"Televizora çıxıb mahnı oxuyanda şoka düşdü ki, bu neynir?"
Tarix: 27-05-2021, 09:08 | Çap et
 Əməkdar artist Şəbnəm Tapdıq Moderator.az-ın suallarını cavablandırıb. - Şəbnəm xanım, hansı müğənnini dindirirsən deyir ki, pandemiyaya görə sənətlə ürəyim istəyən kimi məşğul ola bilmirəm. Sizdə vəziyyət necədir?
- Bir yazıçı hansısa əsərin üzərində işləyirsə nə olursa-olsun başını aşağı salıb əsərini işləyəcək. Həmçinin də sənətçilər. Baba Vəziroğlu və Leyla Əliyevanın sözlərinə mahnı hazırlamışam, bu mahnıları artıq təqdim də etmişik. İndi isə Hidayət Orucovun sözlərinə mahnı hazırlayıram. Həmişə başımı aşağı salıb, öz işimdə olmuşam, heç kimlə işim olmayıb. Allah mənə oxumaqdan başqa gözəl əl işləri hazırlamaq bacarığını da verib. Bundan başqa bütün xanımlar kimi bazara da gedib bazarlıq edirəm, insanlarla da ünsiyyətdə oluram. Yaxınlaşıb mənə deyirlər ki, nəvəmin, qızımın adını sizdən götürüb qoymuşuq. - Müasir teleaparıcıları bəyənirsiz? - Hər aparıcının öz yeri var. Biri-birindən gözəl xanımları seçirlər efir üçün. Yaxşı olar ki, onların həm savadı, həm də gözəlliyi bir-birini tamamlasın. - Şəbnəm xanım, siz özünüz də çox gözəl xanımsız! - İndi xarab olmuşam, bir az kökəlmişəm, amma lap yeni-yeni meydana çıxanda, 80-ci illərdə millət deyirdi ki, bunun bir dənə gözlərinə bax! - Yəqin ki, sevgi məktubları da almısız. - O qədər sevgi məktubları almışam ki. Hətta çox məşhur, akademik səviyyədə olan bir şəxsin övladı, anama və atama deyirdi ki, mən böyüyəndə sizin qızınızı alacağam. Elə birisi idi ki, bu dəqiqə çırağla da gəzsən tapmazsan! Televizora çıxıb mahnı oxuyanda şoka düşdü ki, bu neynir? Hətta bir dəfə özü də məni yaxından görüb dedi ki, sən ərə gedib, ailə həyatı qurmayacaqsan? 18 yaşım var idi, çox məşhur idim. Naz-qoz etdim, dedim ki, yox! O "yox" mənə baha başa gəldi. - Yəqin ki, sonradan peşman oldunuz? - Bir bilsən nə qədər peşman oldum! Amma sonrakı peşmançılığın heç bir xeyri yoxdur. - Həmin insandan sonra ürəyinizcə olan biri qarşınıza çıxmadı? - Mən bir tək həmin insana heyfslənirəm. Qız ağacı, qoz ağacı. Hər gələn bir daş atıb gedər. Hər atılan daşı tutmalıyıq kı? Mənim zövqümə hər adam yaxınlaşa bilməz. Hətta mənə nişan da gətiriblər, anam deyib ki, ay bala, çox yaxşı oğlandır, ərə get, demişəm ki, yox! İnsanın ürəyi papaq deyil ki, burdan götürüb, o biri tərəfə atasan! Adamın öz sevdiyi insan olanda onun geyimindən tutmuş ayaqqabılarına qədər hər şeyini bəyənirsən. - Gənc müğənnilərdən kimləri bəyənirsiz? - Mən jüridə əyləşməmişəm ki, onlara qiymət verim. Səfurə, Dilarə Kazımova, İlhamə Qasımova, Günay İbrahimli, Çinarə Məlikzadə və s. müğənniləri çox bəyənirəm. Səfurə inglis dilində çox gözəl oxuyur. - Demək ki, sizin üçün müğənninin dil bacarığı da önəmlidir. - Müğənni tərənnümçü olmalıdır. Əgər məni sabah Moskvanın hansısa sarayına dəvət etsələr özümə güvənib rusca danışacam. Amma elə müğənnilərimiz var ki, heç rus dilini də bilmirlər. Rəşid Behbudov niyə böyük sənətkar idi?! Çünki o tərənnümçü idi. - Ən böyük arzunuz, istəyiniz nədir? -Bu dünya bir pəncərədir, hər gələn baxıb gedər. Mənim atam dünyada yoxdur, amma onun izi qalıb. Dünyada qalan sözdür, yaradıcılıqdır. İnsanın ömrü nədir ki? Bu gün varıq, sabah yoxuq. Verilişdə yanımda oturan Aslan Hüseynov birdən-birə yoxa çıxdı! Mən şoka düşdüm! Hər şeyə çarə var, bircə ölümdən başqa. Allahın yaratdığı qarğaya da həsəd aparırıq ki, o 300 il yaşayır. Daş atıb vurmasalar. - Şəbnəm xanım, adınızla bağlı qalmaqallar hər zaman gündəm olur. - Mən hələ 10-cu sinif şagirdi idim, mahnı oxuyurdum. Rəşid Behbudov bizim qonşumuz idi, zəngi basdı ki, bu oxuyan kimdir?! Mənə dedi ki, gəl mənim teatrıma. Adımı soruşdu, Şəbnəm deyəndə dedi ki, ilk dəfədir belə ad eşidirəm. Rəşid Behbudov mənə dedi ki, özünə səhnə adı götür. Əgər mən onun sözünə qulaq asıb, özümə səhnə adı götürsəydim Şəbnəm adı təkcə özümdə qalacaqdı. Şöhrətlənən insanın adı ilə məşhurlaşmaq olmaz! Mən heç kimdən tələb etməmişəm ki, adını dəyiş! Sadəcə demişəm ki, soyadını göstər ki, seçilsin ki, kim kimdir? İndiki müğənnilərin əksəriyyəti özünə təxəllüs götürüb. - Həmkarınız Sərxan Sərxanla efirlərə birgə çıxırdınız. Uzun müddətdir sizi efirlərdə birgə görmürük. Buna səbəb nədir? - Sərxan Sərxan atamın dostu olub. Mənim də, Sərxanın da atası televiziyada çalışıb. Məni də Sərxanla atam İlyas Tapdıq tanış edib. Eyni ruhun qidası olduğumuz üçün bizi verilişlərə birgə çağırırdılar. O ki, qaldı Sərxanla efirlərdə görünməməyimə. Çünki o Moskvada yaşayır, ona görə.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52 |
|
|
|
• Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49 |
|
|
|
• Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43 |
|
|
|
• Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34 |
|
|
|
• İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30 |
|
|
|
• Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25 |
|
|
|
• "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18 |
|
|
|
• Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13 |
|
|
|
• "Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07 |
|
|
|
• Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02 |
|
|
|
• Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59 |
|
|
|
• Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56 |
|
|
|
• Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40 |
|
|
|
• Araz Abdullayev evləndi
Bu gün, 10:34 |
|
|
|
• Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23 |
|
|
|
• SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58 |
|
|
|
• “Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45 |
|
|
|
• Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39 |
|
|
|
• “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25 |
|
|
|
• Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15 |
|
|
|
• Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05 |
|
|
|
• İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56 |
|
|
|
• Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54 |
|
|
|
• Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08 |
|
|
|
• Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07 |
|
|
|
• Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05 |
|
|
|
• Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
• “Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58 |
|
|
|
• Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56 |
|
|
|
• Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48 |
|
|
|
• Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
• Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44 |
|
|
|
• Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42 |
|
|
|
• Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40 |
|
|
|
• "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31 |
|
|
|
• Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28 |
|
|
|
• Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22 |
|
|
|
• İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19 |
|
|
|
• Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03 |
|
|
|
• İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55 |
|
|
|
• Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52 |
|
|
|
• ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23 |
|
|
|
• DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18 |
|
|
|
• İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12 |
|
|
|
• ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07 |
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01 |
|
|
|
|