"Mənim heç vaxt aktrisa olmaq fikrim yox idi"
Tarix: 17-02-2021, 08:49 | Çap et
 “Sehrli xalat” filminin Zərifəsi Solmaz Hətəmova Moderator.az-ın suallarını cavablandırıb. - Solmaz xanım, öncə sizi salamlayıram. Necəsiz? - Diqqətinizə görə çox təşəkkür edirəm! Çox sağ olun, yaxşıyam. Sentyabr ayında 70 yaşım tamam oldu. Koronovirus pandemiyasına görə evdən çox nadir hallarda çölə çıxıram, çünki yüksək risk qrupuna daxiləm. Evdə nəvələrimlə başımı qatıram, onlarla heç darıxmıram. - Siz bizlərə “Sehrli xalat” filminin Zərifəsi kimi tanışsız. Bu filmə sizə necə dəvət gəlmişdi? - Mənim heç vaxt aktrisa olmaq fikrim yox idi, filmə də təsadüfən çəkilmişəm. Yaxşı kı, çəkildim və yadigar qaldı. Məktəbimizdən gəlib həm Zərifə, həm də Səidə roluna qız seçirdilər. Məni öncə Səidə roluna çağırmışdılar, daha sonra sınaq çəkilişlərində məni Zərifə obrazına təsdiq etdilər. O vaxt mən uşaq olduğumdan filmin məşhurluğunu başa düşmürdüm, amma yaşa dolandan sonra başa düşürəm ki, həqiqətən də yaxşı filmdir. Həm də mənim yaxşı səsim var idi, xorda solist idim. Bir çox müsabiqələrdə iştirak edib, uğurlar qazanırdım. Musiqiyə həvəsim olsa da anam və dayılarım bu sənətlə məşğul olmağımı istəmirdi. - Filmin çəkilişlərini necə xatırlayırsız? - “Sehrli xalat” filminə çəkiləndə mən 6-cı sinifdə oxuyurdum. Təxminən aprel-may ayları idi. Sizə maraqlı bir hadisə danışım. Bizə demişdilər ki, məktəbə yoxlama gələcək, hamı səliqəli geyinsin. Sən demə film üçün qız seçirlər, biz isə həmin insanları yoxlama bilirdik. Yoxlama məktəbə gələndə mən qabaqda oturmuşdum, aşağı əyildim ki, məni görüb seçməsinlər. Arxada əyləşən qızı ayağa qaldırdılar, nədənsə onu bəyənmədilər. Mən də o vaxt özümə çolka kəsmişdim, qorxurdum ki, indi yoxlama məni ayağa qaldırıb danlayacaq. Sinifdən çıxanda gözləri mənə sataşdı, ayağa qaldırıb yaşımı soruşublar. 13 yaşım vardı, qorxumdan dedim ki, 14 yaşım var. Fikirləşdim ki, 14 desəm mənə deyərlər ki, hə, sənə çolka kəsmək olar (gülür). Səhəri gün saat 11-də bizi kinostudiyaya çağırdılar. Foto probdan 1 ay sonra sınaq çəkilişləri oldu. - Əvvəlcə Səidə roluna dəvət alsanız da, daha sonra Zərifə obrazına çəkilmisiz. Buna səbəb nə idi? - Rejissor Əlisattar Atakişiyev məndən soruşdu ki, sən ssenarini oxumusan? Dedim ki, bəli! Dedi ki, hansı rolda oynamaq istəyirsən? Dedim ki, bilmirəm, hansı rolu versəniz, ona çəkilərəm. Yenə də soruşdu ki, Zərifə rolunu oynaya bilərsən? Dedim ki, axı o böyük və baş roldur, evdəkilər məni qoymaz. Bir gün sonra anamdan icazə alıb məni Zərifə roluna çəkdilər. - Çəkilişlər neçə ay çəkdi? - Mənim çəkilişlərim təxminən 5 ay çəkdi, amma Azər məndən1 ay da əlavə çəkildi. Çünki onun keçmiş səhnələrlə bağlı da çəkilişləri var idi.
- Çəkilişlərdə hansı çətinliklərlə üzləşdiniz? - Çətinliklər həqiqətən də çox idi. Biz çox məşhur sənətkarlarla çəkilirdik, özü də gündəlik çəkilişlərimiz var idi. Səhər saat 6 dan axşam 9-a qədər çəkilişlərdə olurduq. Hava da isti idi, bir yandan günün istisi, digər bir yandan da iri işıqlar bizi qan-tərə bürümüşdü. Möhsün Sənani bizə ata qayğısı göstərirdi, isti olan kimi bizi yığıb Şıxov dənizinə aparırdı. Təkcə uşaqların xanın arxasınca qaçdığı səhnəni bir həftədən çox çəkdik. - İstərdim ayda çəkilən səhnələrdən danışasız. - Litf və təyyarə səhnəsi bizim köhnə kinostudiyada çəkilib. Amma ay səhnəsini çəkmək üçün kinostudiyanın povilyonu çox kiçik idi. Ona görə də biz Sankt-Peterburqa getdik, bir aya yaxın orada qaldıq. Bu səhnələrin hamısı Minsk şəhərində çəkilib. Çəkilişlərdə qorxulu anlar da yaşanmışdı, havasız fəzada olduğumuzu göstərmək üçün bizi yuxarıdan simlərlərlə asmışdılar, simlərin bir neçəsi hətta qırılmışdı, bizi tez aşağı düşürtmüşdülər. - Uşağlıqda hansı sənətin sahibi olmaq istəyirdiniz? - Mən həkim olmaq istəyirdim, amma Tibb Universitetinə daxil ola bilmədim. Bu anam üçün böyük bir faciə idi. Atam diş həkimi idi, anamın da arzusu idi ki, atam kimi diş həkimi olum. Daha sonra ADNSU-ya daxil oldum. Uzun müddət iqtisadçı işləmişəm. Həm də pedaqoji fəaliyyətlə məşğul olmuşam. Sonuncu iş yerim Bakı Rabitə Kollekci olub. - Hal-hazırda nə işi ilə məşğulsuz? - Bu günki fəaliyyətim mənim nəvələrimdir. 3 nəvəm var, onlarla məşğul oluram. - Filmdən kimlərlə əlaqəniz var? - Allah Almaz Mustafayevaya rəhmət etsin! O bizim filmdə Səidə obrazını oynayıb. Elə deyirdim ki, Almaz görüşək, görüşək. Xəstəlik düşdü, qismət olmadı. Eldar rolunun ifaçısı Yusif Şeyxovla da əlaqəm var, ara-sıra danışırıq. Rəşid rolunun ifaçısı Azər Qurbanovla heç əlaqəm yoxdur. O hal-hazırda Amerikada yaşayır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
12-07-2025, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
12-07-2025, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
12-07-2025, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
12-07-2025, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
12-07-2025, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
12-07-2025, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
12-07-2025, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
12-07-2025, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
12-07-2025, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
12-07-2025, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
12-07-2025, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
12-07-2025, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
12-07-2025, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
12-07-2025, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
12-07-2025, 01:56 |
|
|
|
|