İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi .....                     Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər .....                     Azərbaycana təkcə bu ölkə səs verib .....                     Yeni təhlükə: BUĞDA BÖHRANI... .....                     Devalvasiyanın qarşısını belə almaq olar .....                     “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                 

“Qadın müğənnilərlə işləməkdən çəkinirəm, çünki...”
Tarix: 15-02-2021, 14:31 | Çap et
“Qadın müğənnilərlə işləməkdən çəkinirəm, çünki...”
“Bəzən bu sənəti anlamayanlar mənə irad bildirirlər ki, bu sahədə heç bir ali təhsilin yoxdur. Mənim ali təhsilim olmaya bilər, amma dünya teatr tarixinə, praktikasına baxsınlar, adını tarixə yazdırmış bir çox sənətkar var ki, onların da ali təhsili olmayıb. Elələri də olub ki, heç tam orta məktəb keçməyiblər, amma teatr və kino tarixində adları ölçü meyarıdır”.

Aktyor və prodüser İbrahim Türksoyun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Nəhayət, uzun illərdən sonra torpaqlarımızı azad etdik, işğalçı üzərində qələbə qazandıq. Sizin bu barədə təəssüratlarınız necədir?

- İkinci Qarabağ savaşı - Vətən Müharibəsi xalqımızın əzmini, ordumuzun döyüşkən ruhunu bir daha ortaya qoydu. Baxmayaraq ki, ermənilərə bu savaşda da himayədarları kömək etdi, amma düşmən igid oğullarımız qarşısında tab gətirmədi. Əlbəttə, illərdir bu qələbəni həsrətlə gözləyən millətin böyütdüyü ərənlərin önündə kimsə duruş gətirə bilməzdi. Hər kəs bizi gördü – dost da, düşmən də...

44 günlük müharibədə dostlarla, yoldaşlarla daim ön cəbhədə olduq. Əsgərlərimizə maddi-mənəvi dəstək verdik. Hər şeyi gözümüzlə gördük. Həmin ərəfədə əmin olduğumuz bir şey vardı – bizi bu ruhda kimsə məğlub edə bilməz. Əsgərlərimiz inanırdılar ki, tezliklə erməni işğalçılarını torpaqlarımızdan rədd edəcəyik. Buna da nail oldular.

Uca millətin əzmi, Ali Baş Komandanın qətiyyəti, ordumuzun cəsarəti illərdir qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın ata-baba yurdlarına gedən yollarını açdı, düşməndən təmizlədi.

- Demək olar, bir ildir dünyada pandemiya vəziyyətidir və bu, hər kəsə təsir edir. Siz bu aylar ərzində hansı işlərlə məşğul oldunuz?

- Bu durum insanları normal həyatlarından məhrum etdi, demək olar, dünya tərpənməz bir kütləyə çevrildi. Əlbəttə, dünyanı cənginə alan pandemiyanın əks-təsirləri ölkəmizdən də yan keçmədi. İnsanlara həm psixoloji, həm də fiziki təsir edən bu qorxunc virus hər sahədə ləngimə yaratdı.

Bu bir ildə əvvəllər də olduğu kimi, insanlara əlimdən gələn köməyi əsirgəmədim. İnsanlar çölə çıxa, işləri ilə normal məşğul ola bilmirdi. Buna görə də imkansız ailələrin siyahısını hazırlamışdım, əlimizdən gələn qədər onlara yardım etdik. Təbii ki, bütün bunlar mənim maddi imkanımla həll olunmurdu, bu yolda dəstək olanlar vardı.

Ötən il – pandemiyadan əvvəl keçirilmiş növbədənkənar parlament seçkilərinə qatılmışdım. Təbliğat-təşviqat kampaniyasını öz imkanımla apardım. Durumum demək olar ki, çox aşağı həddə idi. Əlavə olaraq, müstəqil təşkilati işlər dayanmışdı, ən əsası da rəsmi iş yerim yox idi.

- Bəs yardım işində kim dəstək verirdi?

- İmkanlı dostları, supermarketləri, xaricdə yaşayan həkim yoldaşları da bura qoşmuşdum. Təxminən 300-dən çox ailəyə yardım payladıq. İndi burada onların adlarını çəksəm, söhbət uzanacaq, amma söz vermişəm ki, bir gün həmin şəxslərin xeyriyyə əməllərini ictimailəşdirəcəyəm.

Pandemiya dövründə gördüyüm işlər çox olub. İctimai fəal olaraq vətəndaşlarımıza bacardığım köməkliyi etmişəm. Gördüyüm işlərin xırdalığına getmək istəmirəm.

Vətənpərvərliklə bağlı yaradıcılıq işlərim də olub, əlavə olaraq, bir neçə şəhidimizlə bağlı kompozisiyalar ərsəyə gətirmişik.

- Həm aktyor, həm də rejissor kimi fəaliyyətiniz var. Bugünkü teatr və kinonun durumunu necə qiymətləndirirsiniz?

- Bəzən bu sənəti anlamayanlar mənə irad bildirirlər ki, bu sahədə heç bir ali təhsilin yoxdur. Mənim ali təhsilim olmaya bilər, amma dünya teatr tarixinə, praktikasına baxsınlar, adını tarixə yazdırmış bir çox sənətkar var ki, onların da ali təhsili olmayıb. Elələri də olub ki, heç tam orta məktəb keçməyiblər, amma teatr və kino tarixində adları ölçü meyarıdır.

Suala gəldikdə, həm aktyor, həm də quruluşçu-rejissor olaraq bu gün teatr və kinonun durumundan o qədər də razı deyiləm.

Əvvəla, bu son bir ili çıxmaq lazımdır, çünki pandemiya dövründə aktiv fəaliyyət olmayıb. Əsas da teatrlarda... Bundan öncəki dövrə nəzər salanda inkişaf perspektivi əvəzinə, ortaya qoyulan işə primitiv, səthi və qeyri-ciddi yanaşma görürsən.

Teatrlardakı geriləmə “on günlük ezam olunan rejissorların” ucbatından olur. Əsasən də əyalətlərdə...

Kino sənayesində dərd daha böyükdür. Filmlərə ayrılan pullar müqabilində ortaya keyfiyyətli işin qoyulmadığını görürük. Ya pul azdır, ya da bacardıqları budur. Digər səbəblərdən biri də müstəqil film çəkilişlərinin çox çətinliklə ərsəyə gəlməsi ilə bağlıdır. Qənaətimə görə, kino sənayesinin əsas problemi maddiyyatla əlaqədardır.

Ən gülünc məqamlardan biri də film və seriallara 50-60 nəfər eyni aktyorun çəkilməsidir. Onların da çoxu nə istedadlıdır, nə də zahirən obraza uyğundur. Amma bütün seriallarda eyni simaları görməyə məcburuq. Tamaşaçı da bezib. Bəlkə də olanmız budur, ya da nə bilim...

- Xüsusən cəmiyyətdə yerli seriallara münasibət birmənalı deyil...

- Ortaya çıxan məhsullarda komediya şitlik, dramaturgiya ucuz faciə, ifadə formaları ara səviyyəsindədir. İnsanları ucuz yumora güldürmək, ucuz faciəyə ağlatmaq istəyirlər. Əlbəttə, insanlar ağ-qaranı seçə bilirlər, xüsusən də dünya kinosunu əlimizin altına gətirən internet erasında... Belə yolla nə kino, nə də teatr tamaşaçılarını özümüzə çəkə biləcəyik.

Yerli seriallarla bağlı durum acınacaqlıdır. Baxmayaraq ki, həmin serialların əksəriyyətinin rejissoru dostumuzdur, amma hər şey göz qabağındadır. Ortaya qoyulan ssenarilər biabırçıdır. Orada elə ifadələrə yer verilir ki, adi həyatda biz həmin sözlərdən istifadə edənlərə irad tuturuq. Eləcə də, səslənmə və musiqi tərtibatı adamı yorur. Serialda çəkilən oyunçuların 90 faizdən çoxu qışqırır. Sünilik həddən ziyadə çoxdur.

- Amma hesab etmək olar ki, əvvəlki dövrlə müqayisədə az da olsa, müsbət irəliləyişlər var...

- Müsbət tərəfləri budur ki, nə olur-olsun, utanmadan çəkməyə davam edirlər.

- Film və serial çəkənlərin çoxluğu diqqət çəkir. Bu maraq nədən irəli gəlir?

- Bunu doğru saymıram, “anarxiya”ya yol vermək olmaz. Bir-iki məhsul olsun, amma sanballı olsun. Buna imkan vermək olmaz. Bir də ki, Tik-tok və İnstaqram kimi sosial şəbəkələrin varlığı, insanların əksəriyyətində abır və utanc hislərini öldürüb. Demək olar ki, 70 faizdə əxlaq normaları qorunmaz, nəzarətdən çıxmış hala gəlib. Elə bil, insanlarımız arasında “mədəni özbaşınalıq” baş verir. Adam danışmağa da çəkinir.

- Film və ya seriallardan təkliflər alırsınızmı?

- Son beş ildə heç bir təklif almamışam. Yəqin onlara uyğun aktyor deyiləm, ya da istedadsızam. İndi telekanallara da çağırmırlar. Əvvəllər çağırardılar, layihələrdə yer verərdilər, sonradan qarınlarına nə ağrı doldusa, səslərini çıxarmadılar. Hətta öz istəyim olsa belə, müsbət cavab vermədilər. Ən maraqlısı, “kolxoz rejissorları”dır, üz çevirdilər. Halbuki onları mən filmə çəkəsi olsam, heç kütləvi səhnəyə də rəva bilmərəm.

- Gənclər özlərini necə göstərirlər?

- Gənclərimizin 80 faizini robotdan fərqləndirmirəm. Gənclər özlərini inkişaf etdirmirlər, bayağılığa, kütləviliyə meyllidirlər. Bəlkə də çoxları razılaşmayacaq, amma görünən dağa bələdçi lazım deyil. Əlbəttə, perspektivli gənclərimiz də var, amma onlar çox azdır. Sevindiricidir ki, az da olsa, sənəti iliyinə qədər canında hiss edən gənclər var, gələcəyi onlar ayaqda saxlayacaq.

- Pandemiya dövründə teatrlar necə görünür?

- İndi teatrları qapılarına kilid vurulmuş kilsələrə bənzədirəm. İnanın ki, teatr binasına baxanda az qala tarixə çevrilən, yalnız keçmişi xatırlanan bir mədəni abidə görürsən. Bu da pandemiyanın bəlasıdır.

Hərdən teatra gedirəm, səhnəyə qalxıram. İstəyirəm ki, elə oradaca bir tamaşanı oynayım, bir əsərdəki obrazı canlandırım. Təəssüf ki, pandemiya buna imkan vermir, işçilər işə gələ bilmirlər. Ümid edək ki, tezliklə həyat tam normal axarına qayıdacaq.

- Sizi həm də qiraətçi kimi tanıyırıq. Qiraətə maraq necədir?

- Doğrudur, mən həm də qiraətçiyəm. Amma fikir verirəm ki, bu sənətdən xəbəri olmayanlar radiolarda, TV-lərdə meydan sulayırlar.

Təxminən bir il əvvələ qədər daha fəal idim, amma pandemiya şəraitində bir az həvəsdən düşdüm. Həmişə daha çox qələbə və vətənpərvərlik, bir də şəhidlərimizə ithaf olunan şeirlərə üstünlük vermişəm. Sosial şəbəkələrdə ən çox baxılan və dinlənilən isə Leyla Əliyevanın “Gedim bir az ağlayım” şeiri olub. Az da olsa, bu sənətin yaşamasına, ayaqda durmasına dəstək verən dinləyicilər var.

- Prodüser kimi işləriniz necə gedir, bunun hansı çətinlikləri var?

- 18 illik fəaliyyətimdə təşkilatçı-prodüser kimi də müstəqil işlərim olub. Amma qadın müğənnilərlə işləməkdən həmişə çəkinmişəm. Çünki kaprizləri, xırdaçılıqları insanı tükədir. Sənətini az da olsa bacaranlar səbirsiz olurlar, işini bilməyənlər isə səni borclu çıxarırlar.

Belə yanaşmalar mənə yaddır. Həmişə sənətini bilənlərin dəyərini qorumağı özümə vəzifə bilmişəm. Ən əsası işləmək istədiyim adamın manıslığa yuvarlanmasına imkan vermirəm. Lakin bu işdə normativlər yoxdur. Bununla belə, özüm üçün müəyyən çərçivə müəyyən etmişəm – işimə qarışmasınlar, əxlaqi xətti keçməsinlər, məsuliyyətlərini bilsinlər və s. Bundan əvvəl üzərində çalışdığım bir işi yarıda saxladım. Çünki qaydalar pozulmuşdu.

- Film və ya teatrla bağlı hansı planlarınız var?

- Kino ilə bağlı hələlik bir fikrim yoxdur. Nə də dəvətlərlə bağlı elə bir ehtimal var. Dəvət edəcəklər gedəcəyəm, etməyəcəklər, özləri bilər. Çəkəcəyəmsə, nəsə bir qısametrajlı, yaxud sənədli film olacaq, onu da yüz ölçüb, bir biçib çəkəcəyəm.

Qaldı teatra, artıq mənim bir mono-tamaşam var. Sadəcə icazəsini gözləyirəm. Bundan sonra yeni bir tamaşa səhnələşdirməyi düşünürəm. Məncə, uğur qazanmaq üçün yetərincə istəyim və şansım var. Uzun zamandır bunu arzulamışam. Eyni zamanda, yeni mədəniyyət nazirimizin gənclərə verdiyi şansdan bəhrələnməyə çalışıram. Düşünürəm ki, indiki nazirimiz gənc potensiallara münasibətdə daha diqqətli olacaq.

Ən önəmli məqamlardan biri də uzun zamandan sonra öz bacardığım sahədə dövlət və xalqımız üçün gərəkli işlər görməkdir. Bu yolda mənə əngəl olacaq bir kəs, yaxud süni maneə görmürəm. Olarsa, dövlət başçısı var, mədəniyyət naziri var, birbaşa onlara müraciət edəcəyəm.

Ən çox darıxdığım budur ki, tezliklə Şuşa və Kəlbəcərdə tədbirlərdə olum. O gözəl yerləri heç vaxt görməmişəm. Pandemiya bitsəydi, bu arzum da çin olardı.

Müəllif: Mənsur Rəğbətoğlu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 19:56
Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Bu gün, 10:51
Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Bu gün, 10:34
Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Bu gün, 09:43
Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Bu gün, 09:39
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru