yolu bu tərəfdən düşməyəcək. Ailə, dost-tanış yanında üzü qara olmaq çox çətindir.

- Bəs sənətdən, teatrdan uzaq düşməyinizin səbəbi nədir?

- Uzun müddət sənətdən, teatrdan uzaq düşdüm. Beş il teatrdan uzaq qalmağımın səbəbi mən deyildim, teatr rəhbərliyinin qərarıydı. Direktor öz məktəb yoldaşım idi. Rəhbərliyi tənqid edirdim, xoşlarına gəlmədi, buna görə də oradan uzaqlaşdırıldım. Beləliklə, bir müddət kənarda qalım. Teatr kollektivində baş girləmək asan deyil. Amma 2020-ci ildə yenidən Mingəçevir Dövlət Dram Teatrına qayıtdım. Bu dəfə isə başqa bir işə görə həbs olundum. Bu ittihamları da qəbul etmədim, etmirəm. Beləliklə, yenidən səkkiz ay teatrdan, sənətdən uzaq düşdüm.

- Bəs bu, yaradıcı fəaliyyətinizə necə təsir göstərir?

- Səhnədən uzaq düşmək məni heç cür dəyişə bilməz, çünki Allahın verdiyi istedad haqq dünyaya gedənədək səninlə olur. Mən bu tərəfdən xoşbəxtəm ki, Allah mənə istedad, bacarıq, savad, məntiq verib, buna görə şükr edirəm. Bu üzdən uzaq qaldığım illərin yaradıcılığıma mənfi təsiri olmayıb. Kənarda da yaradıcı işlərlə bacardığım qədər məşğul olmuşam. Təbii ki, peşəkar səhnə tamam başqadır.

- Seriallar, filmlər çəkilir, heç təklif alırsınız?

- 2013-cü ildən bəri nə film, nə də seriallara təklif almışam. Yalnız bəzi telekanallar verilişlərə dəvət ediblər. Özüm müstəqil yaradıcılıqla məşğul olmuşam, oluram.

- Ümumiyyətlə, mövcud kinomuzun durumunu necə qiymətləndirirsiniz?

- Əlbəttə, inkişafa cəhdlər var. Son illərdə çəkilmiş “Nabat” kimi səviyyəli filmlərin sayı az olsa da, nəsə etməyə çalışırlar. Ümumilikdə isə durumdan razı deyiləm. “Şən və hazırcavablar klubu”ndan çıxan aktyorlarla normal, peşəkar film çəkmək elə də asan deyil. Belələri gənc nəslə nə verə bilərlər? Düşünürəm ki, heç nə. Bir əyri cığır açıblar, gənclər də ora dönürlər və beləcə sənətdən uzaq düşürlər.

Xüsusən də komediya filmlərinin durumu ürəkaçan deyil. Özlərini gülüş obyektinə çeviriblər. Tamaşaçını güldürmək istəyirlər, amma axırda özlərini ələ salırlar. Adam utanır. İstedadlı insanlara imkan vermirlər ki, özlərini göstərsinlər. Əlbəttə, içlərində istedadlılar da var, onları da görməzdən gəlmək olmaz. Amma çox azdır. Buna görə də, yaxşı mərsiyəxan lazımdır ki, oturub kinomuzun gününə ağlasın.

- Bəs teatrların durumu necədir?

- Kinomuzla eyni durumda olduğunu deməzdim. Film sənayesinə baxanda teatrlarda nisbətən yaradıcılıq qalıb. O da paytaxt teatrlarında. Əyalət teatrlarında durum qənaətbəxş deyil. Səbəb isə peşəkar aktyor və rejissorların olmamasıdır. Ən əsası isə, bəzi əyalət teatrlarına rəhbərlik edənlər teatr işindən xəbərsizdirlər. Buna görə də, teatrları “zavod”, “fabrik” kimi işlədirlər. Dövlət başçısının bu sahəyə diqqətin artırılması tapşırığı verdikdən sonra müsbət dəyişiklik hiss olunur. Mədəniyyət nazirimiz dəyişib, yeni ab-hava gəlib, yeni qaydalar tətbiq edir. Amma bəzi əyalət teatrlarına hələ də sənətdən uzaq insanlar rəhbərlik edirlər.

Yeri gəlmişkən, Vüsal Mehrəliyev mənim də sənət ocağım sayılan Mingəçevir Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib. Aktyor kimi də istedadlıdır, inanıram ki, rejissor kimi də özünü göstərəcək. Onun rejissor kimi daha üstün keyfiyyətlərə malik olduğunu düşünürəm. Vüsal teatr sahəsində yüksək nəzəri və praktiki bilik və bacarıqlara malik azsaylı sənətkarlardan biridir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Boris Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsini bitirib. Yəni ümidlər yeni baş rejissoradır. İnanıram ki, sənətin nə olduğunu, sənətkarın kim olduğunu və ən əsası teatrın bazar yox, yaradıcı məkan olduğunu “alverçilər”ə başa salacaq. Hesab edirəm ki, digər teatrlar üçün də belə təyinatları davam etdirmək lazımdır. Bu cür təyinatlar teatrımızda canlanma yarada bilər.

- Əvvəllər kliplər çəkirdiniz, bu fəaliyyətiniz davam edəcəkmi?

- Bu işimi indi də davam etdirirəm. Həvəskar rejissor kimi qısametrajlı film və vaynlar da çəkirəm. Amma bu işdə də irəli getmək üçün maliyyə və dəstək lazımdır. Belə dəstəyi tapmaq isə asan deyil, bunun üçün də “istedad” lazımdır. Görürəm ki, Allahın verdiyi istedadın iş görməyə aidiyyəti yox imiş. Lazım olan şərait yoxdur. Buna baxmayaraq, çalışıram, bəlkə bir gün gördülər. Təbii ki, qiymət olmayanda həvəsdən düşürəm, bitkinləşirəm, passivləşirəm. Amma yaşamaq lazımdır. Bir gün hər şeyin fərqli olacağına inanıram, ümidsiz olsa da, gözləyirəm.

- Bəs film və ya teatrla bağlı nə kimi layihələriniz var?

- Yenidən teatrda çalışmağı düşünürəm, fərqli bir obraz canlandırmaq istəyim var. Həmçinin, qismət olsa, quruluşçu rejissor kimi təcrübə qazanmaq istəyirəm, yenidən özümü yoxlamaq arzusundayam. Mədəniyyət nazirimiz və nazirliyin sektor rəhbərlərinin işimlə bağlı maraqlandıqlarını bilirəm. İnanıram ki, bacarığımdan istifadə edərək, teatrda sənətə töhfə verə biləcəyəm. Əlavə olaraq, teatrın və burada görülən işlərin daha geniş auditoriyaya çatdırmaq kimi işlərin də öhdəsindən gələ bilərəm.

Filmlərə gəldikdə, böyük ehtimalla, yaz aylarından başlayaraq ekranlara dönmək və yeni filmlərdə rol almaq mümkün ola bilər. Eyni zamanda, bütün layihə və yeni yaradıcı işlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyinin göstərişini və köməyini gözləyirəm. Ümid edirəm ki, bu çağırışlarımı eşidəcəklər. Mədəniyyətimizi inkişaf etdirmək üçün əl-ələ verməliyik, başqa yolumuz yoxdur.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Bu gün, 15:59
Nifrət mərkəzi – Revanşizm generatoru
Bu gün, 15:54
Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 15:42
260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Bu gün, 15:25
Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Bu gün, 15:18
Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Bu gün, 15:07
Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Bu gün, 15:03
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Bu gün, 15:00
Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Bu gün, 13:05
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Bu gün, 13:01
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:59
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Bu gün, 12:55
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Bu gün, 12:52
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Bu gün, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Bu gün, 12:47
Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ - ÇAĞIRIŞ
Bu gün, 12:41
28 günlük paketi necə "aylıq" adlandırmaq olar? - Ekspert Azercell barədə sərt DANIŞDI
Bu gün, 12:32
Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
Bu gün, 12:28
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23
“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Bu gün, 12:08
Paşinyandan II Qaregini növbəti ifşa
Bu gün, 12:03
Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB - AXI NİYƏ?
Bu gün, 11:55
Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar
Bu gün, 11:50
Məhkəmə binasında insident - Uşaqlarını görmək istəyən anaya bıçaq atılıb
Bu gün, 11:46
"Hədlərini aşırlar, yerlərini bilsinlər"
Bu gün, 11:37
Məlahət İbrahimqızı: “QHT biznesi lideri” - SENSASİON MƏLUMAT
Bu gün, 11:33
Bakı sözünü dedi: - indi növbə Avropa İttifaqında
Bu gün, 11:29
BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib
Bu gün, 11:07
Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... - İLGİNC
Bu gün, 11:05
Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir - Abramyan
Bu gün, 10:59
Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 10:54
"Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" - BÜTÜN NAXÇIVANIN İZLƏDİYİ İŞ...
Bu gün, 10:51
Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
Bu gün, 10:46
"Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" - FAKT BUDUR!
Bu gün, 10:43
Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı – Sabiqlər toqquşdu, gerçək isə…
Bu gün, 10:40
Rusiya üzərindəki “Hörümçək toru” – Moskva mövqeyindən geri çəkiləcək?
Bu gün, 10:35
Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik - Səfir
Bu gün, 10:34
"The British Council" Rusiyada arzuolunmaz elan edilib
Bu gün, 10:01
Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... - "Hadisə ilə heç bir bağlılığım yoxdur..."
Bu gün, 09:59
BOKT sistemi İFLAS HƏDDİNDƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:53
“AZSIĞORTA” ASC-də yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:50
Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi - VİDEO
Bu gün, 09:48
Gəncə niyə kriminal şəhər kimi TANINIR? - ARAŞDIRMA
Bu gün, 09:41
Küləyin törətdiyinə niyə cavabdeh oluram? - GİLEY
Bu gün, 09:38
Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32
Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ
Bu gün, 09:29
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:19
Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 09:18
Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…
Bu gün, 09:15
“Şüvəlan” ASC-də yığıncaq keçiriləcək
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru