“Heç kəs öz kefindən gizli toy etmir, başa düşürsünüz?!“ - Xalq artisti
Tarix: 5-04-2021, 17:25 | Çap et
 Azərbaycanda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Buna baxmayaraq, paytaxtda və rayon ərazisində xidmət aparan zaman restoranlarda gizli şəkildə toy mərasiminin keçirənlərlə bağlı demək olar ki, hər gün xəbərlər oxuyuruq.
Bəs insanlar cəzalara baxmayaraq niyə hələ də icazəsiz toy etməyə davam edir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı bildirib ki, o, icazəsiz toy məclisi keçirdiklərinə görə vətəndaşları mühakimə edə bilmir: “Elə bir situasiya yaranır ki, o problemi insanlar dəf eləməlidir, bu olmalıdır. Heç kəs öz kefindən o toyları etmir, başa düşürsünüz? Həmin toy edənlər əgər əməlli başlı toy məclisi etmək istəsəydilər, toyda kütlə olardı, qohum-qardaş gələrdi. Amma görürük ki, icazəsiz toy edənlərin məclisində 50-60 nəfər şəxs olur. İndiyə qədər hansı Azərbaycan toyunda 50 nəfər qonaq olub? Deməli, toy yiyəsi hansısa bir problemini həll etmək istəyir. Bəlkə də bu elə bir problemdir ki, həyati məsələdir. Mən necə qalxıb toy edənləri mühakimə edim?”.
Aktrisa karantin qaydalarının hamı üçün olduğunu xatırladaraq, vətəndaşları qaydalara riayət etməyə səsləyib:
“Əlbəttə, nə qədər problem olsa da, imkan daxilində qaydalara riayət etmək lazımdır. Yaxud açıq havada toy etmək olar. Bilirsiniz, hava şəraiti də hazırda elədir ki, açıq havada mərasim keçirmək üçün əlverişli deyil. Kim gəlib iştirak edəcək? Edənlər də deyəcək ki, “Filankəsin toyuna getdim, dondum, öldüm” və s. Çox çətin vəziyyətdir, bu mərətə qalmış xəstəlik camaatın başından rədd olub getsəydi, canımız qutarardı. Gizli toy edənləri də qınaya bilmirəm. Düzdür, xəstəlikdir, olmaz, belə məclislər olduqca daha da yayılır. Bu mənim xalqımın qırğını deməkdir. Eyni zamanda da fikirləşirəm ki, məclis edənlər kefindən eləmir. Mənim bir çox dostum, yaxınlarımın övladları vardı ki, nişanlı idilər, getdilər nikaha, gəldilər ata evinə, qızın, oğlanın atası, anası oturdular çörək yeyib, bir stəkan çaylarını içdilər, xeyir-dua verib qızı yola saldılar. Nə etsinlər? Başqa cür mümkün deyildi. Amma elə insanlar var ki, problemləri üst-üstə yığıb, fikirləşib ki, oğlumun toyunu edəcəm və bunun altından çıxacam. Yaxud bir il bundan əvvəl fevral ayında gedib bankdan pul götürüb ki, övladımın martda toyunu edəcəyəm. Amma ikinci mart çıxıb hələ də icazə yoxdur. İnsanların problem çoxdur, bütün bunlar məcburiyyətdən baş verir. Amma nəzərə almaq lazımdır ki, bu kütləvi qırğındır və bu pisliyi toy yiyəsi yalnız məclisdəkilərə etmir, eyni zamanda həmin insanlar da başqalarına yayırlar və bunun qarşısını almaq mümkün olmur. Mən bir sənətçi kimi 44 günlük müharibədən sonra millətimin bir də bu cür qırğınına dözə bilmirəm. Ona görə hər kəsdən xahiş edirəm ki, mümkün qədər qaydalara əməl etsinlər. İnşallah, bu bəla tezliklə bitər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:39 |
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29 |
|
|
|
• “Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22 |
|
|
|
• İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12 |
|
|
|
• "Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08 |
|
|
|
• Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57 |
|
|
|
• “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52 |
|
|
|
• AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48 |
|
|
|
• Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40 |
|
|
|
• Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35 |
|
|
|
• Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32 |
|
|
|
• Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40 |
|
|
|
• “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32 |
|
|
|
• “Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28 |
|
|
|
• Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24 |
|
|
|
• AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22 |
|
|
|
• Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15 |
|
|
|
• Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02 |
|
|
|
• “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09 |
|
|
|
• Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04 |
|
|
|
• TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57 |
|
|
|
• Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53 |
|
|
|
• Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47 |
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54 |
|
|
|
• Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52 |
|
|
|
• “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38 |
|
|
|
• Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20 |
|
|
|
• "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14 |
|
|
|
• 5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09 |
|
|
|
• Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58 |
|
|
|
• Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56 |
|
|
|
• Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48 |
|
|
|
• 102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41 |
|
|
|
• “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40 |
|
|
|
• “Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37 |
|
|
|
• "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27 |
|
|
|
• Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25 |
|
|
|
|