“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                 

“Bu ajiotaj mənə çox əziyyət verdi, Fulya isə...”
Tarix: 30-06-2021, 07:52 | Çap et
“Bu ajiotaj mənə çox əziyyət verdi, Fulya isə...”
“Bizim məqsədimiz o idi ki, İkinci Qarabağ müharibəsində Fulya və operatorunun topladığı informasiyanı bir yerə yığaq, vahid formada auditoriyaya təqdim edək”.

Bu fikri AYNA-ya müsahibəsində “Fulya” filminin rejissoru Tahir Tahiroviç səsləndirib: “Düzdür, müharibədə təkcə Fulya olmayıb, başqa jurnalistlər də olub. Amma Fulya xalq tərəfindən sevildi. Bunun da öz səbəbləri var. Qadın olması, hiperaktivliyi, bir az lirikası var, çılğındır. Mən Tərtərdə, Gəncədə, Bərdədə sadə xalqın Fulyaya olan məhəbbətini gördüm. “Hara top, güllə atırdılarsa, Fulya orada idi” və s. kimi fikirlər səsləndirirdilər. Mənim şəxsi rəğbətimə qaldıqda isə buna səbəb Fulyanın özünü burada evindəki kimi hiss etməsi idi. Bildiyimiz kimi digər yerlərdə də müharibələrdə iştirak edib, amma burada özünü azərbaycanlı kimi hiss edirdi”.

Rejissor film ətrafında söz-söhbətlərin Fulyada oyandırdığı hisslərə də toxunub: “Açığı, deyim ki, film ətrafındakı ajiotajdan şəxsən mən əziyyət çəkdim. İnsan xarakteri rəngarəngdir. Baxırsan ki, düşdüyü situasiyadan asılı olaraq fərqli reaksiyalar verə bilir. Elə bilirsiniz ki, Fulya bu söz-söhbətdən əziyyət çəkdi, dilxor oldu? Təbii, bir az narahat olur, amma sonra onda özünəvurğunluq yaranır. Açıq deyim ki, bunu mən də hiss etdim”.

“Təəssüf ki, bu qədər hay-küy yarandı, lazım deyildi. Düşünürəm ki, bir balaca bizim üzərimizə düşən əziyyət artdı. Biz sadə flmi çəkib auditoriyaya təqdim edəcəkdik və bunun qarşılığında alacağımız reaksiyalar bir qədər fərqli olacaqdı. Amma indiki halda vəziyyət bir qədər fərqli olacaq. O hay-küy salanlar, Fulyaya qarşı məhəbbəti olan insanlar, layihəni müdafiə edənlər bizdən fərqli bir iş tələb edəcəklər. Bu işdə də əziyyəti çəkən biz olacağıq”, - deyə həmsöhbətimiz vurğulayıb.

Tahiroviçin sözlərinə görə, filmi çəkməkdə məqsədi kimisə qəhrəmanlaşdırmaq olmayıb: “Türk kinematoqrafları ilə birlikdə çalışırıq və filmin artıq montaj dövrü başlayıb. Yəqin ki, avqust ayına ilkin variantı görə biləcəyik. Mən yenə də deyirəm, filmdə Fulyanı qəhrəman etmirik. Təbii ki, sabah Fulya “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilsə, buna etiraz edən ilk mən özüm olaram, çünki belə deyil. Lakin burada biz sadəcə bir vəfa borcu olaraq film çəkirik və bunda pis bir şey görmürəm”.

“Fulya peşəkar jurnalistdir. Hərbi jurnalistikanı çox gözəl bilir. O bilir ki, harada dayanıb çəkmək lazımdır, hansı vəziyyətdə necə reaksiya vermək gərəkdir və s. O, qaynar nöqtələrdə çox olub, Azərbaycan onun üçün birinci dəfə deyildi, o, burada artıq təcrübəli idi”, - deyə rejissor əlavə edib.

Sənədli filmlərin çəkiliş prossesindən danışan müsahibimiz söyləyib ki, sözügedən filmdə efirə gedən materiallardan çox, getməyən materiallar yer alıb: “Sənədli filmin çəkilişi çətindir. Çünki burada filmin yarısından çoxu xronikadır. Biz burada Fulyanın şəxsi həyatını çəkmirik. Bu portret film deyil. Burada sadəcə olaraq 44 günlük müharibədə Azərbaycanı necə işıqlandırdığını çəkmişik. Orada efirə gedən materiallardan çox, efirə getməyən materiallardır. Onlardan da istifadə etmək çox çətindir. “Görəsən, tamaşaçıya nə maraqlı ola bilər, onları nə kövrəldər, nə fərəhləndirər?” və s. kimi suallarla qarşı-qarşıya qalırsan. Sənədli filmlərin ən çətin mərhələsi montajdır. Hansısa şairdən, yazıçıdan film çəkmək asandır. Amma burada elə deyil, 44 günlük müharibədən, döyüş gedən ərazilərdən kənara çıxa bilmirsən. Bu istiqamətdə də gərək süjet xəttini elə qurasan ki, tamaşaçını yormayasan”.

Rejissor qeyd edib ki, müharibə mövzusu ona çox yaxın olsa da, Qarabağ müharibəsi ilə bağlı bu, ilk işidir: “Müharibə, hərb mövzusu mənə yaxındır. Təvazökarlıqdan uzaq olsa da, hərb mövzusunda ən çox film çəkən rejissorlardanam. İkinci Dünya müharibəsi mövzusunda 12 filmin müəllifiyəm. Müharibə mövzusunda olan 30-dan çox festivalda iştirak etmişəm. Qalib olduğum 22 festivalın 90%-i hərb mövzusundadır. Yəni hərb mövzusu mənə çox yaxındır, amma ilk dəfədir ki, Qarabağ mövzusunda film işləyirəm. Torpaqlarımız işğalda idi və bu halda Qarabağ mövzusunda işləmək marağımda deyildi. İndi artıq vəziyyət ayrıdır”.

“Ramil Ələkbərovla yazmış olduğumuz bədii film ssenarisi var idi. Təxminən 10 il bundan qabaq yazmışdıq. İndi bəzi məqamları dəyişmək şərti ilə istəyirik ki, onun üzərində işləyək. Müharibə dönəmində Qarabağda idim. Şuşanın azad olunması xəbərini Xüdafərində aldıq. Müharibənin qızğın vaxtında oralarda olduq. Çəkmək üçün çox material var”, - deyə Tahiroviç bildirib.

Bu mövzuda filmlərin xarici auditoriya üçün nə dərəcədə maraqlı olmasına isə həmsöhbətimizin münasibəti belə olub: “Xarici auditoriyaya insan taleyini, acılarını göstərmək lazımdır. Necə ki, “Şərikli çörək”də müharibənin bir uşağın taleyinə vurduğu yaradan, acıdan bəhs olunur. Uşaq bir çörək qəbzindən ötrü nələr çəkir. Həm də bu, dünya müharibəsi deyil ki, bizim qəhrəmanlarımız onlara maraqlı olsun. Biz insan talelərini göstərməliyik. Evini, atasının qəbrini gedib tapa bilməyən insanların acısını göstərməliyik. Qarabağda dağıdılmış, viran qalmış evləri, yurdları gördükdən sonra qonşu suyu açıb evimə su damdırsa, bu, mənim vecimə olmaz. Oraları görəndən sonra bu məsələlərə baxışım dəyişib. Camaatın yurdu, atasının, anasının qəbri dağıdılıb. Biz bunları çəkməliyik. Adamlar var ki, qapısını bağlayıb açarını daşın altına qoyub gəlib, adam var ki, evin pəncərəsini açıq qoyub ki, ev kiflənməsin, qayıdacaq. 30 il gözləyiblər ki, qayıdacaqlar. Kino budur - bağlanmayan pəncərə, paslanmış açar. Xarici auditoriyaya bu ağrını-acını göstərmək lazımdır, çünki onlara belə maraqlı olar. İndi bizim çəkdiyimiz fili isə yerli audioriya üçün nəzərdə tutulub. Dünya ölkələrinin Fulya kimi qərəmanları çoxdur”.

Filmin nümayişinə qaldıqda isə rejissor söyləyib ki, Türkiyədə nümayiş olunacaq, amma lokal səviyyədə: “Bu mövzular yorucu oldu, təqdimatdan sonra müzakirə olunmasını da istəmirəm”.

Qeyd edək ki, sözügedən film ətrafında son günlər ərzində ictimaiyyət arasında qızğın müzakirə gedir. Sosial şəbəkə istifadəçilərinin bəziləri “niyə öz jurnalistlərimiz dura-dura, Fulya haqda film çəkilir” etirazını səsləndirsə də, əksəriyyət Fulyanın belə bir mükafatı haqq etdiyi düşüncəsindədir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
23-08-2025, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
23-08-2025, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
23-08-2025, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
23-08-2025, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
23-08-2025, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
23-08-2025, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
23-08-2025, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
23-08-2025, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
23-08-2025, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
23-08-2025, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
23-08-2025, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
23-08-2025, 07:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru