Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                     Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                 

"Artıq bildim ki, atam dünyasını dəyişib"
Tarix: 13-02-2021, 09:32 | Çap et
"Artıq bildim ki, atam dünyasını dəyişib"
Bu gün Xalq artisti, böyük sənətkar Əliabbas Qədirovun 75 illik yubiley doğum günüdür. Sənətkarın oğlu İlham Qədirov Moderator.az-ın suallarını cavablandırıb.

- İlham bəy, böyük sənətkarımız Əliabbas Qədirovun bu gün 75 illik yubiley doğum günüdür. Pandemiya ilə əlaqədar olaraq yubiley tədbirləri keçirildi yoxsa?

- Baxmayaraq ki, çətin pandemiya şəraitində yaşayırıq, amma bizim Azərbaycan xalqı sənətkarlara hər zaman qiymət verir. Ona görə də atam, Xalq artisti Əliabbas Qədirovun yubileyini Cəfər Cabbarlı adına Teatr Muzeyində azsaylı auditoriya ilə olsa da qeyd etdilər. Yubileydə Xalq artisti Hacı İsmayılov, rejissor Məhərrəm Bədirzadə, teatrşünas Aydın Talıbzadə atamla bağlı xatirələrini bölüşüb, bir daha onun yaradıcılığına müəyyən qədər də olsa nəzər saldılar. Ən maraqlısı da odur ki, həmin tədbirdə atamın iki əsərdə oynadığı, geyindiyi kostyum və eksponatlar tədbir iştirakçılarına nümayiş etdirildi. Bu bir tərəfdən məni kədərləndirdi, digər bir tərəfdən isə sevindirdi. Kədərləndirdi ona görə ki, vaxtilə atam o kostyumları geyinib, səhnədə həmin obrazlarda çıxış edirdi. Amma bu gün o həyatda yoxdur. Sevindirici məqam da odur ki, o kostyumlar vasitəsilə atamın rolları bir daha insanlarına yadına düşdü. Həyatdır, əlbəttə ki, bir gün gələn, bir gün getməlidir, amma bir oğul olaraq mən bunu asanlıqla qəbul etmirəm, çünki biz atamızı, sirdaşımızı, ailəmizin başçısını itirmişik.

- Əliabbas Qədirov evdə necə xasiyyətli biri idi?

- Düzdür, bir az zəhmi var idi, amma biz onu çox istəyirdik, o da bizi. Oğlan övladı olduğuma görə onunla daha çox mən vaxt keçirirdim, o da sevirdi mənimlə vaxt keçirməyi. Harasa teatra, tədbirə gedəndə də məni özü ilə aparırdı. Həm öz oynadığı tamaşalara aparırdı, həm də digər teatrların tamaşalarına. Ailəsi ilə bir yerə getməkdən, gün keçirməkdən zövq alırdı.

- Zəhminə, ciddi xasiyyətinə görə sənət yoldaşları ilə münasibətlərində nə vaxtsa soyuqluq yaranmışdı?

- Sənət yoldaşları da, rejissorlar da bilirdi ki, atam rol baxımından sınmayan adam idi. Heç vaxt rejissorlardan rol istəmirdi, rejissorlar onu tapıb rol verirdilər. Hətta o vaxt rejissor Tofiq Kazımov ona birinci dəfə rol verəndə mübahisələri düşüb, sonra atam uzun illər onun tamaşalarında çıxış etməyib. Ən sonda Tofiq Kazımov yenə ona yaxınlaşıb, atama rol təklif edib, amma buna baxmayaraq atam yenə də özünü sındırmayıb, o rolu qəbul etməyib. Özünün sevdiyi rejissorlar Mehdi Məmmədov, Ağakişi Kazımov və Məhərrəm Bədirzadə idi. Kinoda da Eldar Quliyev və Fikrət Əliyev idi. Bu rejissorların filmlərində rol almışdı. O ki, qaldı sənət yoldaşları ilə münasibətinə. Mən deməzdim ki, o qədər də soyuqluq var idi. Hamının olduğu kimi atamın da istəyib, yaxud istəmədiyi insanlar var idi. Amma bir çox sənət yoldaşları onun xətrini istəyirdilər.

- Bəs teatrda direktor olduğu illərdə bəs necə? Çünki bir neçə aktyor müsahibəsində narazılıq etmişdi.

- İstər atamın vaxtında, istər ondan əvvəl və sonrakı direktorların vaxtı olsun, həmişə teatrda aktyorlar arasında narazılıqlar olub. Amma direktorun o cəhətdən yaxşı olduğu bilinir ki, o bədii rəhbər olduğu dövrdə yaxşı, keyfiyyətli tamaşalar səhnələşdirilir, keyfiyyətli əsərlər üzə çıxarılır. Atam teatrda direktor olduğu vaxtda çox keyfiyyətli tamaşalar üzə çıxarıb. Bunlardan biri C. Məmmədquluzadənin “Ölülər” əsəri, digəri isə Əli Əmirlinin “Mesenat” əsəridir ki, Hacı Zeynalabdin Tağıyevə həsr olunub. Bundan əlavə onun dövründə səhnələşdirilən Mir Cəlal Paşayevin “Dirilən adam” əsərini də mən misal göstərə bilərəm. Bu əsərlər tamaşaçılar tərəfindən də böyük uğurla qarşılanıb. Atamda əsl Azərbaycan kişisinə xas olan xasiyyətlər var idi, bu baxımdan o zəhmli idi. Özünə, sənətinə hörmət edirdi. Teatr bir məbəddir, məbədə də girəndə gərək təmiz girəsən, təmiz də oradan çıxasan.

- Ailədə sənətini davam etdirənlər varmı?

- Xeyr, çox təəssüflər olsun ki, ailədə sənətini davam etdirənlər yoxdur. Bacım qızı Səfurə rejissorluq fakültəsini bitirsə də, bu fakültə üzrə fəaliyyətini davam etdirmədi.

- Dünyasını dəyişməzdən neçə müddət əvvəl teatrla vidalaşmışdı?

- O 2006-cı il yanvar ayının 28-də ”Mesenat” tamaşasında Hacı Zeynalabdin Tağıyev rolunu teatrda sonuncu dəfə oynadı. Mart ayının 8-də isə haqq dünyasına qovuşdu.

- Ümumiyyətlə oynamaq istədiyi rol var idi?

- Atam xoşbəxt aktyor idi ki, həm teatrda, həm də kinoda çox rollar oynamışdı. Düzdü, iki dəfə qəlbi kinodan sınmışdı. Çünki çəkildiyi filmlərin çəkilişi yarımçıq qalmışdı. Hüeyn Seyidzadənin çəkdiyi “Qatır Məmməd” filmində eyniadlı qəhrəmanı oynayırdı, elə oldu ki, müəyyən səbəblərə görə kinonun çəkilişini dayandırdılar. Daha sonra Hacı Zeynalabdin Tağıyevin obrazını 3 seriyalı filmdə oynamasına baxmayaraq bu film də yarımçıq qaldı. Bu vəziyyət ona çox pis təsir etmişdi. Qatır Məmmədi oynaya bilməsə də Hacı Zeynalabdin Tağıyev rolunu illər sonra teatr səhnəsində oynadı.

- Ən böyük istəyi nə idi?

- Atam 60 il ömür sürsə də Azərbaycan teatrı üçün çox işlər görüb. Çox qohumcanlı biri idi, qardaşı qürbət eldə yaşayırdı. İstəyirdi ki, Azərbaycana gəlsin.. Tez-tez onu arzulayırdı. Övladlarından çox razı idi.

- Son gününü necə xatırlayırsız?

- O xəstəxanada idi, getmişdim yanına, bir neçə qohum da gəlmişdi, digər övladları da. Bir az zarafat etdi ki, həkimlər mənə baxmır. Mən də deyirdim ki, həkimlər sənə baxmaya bilməzlər, özü də sən tanınmış adamsan. Əlini sıxdım. Sonra o biri gün səhər saat 6-da zəng etdilər ki, vəziyyəti ağırdır, tez gəlin. Məndən əvvəl xəstəxanaya Rasim Balayev, Əminə Yusifqızı gəlmişdi. O biri aktyorlar da, dostları da gəlmişdi. Mən artıq bildim ki, atam dünyasını dəyişib. Onunla son dəfə görüşdüyüm, əlini sıxdığım, gözlərinə baxdığım anı heç bir zaman unutmayacağam. Sonra cənab prezident İlham Əliyev göstəriş verdi və atam 2-ci fəxri xiyabanda dəfn edildi.

- Vəsiyyəti nə olmuşdu sizə?

- Xeyr, heç nə vəsiyyət etməmişdi. Məndən və digər övladlarından çox razı köçdü bu dünyadan. Doğum günündə də “Şöhrət” ordeni ilə təltif edilmişdi.

- Əliabbas müəllimdən sizə bu gün yadigar olaraq nələr qalıb?

- Ondan mənə şəxsi əşyaları və bir də yaşadığı ev yadigar qalıb. Tamaşaçılara isə saysız hesabsız rolları. İstər filmlərdə, istərsə də teatr tamaşalarında.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
12-07-2025, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
12-07-2025, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
12-07-2025, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
12-07-2025, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
12-07-2025, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
12-07-2025, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
12-07-2025, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
12-07-2025, 05:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru