"Məsələnin dərinliyini başa düşəndə insan dəhşətə gəlir"
Tarix: 11-03-2021, 08:51 | Çap et
 “Bir il ərzində pandemiya insanlara çox ziyan vurdu, əsasən də biz aktyorlara, sənətçilərə. Bu bir il bizim ömrümüzdən getdi. Halbuki biz bu il ərzində yeni rollar oynaya bilərdik, yeni əsərlər üzərində işləyə bilərdik. Ömür gedir, biz yaradıcı insanlar yaşayıb, yaratmaq istəyirik. Mən aktrisayam, düşünürəm ki, nə vaxta yaradıcılığa qayıdacağıq. Amma bunun balet teatrı var, oxuyanlarımız var, opera müğənnilərimiz var. Bunlar hər gün məşq etməli idilər, amma əksinə oldu, hamı formadan çıxdı. Məsələnin dərinliyini başa düşəndə insan dəhşətə gəlir. Çox ağırdır” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Hicran Nəsirova bildirib. Bu gün yeni yaşına qədəm qoyan aktrisa doğum gününü ailəsi ilə birlikdə evdə qeyd edəcəyini bildirib.
“Bu il heç kim öz xoş gününü təmtəraqla qeyd etmir. Hamımız içəridən yanırıq, inanın ki, qələbə günü insanlar sevinclə şəhərə çıxanda, mən maşında oturub ağlayırdım. Şəhidləri fikirləşirdim ki, gör nə qədər uşaqlar, gənclər canından keçdi. Bir gözümüz ağlayıb, biri güldü. Çox şükürlər olsun ki, biz bu gün qalib ölkəyik. Möhtərəm prezidentimiz, Ali Baş Komandanımızın, ordumuzun sayəsində insanlar öz evlərində rahat nəfəs ala bilirlər. Biz qalibik! İndi ən böyük arzumuz işğaldan azad etidyimiz bölgələrə getməkdir. İnşallah, o günlərə də az qalıb. Qaldı ad günümə. Mart ayı elə aydır ki, bayram-bayrama qarışır. Mən də həmişəki kimi yeni yaşıma ailəmlə birgə evdə qədəm qoyacam” deyə aktrisa bildirib. Sənətkar ulu öndər Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyevlə görüşünü də xatırlayıb.
““Fərhad və Şirin” tamaşasına ulu öndərimiz Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyev gəlib baxmışdılar. Heç bir yerdə bunu mən deməmişəm, təvazökarlıq etmişəm, amma indi istəyirəm deyim. Bu tamaşada ilk alqışlanan mən olmuşdum, birinci alqış mənə gəlib. Siz bilirsiz ki, tamaşadan sonra Heydər Əliyev həmişə gəlib aktyorlarla görüşüb, söhbət edirdi. Çox xoş sözlər deyirdi, çünki o fenomen insan idi. Hətta bu görüşün üstündən bir ay keçmişdi, Heydər Əliyev adına sarayda konsert zamanı onunla görüşdük. Mən hər zaman görüşəndə qabağa can atmamışam, öz yerimi bilmişəm. İmkan yaratmışam ki, məndən yaşca böyük sənətkarlarımız qabaqda olsunlar. Ulu öndər özü əlini uzadıb, məni yanına çəkdi. Dedi ki, qızım, mənə nə sözün var? Dedim ki, sizə ancaq can sağlığı arzulayıram. Heydər Əliyev həm də mənim xilaskarım oldu. Bəlkə də ulu öndər olmasaydı mən indi həyatda yaşamırdım. Çünki o vaxt ağır xəstəliyə yoluxanda ona məlumat vermişdilər və o da bütün maddi xərcləri dövlətin öz üzərinə götürüb, məni Moskvada müalicə etdirmişdi. 45 ildir ki, sənətdəyəm, 35 ildir ki, Akademik Milli Dram Teatrında çalışıram. Mənim yaşıdlarım hər şeyə nail oldular, amma mən kənarda qaldım. Haqqı tapdalanan aktrisa olsam da özümü xoşbəxt sayıram. Çünki ölkədə ilk serial olan “İtkin gəlin”-də çəkilmişəm, Dünya rolunu oynamışam. İlk klipdə çəkilmişəm, çox şeylər olub ki, ilki biz etmişik. Bu gün də teatrlarımız bağlı olsa da mən bir il ərzində 3 serialda çəkilirəm. Hal-hazırda da həmin seriallarda çəkilişlərim davam edir. Mən Hicran Nəsirova dayanmamışam” deyə aktrisa bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Bu gün, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Bu gün, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Bu gün, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Bu gün, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Bu gün, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Bu gün, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Bu gün, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Bu gün, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Dünən, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56 |
|
|
|
|