“Mənə dəfələrlə deyilib ki, intellekt sözünü qırağa qoy, biz qeybəti sevən adamlar üçün işləyirik...”
Tarix: 19-04-2021, 11:50 | Çap et
 “Televiziyalarımızın baxımlı olması üçün yenidən başlamaq, maraqlı televiziya yaratmaq, peşəkar aparıcıları işə cəlb etmək lazımdır. İyirmi il bundan əvvəl “Sizin saat” verilişi etmişdik və indi özümüzü qırağa qoyub, verilişi davam edirlər” Bunu Moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. K.Həsənli televiziyalarımızın acınacaqlı vəziyyətindən danışıb: “Televiziyalarımızın vəziyyəti göz önündədir. Peşəkarlar hamısı kənarda qalıb deyə Azərbaycanda televiziyaların vəziyyəti çox gərgindi. Yazıçı Xeyrəddin Qoca həmişə həqiqəti deyən adamdı və televiziyalarımızla bağlı çox düzgün fikirlər səsləndirir. Bununla yanaşı, bütün Azərbaycan tamaşaçısı televiziyalarımızdan narazıdır. Azərbaycan tamaşaçısının ən populyar sözü “biz Azərbaycan televiziyasına son 2-3 ildi baxmırıq” cümləsidir. Kimi dindirirsən, bunu deyir”. K.Həsənli deyib ki, televiziyalarımızın baxımlı olması üçün köklü dəyişiklik olmalıdı: “Televiziyalarımızın baxımlı olması üçün yenidən başlamaq, maraqlı televiziya yaratmaq, peşəkar aparıcıları işə cəlb etmək lazımdır. İyirmi il bundan əvvəl “Sizin saat” verilişi etmişdik və indi özümüzü qırağa qoyub, verilişi davam edirlər. Yenə kreslo, oxuyan və bir az da söhbət. Onda bizdə mövzular aktual və kəskin idi, amma bunlarda o yoxdu. Fanaqramanı oxuyub və sonra da oturub axmaq-axmaq danışmaq heç kimə lazım deyil. Bir sözlə, çox səviyyəsiz hala gəlib düşüblər. Tərcümələrə baxın, hər kanalı özü üçün bir tərcümə mərkəzi açıb və hər biri öz ləhcəsində kinoları tərcümə edir. Yəni bizim dilimizi, Azərbaycan türkcəsini gözdən salırlar”. K.Həsənli deyib ki, televiziya rəhbərləri dəyişsə də, kanalda heç bir yenilik olmadı: “Televiziya rəhbərləri üçün isə əsas odur ki, aylıq pulu gəlsin. Nə istəyirsən danış. Televiziyaların 3-4 il bundan öncə konsepti var idi və bunu da onlara xalqın nifrətini qazanan məmurlar vermişdi. Düzdü, indi həmin məmurlar işdən çıxarılıblar. Onlar çalışırdılar ki, televiziya insanların başını boşaltsın, xalq televiziyaya baxanda özü-özündən nifrət eləsin, özünü intellektsiz, ağılsız saysın. İndi o məmurlar yoxdu, amma onların konsepti və kadrları televiziyada qalıb. Ölkədə hər şey dəyişilmək üzrədir, amma televiziya dəyişilmir. 44 günlük müharibəyə qədər hardasa onların bu konsepti 4-5 faiz işləyirdi, amma qələbədən sonra millətin düşüncəsi, təfəkkürü dəyişilib və millət artıq televiziyanı qəbul etmir. Televiziya isə dəyişmək istəmir. Həm də dəyişməyi bacarmırlar. Televiziyaların bu qədər rəhbəri dəyişdi, amma hansısa dəyişikliyin şahidi oldunuzmu? Bu gün özləri-özləri inandırıblar ki, guya bunlara tamaşaçı baxır. Bütün sosial şəbəkə televiziyaları söyür. Amma bunlar söyüşə də, təhqirə də öyrəşiblər. Heç başa düşmürlər ki, reytinq nədir. Əslində reytinq hörmət və münasibətdi. Televiziyada qeyri-peşəkarlar, ömür boyu söyülməyə öyrənənlər oturublar”. K.Həsənli bizim qonşu ölkələrin televiziyasından öyrənməli olduğumuzu bildirib: “Televiziya dünyada inkişaf etmiş bir sənət janrıdır. Türkiyə və Rusiyaya baxmaq lazımdır. Düzdü, onlarda da televiziyalar o qədər dünyəvi deyil, amma onlar bunu bacarırlar. Məsələn, türk və ya rus tamaşaçısı “biz öz televiziyamıza baxmırıq” demir. Onlar ancaq hansısa kanala və ya verilişə baxmadıqlarını deyə bilərlər. Bizdə isə faciədir, belə şey olmaz axı. Rusiyada hər təbəqəyə hesablanan kanallar var. Mənim özümə iclaslarda dəfələrlə deyilib ki, intellekt sözünü qırağa qoy, biz qeybəti sevən adamlar üçün işləyirik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
|